YÜKSƏLİŞ YOLUNUN ZAQATALA GERÇƏKLİYİ

 

"Qızıl güllər" diyarının gözəllikləri kimləri ovsunlamadı ki...

"...Şəhərin abadlaşdırılması prosesi gedir, tikinti gedir. Yəni, burada hər cür sosial infrastruktur mövcuddur. Bu məqsədlər üçün vaxtaşırı vəsait ayrılır. Bundan sonra da ayıracağıq".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

...Keçmişlərdə belə olub. Elə ki, yay gəldi, dözülməz istilər düşdü, bu yerlərin qonaq-qarası çoxalıb, dağların, meşələrin ən azından axşam sərini insanları özünə çəkib. Əlbəttə, Şəkinin, Qaxın öz yeri, Zaqatalanın da öz yeri var. İndi Zaqatalanın ən izdihamlı, ən gur vaxtlarıdır. Ancaq son dövrlər burada qonaqları, turistləri özünə cəlb edən təkcə təbiət gözəllikləri, dağların, meşələrin saf havası, oksigen bolluğu deyil, həm kəndli-şəhərli bir Zaqatala müasirliyi, modernizmi bütün mənalarda rahat həyat cazibəsidir.

Xatırlayırsınızmı o duyğusal, səmimi yazılarımı? Təbiətin bəxş etdiyi gözəlliklər, insanların bu gözəlliyə sevgisi, səliqəli modern şəhər heyranlığı... Bəli, bütün bunlar Zaqatalada bir-birini tamamlayan bənzərsiz məqamlardır, görənləri xoş magiyasına çəkən gerçəklikdir. Son dövrlərin, son illərin reallıqları... çox qəribədir ki, daha bu rayonda, bu şəhərdə "Kiçik Paris", "Bala Tiflis" deyimləri, bənzətmələri unudulmaqdadır. Çünki oxşadı-oşamadı, artıq Zaqatalanın ÖZÜ var. Təbiətlə bütünləşmiş, bu gözəlliklərlə qol-boyun olmuş gözəl, amma çox gözəl bir şəhər var...

 

Prezident inanılmaz olanları da reallaşdırır

 

Biz əgər dövlət qayğısının ən yüksək prinsipləri haqqında düşünəriksə, bunu ölkəboyu inkişafla bərabər, Zaqatalanın timsalında ayrıca bir münasibətdə daha parlaq nümunəsini heç vaxt unuda bilmərik. Bölgədə baş verən məlum təbii fəlakətin nəticələrinin tez bir zamanda aradan qaldırılması unutdurulması... Dünyanın heç bir ölkəsində belə bir dövlət qayğısının nümunəsinə rast gəlinməyib. Azərbaycan Respublikasının Prezidenti afət bölgəsini Avropanın inkişaf etmiş gözəl qəsəbələrindən üstün görkəmə, abad müasir səviyyəyə qaldırdı. Cənab Prezident həmin vaxtlar tez-tez bölgəyə səfərlər etdi, eyni zamanda az qala gündəlik olaraq burada dövlət tapşırıqlarının necə yerinə yetirilməsi ilə maraqlandı. Qax Balakən rayonlarında da eləcə.

 

Təvazökarlığın səmimiliyin halal mükafatı: inam etibar

 

Bu rayonun sakinləri son dövrlər həqiqətən daha gülərüz, daha qürurlu görünürlər. Onlar öz vətənləri sevimli prezidentləri ilə fəxr edirlər. Fəxr iftixar mənbəyi, qeyd etdiyimiz kimi, həm sosial-iqtisadi inkişafın reallıqlarında insanların rahat firavan yaşayışındadır. Bu inkişafın, bu gedişatın daxilində, gündəlik ritmində başqa bir nüansı da diqqətə çatdırmaq gərəkdir. Yəni bütün istiqamətlərdə nailiyyətlər qazanmaq, qazanılanları qoruyaraq daha böyük məsələlərin həllinə köklənmək, daim işgüzarlığın ən sağlam fəal formasında qala bilmək elə asan məsələ deyil. Ancaq respublika rəhbərliyinin yüksək etimadını layiqincə doğruldan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə onun əsl rəhbərlik səriştəsi ilə formalaşdırdığı işgüzar komandası çətin şərəfli vəzifəni uğurla həll etməkdə, həyata keçirməkdədir. Bunlar əsasən nədən ibarətdir? Rayon iqtisadiyyatının real perspektivlərdə inkişaf etdirilməsi, eyni zamanda insanların sosial mədəni tələblərinin həll edilməsi, quruculuq abadlıq tədbirlərinin fundamental, uzunmüddətli məqsədlərə yönəldilməsi. Yaxşı mənada həmişə ağır təbiətli görünən Mübariz Əhmədzadənin xarakterindəki bütün üstün cəhətlər - sadəlik, səmimilik, insanlarla işləmək bacarığı, bütün tədbirlərdə camaatla bir yerdə olmaq təəssübkeşliyi onun həm xalqa, dövlətçiliyə prezidentə sədaqətli olmasının gerçək təsdiqidir. Başçının təvazökar sadə həyat tərzi rayon sakinlərinin ona inam etibarını artırır.

Rayon sakinləri, rayon ziyalıları ağsaqqalları hesab edirlər ki, mərkəzdən başlamış ən ucqar kəndlərə kimi görülən işlərin düzgün istiqamətləndirilməsi, bütün məsələlərə diqqət qayğı ilə yanaşılması ölkə rəhbərliyinin tələblərinə uyğun şəkildə yerinə yetirilir.

Bütün bunlar barədə 2015-ci ilin sosial-iqtisadi inkişafın yekunları qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş ümumrayon iclasında da ayrıca olaraq geniş danışılmışdır.

 

Dünya standartları səviyyəsinə doğru

 

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məruzə ilə çıxışında demişdir:

- Bildiyiniz kimi bu il iyul ayının 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda giriş nitqi söyləyən cənab Prezident 2015-ci ilin birinci yarımilin yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5,7 faizdən çox artdığını, Azərbaycanda dinamik inkişafın təmin edildiyini, qeyri-neft sektorunun 9,2 faiz, sənaye istehsalının 4,0 faiz, qeyri-neft sənayesinin isə 14,0 faizdən çox artdığını vurğulayaraq bütün bunların son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin nəticəsində mümkün olduğunu qeyd etmişdir. Ölkədə aparılan düşünülmüş iqtisadi siyasət dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin bizim ümumi dinamik inkişafımıza təsir etmədiyini bildirmişdir. Dövlətimizin başçısı ölkədə əhalinin pul gəlirlərinin 6,2 faiz artdığını, inflyasiyanın aşağı səviyyədə 3,5 faiz olmaqla, əhalinin pul gəlirlərini üstələdiyini, kənd təsərrüfatının isə 7,0 faizdən çox artdığını diqqətə çatdırmışdır. Birinci yarımildə regionlarda müsbət meyillərin davam etdiyini, 48 mini daimi olmaqla 60 minə yaxın yeni yerinin yaradıldığını, ölkədə sosial məsələlərin həllinin diqqət mərkəzində saxlanıldığını, 20-dən çox məktəbin, 30-dan çox tibb müəssisəsinin tikildiyini ya təmir olunduğunu, bütün sosial proqramların vaxtında icra edildiyini vurğulayan Prezident İlham Əliyev demişdir: "...Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik".

 

Dövlət proqramlarının uğurlu icrası

 

Hesabat ilində Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin fərman sərəncamlarını rəhbər tutaraq gündəlik fəaliyyətində Prezident Administrasiyasının yaxından köməyi, tapşırıq tövsiyələri əsasında qarşımıza qoyulan vəzifələrin icrasına çalışmışdır. Regionların inkişafı sahəsində qəbul edilmiş uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Respublikada aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq 2015-ci ilin birinci yarımilində Zaqatalada iqtisadiyyatın dinamik inkişafına nail olunmuş, "Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində işlər davam etdirilmiş, 80,8 milyon manat ümumi məhsul istehsal edilmiş, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Məhsul istehsalı sənayedə 1,8 faiz, kənd təsərrüfatında 21.4 faiz, rabitədə 9,1 faiz, ticarətdə 9,2 faiz, pərakəndə əmtəə dövriyyəsi 9,2 faiz, pullu xidmətlərin həcmi 2,4 faiz artmış, 540-ı daimi olmaqla 574 yeni yeri açılmışdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2015.- 28 iyul.-  S.3.