Bakı-2015 Birinci Avropa Oyunlarına lap az qalır

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası Bakı-2015 Birinci Avropa Oyunları Təşkilat Komitəsi (BAOƏK) ilə sıx əlaqə saxlayır. Təşkilat Komitəsində rəsmi görüşlərimiz olub. Oyunların yüksək səviyyədə baş tutması üçün bütün işlər vaxtında görülüb.

Bakı Olimpiya Stadionu əyləncə idmanın həyatda bir dəfə yaşanacaq nümayişi ilə parlaq şəhərin bütün mədəniyyət tarixini sərgiləməyə hazırdır. Birinci Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq. Mərasim az.baku2015.com saytında bütün dünyada canlı nümayiş olunacaq.

Birinci Avropa Oyunlarında qitənin 49 ölkəsindən altı min idmançı 20 idman növü üzrə, o cümlədən atletika, badminton, boks, avarçəkmə, karate, suya tullanma, qılıncoynatma digər yarışlarda medallar uğrunda mübarzə aparacaq.

Bakı 2015-in rəsmi saytında mobil tətbiqetməsinə onlardan hər biri barədə müfəssəl məlumat verilib. Burada idmançının ləqəbi, məşğuliyyəti böyük yarışlarda qazandığı rekordlar barəsində ətraflı məlumata yer verilib.

Bu idmançılar arasında əlli doqquzu qızıl medal sahibi olmaqla ümumilikdə 150 Olimpiya medalçısı, 200-ə yaxın Dünya çempionu var. Odur ki, belə tədbirlərdə ilk dəfə çıxış edəcək idmançıları birinci Avropa Oyunlarının çempionu titulunu əldə etmək uğrunda böyük rəqabət gözləyir.

Bakı-2015 Avropa Oyunlarına daxil edilən 20 idman növündən 16-sı Olimpiya proqramına daxıldır. Bunlardan da 12-də idmançılar 2016-cı ildə Braziliyanın Rio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı əldə edəcəklər. Onlar yarışacaqları idman növündən asılı olaraq ya birbaşa vəsiqə qazanacaqlar, ya Rio 2016-nın kvota yerlərindən birinə sahib olmaq üçün ölkələr adına reytinq xalı əldə edəcəklər, ya da Rio 2016-nın təsnifat yarışlarında iştirak hüququna yiyələnəcəklər.

BAOƏK Mətbuat Əməliyyatları Şöbəsinin direktoru xanım Ceyn Pirs Mətbuat Əməliyyatları rəhbəri xanım Loreyn Rolston AİJA nümayəndələri ilə görüşdə jurnalistlərin akkreditəsi, onların rahat işləmələri üçün yaradılan şərait, bu sahədə həyata keçirilən tədbirlər bundan sonra görüləsi işlər barədə məlumat veriblər. Qeyd ediblər ki, bugünədək Bakı-2015 Avropa Oyunlarında 1600 nəfərdən artıq media mənsubu rəsmi akkreditasiyadan keçib. Onların təqribən yarısı yerli jurnalistlərdir.

Kütləvi informasiya vasitələrini təmsil edən qeydiyyatdan keçmiş yerlıi əcnəbi jurnalistlər, videoaperatorlar, fotoreportyorlar xüsusi yayım hüququna malik media orqanlarınin çəkiliş apardıqları məkanlara buraxılmasalar da onlar üçün xüsusi ayrılmış yerlərdə kiçik müsahibələr götürmələri, görüntüləri qeydə almaları üçün normal şərait yaradılacaq.

Bakı-2015 Birinci Avropa Oyunları Təşkilat Komitəsi yarışları izləyəcək jurnalistlər üçün Azərbaycan İngilis dillərində bir sıra maraqlı nəşrlər - broşürlər, kitabçalar, vərəqələr hazırlayıb. Akkreditə olunan KİV əməkdaşlarının, müstəqil fəaliyyət göstərən yazarların, fotoreportyorlarin hər birinə "Bakı-2015 Avropa Oyunları Media Bələdçisi" paylanır. Kitabçanın ilk səhifəsində Azərbaycan Respublikası Gənclər İdman naziri, Bakı-2015 Avropa Oyunlarının baş icraçı direktoru Azad Rəhimovun müraciəti dərc olunub. Azad müəllim qeyd edir ki, "ilk Avropa Oyunlarınin keçirilməsi şərəfi Azərbaycana nəsib olmuşdur mən beynəlxalq mətbuat nümayəndələrini ölkəmizin tarixində ən böyük idman tədbirinə dəvət etməyə çox şadam". Daha sonra baş icraçı direktor göstərir: "Oyunların beynəlxalq mətbuatda işıqlandırılması bu möhtəşəm tədbirin bütün dünya izləyicilərinə çatdırılmasında mühüm rol oynayır. Buna görə bizim borcumuz arzumuz mətbuat nümayəndələrini Avropa Oyunları haqda sözlü-şəkilli hekayələr yaratmaları üçün tələb olunan bütün vasitələrlə təmin etməkdən ibarətrdir".

Təşkilat komitəsi Bakı-2015 Birinci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkili məqsədilə planlı şəkildə çalışır, atletləri, izləyiciləri, azarkeşləri, KİV nümayəndələrini bu tarixi idman hadisəsindən, sözün əsl mənasında, zövq almaları üçün mümkün olan ən gözəl imkanlarla təmin olunmalarını gerçəkləşdirir.

İyunun 12-də Bakı Olimpiya Stadionunda Bakı-2015-in möhtəşəm Açılış Mərasimi gerçəkləşəcək, ölkəmizin milli mədəniyyəti, paytaxtımızın müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə tərənnüm olunacaq. Dimitris Papaioannounun bədii rəhəri olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.

 

ədalət.-2015.-11 iyun.-S.8.