Rusiya muzeylərində
Naxçıvan xanlıqlarının bayraqları
tapılıb
Rusiya
muzeylərində və arxivlərində aparılan tədqiqatlar
nəticəsində Azərbaycanın dövlətçilik
tarixinə aid yeni materiallar aşkar edilib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən verilən xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, bayraqşünaslıq və geraldika üzrə mütəxəssis Pərvin Gözəlov Rusiya muzeylərinin arxivlərində indiyədək məlum olmayan bəzi faktlar aşkarlayıb. Bunların içərisində Naxçıvan xanlığının bayraqları böyük maraq kəsb edir.
P. Gözəlov bildirib ki, Ermitaj Muzeyinin bayraq fondunda saxlanılan birinci bayraq 1812-ci ildə baş vermiş Aslandüz döyüşündə Abbas Mirzə tərəfindən Naxçıvan xanlığına öz tərəfdarlarını fərqləndirmək, müttəfiqləri olduğunu bəyan etmək üçün verilib: "Həmin döyüşlər zamanı isə qənimət kimi götürülərək Rusiyaya gətirilib. Naxçıvanın ikinci dövlət bayrağı 26 iyun 1827-ci ildə xanlığın işğalı zamanı qənimət kimi götürülüb. Bayrağın üzərindəki rəmzləri təhlil edərkən məlum olur ki, bizim müasir bayrağımızın üzərində olan rəmzlərdən həmin bayraqda da istifadə olunub. Bu çox maraqlı faktdır. Çünki, bu günə kimi biz hesab edirdik ki, bayraq üzərində olan aypara və ulduz 1918-ci ildə ilk dəfə istifadə olunub. Bu bayrağın tapılması isə elmə yenilik gətirir və sübut edir ki, bu rəmzlər 1918-ci ildən əvvəldə istifadə olunub”.
P. Gözəlov qeyd edib ki, bayraq ipək parçadan tikilib və qızılı saplarla işlənib: "Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyindən əldə olunan bayraqda Əcəmi Naxçıvaninin memarlıq ənənələrindən istifadə edilib. Üzərində əks olunmuş səkkiz guşəli ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. İndiyədək nəinki Azərbaycan xanlıqlarının bayraqlarında, 18-19-cu əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast gəlinməyib”.
Araşdırma zamanı Peterburq
Artilleriya və hərb tarixi
muzeyinin arxivlərindən Azərbaycan
tarixinə dair başqa
faktlar da üzə
çıxıb. P. Gözəlovun sözlərinə
görə, materiallar arasında Dərbənd
qalasının gümüş
açarı aşkar olunub:
"Şamaxı qalasının açarları aşkar olunaraq fotoşəkilləri
aşkar olunaraq gətirilib.
Bu da bizim
dövlətçilik tariximizin
araşdırmalarına böyük
töhfələr verəcək”.
Ədalət.- 2015.- 28 iyul.- S. 2.