SALYANIN YENİ NÖVRAĞI

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"... Bu gün Azərbaycan təkcə neft ölkəsi deyil, bu gün Azərbaycan həm kənd təsərrüfatı, sənaye ölkəsidi. Bizim kifayət qədər təbii, iqtisadi sərvətlərimiz, gücümüz, imkanlarımız var. Çalışmalıyıq ki, bundan sonra da qeyri-neft sektorunu daha da geniş əhatədə, daha böyük sürətlə inkişaf etdirib Azərbaycanın nemətlərini təkcə özümüzün, ölkəmizin bazarlarında deyil, həm dünya bazarlarına çıxaraq".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Bu gün Azərbaycanda bir bayram əhval-ruhiyyəsi yaşanır. Təkcə paytaxtımızda deyil, demək olar ki, Azərbaycanın bütün bölgələrində, qəsəbə kəndlərində hər kəs bir neçə gün sonra dünyanın şahidi olacağı Avropa oyunlarıyla bağlı xoş bir ovqat üzərində köklənib. İstər medianın, istər ictimaiyyətin, istər hətta sıravi Azərbaycan vətəndaşının sözü, söhbəti məhz bu oyunlarla bağlıdır. Təbii ki, Avropa oyunları Azərbaycanın ictimai-siyasi həyatında böyük hadisədi bu hadisə həm özü ilə birlikdə ölkəmizin coğrafiyasında da bir yeniliyin, bir idman coşqusunun müəllifinə çevrildi. Yəni hər bir Azərbaycan vətəndaşı bu oyunlarla hazırlıqla bağlı aparılan işlərdə həm iştirakçıya, həm şahidə çevrildi.

Biz regionların inkişafına dair dövlət proqramının növbəti materiallarını hazırlamaq üçün Salyana üz tutmuşduq. Təsadüfdənmi, yoxsa bu da həyatın özünəməxsus diktəsindənmi, məhz həmin gün Salyanda hər kəs Avropa oyunlarının məşəlini qarşılayırdı. Böyük çoşqu ilə keçən bu qarşılanma mərasimini biz yaxından izləyə bildik gördük ki, Salyanda uşaqdan böyüyə hər kəs bu əlamətdar hadisənin onlara bəxş etdiyi sonsuz iftixar hissinin içərisindədilər. Çünki Azərbaycanın digər bölgələri kimi, Salyanda da məşəlin qarşılanması tədbiri yüksək səviyyədə təşkil olunmuş həmin qarşılanma mərasiminin iştirakçıları, xüsusilə məşəli daşıyanlar həyatlarının ən xoşbəxt anlarını yaşayırdılar.

Bəli, biz elə o xoş ovqatla Salyanı gəzib bu bölgədə son illərdə həyata keçirilmş yenidənqurmanı, tikinti-bərpanı, eləcə insanların sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün görülmüş işlərin ümumi mənzərəsi ilə daha yaxından tanış olmaq fürsəti qazandıq. Həmsöhbət olduğumuz rayon sakinləri, xüsusilə rayon icra hakimiyyəti aparatında çalışan şəxslərin verdikləri bilgilərdən öyrəndik ki, həqiqətən indi Salyanda böyük diqqətçəkən işlər görülür. Bu işlərin sırasında rayon mərkəzində aparılan quruculuq abadlıq işlərinin xüsusi yeri var. Bu fikirləri dinləyərkən biz təbii ki, daha böyük maraqla ətrafa göz gəzdirdik gördük ki, həqiqətən rayonun mərkəzində səliqə-səhman, abadlıq işləri hər kəsin üzünə gülür, hər kəsi özünə cəlb edir.

Bax, bu mənada ölkəmizin barlı-bəhərli bölgələrindən olan Salyan rayonunda, eləcə onun mərkəzində yol tikintisi, küçə səkilərin abadlaşdırılması əsas diqqət mərkəzində olan işlərdən sayılır. Əgər faktlara diqqət yetirsək, onda görərik ki, ötən ilin sonlarında bu ilin birinci rübündə Salyan şəhərindəki Fikrət Zərgərli, Yunis Zərgərli, Mirbağır Ağazadə, Əlövsət Qasımzadə digər küçələrin başdan-başa yenidən qurulması, yüksək səviyyədə asfalt-beton işlərinin görülməsi hər kəsin ürəyincə olmuşdu. Təbii ki, bu qədər böyük əhatəli işlərin qısa bir vaxtda başa çatdırılması çox sevindirici haldır. Xüsusilə həmin küçələrin səkilərinin , eləcə bu küçələr boyu uzanan divarların üzlərinin təmir olunması, Daş piltələrin, layların döşənilməsi həm görülən işin ömrünü uzatmış, həm onun gözoxşayan olmasına təminat vermişdi.

Bu gün Salyanda küçə yolların abadlaşdırılması işi çox böyük bir ruh yüksəkliyi ilə davam etdirilməkdədir. Xüsusilə Ənvər Qasımzadə, Nəriman Nərimanov, Mirbağır Ağazadə Yunis Zərgərli küçələrində həyata keçirilən həmin abadlıq yenidənqurma sözün həqiqi mənasında insanların doğulduğu torpağı onun inkişafına olan ürək dolu sevgisindən xəbər verir. Deməli, Salyan rayonunda adı çəkilən küçələrdə bu ilin birinci rübündə 1700 metr uzunluğunda qazıntı işləri aparılmış, üstəlik 1857,5 km uzunluğunda hörgü işləri görülmüşdü. Bu işlərin aparılması isə öz növbəsində 810 kv.metr suvaq işlərinin görülməsinə imkan vermişdi. Əgər təkcə adı çəkilən küçələrdə görülən bu işləri dəyərləndirsək, onda məlum olar ki, rayonda 90376,67 min manatlıq abadlıq işi həyata keçirilmişdi. Təbii ki, həmin işlər bu gün davam etdirilir bu işlərin davam etdirilməsində başlıca məram rayonun müasirləşməsi, abadlaşması burda yaşayanların sosial durumunun yaxşılaşdırılmasıdır.

Salyanda olarkən diqqətimizi çəkən bir məqam da şəhər mərkəzinin yaşıllıqlara bürünməsi idi. Demək olar ki, bütün küçələrdə gül kolları, həmişəyaşıl ağaclar əkilmişdi. Maraqlandığımızı hiss edən rayon sakinləri bildirdilər ki, son illərdə rayonda 12 mindən artıq ağac gül kolları əkilibdi. Təbii ki, bu da həm təbiətə olan sevginin bəhrəsidi, həm aran bölgəsi sayılan Salyanda insanların istirahəti, bu bölgənin iqlim şəraitinin dəyişdirilməsinə olan bir təşəbbüsün real nümunəsidir. Hər halda yaşıllıq həmişə hər yerdə insanlara müsbət enerji bəxş edir, onların ətrafında xoş bir aura yaradır. Bax həmin xoş məqamlardan biri Azərbaycanın dəyərli söz adamlarından biri olan xalq şairi Xəlil Rza Ulutürkün adını daşıyan küçədə aparılan abadlıq yenidənqurma işləridi. Xüsusilə bu küçədə tikilmiş beşmərtəbəli biznes mərkəzi bütövlükdə rayona bir yaraşıq verir, onun görkəmini daha da cilalayır. Deməli, yüksək arxitektura üslubu ilə tikilən arxitektur nümunənin ətrafla kompleks yaratması özü-özlüyündə həm işin keyfiyyətindən, həm bu işi görənlərin öz rayonlarını gələcəkdə daha da gözəl görmək istəyinin əyani nümunəsidir.

 

(Ardı var)

 

Ceyhun RÜSTƏMOV

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

Ədalət.-2015.-11 iyun.-S.7.