Azərbaycan bir
addım öndə
İctimai Televiziyanın departament
direktoru Rauf Rəcəbov: "I Avropa Oyunlarının
çox möhtəşəm açılış mərasiminə
tamaşa edən milyonlarla insan..."
Cəmi bir neçə gündən sonra bütün Avropanın ürəyi Azərbaycanda döyünəcək. Köhnə qitədə ilk dəfə
keçiriləcək I Avropa
Oyunlarının məşəli
Bakıda alovlanacaq. Bu mühüm yarışla bağlı
hazırlıqlar yekunlaşmaq
üzrədir. Mətbuat,
telekanallarımız I Avropa
Oyunlarını daim diqqət mərkəzində
saxlayır, ətraflı
işıqlandırır. İctimai Televiziya
və Radio Yayımları
Şirkəti bu işdə xüsusi fərqlənir. Bu kanal öz daimi
izləyicilərinə I Avropa
Oyunları ilə bağlı operativ və dolğun məlumatlar verir.
Müsahibimiz İctimai Televiziyanın
Səhər proqramları
departamentinin direktoru, İctimai Televiziya və Radio Yayımları
Şirkətinin Direktorlar
Şurasının üzvü
Rauf Rəcəbov Bakıda start götürəcək
I Avropa Oyunlarını
böyük ictimai-siyasi
əhəmiyyətə malik
bir hadisə kimi dəyərləndirir:
- Həqiqətən də tarixi bir hadisə
ərəfəsindəyik, birinci dəfə təşkil olunan Avropa Oyunları məhz ölkəmizdə,
onun əsrarəngiz paytaxtı Bakıda keçiriləcək. Bu, sözsüz ki, Azərbaycana göstərilən
böyük bir etimaddır. Regionda lider
dövlət olmaqla və bir çox
transmilli layihələrdə
aparıcı qüvvə
kimi çıxış
etməklə bütün
dünyanın diqqətini
özünə tərəf
yönəldən ölkəmiz
belə bir məsul yarışı keçirməyi haqq edib. Təsadüfi deyil ki, 2012-ci il dekabrın
8-də keçirilən Avropa
Olimpiya Komitəsinin Baş Assambleyasının
41-ci sessiyasında Bakının
namizədliyini 38 dövlət
dəstəkləyib. Belə bir
qərarın qəbul
olunması dövlət
başçısı İlham
Əliyevin, bütün
xalqımızın qələbəsi
idi. Həmin sessiyadan ötən cəmi iki il ərzində I Avropa Oyunlarının təşkili ilə bağlı görülən
işlər, yeni inşa edilən idman arenaları, yenidən qurulan stadionlar və yaradılan infrastruktur Azərbaycanın nələrə
qadir olduğunu bir daha sübut
etdi. Çox qısa bir müddətdə və yüksək səviyyədə
görülən işlərdən
danışarkən I Avropa
Oyunlarının keçirilməsi
üzrə Təşkilat
Komitəsinin sədri,
Azərbaycanın birinci
xanımı Mehriban xanım Əliyevanın fəaliyyətini qeyd etməmək mümkün
deyil. Mehriban xanım Əliyevanın
sədrlik etdiyi Təşkilat Komitəsinin
fəaliyyəti həqiqətən
də ən xoş sözlərə layiqdir.
Doğrudan da ölkəmiz bir çox məsələlərdə əsl
mayak rolunu oynayır. I Avropa
Oyunlarına hazırlıq
işlərində də
bu aydın göründü. Prezident İlham
Əliyevin dəfələrlə
qeyd etdiyi kimi, Azərbaycan belə bir mühüm
tədbirin hazırlanması
və keçirilməsi
ilə bağlı standartlar müəyyənləşdirdi.
Növbəti Avropa Oyunlarına ev
sahibliyi edəcək ölkələr şübhəsiz
ki, Azərbaycanın təcrübəsindən yararlanmağa
çalışacaq. Bu baxımdan, mən belə hesab edirəm ki, I Avropa Oyunlarının yekunlarından asılı
olmayaraq Azərbaycan qitənin digər ölkələrindən artıq
bir addım öndədir.
- Belə mötəbər idman yarışlarının
bir siyasi çəkisi də olur...
- Şübhəsiz, bu
belədir. I Avropa
Oyunlarına təkcə
idman yarışı
kimi baxmaq düzgün olmazdı.
Nəzərə almaq lazımdır
ki, 50 ölkəni təmsil edən 6 mindən çox idmançı yarışda
iştirak etmək üçün Azərbaycana
gələcək. Müxtəlif dövlətlərin rəhbərləri,
hökumət başçıları
həmin günlərdə
Bakıda olacaqlar.
Oyunlar keçirilən vaxt ölkəyə çoxsaylı
əcnəbi turistlərin
gəlməsi gözlənilir.
Dünyanın aparıcı telekanalları
I Avropa Oyunlarından canlı reportajlar yayımlayacaq, süjetlər
təqdim edəcək.
Ekran qarşısında
oturan milyonlarla insan Azərbaycan həqiqətləri ilə
real tanış olmaq imkanı qazanacaq. Təbii ki, bu da ölkəmiz üçün əlavə
siyasi və mənəvi dividentlər
deməkdir. Bildiyim
qədəri ilə I
Avropa Oyunlarının
çox möhtəşəm
rəsmi açılış
mərasiminə tamaşa
edən milyonlarla insan Azərbaycanın dünyaya hansı mesajlar verdiyinin də şahidi ola biləcək.
Bir məsələni
xüsusi qeyd etmək istərdim, xalqımız bu önəmli tədbirə
böyük həvəslə
hazırlaşır, belə
bir möhtəşəm
yarışın Azərbaycan
paytaxtında keçirilməsindən
qürur duyduğunu ifadə etməyə çalışır. I Avropa Oyunlarının məşəli rayonlarımızı
gəzərkən insanların
bu estafetə necə böyük sevinclə qoşulduqlarını
görəndə ziyalı
bir vətəndaş
kimi ürəyim dağa dönürdü.
Bu mənzərə mənə 2011-ci ildə
"Avroviziya" mahnı
müsabiqəsində qazandığımız
qələbəni xatırlatdı.
Həmin axşam İctimai Televiziyadakı iş yoldaşlarımla Bakının müxtəlif
yerlərindən canlı
bağlantılar, reportajlar
hazırlayırdıq. Sadə insanların
Azərbaycanın adı
ilə bağlı bu qələbəyə necə sevindiklərini görmək həqiqətən
də maraqlı idi. Xalqımız öz müstəqil
və qüdrətli dövlətinin hər bir qələbəsinə
sevinməyi bacarır.
Biz bunu I Avropa
Oyunları keçirilən
günlərdə də
aydın görəcəyik.
- İctimai
Televiziya, bir qədər də konkretləşdirsək, rəhbərlik
etdiyiniz Səhər proqramları departamenti I Avropa Oyunlarının təbliği ilə bağlı hansı işləri görür?
- Azərbaycanın efir məkanında öz dəsti-xətti olan İctimai Televiziyanın rəhbərliyi və hər bir əməkdaşı
bu mövzuda geniş danışa bilər. Çünki gördüyümüz işlər çox olduğundan danışmağa
sözümüz də
var. Həqiqətən də
bizim kanal bu mühüm tədbirin təbliğinə
geniş yer ayırır. İctimai Televiziya
və Radio Yayımları
Şirkətinin Baş
direktoru Cəmil Quliyevin rəhbərliyi ilə bu işlərə
iki ay öncədən
başlamışıq. Bizim Səhər proqramları departamenti bu vacib işə öz töhfəsini verərək "Bakı-2015"lə bağlı roliklər hazırlayıb. Geniş tamaşaçı
rəğbəti qazanan
"Yeni gün" proqramında hər gün I Avropa Oyunlarının mahiyyəti,
əhəmiyyəti, görülən
və görə biləcəyimiz işlər
haqqında söhbətlər
açırıq, müzakirələr
aparırıq. Studiyaya dəvət
etdiyimiz millət vəkilləri, hökumət
nümayəndələri, tanınmış ziyalılar
və sənətçilər
I Avropa Oyunları ilə bağlı düşüncələrini tamaşaçılarla
bölüşür. Müxtəlif idman federasiyalarını
təmsil edən şəxslər, məşqçilər
və idmançılar
da tez-tez "Yeni gün"ün qonağı olur. Gənclər və İdman
Nazirliyinin rəhbərliyi
bu işdə bizim departamentə yaxında kömək edir.
Bildiyiniz kimi, Mədəniyyət və Turizm Nazirliyi də bu məsul yarışla
bağlı müəyyən
tədbirlər həyata
keçirir. Yarışlar keçirilən günlərdə əcnəbi
idmançıların və
xarici turistlərin maraq dairəsində olan muzeylərin, teatr və konsert
müəssisələrin rəhbərlərini
də studiyaya dəvət edirik. Gələn zənglərdən, reaksiyalardan
belə məlum olur ki, tamaşaçılarımız
görülən bu işləri maraqla qarşılayır.
- I Avropa Oyunları keçirilən günlərdə
yəqin ki, studiya daha qonaq-qaralı
olacaq...
- Böyük idman həyəcanı yaşanan
17 gün ərzində "Yeni gün"ün studiyasında da
özünəməxsus atmosfer yaratmağa çalışacağıq. I Avropa Oyunlarında uğurlu
nəticələr qazanan xarici
və yerli idmançılar,
yığmaların məşqçiləri, əcnəbi həmkarlarımız,
yarışları izləməyə gələn turistlər
qonmağımız olacaq.
Qonaqlarımıza şərait yaradacağıq ki, qədim Azərbaycan, onun
əsrarəngiz paytaxtı, burada
keçirilən I Avropa Oyunları barədə
fikirlərini tamaşaçılarla bölüşsünlər,
təəssüratlarını danışsınlar.
"Bakı-2015" I Avropa Oyunları
Əməliyyat Komitəsi ilə bu barədə
danışıb razılığa gəlmişik. Onların
köməyi ilə peşəkar kollektivimiz
səhər-səhər İctimai Televiziyaya baxan
tamaşaçılara maraqlı, baxımlı proqram təqdim edəcək.
Ədalət.-2015.-6 iyun.-S.6.