Sənin nə işin var
(əvvəli 4-5-9 iyun
saylarımızda)
Konsulluğun
qadın əməkdaşlarından biri baş konsulun kabinetinə
gəlib, Bakıya xəstə anasının yanına getmək
üçün ondan bir həftəlik icazə istəyir.
X.Qoca deyir:
- Bir həftə az olar, get, iki-üç ay Bakıda gəz, sonra gələrsən...
Əməkdaş:
- Bəs, mənim işimi kim görəcək?
X.Qoca gülümsəyərək:
- Burada heç mənim işim yoxdur, sənin nə işin var?- deyir.
Doğrudan da həmin qadın üç il idi konsulluqda çalışırdı, amma heç kim bilmirdi o nə işlə məşğuldur. Baş konsul isə bilirdi ki, ailə başçısını itirmiş bu qadını maaş alıb dolanmaq üçün bu işə göndərmişdilər...
Elə axırıdır...
Bir tanışı ovqat yaratmaq üçün gecə-gündüz Xeyrəddin Qocaya zəng vuraraq soruşur:
- Xeyrəddin müəllim, bu işlərin axırı necə olacaq?
X.Qoca da hər dəfə belə cavab verir:
- Elə axırıdır də...
Yaxşı ki...
Xeyrəddin Qocaya zəng vurub bildirirlər ki, Əli adlı iki naziri vəzifəsindən çıxarıblar.
O, qeyri-iradi dillənir:
- Yaxşıdır ki, bizim adımız Əli deyil...
Zəlzələ
Türkiyədə zəlzələ olur. Onda baş konsul Bakıda idi. Özəl televiziyalardan birinin aparıcısı canlı yayımda ona zəng vurub, zəlzələ barədə məlumat istəyir. Baş konsul əvvəlcədən məlumat topladığından, bildiklərini söyləyir. Ekranda onun şəklinin altından isə yazılır: "Baş konsulumuz İstanbuldan xəbər verir..."
Uydurma ad
Akademik Milli Dram Teatrında X.Qocanın "Hərənin öz payı..." pyesi tamaşaya qoyulmuşdu. Başdan-ayağa cəmiyyətdəki eybəcərliklərdən, catmazlıqlardan, nöqsanlardan bəhs edən komediyada bəzən aktyorlar tamaşaçıları güldürmək üçün yaratdıqları obrazlara əlavələr edirdilər.
Pyesdə olmaya-olmaya Gülən adam Gülməyən adama deyirdi:
- Amerikadan Danbalbay Bakıya gəlir...
X.Qoca "Danbalbay" sözündən çox əsəbiləşir, fasilədə Gülən adam rolunu oynayan aktyorun qrim otağına gedir və etirazını bildirir. Aktyor da söz verir ki, növbəti tamaşada "Danbalbay" əvəzinə "Xose Marti" deyəcək.
Növbəti tamaşada görün nə baş verir?!
Gülən
adam - Deyirlər, Amerikadan Xose Marti
Bakıya gəlir.
Gülməyən
adam - Xose Marti kimdir?
Gülən
adam - Danbalbayın kiçik
qardaşı!
Aktyorların obrazlara ciddi yanaşmadıqlarını
görən X.Qoca səhəri gün teatrın direktorunun
yanına gedib, ondan xahiş edir ki, tamaşanı repertuardan
çıxarsınlar.
Elə də
olur...
Elə
bildim öləcəyəm
X.Qocanın
ürəyində aparılan şuntlama əməliyyatından
bir neçə il keçmişdi. Ondan əvvəl belə əməliyyat başqa bir
millət vəkilinin də ürəyində
aparılmışdı. Bir gün həmin
millət vəkili vəfat edir, onun nəşini böyük
bir salonda səhnəyə qoyurlar. X.Qoca da
tanışı ilə dərin hüzn içərisində
salonda olur. Birdən dillənir:
- Allah eləməsin,
mənim cənazəmi ora qoysalar, üç qızım var,
özlərini öldürərlər...
Yanında
oturan tanışının da qəlbində vaxtilə
şuntlama əməliyyatı aparıldığından, o
ciddi şəkildə deyir:
- Bəs,
bilmirsən, ürək əməliyyatı olunanlar cəmi
üç-dörd il yaşayırlar?
X.Qoca onun bu sözlərinə inanır, qanı lap
qaralır.
Bunu hiss edən tanışı deyir:
- Dur,
çıxaq foyeyə.
Çıxırlar. Dostu üzr istəyirmiş kimi dillənir:
- Qorxma,
zarafat edirəm...
X.Qoca:
- A, kişi, belə də zarafat olar? Artıq, əməliyyatdan
üç il keçib, elə bildim, bu
gün-sabah öləcəyəm...
Dolanmaq
olar
Xeyrəddin Qoca diplomat tanışına zəng vurur,
soruşur ki, "haradasan, gəl, görüşək". O da cavab verir ki, "işdən
çıxıb bir-iki yas yerinə dəyəcəyəmg"
X.Qoca onun sözünü kəsir:
- Hə,
yaxşı peşə tapmısan, pis deyil. İşdən
sonra mollalıq edirsən. Dolanmaq olar...
"Sən
də onlara qarış..."
Bir
gün yazıçılardan biri Xeyrəddin Qocanın
qarabuğdayı olduğuna işarə edərək deyir:
- Sən get Mozambikə səfir, gördün ara
qarışdı, məzhəb itdi, sən də onlara
qarış, it...
Allaha
ağır gedər
X.Qocanı üzv olduğu partiyadan iftar süfrəsinə
dəvət edirlər. Siyasi partiya ilə iftarın bir araya
sığmadığını başa düşən
X.Qoca:
- Mən
iftara gələ bilməyəcəyəm - deyə etirazını
bildirir.
Soruşurlar:
- Niyə?
Cavab
verir:
-
Çünki oruc tutmamışam, Allaha ağır gedər,
ona görə - deyə X.Qoca cavab verir.
General
X.Qoca Kislovodskda sanatoriyada qələm dostu ilə istirahət
edir. Yataq üzləri həftədə bir dəfə dəyişdirildiyindən
X.Qoca əsəbiləşir. Dostu baş xidmətçini
tapıb, ona deyir:
- Mənim
otaq yoldaşım İstanbulda "generalnıy konsul" vəzifəsində
işləyib, üstəlik də vaxtilə millət vəkili
olub. Siz gərək həftədə azı
üç dəfə yatağın mələfələrini
dəyişəsiniz.
Sanatoriyada xidmətçilər əl-ayağa
düşürlər və tapşırığı yerinə
yetirirlər.
Hərdən öz aralarında
pıçıldaşırlar:
- Bu nə
cavan generaldır?!
Qorxuramg
Xeyrəddin Qoca toyda işdən
çıxarılmış iki dövlət adamı ilə
bir masanın arxasında yan-yana oturmalı olur. "İşsizlərdən"
biri təklif edir ki, gəlin, birlikdə şəkil çəkdirək.
X.Qoca deyir:
- Mən
sizinlə şəkil çəkdirə bilmərəm.
Soruşurlar:
- Niyə?
X.Qoca
cavab verir:
- Qorxuram!
Masa
arxasında oturanların hamısı gülür və
X.Qocaya deyirlər:
- Axı,
sən də işsizsən!g
Onlara
oxşayıramg
Xarici ölkələrin birinə həyat yoldaşı
ilə səfərə getmiş X.Qoca müxtəlif millətlərin
olduğu bir oteldə qalır. Zəncilər hər
gün səhər liftin qarşısında onunla
salamlaşırlar. Həyat yoldaşı soruşur ki,
bunlar səni tanımırlar, niyə salam
verirlər? X.Qoca cavab verir:
- Necə
tanımırlar?! Mən də qaralıqda onlara
oxşayıram də. Elə bilirlər mən də
onlardanamg
Şikayət
məktubu
Xeyrəddin Qoca qəzetdə baş redaktor işləyəndə
universitet müəllimlərindən biri redaksiyaya kafedra
müdirinin özbaşınalıqları haqqında
şikayət məktubu gətirir. Baş redaktor məktubu müavininə
verir və deyir:
- Qoy bir kənara,
görək nə olur...
Müavin də elə bilir baş redaktor məktubu qəzetin
bir "küncünə" qoymağı nəzərdə
tutur. Beləliklə, səhəri gün şikayət məktubu
qəzetdə dərc olunur.
Aləm qarışır bir-birinə. Şikayət məktubunun
müəllifini universitetdən qovurlar...
Fikir
Məşhur
bir qəzetin redaktoru X.Qocaya deyir ki, niyə mənə salam vermirsən? Biz ki, uzun
müddət birlikdə işləmişik.
X.Qoca dillənir:
- Hələ
siz Yazıçılar Birliyinə üzv olmaq
üçün mənə zəmanət də vermisiniz
Redaktor:
- Bəs,
niyə salam vermirsən?
X.Qoca:
- Siz nə
danışırsınız, elə şey olar?
Redaktor:
-
Küçədən keçəndə düz
gözümün içinə baxırdın
X.Qoca:
- Yəqin
fikirli olmuşam, müəllim!
Darıxmırsınız
X.Qoca böyük vəzifəli bir şəxsin qəbulunda
olur, onunla söhbət edir. Söhbət zamanı kabineti
gözaltı nəzərdən keçirir, çox
böyük olduğunu görür və gözlənilmədən
dillənir:
- Səhərdən
axşama kimi bu boyda kabinetdə oturursunuz,
darıxmırsınız?
Şair
ata baxır
Şairlərdən
birinin yubileyində qələm əhli çıxış
edib deyir ki, onun (şairin) xal-xalı var. Sonra da
"xal-xal" sözünü izah etməyə
başlayır, deyir ki, kənd yerlərində dövrələmə
ağac kəsikləri basdırırlar ki, atlar oradan kənara
çıxa bilməsinlər.
X.Qoca
"xal-xal" sözünü ilk dəfə eşitdiyindən
çıxış edənin nə demək istədiyini
başa düşmür, ətrafındakı
yazıçıılardan soruşur:
- Bu
şairdir, yoxsa ata baxan?
Nəhayət, X.Qocaya şairin
yaradıcılığı ilə bağlı bu ifadəni
işlətdiklərini bildirirlər.
Səmərəli
təklif
Tanınmış bir şairə nə vaxt
Yazıçılar Birliyinin Natəvan klubunda söz verilsə,
vaxt itirməmək üçün yerindən
danışa-danışa tribunaya çıxır. Bir dəfə X.Qoca dillənir:
- Bax,
vaxta belə qənaət edərlər! Yoxsa, bəziləri
tribunaya çıxınca, adamın canı
çıxır
Yatmır
Xeyrəddin Qoca cavan yaşlarında sirkə gedir. Proqramda
iştirak edən illüziyaçı on nəfər
qadını və onu manejə çağırır, deyir
ki, "mən sizi yatırdacağam". X.Qoca ürəyində
fikirləşir:
-
Yatırt görək, məni necə yatırdacaqsan...
İllüziyaçı romantik sözlər söyləyir,
təbiəti, dənizi, meşəni təsvir edir, bir tərəfdə
də həzin musiqi səslənir. Qadınların
hamısı yatır. X.Qoca isə
yatmır. Sonra da illüziyaçıya deyir:
- Nə
oldu? Məni yatırda bilmədiniz, axı!
İllüziyaçı ha çalışır,
X.Qoca yatmır. Axırda hirslənib qışqırır:
-
Çıxın manejdən!..
Oooo?
Tanınmış şairlərdən biri X.Qocaya
"Yaş üstə yaş gəlsə dəg" adlı
bir şeir həsr edir. Yeddi bənddən ibarət həmin şeirin son
misralarının hamısı belə bitir: "Xeyrəddin
Qocadır o!"
O sənət
yollarında ürək
sirdaşımızdır,
Gözəl
əsərlər yazan qələm
yoldaşımızdır.
Kamil sənətkarımız,
cavan
qardaşımızdır,
Xəyalilə,
fikrilə göylərdən
ucadır
o,
Xeyrəddin Qocadır o.
Xeyrəddin
müəllimin yaxın dostlarından biri hər gün ona zəng
vurub soruşur:
- "Xeyrəddin Qocadır, oooo?"
Həmin
dostu axır zamanlar telefonda sadəcə olaraq soruşur:
- Oooo?
X.Qoca da dəstəyi
götürüb cavab verir:
- O!
"Şikayətnamə"
X.Qoca qəzetlərin birində silsilə məqalələr yazırdı və məqalələrinin birində qeyd edirdi ki, bəs, fəxri adlar, mükafatlar düzgün verilmir, "dünənki uşağa" orden, medal verilir, uzun illərin sənətkarları "yaddan çıxır" və sair və ilaxir.
Bir neçə gündən sonra Xeyrəddin müəllimə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam qəzetlərdə dərc olunur. Dost-tanışları zəng vurub, onu təbrik edirlər. Cib telefonuna isə belə bir mesaj gəlir: "Şikayətnamə"nin xeyri oldu deyəsən. Təbrik edirəm".
X.Qoca bütün təbriklərdən daha çox bu təbriki bəyənir...
Nəşr haqqı dərdi
Xeyrəddin müəllim nəşriyyatın direktoruna zəng vuraraq deyir:
- Kitabımın bütün materialları hazırdır, siz tərtibçi olmağa razısınız, yoxsa başqa adam axtarım?
Direktor:
- Başqasını axtarmağa ehtiyac yoxdur, elə özüm tərtibçi olaram.
X.Qoca:
- Bilirsiniz, sizin tərtibçi olmağınızla başqasının tərtibçi olması arasında nə fərq var?
- Yox, bilmirəmg
- Tərtibçi siz olsanız, kitabın nəşr haqqını verməyəcəyəm. Sərf eləyir, yoxsa, yox?
Qorxu
X.Qocadan soruşurlar ki, yazıçı hara, partiya hara? Niyə partiya üzvü oldunuz?
O, cavab verir:
- Təzə-təzə gündə bir partiya
yaranırdı, hərə də bir partiyanın üzvü
olurdu. Qorxdum Robinzon Kruzo meşədə tək qalan kimi, mən
də cəmiyyətdə tək qalam, getdim yazıldım
partiyaya. Daha doğrusu, özüm yazılmadım ey, təklif
etdilər, mən də razılaşdım. İndiyə qədər
başa düşə bilmirəm, balaca bir ölkəyə
bu qədər partiya lazımdır?
(ardı gələn
sayımızda)
Ədalət.-2015.-10 iyun.-S.5.