"ŞEİR VAXTI"
Poeziya ilə bağlı hər hansı bir toplu, almanax nəşr ediləndə istər-istəməz fikirləşirsən ki, görəsən bu almanax qədim və çoxəsrlik poeziyamızın müasir durumunu necə əks etdirir? Doğrudur, bir almanaxla bu barədə dolğun təsəvvür əldə etmək heç də mümkün olmaz, çünki şeirimizin çoxtəmayüllülüyü, üslub müxtəlifliyi bir almanaxa sığmaz. Amma dənizdə bir dalğa da o dəryaya məxsusdu və dalğada dənizi hiss etmək olar.
Budur, Sabir poeziya günləri ərəfəsində nəşr edilən "Şair vaxtı" adlı almanax qarşımızdadır. Kitab Azərbaycan Respublikası Mədəniyyət və Turrizm Nazirliyi ilə Yazıçılar Birliyinin birgə nəşridir. Kitaba yazılan kiçik annotasiyada deyilir ki, Şamaxının "Ədəbiyyat paytaxtı" elan olunduğu ildə işıq üzü görən topluya çağdaş Azərbaycan şairlərinin şeirləri daxil edilib. Almanaxın tərtibçisi və redaktoru, "Ulduz" gənclik dərgisinin baş redaktoru, şair Qulu Ağsəsdir.
Almanaxda 48 şairin şeirləri toplanıb. Ən birinci Xalq şairi Nəriman Həsənzadənin, ən sonuncu cavan şair Ramil Əhmədin şeirləri cəm olan bu topluda biz həm mövzuca, həm də forma və üslubi baxımdan bir-birindən seçilən şeirlərlə qarşılaşırıq.
Şeir xalqımızın mənəvi dünyasında çox önəmli yer tutur və bu gün hər bir azərbaycanlı üçün şeir udduğu hava, içdiyi su, tamaşa etdiyi təbiət qədər əzizdir. Şeirsiz yaşamırıq və şeir həm sevincimizdə, həm də ən kədərli günlərimizdə bizə hayan olur. Hissimizə, duyğumuza təsir edən estetik zövq mənbəyi sozdur, amma deyərdik ki, o sırada birincilik şeirə məxsusdur.
Almanax müasir poeziyamızın ağsaqqalı - ömrünün 84-cü baharını yaşayan Xalq şairi Nəriman Həsənzadənin "Mənim muğamatım" şeiri ilə açılır. Anasına xitabən yazılmış bu şeirdə ANA və MUĞAMAT obrazları bir vəhdət halına gəlir, anasının həna toxuyarkən muğamat üstündə zümzüməsi və onun səsində musiqinin gözəlliyini, insan qəlbinə necə təsir etdiyini bu həzin, kövrək misralar bizə pıçıldayır:
Anam - kəlağayılı bir muğamıydı,
Muğam da doğmaca öz
anamıydı.
Hana toxuyardın, ay Nabat
anam,
Mənim xalı anam, muğamat anam.
Xınalı barmaqlar naxış
ələrdi,
Orda ceyran gəzər,
cüyür mələrdi.
İpləri kəsərdi, calardı
anam,
Sapları sim bilib çalardı anam.
Nəriman Həsənzadə bu poeziyanın həm dünəni, həm də bu günüdür. Əsl şair
ömrü yaşayıb
o. Yaşının bu
çağında da
qətiyyən şair
şuxluğunu itirməyib
və hər şeirində "rəkdilində
danışan" (B.Vahabzadə)
bir şairin qocalmadığını hiss edirik.
Yaşda
qocalmaq göz qabağındadır, amma
şeirdə qocalırsansa,
şair kimi qocalırsan. Nəriman
Həsənzadənin, şeirindən
qocalıq qorxusu gəlmir. Hətta ömrün ötən günlərini xatırlayanda
da:
Yaşım səksəni haqladı,
Keçdiyim yollar hardadı?
Haraya gedirəm, Tanrım,
Görünən dağlar hardadı?
Bulanıram, duruluram,
Öz içimdə qovruluram,
Yeriyirəm, yoruluram,
Dəmir ayaqlar hardadı?
Ağsaqqal olmaq buydumu,
Gördüklərim yuxuydumu,
Varıydımı, yoxuydumu,
Ötən o çağlar hardadı?
Xalq şairi
Fikrət Qocaya da sanki ikinci
bir cavanlıq şövqü gəlib. O, demək
olar ki, hər gün şeir yazır və biz hər həftə qəzet və jurnal səhifələrində bu
şair qocalmayan Fikrət Qocanın yeni şeirlərini oxuyuruq. Bu il
80 yaşı tamam olacaq Fikrət Qoca şeirlərində artıq ağsaçlı
müdrik bir filosofu xatırladır. Onun son illərdəki şeirlərində
olsun ki, məhəbbət xətti,
təbiət gözəlliklərinin
vəsfi seyrəlməkdədir,
amma yeni şeirlərində fəlsəfi
notlar-dünyanı, həyatı
dərketmənin yeni çalarları diqqəti
cəlb edir.
İnsan
elə toxumdur ki,
Hara düşsə, bitə
bilər.
İnsan
sənin ovcunda da
Gözdən qaçar, itə bilər.
Ən dar anda insan
səsi
Ümid verər, həyan olar.
İmdadına yerə bilər,
Yaşayarsan.
Musa Yaqub isə Azərbaycan təbiətinin
şeirimizdə qayalaşmış,
bir az
da yuxarıya baxsaq, zirvələşmiş
bir parçasıdır.
İllər keçir, Musa Yaqub şeiri nə öz bədii təravətini, nə də rəngini itirir. Müasir şeirimizdə insanla
təbiət apasındakı
harmoniyanı ən bariz şəkildə, ən parlaq təcəssümdə ifadə
edən birinci şairimiz Musa Yaqubdur, - desək, səhv etmərik. Amma bu harmoniyanın qırıldığı anlar
da olur və
o zaman Musa Yaqub deyir ki:
Nə bilim, əvvəllər belə deyildim,
Uyuşa bilmirəm bu seyrangaha.
Ağaca,
yamaca, qayaya, dağa,
Uyuşa
bilmirəm, bilmirəm
daha,
Təbiətin qədri bilinməyəndə,
Könlümdən bu dərdlər
silinməyəndə,
Alıb insan dərdi aparır məni.
Almanaxda
Çingiz Əlioğlunun,
Vaqif Bayatlı Odərin, Vaqif Bəhmənlinin, Əcdər
Olun - poeziyamızda artıq öz poetik mənini çoxdan təsdiq etmiş şairlərin də yeni şeirləri
ilə qarşılaşdıq
və onların təzə söz demək imkanlarının
tükənmədiyini gördük.
Sona Vəliyevanın
"Razbarı"sı, "Yarpaq-yarpaq" gəraylısı,
Kəmaləddin Qədimin
qoşmaları, Rəşad
Məcidin sevgi şeirləri, Qəşəm
Nəcəfzadənin "Natəvan
klubu axşaüstü"
şeiri, Xanım İsmayılqızının poetik
fraqmentləri də o
ŞEİR VAXTInın yaddaqalan
anları oldu. Sabir Yusifoğlunun, Şükür Şənolun,
Esmira Məhiqızının,
Baloğlan Cəlilin,
İbrahimxəlilin, Fərqanə
Mehdiyevanın, Elçin
Mirzəbəylinin şeirləri
də müasir poeziyamızın fərdi
üslub müxtəlifliyindən
soraq verdi. Vasif Süleymanın bu qoşmasına isə biganə qalmaq mümkün deyil:
Günəşmi nur salır dörd bir yanıma?..
Yox... yox... Üzün durur hər
tərəfimdə.
Gendən
boylanıram Tanrı payına,
Nə olsun, dayanıb yer tərəfimdə.
Birimiz divanə, birimiz dəli,
İndi bizim üçün hər şey təsəlli.
Aşikar
olanım ellərə
bəlli,
Pünhan nağılımsan sirr tərəfimdə.
Səssiz
harayımı indi kim duya,
Budurmu dediyin əlçatmaz röyag
Görürsən, bir yanda bu boyda dünya,
Təkcə sən durubsan bir tərəfimdə.
Vasif Süleymanın
şeirindəki bu poetik tamlığı İbrahim İlyaslının,
Rafiq Hümmətin şeirlərində də
izlədim. Təbii ki, bu şairlər eyni formada yazsalar da, eyni cür
düşünmürlər. Necə ki, Əlişirin Şükürlü və
Balayar Sadiq sərbəst şeirlərində
qətiyyən bir-birinə
oxşamırlar. Sərbəst
şeirin yığcamlıq
anlayışı Balayarın
"Roman mövsümü", "Narıncı söhbət"
şeirlərində təzahür
edirsə, bir az genişlik,
pilləkanvari çalar
Əlişirində xüsusilə
seçilir.
Qulu Ağsəs
üçün isə
forma o qədər önəmli
deyil, onun şeir palitrasında müxtəlif rənglər
eyni nizama tabe edilir.
Canım-gözüm, şükr elə ki,
Ölsən də başın
üstəki
Pəmbə buluddu, daş deyil.
Sevməyi var, sancmağı
var,
Baxma hərdən uçmağı
var-
Ürək yuvadı, quş deyil.
Neynəyərəm görən sənsiz?
Nə istədim,
öləm sənsiz.
Baxdım
ki, mənlik iş deyil.
Bu da mənim baxtımdandı,
Gözüm Tanrı taxtındadı
Onun da yeri boş deyil.
Səlim
Babullaoğlunun, Həyat
Şəminin, Sayman Aruzun, Mətləb Ağanın, Səhər
Əhmədin, Əkbər
Qoşalının, Ələmdar
Cabbarlının, Xəyal
Rzanın, Kənan Hacının şeirləri
də cüzi olsa belə, bu şairlər haqqında müəyyən
təsəvvür yaradır.
Amma cavan şairlərdən Şəhriyar
del Geranidən, Xəyal
Rzadan, İradə Ayteldən, Elşən Əzimdən, Anar Amindən, Elşad Ərşadoğludan, Emin
Piridən, Ramil Əhməddən çox
az şeir təqdim olunub və burada tərtibçi gərək
onlara daha çox yer verəydi. Nəriman Həsənzadəni, Fikrət Qocanı, Musa Yaqubu, Çingiz Əlioğlunu onsuz da çoxsaylı oxucularımız yaxşı
tanıyırlar, cavanları
isə tanımaq üçün bir və ya iki
şeir azdır.
Yəqin
ki, toplunun gələcək illərdəki
nəşrlərində bərabərlik
prinsipi bərpa olunar.
Yaxşı təşəbbüsdür və
arzu edək ki, bu toplu hər il nəşr olunsun.
Müxtəlifliyi görək. Poeziyanın gur
işığını seyr edək!
Ədalət.-2015.-3 iyun.-S.7.