"Azərbaycanda mətbuatın generalları, onun üzvləri və zabitləri var"

 

Aqil Abbas:"Prezidentlə görüşdən çox yüksək təəssüratla ayrıldıq"

 

 

 Milli Məclisin deputatı, "Ədalətqəzetinin təsisçisi Aqil Abbas Teleqraf.com-a müsahibə verib. Adalet.az həmin müsahibəni təqdim edir:

- Aqil bəy, Milli Mətbuatın 140 illik yubileyidir. 140 il ərzində mətbuatımız hansı yolları keçərək bu günə gəlib çıxıb?

- Azərbaycan mətbuatı uzun gözəl bir yol keçərək bu günlərə çatıb. "Əkinçiqəzetindən başlayan yol əsrin əvvəllərində "Füyuzat”, "Kaspi”, "Molla Nəsrəddinkimi qəzet jurnalların nəşrinə səbəb olub. Əlbəttə, həmin dövrdə böyük klassik yazarlarımız olub onlar mümkün qədər maarifləndirmə fəaliyyəti göstəriblər. Bundan sonra bizdə Sovet jurnalistikası dövrü başlayıb. Sovet dövrü çölə atılası, üstündən keçiləsi bir dövr deyil. Sovet dövründə böyük jurnalistika məktəbi olub. Bu mərhələdə Azərbaycanın böyük jurnalistləri yetişib. Əlbəttə, Sovet İttifaqının ideologiyası, partiya maraqları var idi bu, başqa söhbətin mövzusudur. Ancaq bu ideologiyaya baxmayaraq, özünün publisist yazıları ilə tanınan güclü imzalar olub. Məsələn, Əfqan, Seyran Səxavət, Siyavuş Sərxanlı, Tofiq Abdin, Fazil Nərimanzadə, Nüsrət Kəsəmənli. Həmçinin Anar müəllim. Mən Sovet son dövrlərindən bəhs edirəm. Demək istəyirəm ki, Sovet dönəmində böyük jurnalistika məktəbi yarandı, güclü publisist nəsli yetişdi. Qəzetçilik irəli getdi.

  - Sovet dönəminin uğurlu işləri kimi nələri qeyd edə bilərsiniz?

 

- Azərbaycanda 1969-cu ildə "Qobustankimi jurnal çıxdı. Həmin dövrdə "Qobustanjurnalı Azərbaycan mətbuatında inqilab idi. "Qobustanjurnalı indiki Azərbaycan mətbuatına işıq salan orqan oldu. Eləcə , Sabir Rüstəmxanlının baş redaktoru olduğu "Azərbaycanqəzeti bomba kimi partladı. Mən heç televiziya kanallarından danışmıram. Müstəqil Azərbaycan yaranmazdan əvvəl "Aydınlıq”, "Ədalət”, "Azadlıq”, "Yeni Müsavatqəzetləri yarandı. Beləcə, mətbuatda dirçəliş prosesi getdi. Bu qəzetləri yaradanları kim yetişdirmişdi? Bizlər əslində Sovet dönəmində yetişmişdik, ancaq içimizdə azad söz istəyirdik. Allah da bunu bizə qismət etdi. Müstəqillikdən sonra senzura ləğv edildi ikinci inkişaf mərhələsi başladı. Ulu Öndər Heydər Əliyevin mətbuata münasibətini bilirsiniz. Daima jurnalistlərlə görüşür, mətbuatın tədbirlərinə qatılırdı. Senzuranı ləğv etdi, qəzetlərin borcunu əvvəl dondurdu, sonra isə aradan qaldırdı. Prezident İlham Əliyevin KİV-ə Dövlət Dəstəyi Fondunu yaratması, jurnalistlərlə tez-tez görüşməsi faktları ortadadır. Azərbaycan mətbuatı belə bir yol gəlib bu gün Azərbaycanda azad söz mövcuddur. Ölkədə sosial şəbəkələr, internet azaddır, kim nə istəyir yazır.

 

 - Bəzən tənqidlər də səslənir...

 - Bizdə radikal qəzetlər nəşr olunur, sosial şəbəkələrdə ciddi tənqidlər mövcuddur. Bunların hamısı faktdır. "Əkinçi” qəzetindən başlanan yolsonda Azərbaycanın bir mətbuatının olması ortadadır. Heç dünya mətbuatından da geri qalmır. Mən bunu səmimi deyirəm və fikrimlə razılaşmayanlarla debata hazıram. Əlbəttə, mətbuatın problemləri varbu da ayrı mövzudur. Lakin Azərbaycanda 30-40 köşə yazarının adını çəkə bilərəm. Bunlar Türkiyə köşə yazarlarından da güclüdür. Avropa mətbuatı xəbər üzərində köklənib. Ancaq bizdə "Əkinçi”dən gəlmə maarifləndirmə, savadlandırma funksiyası yenə də davam edir. Biz ancaq xəbər üzərində köklənməmişik. Yəni, bizdə jurnalistika şaxələnib. Azərbaycan jurnalistikası böyük məktəb və inkişaf yolu keçib. Bu, həqiqətdir.

- Belə iddialar var ki, bu gün Azərbaycanda jurnalistlərin sayı həddən çoxdur. Mətbuat Şurasının üzvü olaraq bu məqam sizi narahat edirmi?

- Əvvəla, Azərbaycanda jurnalist ordusu çox deyil. Azərbaycanda əlinə qələm alıb yazı yazan insanlar var. Ancaq onlar jurnalist deyillər. Jurnalistika tamam başqa peşədir. Azərbaycanda normal şəraitdə min jurnalistin olmağı çox deyil. Onun da adətən 300 nəfəri güclü qələm sahibidir. 300 nəfərin içərisində 50 nəfəri lap güclüdür. Ondan da seçsən, 10 nəfəri qeyd etmək olar. Mətbuat qanunundakı boşluğa görə, kim istəsə özünə qəzet, sayt aça, şəxsinə jurnalist deyə bilər. Bəzən, sosial şəbəkədə status yazıb özünə jurnalist deyirlər. Sonra isə Azərbaycanda müstəqil mətbuatı quranları tənqid edirlər. Məsələn, müstəqil mətbuatı quranlar deyəndə Babək Hüseynoğlu, Elçin Şıxlı, Rauf Arifoğlu, Rəşad Məcid başqalarını qeyd etmək olar. Dünən sosial şəbəkədə statuslar yazaraq özünü jurnalist görənlər müstəqil mətbuatı quranları "zurnalistadlandırırlar. Halbuki "zurnalistonların özləridir. Baxın, mən sizi tanımasam, müsahibəmiz baş tutmazdı. Gündə mənə çoxlu sayda zəng gəlir, onların hamısına danışmaq imkanım olmur. Siz ötən gün müsahibə haqqında dediniz, amma mənim vaxtım olmadı, çünki tədbirlərimiz çox idi. Amma bu gün müsahibəmiz baş tutdu. Çünki sizi şəxsən tanıyıram. Kimsə əlinə qələm götürüb jurnalist olmaq istəyirsə, onları jurnalist adlandırmaq olmaz. Xatırlayırsınız, bir zamanlar qəzetlərin baş redaktorlarına media kapitanları deyirdilər. İlk dəfə bu məsələ qalxanda dedim ki, mən media kapitanı deyiləm, media generalıyam. Təklif etdim ki, generalla kapitanı səhv salmayın. Azərbaycanda mətbuatın generalları, onun üzvləri zabitləri var. Deyirsiniz jurnalist çoxdur, əslində, bu, yazan çoxluğudur. Onlar jurnalist deyillər. XX əsrdə 500-1000 şair olub. Ancaq siz kimlərin adını çəkə bilərsiniz? Təbii ki, Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Əli Kərimin, Məmməd Arazın, Ramiz Rövşənin s. Yəni keçmişə qayıtsaq da, Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin, Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Əhməd Ağaoğlunun adını çəkə bilərik. Ona görə çoxluq hər şey demək deyil. 

 - İyulun 21-də Prezidentlə görüşdünüz. Təəssüratınız necə oldu?

 - Təbii ki, görüşlə bağlı insanların gördüyü görmədiyi məqamlar oldu. Cənab Prezidentin görüşdə çıxış edən şəxslərin fikirləri ilə tanış oldunuz. Bu, çox gözəl idi. Mətbuata çıxmayan məqamlar da oldu. Məsələn, görüşdən sonra foto çəkdirməyə gedəndə cənab Prezident 25 dəqiqə bizlərlə səmimi söhbət etdi, hətta zarafatı da oldu. Prezident istəyirdi ki, görüş zamanı gərginlik içində olan şəxslər bir qədər rahat olsunlar. Yəni ki, qarşıdakılar təkcə Prezidentlə deyil, həm dostları ilə söhbət etdiklərinin fərqində olsunlar. Buna görə , zarafat etdi ki, gərginlik içində olanlar açılışsınlar. Rəsmi hissədə söylədi ki, sözü olan varsa, durub desin. Akif Aşırlı, Əflatun Amaşov, Umud Rəhimoğlu danışdılar. Toplantıdan sonra isə Prezidentlə ürəkləri istəyən söhbəti etdilər. O cümlədən mən Prezidentlə söhbət etdim. Prezidentlə görüşdən çox yüksək təəssüratla ayrıldıq. Özü , biz görüşdən çıxandan sonra cənab Prezidentin sərəncamı oldu, jurnalistlər üçün yeni tikilən binaya əlavə olaraq 5 milyon manat ayırdı. Bundan gözəl hansı təəssürat ola bilər? Bizi doğma bilir, qəbul edir. Hətta dedi ki, bəzi şeyləri köməkçilərim mənə demir, amma mən mətbuatdan oxuyuram. Bunu müxalif qəzetlər dərhal götürüb əllərində bayraq etdilər. Əslində, belə deyil. Prezident səhər işə gəlir. Bəzən kefi olmur. Bu zaman bütün məlumatları Prezidentə çatdırmırlar. Ancaq sonra bütün məlumatlar Prezidentə təqdim edilir. Lakin bu məqamı müxalif qəzetlər manşetə çıxardılar. Mən adi adamam. Səhər işə gəlirəm, amma axşam mənə deyirlər ki, filankəs filan səhvi edib. Yəni səhər-səhər əhvalımı işimi pozmaq istəmirlər. Mən adi qəzet təsisçisiyəm. Prezidentin bu zarafatını başqa istiqamətə yozmağa əsla ehtiyac yoxdur.  

- Bundan sonra Azərbaycan mətbuatının qarşısında hansı vəzifələr durur?

- Birincisi, Prezident çıxışında da qeyd etdi ki, ölkədə olan problemləri işıqlandırmaq lazımdır. Yəni ancaq tərif deyil, problemləri də çatdırmaq lazımdır. Fikrimcə, medianın əsas vəzifələrindən biri də xalqımızı ikinci Qarabağ savaşına kökləməkdir. Mətbuat bu məqama həssas yanaşmalı, milləti ruhdan düşməyə qoymamalıdır. Eyni zamanda xaricdən Azərbaycana, dövlət maraqlarımıza qarşı olan hücum və təzyiqlərə cavab verməkdir. Həmçinin ikili standartları ifşa etməkdir. Təbii ki, mətbuatın vəzifəsi həm də maarifçilik işinin aparılmasıdır. Təsəvvür edin ki, bu gün Türkiyə əhalisinin 25 faizi oxuyub yazmağı bilmir. Şükürlər olsun ki, Azərbaycanda bir adam ola bilməz ki, oxuyub-yazmağı bilməsin. Görün, bizim inkişafımız hansı səviyyədədir. Əlbəttə, problemlərimiz də var. Əsas məsələ qəzetlərin yayımının artırılmasıdır. Bizim qəzetlər rayonlara gedir. Ancaq kəndlərimizə də qəzetlər getməlidir. Bir var insanlar xəbəri televiziyadan alsın, birvar qəzetdən oxusunlar. Təsəvvür edin ki, gözəl yazarlarımızın publisist yazıları, tənqidləri, analitik məqalələri kəndlərdə oxunur. Fikrimcə, bu problem də həll olunmalıdır.  

 

Ədalət.- 2015.- 24 iyul.- S.2.