Ədəbiyyat həyatla bir
olanda...
(Səxavət
Talıblının "Adəmin övladları"
romanı haqqında)
Səxavət Talıblını uzun illərdir tanıyıram. Onu başqalarından fərqləndirən
orijinal xarekterə malik olmasıdır. Nə ilə
məşğul olursa-olsun,
istər yaz-pozu, rəssamlıq, qəzəliyyat,
istərsə də ixtisasına uyğun işlər olsun, hamısını layiqincə
və özü də təmkinlə yerinə yetirirr. Peşəkarlıq onun həyatının
siqlətidir. Gənc yaşlarında
əruzun bütün
vəznlərini əxz
elədi və çox maraqlı qəzəllər yazdı,
sonra sərbəst şeir, sonra hekayə, povest və son illərdə iki maraqlı roman qoydu ortaya. Əfqanıstan həyatından bəhs
edən "Adəmin
övladları" romanı
öz yazı manerasında dünya siyəsətinin sərgiləyir.
Burda Rusiyada var, Azərbaycan
da, Amerika da var, Orta
Asiyada, bir sözlə, bütün dünya Əfqanıstan müharibəsindən keçir.
Burda keçmiş və gələcək birləşir.
Bu birləşmə indiki zamanda oxucuya çatdırılır.
Əfqanıstan ürəyimizin həmişə
ağrıyan yeri olub. 1978-ci ilin sentyabr ayında Sovet qoşunları Əfqanıstanda daxil olub və nə
qədər Azərbaycan
əsgəri bu ölkədə həyatını
itirdi, itkin düşdü. O yaralar
hələ də sızlayır. Səxavət Talıblı romanın
sujet xəttini elə bir yerdən
başlayıb ki, bu mövzu həm
xalq üçün,
həm də ədəbiyyat və siyasət üçün
maraqlıdır. Əsərin adından göründüyü
kimi, dünyada dinindən, irqindən millətindən asılı
olmayaraq, hamı Adəmin övladlarıdır.
Əsərin əsas ideyası
elə burdadır.
Əsərdə xeyli sayda obrazlar
var. Yazıçının sənətkarlığı orasındadır
ki, o obrazların hamısının özünməxsus
psixologiyasını yaradıb. Hadisələrin qarışıqlığına, obrazların sıxlığına
baxmayaraq, əsərin
kompazisiyası çox
sadədir. Bütün obrazlar
və ayrı-ayrı
sujetlər vahid bir xəttə - bütün insanların eyni kökdən ibarət olduğuna xidmət edir. Erməni və Azərbaycan münaqişəsinə görə
əsər Cəfər
Cabbarlının "1905-ci ildə" əsəri ilə uzlaşır.
Ötən əsrin əvvəlində baş
verən hadisələrin
əsrin sonunda təkrarlanması onu göstərir ki, mahiyyət eyni problemdədir, aradan 100 il keçməsinə
baxmayaraq, yenə
"atan kazaklardır".
20-ci əsrin əvvəlində Cəfər
Cabbarl, 21-ci əsrin əvvəlində isə
Səxavət Talıblı
- eyni məsələyə
eyni prizmadan yanaşır.
Əsərin dili aydın və sadədər. Yalançı pafos və quru
vətənçilik məsələsindən
yüz ağac uzaq olan əsər
Əfqanıstan və
Qarabağ müharibəsinin
paralelliyində bir sıra gizli mətləbləri önə
çıxarır. Müharibədə ölüm-dirim mübarizəsinə
qalxan Səməd, Segey, Dara, Valya,
Şamo, Mayor Sokolov Adəmin övladları olduğuna görə eyni taleyi müxtəlif
cür yaşayır.
Əslində əsərin tədqiqat
obyekti insanları müharibə əzablarına
düçar edən
rejimdir. Hər şey
mövcud rejmin üzərində qurulub.
Ən qabarıq obraz olan Səməd və Şamo surətləri eyni zamanda yaşasalar da və bir-birinə
əks olsalar da, heç biri öz mübarizəsindən
əl çəkmir,
biri xeyirxah (Səməd), digəri isə kin, nifrət (Şamo) mənbəyidir.
Onlar mövcud dünyanın əsas görüntüsü
kimi əsər boyu oxucuların diqqətini özündə
cəmləyir.
Əsərin namazla başlayıb namazla bitməsi çox böyük məna daşıyır və mən deyərdim ki, əsərə uğurlu bir quruluş verir. Bu, onu göstərir
ki, hər şey, bütün kainat namaz üstədir,
hər şey namazın üzərində
qurulub. Əsərdə dini, irqi qarşıdurmaya bəşəri
ideyalar prizmasından baxılır. Sergey Əfqan döyüşçüsünə
namaz qıldığı
vaxt güllə atanda Səməd qoymur. Amma onun rəqibi
olan Şamo bütün hiylələrə
əl atır. Səməd xeyirin Şamo isə şərin ifadəçisdir. Bu mənada əsər Nizami Gəncəvinin xeyir və şər
öbrazları ilə
səsləşir.
Əsərin müsbət qəhrəmanı
Səməddir. Müəllifin uğuru orasındadır
ki, o müsbət qəhrəmanı ideallaşdırmır.
Onu həyatın ən çətin yollarından
keçirir. Səmədin ən gözəl xüsusiyyətlərindən biri
özünü həmişə
günahkar hesab etməsidir. Bu əsasən onun yaxşı insan olmasına işarədir.
Səməd həmişə özünə tənqidi
yanaşır. Onun ailəsinə,
ata-anasına, sevdiyi Dilarəyə biganəliyi
zəif çəhət
kimi diqqətdən qaçmır. Həyat yoldaşı
Dara evdən gedəndə onunla maraqlanmır. Bütün bunlar
əsərin təbii
şəkildə qələmə
alınmasıdır. Əsərdə həyatdan kənar
suni müsbət obraz yoxdur. Hər obraz həyat dediyimiz bir məcradan
qidalanır. Ədəbiyyatla həyat bir olanda bədii əsər yaşamaq haqqı qazanır.
Əsərdən doğan əsas ideya budur ki,
müxtəlif dinlər,
dillər, əqidələr
olsa da, bütün insanlar Adəmin övladlarıdır
və bu insanlar həqiqətin yerini öz daxillərində və o böyük Allahın həqiqətində tapacaqları
heç şübhə
doğurmur.
Ədalət.-2015.-11
iyun.-S.7.