"SARARMIŞ YAPRAĞA BENZİYOR
ÖMRÜM"
Bugünlərdə qələminə böyük hörmət bəslədiyim ruh bacım Nəzakət xanım mənə özünün Eskişəhərdə işıq üzü görmüş kitabını göndərdi. Düzünü deyim ki, kitabda çap olunmuş şeirlərin əksəriyyətini mən məmləkətimizdə işıq üzü görmüş kitablardan oxumuşdum. Yəni bu şeirlər mənə doğma idi. Amma məhz mətbuat günü ərəfəsində mənim ünvanıma çatması sanki içimdəki təbrik hissini sözə çevirməyə imkan verdi. Düşündüm ki, məhz bu kitabdan yararlanaraq şairə bacımı - sözün, mətbuatın içərisində olan bir naşiri Mətbuat günü münasibəti ilə təbrik edim. Bu istək də məni indi sizə təqdim etdiyim kitab barəsindəki düşüncələrimlə tanış etməyə bir növü ipucu oldu.
Öncədən deyim ki, kitabı Türkiyə türkcəsinə dəyərli professor, yazar, ədəbiyyatşünas Tamilla Abbasxanlı çeviribdi. Bu imzanın sahibini "Ədalət"in oxucuları da yaxşı tanıyırlar. Tamilla xanım "Ədalət" qəzetində zaman-zaman öz imzasını oxuculara və bizlərə sevdirib. Elə Nəzakət xanımın kitabına ön sözü də Tamilla xanım qələmə alıb və bu ön sözü şairənin misralarından ilhamlanaraq "Vatan toprağını öpsün gözlerin..." adlandırıb. Həmin ön sözdə Nəzakət xanımın demək olar ki, yaradıcılığı bütünlüklə şərh olunur, ona söz adamının, oxucunun münasibəti sərgilənibdi. Təkcə bu ön sözü oxumaqla Nəzakət xanım poeziya çələngi ilə yaxından tanış olmaq mümküdü. Maraqlı cəhətdi ki, kitabda şeirlərlə yanaşı, Nəzakət xanım haqqında türk dünyasının tanınmış söz adamlarının məqalələri də yer alıb. Məsələn, Fatma Bahar Halıcı, Müzeyyen Buttanrı, Halil Buttanrı, Şerife Gündoğdu, Regina Höfer və digərlərinin şairə bacımıza həm bir araşdırmaçı, həm də oxucu münasibəti öz əksini tapmışdı. O ki, qaldı şeirlərə...
Mən bir oxucu kimi bu
şeirlərin böyük türk dilində rəvan səslənməsinin
də necə deyərlər zövqünü
yaşadım. Çünki şeirlərin
axıcılığı, fikir yükü mənə doğma
olduğundan onu
Türkiyə türkcəsində də mütaliə etmək
öz-özlüyündə həmin o
tanış, doğma hissləri bir az da
cilalayır, bir az da onu ətə-qana gətirir.
Məsələn:
Ay el obam, o dağ sensin, bu dağ ben,
Bir kökteniz, ağac
sensin, budak ben.
Göğsümüze çektirilen bu
dağdan,
Dağ eriyor, heç ne kalmaz bu dağdan.
Bəli, mən dəyrəli söz adamı, ruh
bacım Nəzakət xanımı bu uğuru münasibəti ilə, eləcə də
Milli Mətbuatımızın 140 illiyi ilə əlaqədar olaraq
ürəkdən təbrik edir, ona ən xoş arzularımı
çatdırmaqla demək istəyirəm ki,
yolun uğurlu, işin avand olsun.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2015.- 22 iyul.- S. 4.