MÜBAHİSƏLİ ADA

 

 

Ötən əsrin 60-ci illərinin sonunda, daha doğrusu 69-cu ilin ilk aylarında Uzaq Şərqdən bir-birinin ardınca həyəcanlı xəbərlər gəlməyə başladı. Orta məktəbdə oxuduğumuz, hələ "dünyadan başımızın çıxmadığı" bir vaxtda radio vasitəsilə eşitdiyimiz bu xəbərlər çoxları kimi şəxsən məni də narahat edirdi. Axı necə oldu ki, "nəhəng, güclü, qüdrətli, dünyada sülhün dayağı olan "böyük Vətən"in sərhədləri birdən-birə qonşu ölkənin təcavüzünə məruz qaldı? Söhbət, əlbəttə Çin Xalq Respublikasından gedir. Cəmiyyətin qapalı, senzuranın güclü olduğu bir vaxtda verilən məlumatlar hadisənin mahiyyətini, bütün təfərrüatlarını əhaliyə çatdıra bilirdimi? Hər halda bir fakt danılmaz idi ki, qonşu Çin dövləti SSRİ-nin şərq sərhədini pozmuş, "sözə qulaq asmayan xunveybinlər" sovet ərazisinin içərilərinə soxulmuşdular. Bir neçə dəfə təkrarlanmış hadisədən sonra, nəhayət, "düşmən"ə layiqli cavab verilmişdir. Əməliyyat zamanı təbii ki, itkilər də olmuşdur. O vaxt əhali arasında hətta belə bir şayiə də dolaşırdı ki, sovet tərəfi azğınlaşmış xunveybinləri lazer silahı vasitəsilə yandırıb külə döndərmişdir. Bunun nə dərəcədə doğru olduğunu və nə üçün dövriyyəyə buraxıldığını həmin dövrdə izah etmək bir qədər çətin idi...

Söhbətin bu məqamında oxucu haqlı olaraq soruşa bilər ki, artıq üstündən yarım əsrə yaxın vaxt keçmiş, həm də indi nə müstəqil dövlətimizə heç bir aidiyyəti olmayan belə bir hadisədən danışmağın nə əhəmiyyəti? Məsələ ondadır ki, həmin münaqişə zamanı orada hərbi xidmət keçən, əslən Dəvəçi rayonundan olan Tofiq Abbasov adlı soydaşımız da həlak olmuşdur. Doğrudur, sonralar onun adı əbədiləşdirilmiş, xatirəsi yad edilmişdir. Lakin bu günün gözü ilə baxanda həmyerlimizin mənasız bir oyunun qurbanı olduğunu görməmək, bihudə yerə yarımçıq qalmış ömrünə acımamaq mümkün deyil. Axı o indi mövcud olmayan, tərkibinə doğma respublikamızın da zorla qatıldığı bir ölkənin sərhədlərini qoruyarkən həlak olmuşdu!..

Artıq aradan on illərlə bir vaxt ötmüşdür. Dünyanın siyasi xəritəsi dəyişmiş, hadisələr başqa-başqa istiqamətlərə yön almış, beynəlxalq münasibətlər yeni müstəviyə keçmişdir. O illərdə bir-birinə düşmən gözü ilə baxan ölkələr mövqelərini dəyişməyə başlamışdır. Dünyanın iki nəhəng dövləti - Çin ovaxtkı SSRİ-nin varisi olan Rusiya çox sürətlə bir-birinə yaxınlaşmaqdadır. Həmin dövrdə bunu ağlına belə gətirən olmazdı.

İnternet materialı əsasında çapa hazırlanmış aşağıdakı yazı vaxtilə baş vermiş hadisənin qaranlıq məqamlarına aydınlıq gətirir.

"1№-li xüsusi silah"

 

Əvvəlcə yeni nəsil oxucuları üçün xatırladaq ki, haqqında söhbət gedən Damansk adası Uzaq Şərqdə, Ussuri çayı ərazisində yerləşir. Sahəsi vur-tut 1kvadratkilametr olan bu ada ovaxtkı SSRİ ilə Çin Xalq Respublikasını bir-birindən ayırırdı. Hər iki ölkə arasında gərginləşməkdə olan münasibətlər həmin dövrdə pik həddinə çatmışdı.

Təsadüfi deyil ki, Çin Komminist Pastiyasının Mərkəzi Komitəsi 1969-cu il yanvarın 25-də Damansk adasında "sovet təxribatına cavab olaraq" üç rotanın iştirakı ilə hərbi əməliyyatlar keçirilməsi haqqında qərar qəbul etmişdi. Deyilənə görə, o vaxt ölkənin müdafiə naziri vəzifəsində işləyən Mao Tsze-dunun sağ əli sayılan marşal Lin Byao yeganə hakimiyyət adamı idi ki, bu gizli sənədin əleyhinə çıxmışdı. Çinin təbliğat vasitələri "təxribat" adı altında sovet sərhədçilərinin xunveybinləri öz ərazilərinə buraxmaq istəməmələri kimi təsəvvür edirdi. Hansı ki, Ussuridə yerləşən bu kiçicik adanı çinlilər özlərininki hesab edirdilər. Silahdan istifadəyə bərk qadağa qoyulmuşdu; sərhədi pozanları "xüsusi silah," - uzun saplı ov nizəsi bir "qarın taktikası" ilə, - cərgəyə düzələrək əllərində Maonun portretlərini şüalarını tutmuş fanatikləri bədənləri ilə sıxışdıraraq geri şəkilməyə məcbur edirdilər. Başqa metodlar da vardı-həmin hadisələrin iştirakçısı olanlardan birinin danışdığı kimi: şalvarlarını aşağı çəkib arxa tərəflərini Maonun portretləri tərəfə çevirir beləliklə xunveybinlər dəhşət içində geri çəkilirdilər...

Yanvar-fevral ayları ərzində sovetçin sərhədçiləri Damansk və Kirkinskdə (Ussuridə yerləşən daha bir ada) dəfələrlə əlbəyaxa döyüşə çıxmışdılar - ölüm - itimə yol verilməsə də. Lakin sonradan hadisələr daha kəskin xarakterr almağa başladı. Belə ki, martın 1-dən 2-ə keçən gecə çinli əsgərlər tam döyüş formasında Damanska çıxdılar və adanın qərb sahilində möhkəmləndilər. Həyəcan siqnalı ilə dərhal hadisə yerinə başda 2-ci sərhəd zastavasının rəisi baş leytenant İ.Strelnikov olmaqla 32 sovet sərhədçisi göndərildi. O, çinlilərə etirazını bildirdi, lakin bu an altı silahdaşı ilə birlikdə alnından güllələndi. Qeyri-bərabər döyüş başlandı və köməyə gələn 12 nəfərdən 11-i məhv edildi. Martın 2-də gedən döyüşlər zamanı bütövlükdə 31 sovet sərhədçisi öldürüldü, 14-ü yaralandı. Özündən getmiş bir yefreytor çinlilər tərəfindən əsir götürüldüsonra ona vəhşicəsinə işgəncələr verildi... 2001-ci ildə DTK-nın arxivindən Damanskda həlak olmuş sovet hərbi qulluqçularının fotoşəkilləri üzə çıxarılıb aşkarlandı - şəkillər çinlilərin meyitlər üzərində təhqiredici hərəkətlərə yol verdiklərini təsdiqləyir.

"Qrad" hər şeyi həll etdi

 

Vaxtilə həmin hadisələrin şahidi olmuş adamlarda tez-tez belə bir sual yaranır: nə üçün Damansk adası çinlilər tərəfindən təcavüzə məruz qaldığı ərəfədə adi ştat rejimində mühafizə olundu (bir versiyada deyilir ki, münaqişənin qaçılmazlığı barədə gizli kanalla nəinki sovet kəşfiyyatı, eləcə də şəxsən Lin Byao özü Kremlə məlumat çatdırmışdı);üçün yeni qüvvələr köməyə yalnız ilk itkilərdən sonra gəldilər, nəhayət nə üçün martın 15-də, sovet mövqeləri intensiv artilleriya ateşinə məruz qalandan sonra döyüşə Çin ordusunun yeni bölmələri( 24-cü piyada polku, 2 min nəfər əsgər) cəlb edildi? Çinlilər tərəfindən vurulmuş ən yeni T-62 sovet tankında sərhəd dəstəsinin komandiri polkovnik Leonov həlak olanda belə Sov.İKP MK Siyasi Bürosunun qərarı ilə Damanska Uzaq Şərq Hərbi Dairəsi qoşunlarının çıxarılmasına qoyulmuş qadağanın aradan qaldırılmaaması da açıq qalan suallardandır.

Nəhayət, Hərbi Dairə qoşunlarının komandanı general-polkovnik O.Losik 135-ci motoatıcı diviziyanın döyüş zonasında açılış edərək çinlilərin mövqelərini o vaxt hələ məxfi sayılan BM-21" "Qrad" sistemindən yaylım atəşi ilə "ütülənməsi" barədə əmr verərkən böyük riskə getmişdi. Başına yağış kimi yağan "qrad"ları görən düşmən, - yaylım atəşi ilə xeyli sayda canlı qüvvə və material-texniki ehtiyat sıradan çıxarılmışdı, - döyüşdən əl çəkməyə məcbur olmuşdu. O vaxtlar Pekinin belə bir silahı yox idi.

Hərbi münaqişə zamanı sovet sərhədçilərindən 4-ü zabit olmaqla bütövlükdə 58 nəfər həlak olmuşdur. İndiyə qədər Çin tərəfi dəqiq rəqəm göstərməsə də, rusların məlumatına əsasən, onların itkisi 300-700 nəfər arası olmuşdur.

1969-cu ilin avqustunda çinlilər sovet sərhədlərinin möhkəmliyini yenidən yoxlamaq fikrinə düşdülər: bu dəfə Qazaxıstanın Jalanaskol gölü ərazisinə 80 nəfərlik "xüsusi təyinatlı" çıxardılar. Lakin tam hazırlıqlı dəstələrlə üzləşməli oldular: 65 dəqiqəlik döyüş nəticəsində 21 nəfər itki verən düşmən qaçıb canını qurtarmağa məcbur oldu. Sovet dövləti üçün, sözsüz ki, qalibiyyət sayılan bu epizod demək olar ki, nəzər-diqqətsiz qaldı.

O vaxtlar Damansk hadisələri barədə, sovet ordusunun hər hansı düşmənə layiqli cavab vermək əzmində olduğu haqda çox danışıldı, lakin sovet əsgərlərinin oradaüçün döyüşdüyü, nəyin uğrunda qan axıtdıqları az sonra aydın oldu.

 

Nəyin uğrunda vuruşurdular...

 

1969-cu il sentyabrın 11-də SSRİ Nazirlər Sovetinin sədri A.Kosıgin və ÇXR Dövlər Şurasının rəhbəri Çjou Enlay Pekin aeroportundakı danışıqlar zamanı,- A.Kosigin Vyetnamdan, Xo Şı Minin dəfn mərasimindən qayıdırdı, -Damanskdakı vəziyyətlə bağlı müzakirə apararaq tərəflərin münaqişədən yayınmaq və barışığa əməl etmələri naminə hazırda qərar tutduqları yerdə qalmalarının məqsədəuyğunluğu barədə razılaşdılar. Çox ehtimal ki, Pekində Moskvanın belə güzəştə hazır olduğunu əvvəlcədən bilirdilər - odur ki, danışıqlardan əvvəl Damanska əsgərlərini çıxartdılar. Beləliklə də, "tutduqları mövqe"də qaldılar.

1991-ci ildə sovet-Çin sərhədinin demarkasiyası haqqında razılaşma imzalanarkən Damansk rəsmən qarşı tərəfdə qaldı. Bu gün xəritədə belə bir adda ada yoxdur - var Çjen-Byao-Dao (Çin dilində "Qiymətli ada"), hansı ki, çinli sərhədçilər orada həlak olmuş əsgərlərin xatirəsinə yeni qoyulmuş xatirə lövhəsinin qarşısında hərbi and içirlər.

Hadisənin nəticəsi yalnız adların dəyişməsindən ibarət deyil. O vaxt Çinə XabarovskPrimorye vilayətlərinin sidr meşəlikləri də daxil olmaqla yüz hektarlarla torpaq sahələri verildi.

...Bəli, 1969-cu ildən bəri UssuriAmur çaylarından çox sular axmışdır. O vaxtdan ÇinRusiya da çox dəyişmişdir. Hər iki ölkənin başçısı Moskvada, 9 May- Qələbə paradında yanaşı əyləşmişdilər. Çox güman ki, sentyabr ayında Pekində keçiriləcək analoji paradda da belə olacaq...

 

Səfər Mahmudzadə,

 

hərbi jurnalist

 

Ədalət. - 2015.- 24 iyul.- S.4.