NUR İÇİNDƏ OLAN HORADİZ
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
"... Kənd təsərrüfatının inkişafı
üçün kreditlər,
gübrələr, əlavə
texnika verilir. Soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni, biz istəyirik ki, bu inkişafa daha da güclü
təkan verək. Çünki hər bir bölgədə, hər bir kənddə
yaxşı şərait
olsun, rifah artsın, iş yerləri açılsın
və gözəl abadlıq işləri görülsün".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Bu gün məmləkətimizin
bütün rayonlarında
sonra dərəcə
möhtəşəm və
böyük abadlıq
işləri görülür. Təbii ki,
bütün bunlar hamısı Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən
siyasətin bəhrəsidir.
Azərbaycanın hansı rayonuna,
hansı kəndinə,
hansı qəsəbəsinə
gedirsənsə bu cür möhtəşəm,
abadlıq və quruculuq işlərinin şahidi olursan. Sanki Azərbaycan ildırım
sürətilə hərəkət
edir. Təbii ki, bunu gözügötürməyən qüvvələr də
var. Qoy onlar belə işlərə baxıb köks ötürsünlər və
paxıllıqlarından ürəkləri
partlasın.
Möhtəşəm şəhər
Bu barədə mən
dəfələrlə öz
yazılarımda qeyd eləmişəm. Qeyd eləmişəm ki, Füzuli rayonunun Horadiz şəhəri öz gözəlliyinə və
əsrarəngizliyinə görə
heç də Avropa şəhərlərindən
geri qalmır. Hələ
biz Bakını demirik
ha, Horadizi xatırlayırıq.
Çünki Horadizi görənlər,
onun prospekti və küçələri
ilə gəzənlər
möhtəşəm quruculuq
işlərinin şahidi
olurlar. Yolun sağında və
solunda əkilmiş küknar ağacları şəhərə qeyri-adi
bir gözəllik verir. Bununla yanaşı, Bayraq
meydanının möhtəşəmliyi
isə tamamilə fərqlidir. Ən azından
ona görə ki, bu yüksəklikdə
Azərbaycan bayrağı
dalğalanır və
təpəliklərdə çoxlu
sayda müxtəlif ağac kolları əkilib. Belə baxanda adama çox xoş olur. Xüsusən isti yay günlərində təmiz
hava udmaq istəyirsənsə istər-istəməz
Bayraq meydanına qalxmalısan. O yüksəklikdən
işğal altında
olan torpaqlarımız
görünür. Ərgünəşin uca zirvəsi sanki bizi özünə
çağırır. O zirvəyə baxanda kövrəlirəm və
çox yaxınlıqda
olan Füzuli şəhərinə gedə
bilmədiyimə görə
özümü qınayıram.
Həsrətlə həmin yerlərlə
baxıram, kövrəlirəm
və gözlərim doluxsunur. Aşağı
düşüb çayxanada
bir stəkan çay içirəm və yavaş-yavaş toxtayıram...
İnsanlar bu yerlərə
ürəkdən bağlanıblar
Füzuli rayonu 1993-cü ilin avqustun 23-də erməni işğalçıları tərəfindən
işğal edilib. İşğal edilməmişdən öncə
Füzulidə 84 yaşayış
məntəqəsi, şəhər
və qəsəbə
vardı. Təbii ki,
erməni işğalçıları
işğal zamanı
öz simalarını
göstərmiş və
yaşayış məntəqələrini
yandıraraq külə
döndərmişdilər. 1994-cü ilin yanvarın
əvvəllərində Ulu
Öndər Heydər
Əliyevin rəhbərliyi
ilə Füzulinin işğal altında olan Horadiz şəhəri
və 22 yaşayış
məntəqəsi ermənilərdən
azad edildi. Və hər şey də bundan sonra bərpa olunmağa başladı.
Ulu Öndər Heydər Əliyev Füzuliyə səfəri zamanı qeyd etmişdi ki, biz işğaldan azad olunmuş yaşayış məntəqələrinin
hamısını bərpa
edəcəyik. Bu fikirlər prezident İlham Əliyev tərəfindən də
davam etdirilmiş və Füzuli rayonunun azad olunmuş yaşayış
məntəqələri əsaslı
surətdə bərpa
edilmiş və yenidən tikilmişdir.
Çox
qəribə də olsa deyək ki, ermənilər həmin yerləri görsələr paxıllıqdan
ürəkləri partlayar.
Çünki xarabalığa çevirdikləri
yaşayış məntəqələri
indi hamısı abad gündədir. Horadizin qeyri-adi bərpası və gülüstana çevrilməsi dediklərimizə
əyani sübutdur.
Kəndlərdə hər şey dəyişib
İşğaldan azad olunmuş kəndlərdə demək
olar ki, hər şey tamamilə dəyişib. Yandırılmış və dağıdılmış
evlər əsaslı
surətdə bərpa
edilib. Nəinki indi həmin
kəndlərdə yaşayış
var, bu yaşayış
məntəqələrində həyat o qədər inkişaf edib ki, Bakıda və digər yerlərdə müvəqqəti
məskunlaşmış sakinlər
hamısı öz dədə-baba yurdlarına
dönüblər. Ən azından
ona görə ki, hər evdə-eşikdə
ocaq yanır, tüstü bacadan çıxır və insanlar həyət-bacada təsərrüfat işləri
ilə məşğuldurlar.
Füzulinin elə bir kəndi yoxdur ki, işğaldan sonra ora asfalt
yol çəkilməsin,
qaz xətti olmasın və eləcə də digər abadlıq işləri həyata keçirilməsin. Hətta Sovet
dönəmində belə
bir çox kəndlərdə təbii
qaz olmadığı
halda bu gün yaşayış məntəqələrində mavi
qaz var və
insanlar qışda yanacaq sarıdan heç bir korluq çəkmirlər.
Bu isə o deməkdir
ki, əhali birmənalı olaraq ölkə prezidenti İlham Əliyevin apardığı siyasəti
dəstəkləyir və
öz əməli işləri ilə ölkəmizə töhfələrini
verirlər.
Çörək boldur
Ötən illərdə olduğu
kimi, bu il də
Füzulidə kənd
təsərrüfatı məhsullarının
istehsalı sahəsində
yüksək məhsuldarlığa
nail olunub. İlk növbədə rayonda maldarlıq inkişaf edib. Bununla yanaşı, bostan-tərəvəz
məhsullarının istehsalı
artıb. Təbii ki,
bu da dövlət
və hökumət tərəfindən sahibkarlara
yaradılmış münbit
şəraitlə bağlıdır.
Əlbəttə, zəhmət adamına
şərait yaradılanda,
ona güzəştlər
ediləndə o adamlar
da istər-istəməz
istədiklərinə nail olmağı
bacarırlar. Belə ki,
rayonda taxılçılığın
inkişafına xüsusi
diqqət yetirilir.
Fermerlərə güzəştli yanacaqlar verilir, kənd təsərrüfatını
inkişaf etdirmək üçün böyük
köməklik göstərilir.
Elə bunun nəticəsidir ki, ötən il
taxılçılıq sahəsində
ən yüksək nəticə əldə olunub və yüz min tondan çox taxıl istehsal edilib. Bu il də
rayonda taxılçılıq
yüksək xətlə
inkişaf edib. Artıq arpa biçiminə başlanılıb. Bir müddətdən
sonra taxıl yığımı başlanacaq.
Rayon icra hakimiyyətinin
başçısı Alı
Alıyev isə bildirir ki, ölkə
prezidenti cənab İlham Əliyev rayonumuza çox böyük qayğı və diqqət göstərir. Nə əldə etmişiksə,
hansı uğurları
qazanmışıqsa, bunun
hamısı cənab
prezidentin zəhmətinin
bəhrəidir. Elə məhz
füzulililər də
hörmətli prezidentimiz
İlham Əliyevin bu qayğısını yüksək qiymətləndirir,
onun apardığı
daxili və xarici siyasəti dəstəkləyir. Çünki cənab prezident həmişə füzulililərə
qarşı çox diqqətli olub və bizim bütün
problemlərimizin həll
edilməsində öz
köməkliyini göstərib.
Bir daha füzulililər adından deyə bilərəm ki, biz cənab prezidentin etimadını doğruldacaq,
dövlətçiliyə daha sadiq olacaq,
bu istiqamətdə öz əməli işlərimizi davam etdirəcəyik.
(Ardı var)
Faiq QİSMƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Ədalət.-2015.-17
iyun.-S.7.