BƏRDƏ NECƏ GÖZƏL, NECƏ
QƏŞƏNGDİ...
"Yenidən Bərdədə
olmağımdan çox
məmnunam, çox şadam. Mən Bərdədə dəfələrlə olmuşam.
Hər dəfə burada olanda gözəl obyektlərin açılışını
qeyd edirik. Bu gün Bərdədə
"ASAN xidmət" fəaliyyətə
başlayıb. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik
edirəm.
Gözəl binadır. Şəhərə yaraşıq verir.
Daxili dizayn da gözəldir.
Əsas məsələ ondan ibarətdir ki, burada yüksək xidmətlər göstəriləcəkdir.
Bu, sayca səkkizinci
"ASAN xidmət"dir. Dördü
Bakıda fəaliyyət
göstərir. Üçü bölgələrdə - Gəncə,
Sumqayıt, Sabirabad şəhərlərində. Dördüncüsü də bölgələrdən
məhz Bərdə şəhərində açılmışdır.
Qəbələdə və Bakıda
iki mərkəz tikilməkdədir. Əminəm ki, yaxın zamanlarda Masallıda da tikiləcək. Beləliklə, bütün ölkə
üzrə "ASAN xidmət"
fəaliyyət göstərəcək.
Bərdə şəhərində "ASAN xidmət"in fəaliyyətə
başlaması əlbəttə
ki, xüsusi məna daşıyır. Qarabağ bölgəsində
ilk dəfə olaraq bu gözəl xidmət artıq fəaliyyətə başlayır.
Bu gün rəsmi
açılışını edirik. Novruz bayramından sonra
isə artıq vətəndaşları qəbul
etməyə başlayacaq".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Hər dəfə
Azərbaycanın dilbər
guşələrinə yolum
düşəndə o bölgəyə
dair oxuduğum ayrı-ayrı kitabların,
məqalələrin maraqlı
məqamlarını yaddaşımda
təzələyirəm. Təbii ki,
Bərdəyə də
üz tutanda Şeyx Nizaminin məşhur misralarını
öz-özümə təkrarlayıram.
Çünki...
Azərbaycanın bugünkü iqtisadi mənzərəsində özünəməxsus
yeri olan qədim, həm də müasir Bərdəni gəzib gerçəkliklərlə baş-başa
qalanda bir daha bu torpağın
bar-bərəkətinə, onun doğrudan-doğruya möcüzələr aləmi
olduğuna inanıram. Çünki gördüyüm hər şey insanda bir qürur hissi oyadır, adamın daxili aləminə bir rahatlıq mehi çiləyir. Ona görə qədim olduğu qədər də müasir olan və hər
gün də bir az da müasirləşən
Bərdənin inkişaf
yoluna nəzər salmaq qərarına gəldim.
Yerli icra strukturlarından öyrəndim ki, "Azərbaycan Respublikası
regionlarının 2009-2014-cü illərdə sosial-iqtisadi
inkişaf Dövlət
Proqramı"nın həyata keçirilməsi
istiqamətində bütün
ölkəmizdə atılan
addımlarla paralel olaraq Bərdədə də bir coşqu,
bir inkişaf ab-havası hökm sürməkdədi. Bunu təkcə
görmək yox, həm də hiss etmək lazımdır.
Çünki bu qədim şəhərin girişindən
içəri daxil olarkən insanın diqqətini bir xoş ovqat, bir yaradıcılıq atmosferi üzərində
köklənmiş insanların
fəallığı çəkir.
Hiss olunur ki, quruculuqla məşğul
olan bu insanlar
həm öz yurd-yuvalarını abadlaşdırır,
onun böyük Nizaminin qələmindən
gələn tərifini
özünə qaytarmağa
çalışır, həm
də işləməklə,
ailələrinin sosial
büdcəsini, güzəranını
yaxşılaşdırmağa çalışırlar.
Gördüklərimizi qələmə almağa
başlarkən ilk öncə
tikinti-abadlığı önə
çəkdik. Çünki abad el-oba yolu ilə, tikintisi ilə həmişə seçilibdi.
Bax elə şəhərin ən böyük prospektlərindən
biri olan Heydər Əliyev prospekti ilə Ağdam rayonu istiqamətində uzanan yolun ümumi mənzərəsi, bu yolun Əliyanlı kəndi, həmçinin Yevlax şəhəri istiqamətində Cəyirli
kəndinədək, Həzi
Aslanov küçəsi
ilə Tərtər rayonu istiqamətində Zümürxanlı kəndinədək
uzanıb gedən, həmçinin bəzi hissələri yenidən qurulan yolların rahatlığı həqiqətən
könül açır.
Təkcə bu qeyd etdiyimiz yolların üzərindəki geniş
meydan və park özü-özlüyündə yola xüsusi bir gözəllik verir.
Ötən ilin və bu
ilin birinci rübündə Bərdə
rayonunda aparılan yol tikintisi, yolların ətrafının
genişləndirilməsi, yaşıllaşdırılması
işləri və buraya sərf olunmuş tikinti materiallarının kəmiyyət
və keyfiyyəti rəqəmlərə çevilərəsə,
onda aparılmış
işlərin həcmini
birmənalı olaraq ifadə etmək mümkün olar.
Xatırlatmaq lazımdır ki,
ötən il
yolların, küçə
və parkların abadlaşdırılması işində
kifayət qədər
böyük sürət
və keyfiyyət diqqəti çəkmişdir.
Belə ki, rayon mərkəzinin Heydər Əliyev prospekti ilə yanaşı, Koroğlu, Bakı və Həzi Aslanov küçələri də
bütünlüklə yenidən
təmir edilərək
tam şəkildə asfaltlaşdırılmışdı.
Burada aparılan yol-tikinti-abadlıq
işləri Bərdənin
mərkəzi ilə yanaşı, onun kəndlərində də
böyük vüsət
almışdı. Yəni
Qaradəmirçi - Alpout,
Bərdə-Mirzalıbəyli yolları bütünlüklə
yenidən qurulmuş,
yolların səkiləri,
piyada keçidləri
xüsusi zolaqların
və xətlərin çəkilməsi, eləcə
də həmin yolların kənarlarının
yaşıllaşdırılması rayon
sakinləri tərəfindən
razılıqla qarşılanmışdır.
Bərdə şəhərinin mərkəzində
böyük bir ərazini əhatə edən bayraq meydanının tikilməsi
və burada 80 metr hündürlüyündə
ucaldılan Azərbaycan
bayrağı, Nüşabə
parkı şəhərin
yağış sularından
təmizlənməsi üçün
xüsusi xətlərin
çəkilməsi bərdəlilərin
ürəyincə olan
tədbirlərdəndir. Abadlaşdırılan sahələrdə yaşıl
örtüklərin salınması,
parklarda xüsusi qurğuların qurulması,
oturacaqların qoyulması,
xüsusi yerlərdə
zibil yeşiklərinin,
müasir reklamların
quraşdırılması, şəhərin gecə işıqlandırılması demək olar ki, çox yüksək səviyyədə
yerinə yetirilir.
Ötən ilin və bu ilin birinci
rübünün faktlarını
gözdən keçirəndə
aydın olur ki, rayonda aparılan
tikinti-abadlıq işlərinə
1 milyon 600 min mişar
daşı, 1900 kv metr qranit və
30500 kv metr ağ lay üzlük çəkilmiş və
ümumiyyətlə bu
istiqamətdə görülən
işlər üçün
ən yüksək keyfiyyətli tikinti materiallarından istifadə
olunmuşdur.
Rayonun kəndlərində
də məhz yüksək keyfiyyətli
tikinti materialları hesabına abadlıq işləri həyata keçirilmişdir. Belə ki, kəndarası
yolların hamarlanması,
qum-çınqılla təmir
edilməsi, müəyyən
ərazilərdə asfalt
örtüklərinin salınması,
təsərrüfatdaxili arxların
təmizlənməsi, habelə
körpülərin bərpası
və yenidən qurulması da görülən işlərin
sırasındadı. Bununla paralel olaraq bölgələrdəki inzibati
binalar, kəndlərin
ala qapılarının tikintisi
də görülən
işlərin sırasındadı.
Təbii
ki, görülən işlərdə yerli bələdiyyələrin və
yerli icmaların da iz payı
var. Məhz bu qarşılıqlı əməkdaşlığın
nəticəsidir ki, rayonun Soğanverdilər, Əmirli, Yeni Əyrisə, Qaradağlı,
Məmmədli və Arabaçılar kəndlərində
kənddaxili yollar əsaslı təmir olunmuşdur. Otuzikilər kəndində isə
içməli su üçün çən
quraşdırılmış, 3.4 km məsafədən su xətti çəkilmiş
və həmin xətt üzərində
10 ədəd bulaq tikilmişdi. Həmin işlərin
müəyyən formada
Tağlar, Güloğlular
kəndlərində də,
eləcə də Ləki və Çəmənli kəndlərində
də həyata keçirilməsi, aparılan
abadlıq işlərindən
xəbər verir.
Bu gün də Bərdə də tikinti-abadlıq işləri
uğurla davam etdirilir. Xüsusən insanların suya
olan ehtiyacının ödənilməsi, yaşıllıqlarının
salınması istiqamətində
konkret işlər görülür. Burada
360 şagird yerlik məktəb binasının,
gündəlik gücü
30 ton olan çörək
zavodunun, inzibati binaların bərpası,
tikintisi uğurla həyata keçirilir. Ümumiyyətlə, Bərdədə
tikinti-quruculuq istiqamətində
işlər bu il də
yüksək sürətlə
aparılır.
(Ardı var)
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2015.- 24 iyul.- S.3.