BURA AĞCABƏDİDİ

Gəlib görsən məmnun qalarsan

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

"Azərbaycanın bugünkü inkişafı, Azərbaycandakı bugünkü həyat səviyyəsi bizim gördüyümüz böyük işlərdən xəbər verir. Biz hamımız birlikdə Azərbaycanı daha da gözəlləşdirmək Azərbaycan insanının bütün problemlərini çözmək üçün əlbir olmalıyıq. Məhz bizim birliyimiz digər problemlərimizin tezliklə aradan qaldırılmasına öz töhfəsini verəcək".

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən saylarımızda)

 

Regionların İnkişafına dair Dövlət Proqramının tərkib hissələrindən biri təbii ki, insan faktorudur. Yəni görülən bütün işlər məhz Azərbaycan insanın həyat səviyyəsinin yüksəldilməsinə, onun sosial-iqtisadi durumunun yaxşılaşmasına, üstəlik insanların dünyaya inteqrasiyasına yönəlibdi. Bax, bu mənada rayonun təhsil müəssisələrində həyata keçirilən quruculuq, təminat, pedaqoji kadrların hazırlıq səviyyəsi ilə yanaşı, həm məktəbəqədər müəssisələrdə normal şəraitin yaradılması, uşaq bağçalarında təminatın gücləndirilməsi istiqaməttində köklü işlər görülür.

Həm ötən il, həm bu ilin birinci rübündə Ağcabədi rayon icra hakimiyyətinin apardığı məqsədyönlü işlər nəticəsində rayonda 5 məktəbdənkənar müəssisənin, həmçinin Uşaq Gənclər şahmat məktəbinin, Texniki Yaradıcılıq məktəbinin, ekoloji tərbiyə təcrübəçilik mərkəzi, Uşaq gənclər İdman Məktəbinin, Uşaq Yaradıcılıq Mərkəzinin fəaliyyəti gücləndirilmiş, həmçinin buraya marağın artması səbəbindən həmin müəssisələr cəlb olunan uşaqların sayı da çoxalmışdı. Yəni təkcə kəmiyyət deyil, həm keyfiyyət artıq diqqət mərkəzində olmuşdu. Bir faktı da yada salmaq lazımdır ki, son dövrdə rayonda 150 yerlik uşaq bağçası tikilərək istifadəyə verilmiş bununla yanaşı həm 4 saylı uşaq bağçasında da təmir işləri başa çatdırılmış, digər uşaq bağçalarının da tam yararlı vəziyyətdə olması üçün gərəkli addımlar atılmaqla nöqsanların aradan qaldırılmasına nail olunmuşdu. Deməli, təhsilə göstərilən bu diqqət təkrar göstərir ki, Ağcabədi rayonunda son illərdə bu sahə təkcə rayon üçün yox, həm respublika üçün əhəmiyyət kəsb edən bir sahə kimi davamlı olaraq nəzarət altında saxlanılır göstərilən diqqət öz uğurlu nəticələri ilə hər kəsi sevindirir. Bütövlükdə isə Ağbcabədidə həm Müəllimlər İnstitutunun filialına, həm Pedaqoji Kollecə, həm peşə məktəbinə ayrılan diqqət buradakı müəllim tələbələrin sosial durumu, onların cəmiyyətə tam hazır kadr kimi qəbul olunması üçün lazım olan şəraitin yaradılması istiqamətində köklü işlərin görülməsi rayon rəhbərliyini aidiyyəti qurumlardan əsas tələblərindən biri kimi diqqəti çəkir. Ümumiyyətlə isə Ağcabədidə təhsilə kompleks baxış birmənalıdır bu da öz-özlüyündə hər kəsdə məsuliyyət hissinin yaranmasına stimul verir.

Yeri gəlmişkən, onu da xatırlatmaq lazımdır ki, Ağcabədidə təhsillə yanaşı, səhiyyəyə xüsusi diqqət göstərilir. Təbii ki, bu da insan faktoruna olan diqqətin göstəricisidir. Həmin diqqətin çalarlarını gözdən keçirəndə məlum olur ki, bu gün Ağcabədidə mərkəzi xəstəxana, 1 qəsəbə, 4 kənd sahə xəstəxanası, 15 həkim məntəqəsi 24 tibb məntəqəsi öz xidmətləri ilə həm yerli əhalinin, həm burda məskunlaşmış məcburi köçkünlərin xidmətindədilər. Yəni rayon əhalisi onlarla birlikdə yaşayan məcburi köçkün soydaşlarımıza öz isti qucaqlarını açmaqla bahəm, həm onların təhsil, səhiyyə, mədəniyyət sahəsində olan tələbatlarının da aradan qaldırılmasında qayğılarını əsirgəmirlər.

Birmənalı şəkildə qeyd etmək olar ki, bu gün Ağcabədidə yaradılan tibbi şəraitin imkanları hesabına müxtəlif xəstəliklərin qarşısınıın alınması istiqamətində köklü işlər görülübdü. Faktiki olaraq ötən il demək olar ki, rayonda bir nəfər olsun ana ölümü qeydə alınmamış, uşaq ölümü isə öncəki illərlə müqayisədə xeyli azalmışdı. Bunun da əsas səbəbi təbii ki, məsuliyyət nəzarət prinsipinin güclü olmasıdır. Ağcabədidə həm artıq rayonun hüdudlarından kənarda xəstətələrin müayinəyə üz tutması, müalicəyə maraq göstərməsi halları xeyli azalıbdır. Bunun da əsas səbəbləri təbii ki, həm tibbi personalın, həm bu personalın istifadə etdiyi tibbi avadanlıqların kəmiyyət keyfiyyətinin yüksəlməsidir. Yəni həkimlər öz üzərlərində çalışıb tibbi nailiyyətləri mənimsəməklə bahəm, həm müasir tibbi avadanlıqlardan peşəkarlıqla istifadə etməyi mənimsəyirlər. Elə buradaca onu da xatırladaq ki, rayonda xəstəxanaların təmir tikintisi işləri müvəffəqiyyətlə aparılır. Həm rayon mərkəzi xəstəxanası şöbəsinin, həmçinin rayonun Xocavənd kəndində, həm Kəbirli kəndində həkim məntəqələrinin istifadəyə verilməsi, eləcə Şahsevən, Qiyamədinli, Poladlı, Hacılar, Şərəfxanlı, Aşağı Merablı, Biləyən, Sarvanlı digər məntəqələrdə tibb məntəqələrinin təmiri, yenidən qurulması işləri uğurla keyfiyyətlə başa çatdırılır. İnsanların sağlamlığının əsas şərtlərindən biri onların istirahətlərini düzgün təşkil etmələridi. Bunun üçün rayonda yaradılan şərait doğrudan-doğruya ürəkaçandı. Çünki rayonun mərkəzində kəndlərində salınmış parklar, meydanlar bu guşələrdə qurulmuş texniki avadanlıqlar, yaradılmış şərait oraya üz tutanlara xoş anlar bəxş edir. Üstəlik rayon Mədəniyyət Turizm Şöbəsi öz daxili potensialı hesabına müxtəlif tədbirlər təşkil edir. Həmin əyləncəli, düşündürücü kütləvi tədbirlər təbii ki, insanlara xoş ovqat yaşadır. Burada onu da yada salmaq gərəkdir ki, rayonda kitabxanaların, onların filiallarının fəaliyyət göstərməsi, klub mədəniyyət evinin, musiqi məktəblərinin, tarixi-diyarşünaslıq muzeyinin, həmçinin Heydər Əliyev Mərkəzinin, Həmidə xanım Məmmədquluzadənin ev muzeyinin, eləcə rəsm qalareyasının, Üzeyir Hacıbəyov adına Qarabağ Muğam Mərkəzinin öz qapılarını sakinlərin üzünə açması rayondakı mədəni həyatın müxtəlif məqamlarından xəbər verir. Ümumiyyətlə rayon mərkəzində onun kəndlərində fəaliyyət göstərən klubların, kitabxanaların digər mədəniyyət mərkəzlərinin planauyğun şəkildə insanları öz ətrafında birləşdirməsi Ağcabədidə həyata keçirilən həmin o böyük uğurlu işlərin sırasından xəbər verir. Məhz bu uğurlu inkişafı özünün rayona hər səfərində qeyd edən Azərbaycan prezidenti cənab İlham Əliyev bildirmişdi ki, "Azərbaycanın bugünkü inkişafı, Azərbaycandakı bugünkü həyat səviyyəsi bizim gördüyümüz böyük işlərdən xəbər verir. Biz hamımız birlikdə Azərbaycanı daha da gözəlləşdirmək Azərbaycan insanının bütün problemlərini çözmək üçün əlbir olmalıyıq. Məhz bizim birliyimiz digər problemlərimizin tezliklə aradan qaldırılmasına öz töhfəsini verəcək".

Bəli, bu gün Ağcabədi rayonu özünün ən gözəl çağlarını yaşamaqla yeni uğurlara doğru addımlayır inanırıq ki, yeni qələbələr, yeni uğurlar Ağcabədini hər gün dünənkindən, bu bugünkündən bir az da önə aparacaq.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2015.-3 iyun.-S.7.