Qubada
(əvvəli ötən sayımızda)
Xeyrəddin müəllim redaksiyaların birində
işləyərkən əməkdaşlarla birlikdə Quba
meşələrinə bir günlük istirahətə gedir. Gecə orada
qalmalı olurlar. Əməkdaşlardan
biri onun xasiyyətini və vərdişlərini bildiyindən
səhər tezdən yuxusuna haram qatıb, çimmək
üçün ona isti su hazırlayır. İsti su ilə
dolu vedrəni Xeyrəddin Qocaya verib, deyir:
-
Çimə bilərsiniz...
Xeyrəddin müəllim vedrəni götürüb,
meşənin dərinliyinə doğru gedir və arxaya baxanda
görür ki, əməkdaşlar bir-biri ilə
pıçıldaşırlar. O, getdiyi istiqaməti dəyişir və
yarım vedrə su ilə yuyunub geri qayıdarkən
görür ki, əməkdaşlar əllərində
fotoaparat onu axtarırlar. Soruşur ki, nə
olub? Deyirlər ki, heç nə.
İstəyirdik şəklini çəkək, qəzetdə
dərc edək, altında da yazaq: "Xeyrəddin Qoca Quba
meşələrində çimərkən..."
Verən var ki?
Xeyrəddin Qocadan soruşurlar ki, niyə
rüşvət almırsan?
O, suala
zarafatla cavab verir:
- Verən
var ki, almıram?
Amma Xeyrəddin Qoca bu sual-cavabı kitabda dərc etmək
üçün çox götür-qoy edir. Dərc etmək
olar, yoxsa yox? Birdən düzgün
başa düməzlər. Elə bilərlər, mənə
iş versələr, rüşvət alaram... Sonra da fikirləşir
ki, onsuz da iş vermirlər. Çap edək, kim
nə düşünür qoy düşünsün. Bir də,
alıb-verən olsaydım, yəqin çoxdan iş verərdilər...
Qohum
Xeyrəddin Qoca Amerika Birləşmiş Ştatlarında
prezident seçkiləri zamanı hamıya deyirdi ki,
"mütləq Barak Obama Amerikanın prezidenti olacaq". Elə ki,
Obama seçilir, Xeyrəddin Qocanı təbrik etməyə
başlayırlar. Xeyrəddin Qoca da öz növbəsində
tanınmış bir dövlət xadiminə zəng vuraraq
soruşur:
- Məni
niyə təbrik etmirsiniz?
- Nə
üçün? - deyə dövlət
xadimi soruşur.
- Qohumum,
qara dərili Obama Amerikanın prezidenti seçilib! Daha qara dərililərin hüquqlarını poza
bilməyəcəklər.
Dövlət
xadimi Xeyrəddin Qocanın zarafatlarına bələd
olduğundan ürəkdən gülür və dillənir:
- Elə
biz də teelviziyada Barak Obamanı görəndə səni
düşünürük...
Danışma...
Xeyrəddin Qoca Kislovodskdan Danbaya avtobusla bir neçə
saat yol getməli olur. Bələdçi fasiləsiz
danışır, bütün sərnişinləri yorur.
O, bələdçiyə yaxınlaşıb zarafatla deyir:
- Nə
istəyirsən verək, daha danışma!
Məni
tutacaqlar
Xeyrəddin Qoca ömrü boyu qızıl-brilliant həvəskarı
olmayıb. Lakin İstanbulun Topqapı Muzeyini gəzəndə
hər tərəfə işıq salan bir brilliant
parçası onun nəzərini cəlb edir, sanki ürəyinə
işıq salır.
Muzeydə
birlikdə gəzdiyi Daxili İşlər nazirinə deyir:
- Deyəsən,
bu brillianta görə məni tutacaqlar...
Bizim millətdən
deyil...
Rəhmətə
gedən bir kişini qəbristanlıqda basdırarkən kim isə Xeyrəddin Qocanın qulağına
pıçıldayır:
- Qəbristanlıqda
çoxlu qəbir üzü qibləyə qazılmayıb.
Xeyrəddin
Qoca dillənir:
- Yəqin
onlar bizim millətdən deyillər...
Həmin adam pıçıldayır:
-
Yavaş, eşidərlər! Hamısı bizim millətdəndir...
Yüksəliş
üçün
Bir dostu
X.Qocaya deyir:
-Türk
Hava Yollarının uçağı enəndə
stüardessanın səsini eşidirik: "Sayın
yolçularımız! Eniş üçün
alçalmağa başlıyoruz..."
X.Qoca:
- Bizim həm
ləhçəmiz fərqlidir, həm özümüz. Bizdə
çoxları yüksəlmək üçün
alçalmağa başlıyırlar...
Yalançının...
Yazıçı
danışır ki, SSRİ dövründə marqarin
yağını alan yox idi. Məşhur
qəzetlərdən biri düz bir səhifə reklam verib,
marqarin yağını tərifləmişdi. Reklamda elə
fikirlər yazılmışdı ki, güya yer üzündə
marqarin kimi keyfiyyətli, xeyirli yağ
yoxdu. Ucqar rayonda yaşayan bir nəfər reklamı oxuyub,
baş redaktora üç kəlmədən ibarət məktub
yazmışdı: "Yalançının..."
Yeni fikir
X.Qocaya professor dostu kitab bağışlayır.
X.Qoca:
-Məşhur
yazıçı filankəsi yəqin ki, tanıyırsan?
-Ağzında
"məşhur" deyirsən, əlbəttə,
tanıyıram...
-O gün
mənə təxminən min səhifəlik kitab
bağışladı. Dedim, a kişi,
daha yazma! Soruşdu, niyə? Dedim,
yazmağın heç bir xeyri yoxdu, bir para cavanları
çaşdırırsınız...
-Niyə?
-Elə o
da bu sualı verdi. İndi
cavabını deyim. İndiki gənclərin
öz yaşamaq yolları var. Hərəsi bir cür
ömür sürür. Siz yazmaqla
onları özünüzə oxşatmaq istəyirsiniz,
"düz yola" dəvət edirsiniz. Daha
doğrusu, onların çaş-baş salırsınız.
Qoyun, özləri bildikləri kimi yaşasınlar...
Səhv zəng
Yazıçı
səhər saat 8-də bərbərinə zəng vurub soruşur:
-Saat
neçədə işə çıxırsınız?
- Niyə
soruşursunuz, Xeyrəddin müəllim?
-
Başımı qırxdırmaq istəyirəm...
- Biz
baş qırxmırıq, qardaş, qulaq kəsirik!
- Yəqin
mən başqa yerə düşmüşəm, üzr istəyirəm.
- Siz
müfəttişliyə zəng vurmusunuz...
Namizəd
mənəm
Xeyrəddin Qoca deputatlığa namizədliyini irəli
sürür.
Bir vəzifəli şəxsdən xahiş edir
ki, işçilərindən birini ayırsın,
deputatlığa namizədin "xalqa verdiyi" yazılı
vədi küçələrə, prospektlərə
yapışdırsın.
Həmin işçi də gəlir, başlayır ki,
"vədləri" ora yox, bura yapışdırmaq
yaxşıdır. Dəqiqədə yazıçıya bir
yer göstərir. Xeyrəddin müəllim dözə
bilməyib onun müdirinə zəng vurur:
-
Qardaş, sən bu işçinə başa sal ki,
deputatlığa namizəd mənəm ey, o yox!..
Elə
bildim...
Xeyrəddin Qoca danışır ki, anamgilin televizoru
göstərmirdi. Göstərirdi ey, alayarımçıq
göstərirdi. Üstünə bir qapaz
ilişdirəndə başlayırdı göstərməyə.
Yəqin içərisində bir boşluq
vardı. Usta tanışımı
çağırdım ki, gəl, bu televizoru düzəlt.
O da gəldi, başladı "uzunçuluğa". Açdı- tökdü, sonra bağladı, sonra
yenidən açmağa başlayanda bildim ki, öz aləmindədi,
kimin evində olduğunu unudub. Odur ki, dilləndim:
-A bala, bu
mənim televizorumdur!
Usta sanki
yuxudaydı, ayıldı:
-Sən
Allah bağışla! Elə bildim başqa müştərilərimin
evindəyəm...
Heykəl
Abşeron rayonunda Azərbaycan-Misir dostluq parkında
Misirin keçmiş prezidentinin möhtəşəm heykəli
qoyulmuşdu.
Misirdə vəziyyət pisləşəndə
Xeyrəddin Qoca tanınmış bir siyasətçiyə
deyir ki, "nə qədər gec deyil, heykəli parkdan
götürmək lazımdır".
Tanınmış
siyasətçi qorxa-qorxa dillənir:
-Sən nə
danışırsan? Siyasi səhv eləyirsən! Bilirsən,
həmin heykəli düz səkkiz əsgər gecə-gündüz
qoruyur...
Bu söhbətdən heç bir ay keçməmiş
prezidenti devirirlər, heykəli də parkdan
götürürlər. Xeyrəddin Qoca siyasətçi tanışına zəng
vurub deyir:
-Gördün?
Mən sənə nə demişdim?..
Hədiyyə
"Yazıçı" nəşriyyatının
direktoru Şəmsi Vəfədar Xeyrəddin Qocanın
kitabını dərc edir. Xeyrəddin Qoca da
Türkiyədən bir köynək alıb ona
bağışlayır.
Şəmsi Vəfadar köynəyi geyib küçəyə
çıxan kimi bir nəfər ona yaxınlaşır ki,
"taksinizlə filan yerə gedə bilərik?" Şəmsi Vəfadar təəccüblənir
və soruşur:
- Məni
niyə taksi sürücüsünə bənzədirsiniz?
"Müştəri"
cavab verir:
-Köynəyinizdən
oxşatdım. Taksi sürücüləri də sizin
köynəyinizdən geyinirlər...
Maraqsız
tədbir
X.Qocanı bir tədbirə dəvət edirlər. O, dəvətnaməni diqqətlə
nəzərdən keçirəndən sonra deyir:
-Mən o
tədbirə getməyəcəyəm.
Yanındakılar
soruşurlar:
-Niyə?
X.Qoca
cavab verir:
-Proqramdan
görünür ki, maraqsız tədbirdir.
Ətrafdakılar bir-bir dəvətnaməni alıb
baxırlar.
Axırıncı dillənir:
-Biz də
getmirik...
Xeyrəddin
Qocanın
əsərlərindən fikirlər...
"... Birdəfəlik başa düşün, bu millət
heç zaman birləşə bilməz. Niyə?
Qanımızda var. Allah bizi yaradanda belə
yaradıb. Birləşən olsaydılar, hərə
bir partiya yaradıb, bir-birini rüsvay etməzdi ki! O, Lenin idi,
dedi sizə çörək verəcəyəm, acları bir
yerə yığıb inqilab elədi. Görmürsünüz,
indi üç adamın sözü bir-birinə düz gəlmir?"
("Gərək yazam...").
"... Deyirdim yazmaqda mənə çatan olmaz, amma and olsun
o bizi Yaradana, mənə göndərilən məktubu oxuyanda
gördüm ki, həmin məktubu yazanın şagirdi
olmağa belə layiq deyiləm!" ("Gərək
yazam").
"... A kişi, sizdən əvvəl yazıb-pozanlar olub. Özün onları yaxşı tanıyırsan. Mirzə Cəlil, Sabir, Əbdürrəhim bəy yazdılar. Nəyi düzəldə bildilər? Yaza-yaza axırı quru yurdda qaldılar. Birinin də beş quruş pulu olmadı. Siz yazmaqla düzələcək? Ay düzəldi ha!" ("Gərək yazam").
"... Canım, ciyərim! Üzüyola ol. Nə desələr,
de ki, "baş üstə". Sənə "yaltaq" desələr,
vecinə alma. Çünki
heç bir zamanədə yaltaqlara dəyib-toxunan olmur.
Onların "şəlpəsi" hər yerdə
yaxşı işləyir..." ("Oğluma
nəsihət").
"... Vəzifə
ki, olmadı, dolanmaq çətinləşir,
kasıblıqdan adam ölür, gedir o
dünyaya. Bu dünyada yaxşı
yaşamayanların o dünyada da yeri dardır. Çünki pulu-parası olmayanları mənzərəli
yerdə basdıra bilmirlər. Üstünə
mərmərdən daş və sair, ilaxır qoyammırlar.
Bildiyimiz kimi, qəbir yeri bahadır, baş
daşı ondan da bahadır. Çalışın,
ölməyin! Ölsəniz də, doğulduğunuz rayonda, kənddə
ölün..." ("O dünyadan məktub").
"...
Əşi, bekarçılıqdansa, yenə qəzet oxumaq
yaxşıdır..." ("Başın
qarışır").
"... Bir də görürsən, birinə bir vəzifə
verirlər, başlayır ki, bu vəzifə mənə layiq
deyil, daha böyüyünü verin. Vepdilər
verdilər, vermədilərsə, aləmi qatır bir-birinə.
Bilmirəm, bu vəzifədə nə
görüblər? Adamdan soruşarlar bala,
vəzifəyə xalqa xidmət üçün gedirsən?"
("Zəmanə dəyişilib").
"Mən
kişiyəm" deyənlərə...
-
Görünür ki, qadın deyilsən. Belə
isə nəyi sübut etməyə
çalışırsan? Bəs,
qadınlar niyə "mən qadınam" - deyə,
lovğalanmırlar? Belə yerdə bəzi
televiziya kanallarında qadınların kişilərə
"kül sənin kişi başına!" demələri
yada düşür. ("Sözün
zamanı, zamanın sözü").
"... İndi əli qələm tutan qəzet buraxır.
Daha fikirləşmir ki, bu qəzetlərin
çoxu bir çürük qəpiyə dəymir"
("Zəmanə dəyişilib").
"... Kim ərindən boşanır, çıxır
ekrana, səhnəyə, olur müğənni. Ərinin acığına." ("Əncir
yarpağı da olmayacaq").
"... Əgər rəisin desə ki, "qatıq
qaradir", nəbadə, sən deyəsən ki, "yox,
ağdır". Xeyir tapmazsan. Çünki rəis özü də yaxşı
bilir ki, qatıq ağdır. Sənin ona
ağıl verməyin məsləhət deyil. Rəis deyən məsləhətdir." ("Ədəb qaydaları").
"... Çalış həmişə vəzifədə
özündən böyüyü təriflə. Ziyan tapmazsan. Kim sənə yaltaq deyirsə, qoy
desin. Xəncərinin daşı düşməz
ki!" ("Ədəb qaydaları").
"... "Zəngin mənəviyyatla" dolanmaq olmur.
Yəni "zəngin mənəviyyatla"
bazarlıq eləmək olmur, uşaqlara pal-paltar almaq
mümkün deyil, ad gününə əliboş getməli
olursan, oğlunu, qızını oxuda bilmirsən, onların
toyunu görəmmirsən və sair və ilaxır. Bir
sözlə... "zəngin mənəviyyat"
yaxşı şeydir, amma gərək bir az da pulun-paran
olsun." ("Əsas mənəviyyatdır").
"... Bu zamanədə adamsız oldun ha, qurtardı getdi.
Ölsən, ondan yaxşıdır!" ("Gərək adamın olsun").
"... Bilmirsən qarşındakı ziyalıdır, yoxsa
yaltaq. Diqqətlə sifətindəki
yaltaqlıq qırışlarına baxanda görürsən
ki, bu elə ziyalı-yaltaqdır!" ("Yazıq
maralların nə təqsiri?").
"... Bir Molla Nəsrəddin vardı. Allah
ona rəhmət eləsin, yazdıqlarının hamısı
həqiqət idi. Elə həqiqət
axtara-axtara da köçdü dünyadan." ("Həqiqət").
Təkrar
nəşr (əlavələrlə)
Miniatür kitabdakı əhvalatların
düzgünlüyünə əsla səkk-şübhə
etmirik. Çünki onların
Ədalət.-2015.-5 iyun.-S.6.