SƏNİ SEVMƏK
GÜNAHIMDIR
Bağçamızda güllər əkə bilmirəm
Ötən il Təbrizə səfərimin
ən yadda qalan
anı toya dəvət olunmağım, o toydakı
sözlə musiqinin yaratdığı ecazkar mənzərə, Səttar, Cəfər Əhmədinin məlahətli səsi,
Babək Qoca Zadənin aparıcılıq məharəti,
oxuduğu şeirlərin içindəki yanıqlı Vətən duyğuları, Hacı
Məmmədin sadə və qonaqpərvər ailəsinin
səmimiliyi,
təbrizli gənclərin quzey həsrətli baxışları və o baxışlardan boylanan qürurverici dəyanəti,
qanı
qanımızdan, canı canımızdan olan mahnı və
rəqsləri ifa edən mahir
çalğıçıların ustalığı
məni valeh etdi... Toydan sonra Hacı Məmməd, Səttar Mahmudoğlu və Babək Qoca Zadə məni uzun illər həsrətində
olduğum "canım-gözüm"
Təbrizimi gəzdirdilər.
Gəzinti zamanı Babək mənə öz şeirlərini oxudu...
Şeir oxuduqca Babəkin səsində və nəfəsinda uzun illər xəyallarımda
yaratdığım və
yaşatdığım Təbrizin
möhtəşəm tablosı
canlanır, özüm
də həmin an o tablonun canlı bir parçası olmağımdan qürur duyurdum. Canlı Təbriz
tablosunun bir naxışı kimi Babək mənə çox doğma idi və o doğmalığın
içindən bir bütövlük işarırdı...
O doğmalığı Şuşada
da yaşamağı arzuladıq.
Babəkin oxuduğu şeirlərdən
bir neçəsini dəyərli "Ədalət"
qəzeti vasitəsi ilə oxuculara təqdim edirəm.
Ramiz Qusarçaylı
Babək
Qoca Zadə
Qarabağım yenə ürək
dağlayır
Qayıtmadı yenə bu gün qardaşım,
Cəbhələrə sarı gedir yoldaşım,
Anam deyir mənə: - sən ol sirdaşım
Yazıq
anam zülüm-zülüm
ağlayır
Qarabağım yenə ürək
dağlayır ...
Savaşla dünyaya açıldı
gözüm,
Tükəndi taqətim, qurtardı
dözüm,
Yadları qorxudar hər
an hər sözüm
Yazıq
anam zülüm-zülüm
ağlayır
Qarabağım yenə ürək
dağlayır...
Bir elin nisgilin çəkə
bilmirəm,
Bağçamızda güllər əkə bilmirəm,
Düşmən sinəsini sökə
bilmirəm
Yazıq
anam zülüm-zülüm
ağlayır
Qarabağım yenə ürək
dağlayır...
Bürünsəm mən bir gün bir ağ kəfənə,
Ağlamayın, anam ağlayar mənə
Bir canım var oda qurban Vətənə
Yazıq
anam zülüm-zülüm
ağlayır
Qarabağım yenə ürək
dağlayır ...
***
Düşman tökür bombaları
Ağlar
qoyur anaları,
Kəsib
- qırır balaları,
Yerdən
- göydən zülüm
yağır
Nədən dünya səssiz
baxır...
Qol bir yana,
qıç bir yana,
Canlar oda yana-yana,
Üzün tutub sorur sana
Yerdən
- göydən zülüm
yağır,
Nədən dünya səssiz
baxır...
Heyvanlara
ofis açır,
Insanlara
güllə saçır,
Vurub yıxır, döyüb qaçır,
Yerdən-göydən zülüm yağır
Nədən dünya səssiz
baxır...
Dünən İraq, bu gün Qəzzə,
Insanlığı əzə-əzə,
Haqqam! -
deyə girir gözə...
Yerdən-göydən zülüm yağır,
Nədən dünya səssiz
baxır...
Bacı
qardaş qolundadı,
Ata evin yolundadı,
Ana soyuq salondadı
Yerdən-göydən zülüm yağır,
Nədən dünya səssiz baxır.
Yetər
həsrət, yetər
zülüm,
Solub getdi qönçə gülüm,
Düşmənə çox azdı ölüm
Yerdən
- göydən zülüm
yağır,
Nədən dünya səssiz
baxır...
***
bütün divarlara
elan vurublar,
bütün sitələrdə
şəklin asılıb.
gəzetlər hamısı
səndən yazırlar,
xəbərlər hamısı
səndən deyirlər,
insanlar hamısı səni gəzirlər,
quşlar da, itlər də, lap polislər də
hamı səni gəzir, səni axtarır.
hamı səndən deyir, səndən danışır,-
deyirlər şəhərdə
bir qız itibdir...
Adamlar nə bilsin,
quşlar nə bilsin,-
sən mənim,
sən mənim ürəyimdəsən...
Səni
sevmək
günahımdır
Biri qatil, biri oğru
Kimin xoş deyil uğuru,
Sözlərim olsa da doğru,
Səni sevmək günahımdır.
İçimdə qıy vurur şeytan,
Hər nəyim var bezib ondan,
Bu gen dünya olub zindan
Səni sevmək günahımdır.
Qara gözlər əlacımdır,
Sənə çatmaq amacımdır,
O saçlar dar ağacımdır
Səni
sevmək günahımdır ...
Adam vurulanda
yuxusu qaçır
Adam vurulanda yuxusu qaçır,
Günəşlə, gündüzlə arası
olmur.
Çalışır tez yata hər gecə,
ancaq
Bircə
an gözünə yuxu da dolmur.
Darıxır, darıxır, ötür
saatlar,
Qəfildən göylərdə Günəşı
doğur.
Hamını yuxudan oyadan səslər
Sevənin qəlbini daraldır, boğur.
Hər şey bu dünyada
tərsinə gedir,
Qaranlıq ağ gündə sevilir ancaq.
Sevənlər azaddır,- deyirik, nədən
Azadə yerlərdə xoş yanır ocaq.
Məncə də beləsi
daha gözəldir,
Sevənə nə lazim nə
gül, nə sona.
Bir cüt göz vurğunu bu dunya boyda
Nə qədər ömrü var yetərdi ona !...
Qayıt
mənə
Neçə gündur küsülüsən,
Bilirəm ki, üzülüsən,
Sən ömrümün özülüsən
Qayıt gülüm, qayıt mənə.
Hərə birin sevib seçir,
Mənim
günüm sənsiz
keçir,
Ürəyimi kədər biçir
Qayıt gülüm, qayıt mənə.
Tək gəzirəm küçələri,
Atma atır neçələri,
Yatanmıram gecələri
Qayıt gülüm, qayıt mənə.
Qoşa
gəzir oğlan-qızlar,
Sankı
yerdə ay ulduzlar,
Ürək sənsiz hər
an sızlar
Qayıt gülüm, qayıt mənə.
Arabalar ötüşür hey,
Fəvvarələr atışır
hey,
Könlüm qopur, bitişir
hey
Qayıt gülüm, qayıt mənə.
Çiçəkləri üzüm-üzüm,
Sən ötüşən yola düzüm,
Başqasını tutmur gözüm
Qayıt
gülüm, qayıt
mənə
Bu qız məni ağladacaq
Eşq oduna yana-yana,
Vurulmuşam bir ceyrana,
Baxmır
ada, baxmır sana
Hələ ürək dağladacaq,-
Bu qız məni
ağladacaq.
Gözü qara, üzü
göyçək,
Örtüb başa güllü
örtək,
Vurğunuyam çiçək - çiçək
Hələ ürək dağladacaq ,-
Bu qız məni
ağladacaq.
Bilərziklər qolundadır,
Tər qönçə gül kolundadır,
İnaddı, öz yolundadır
Hələ ürək dağladacaq,-
Bu qız məni
ağladacaq.
Saçı uzun, boyu bəstə,
O bir həkim, mən bir xəstə,
Hər nə desə gözüm üstə
Hələ ürək dağladacaq,-
Bu qız məni
ağladacaq.
El - obamın etibarı,
Son yazımın ilk nübarı,
Türk
elimin şux nigarı
Hələ ürək dağladacaq,-
Bu qız məni
ağladacaq.
Çağır məni, çağır
gəlim
Darıxmışam bu gün sənə,
Sankı
ürək batıb çənə,
Bal da şirin gəlmir
mənə
Çağır məni, çağır
gəlim.
Sizdən
bizə əsir yellər,
Şeirə dönür qara
tellər,
Mən ağlasam coşar
sellər
Çağır məni, çağır
gəlim.
Bu sevginin bağbanıyam,
O gözlərin qurbanıyam,
Sənsizliyin hər anıyam,
Çağır məni, çağır
gəlim.
Gözüm yolda, qulaq səsdə,
Döyünürəm dar qəfəsdə,
İstərsə lap son nəfəsdə
Çağır məni, çağır gəlim.
Ədalət.-2015.-5 iyun.-S.7.