Göz-könül oxşayan İsmayıllı
"Biz İsmayıllının
müasir şəhərə
çevrilməsinə nail olmalıyıq. Burada böyük quruculuq, abadlıq işləri aparılır, yollar genişlənir, gözəl
binalar tikilir. Bu hələ görülən
işlərin birinci mərhələsidir. Əminəm ki, bu yüksək
templər, saxlanacaq və yaxın zamanlarda İsmayıllı
ölkəmizin qabaqcıl
rayonlarından birinə
çevriləcəkdir".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən sayımızda)
İsmayıllıda insanların mədəni-mənəvi
həyatı ilə bağlı olan layihələrə diqqətlə
yanaşılır. Bu baxımdan 1975-ci ildə tikilmiş mədəniyyət
sarayının klassik
və modern üslubların
sintezi formasında əsaslı təmir edilməsi, yenidən qurulması bu baxımdan daha xarakterikdir.
Heydər Əliyev prospektindəki parkın yenidən qurulması və uşaq dünyasına uyğunlaşdırılması nəhayət ki, İsmayıllı şəhərində
bu tipli ilk müəssisə olacaqdır. Uşaqlara burada
bütün əyləncə
və istirahət xidmətləri göstəriləcəkdir.
DSMF-nin, statistika
idarəsinin, təhsil
şöbəsinin, M.F.Axundov
küçəsi və
Heydər Əliyev prospektindəki yaşayış
binalarının, "Qala"
şadlıq sarayının,
kommersiya obyektlərinin
yeni üslubda əsaslı təmiri son ayların nailiyyətlərindən
hesab olunmalıdır.
Şəhər ərazisindəki
14 küçəsinin asfalt
örtüklə abadlaşdırılması,
Göytəpə- Qalınçaq-Ruşan
yolunun sürətlə
tikilməsi, uşaq elektron kitabxanasının,
"3 d" kinozalının istifadəyə verilməsi,
illərlə abadlıq
işlərindən kənarda
qalmış küçələrdə
yenidənqurma işlərinin
gedişi, yeni bazarın - "Yaşıl
market"in Heydər Əliyev parkında "Yaşıl teatr"ın,
4 yerdə məktəb
binasının inşası,
bir neçə kəndə qaz verilişinin bərpası,
elektrik enerjisi təchizatının yaxşılaşdırılması
üçün smart-kart sisteminin
quraşdırılması yeniliklərin, müvəffəq
işlərin bir hissəsi kimi yüksək qiymətə
layiqdir.
Rayon İcra hakimiyyətinin
rəhbərliyi yeni müəssisələr açmaqla
adamların məşğulluğunun
artırmaq barədə
düşünür və
bu məqsədlə daha qətiyyətli addımlar atır. Diyallı bələdiyyəsi
ərazisində 6 hektar
sahədə velosiped zavodunun tikintisi məhz həmin qətiyyətin nəticəsidir.
300 nəfər mühəndis-texniki işçi
və fəhlənin işləyəcəyi bu
müəssisə tək
İsmayıllı üçün
yox, respublikamız üçün ilk olacaqdır.
Uzun illər fəaliyyəti dayandırılmış kərpic
zavodu yenidənqurma, əsaslı təmir və müasir texnoloji avadanlıq quraşdırıldıqdan, 12 kilometr məsafədən
qaz çəkildikdən
sonra 90 iş yeri ilə istifadəyə
verilib. Tədricən
iş yerlərinin sayı burada 120-yə çatdırılacaq.
Bir məsələni
də ayrıca qeyd etməyə dəyər. Heydər Əliyev prospektinin
S.Vurğun, N.Nərimanov
küçələri arasındakı
sahəsinin abadlaşdırılması
70-ci illərdən şəhərin
baş planında öz əksini tapmışdı. Lakin
iş planda qalmaqda davam edirdi. Nəhayət ki, bu biganəliyə də Mirdaməd Sadıqov başçı gələndən
sonra son qoyuldu. Prospektin deyilən hissəsinin hər iki tərəfində
indi çox böyük işlər görülür. Hasarlar eyni
ölçüdə çəkilir,
evlərin, təsərrüfat
və məişət
binalarının üstü
müasir üslubda örtülür, yolkənarı
kanallar çəkilir,
asfalt salınır.
Bu ərazi daxil
olmaqla bütün şəhərdə yaşıllıqlara
forma verilir. Şəhərə uyğun yaşıllıqlar
salınır. Bütün işləri
sadalamadan demək istərdim ki, yeni layihələr insanların həyat şəraitinin yaxşılaşdırılmasına
xidmət edir. Ona görə də bu gün rayonda
ictimaiyyətin rəy
və təkliflər,
ehtiyac və problemləri öyrənilir,
müvafiq tədbirlər
görülür.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev öz səfərləri ilə
İsmayıllı rayonunu
bir daha diqqət mərkəzinə
çəkib, əlaqədar
qurumların bu bölgəyə diqqətini
artırıb. Bu yüksək
dəyərə, bu şərəfə həmişə
layiq olmaq üçün rayon icra hakimiyyətinin rəhbərliyi
Mirdaməd Sadıqovun
timsalında genişmiqyaslı
fəaliyyət proqramı
həyata keçirir.
İnsanların sosial
həyatının yeniləşməsi
və zənginləşməsi
naminə görülən
işlər dövlət
qayğısından qaynaqlanır,
insanların maddi imkanlarının artması
üçün yeni iş yerləri açılır, keçirilən
səyyar qəbul və görüşlərdə
hər bir kəs səmimiyyət və səbirlə dinlənilir, hər kəsə layiq olduğu, qanunlarımızın
imkan verdiyi səviyyədə qayğı
göstərilir. Yeni iş yerlərinin açılması bu baxımdan daha diqqətçəkən hallardandır.
Rayonda keçirilən
əmək yarmarkalarına
mütəmadi olaraq yeni iş yerləri
çıxarılır. İş axtaranlar
həmin yarmarkalarda öz məqsədlərinə
çata bilirlər.
Rəsmi cədvəli
gözləmədən intensiv
keçirilən əmək
yarmarkalarında da ixtisaslarına, istəklərinə
uyğun iş tapanların sayı artır. Əvvəldə qeyd olunan çoxsaylı obyektlərin
inşasında, təmir
və yenidənqurma işlərində rayonun gəncləri fəal iştirak edirlər.
İndi iş yox, işçi çatışmazlığı daha kəskin hiss olunur.
Ötən ilə qədər İsmayıllıda qadınlar
yalnız təhsil və səhiyyə sistemlərində çalışırdılar. Digər
uyğun sahələr
yox idi ki,
qadınlara orada iş təklif olunsun. İsmayıllı
tikiş fabriki açılandan sonra burada 70 nəfərə yaxın qadın iş yeri tapıb.
Onlar üçün
burada nümunəvi iş və məişət şəraiti
yaradılıb. Yaxşı
haldır ki, əhalinin məşğulluğunun
artırılması üçün
həyata keçirilən
tədbirlər mövsümi
xarakter daşımır,
yeni iş yerlərindən daimiləri
daha çox üstünlük təşkil
edir. Rayon İcra hakimiyyətinin başçısı
Mirdaməd Sadıqov vəzifəsinin icrasına
başladığı ilk günlərdən
rayonda iş yerlərinin olmamasından
çox narahat idi. O bu narahatlığı
çox ciddiliyi ilə cavabdeh təşkilatlara da yönəltdi. Hər kəsdə bu iş üçün, insanların həyat şəraitinin yaxşılaşdırılmasından
ötəri daxili bir səfərbərlik yaratdı. Açılan müəssisələrə başlanan
tikintilərə, boşalan
iş yerlərinə
gənc və bacarıqlı mütəxəssislərin
cəlbi insanların işlə təminatında
əsaslı dönüş
yaratdı. Artıq rayonda işsizlik
problemi tamamilə həll olunmaq üzrədir.
İnsana
qayğıdan söhbət
gedəndə ilk olaraq
qeyd olunmalıdır ki, rayon İcra Hakimiyyətinin başçısı
bütün xidmət
təşkilatlarının, icra strukturlarının, hüquq-mühafizə orqanlarının
rəhbərləri ilə
birgə yerlərdə
müntəzəm olur
görüş-qəbullar keçirir, hər kəsi dinləyir, qaldırılan problemlərin
imkan olanlarını yerindəcə həll edir, daha çox
vaxt və vəsait tələb edənlər üçün
icraçı və maliyyə mənbələri
müəyyənləşdirir. Şəhər ərazisində,
Basqal və Lahıc qəsəbələrində,
Qalınçaq, Ruşan,
Hacıhətəmli, Tircan,Diyallı,
Talıstan, Təzəkənd,
Qoşakənd, Kürdmaşı,
Aşıqbayram kəndlərinin
sakinləri qaldırdıqları
problemlərin qısa
müddətdə həllinin
şahidi olurlar. Su, yol və
qaz çəkilişləri,
məktəb tikintiləri,
elektrik xətlərinin
təmiri yerlərdən
verilən təkliflər
və ictimai ağsaqqallar qrupunun məsləhətləri əsasında
həyata keçirilir.
Rayonda həmsöhbət olduğum və özünü kənd məktəblərindən birinin müəllimi kimi təqdim edən Məzahir müəllim bildirdi ki, rayonda böyük işlər görülür. O, daha çox rayonda gedən mənəvi quruculuqdan danışmağa üstünlük verdi. Dedi ki, bütün müvəffəqiyyətlərin əsasında rayon rəhbərliyinin hər bir insana hörmət və ehtiramla yanaşması, hər kəsin sosial inkişafda əqli və fiziki imkanlarından istifadə etməsi, vaxtilə dövlət və rayon qarşısında xidmətləri olmuş şəxslərin ictimai arenaya cəlbi, ehtiyaclı insanlara müalicədə, ev tikintisində, işini qurmaqda dəstək verməsi durur. Belə insanların yubileyləri, doğum günləri qeyd olunur. Ziyalılarla, pedaqoji kollektivlərlə müntəzəm görüşlər keçirilir, Ali məktəblərə qəbul olunan gənclərin yüksək nailiyyətləri, tələbələrin müvəffəqiyyətləri ayrı-ayrı toplantılar formasında təltif və hədiyyələrlə qeyd olunur. İmkan yarandıqca daha ehtiyaclı ailələrin övladlarının təhsil haqqı ödənilir, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, İkinci dünya müharibəsi əlilləri, Çernobıl faciəsi əlilləri problemləri ilə birgə həmişə diqqətdə saxlanılır. Bu məsələlərdə ad çəkmək məsləhət görülmədiyi üçün mən də ünvansız danışmalı oluram. Lakin mərhəmətin ən böyük, ən dəqiq ünvanı İsmayıllı sakinləridir.
İsmayıllının daha xoşbəxt həyata qovuşacağını insanların daha firavan yaşayacağını, sosial-iqtisadi inkişafda yüksək nəticələrə çatacağını Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 avqust 2013-cü il tarixli səfəri zamanı dediyi aşağıdakı sözlərə istinad edərək əminliklə demək olar: "Biz İsmayıllının müasir şəhərə çevrilməsinə nail olmalıyıq. Burada böyük quruculuq, abadlıq işləri aparılır, yollar genişlənir, gözəl binalar tikilir. Bu hələ görülən işlərin birinci mərhələsidir. Əminəm ki, bu yüksək templər, saxlanacaq və yaxın zamanlarda İsmayıllı ölkəmizin qabaqcıl rayonlarından birinə çevriləcəkdir".
Dövlətçiliyə sədaqətlə xidmət edən İsmayıllılar bu tövsiyələrin həyata keçirilməsi yolunda daim səfərbərdirlər.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2015.- 23 iyul.- S. 3.