NUR İÇİNDƏ OLAN HORADİZ
"... Bu gün bizim
gözəl ölkəmizdə - sürətlə inkişaf edən ölkədə hər bir vətəndaş üçün
bütün imkanlar var. Çünki ölkəmizin
dinamik inkişafı, yeni
iş yerlərinin, yeni
istehsalat sahələrinin
açılması əlbəttə ki,
hər kəs üçün imkan yaradır. O insanlar
ki, böyük biliklərə
malikdirlər, onlar həyatda öz layiqli yerini tuta bilərlər. Ona görə, yaxşı oxumaq
həm ölkənin gələcəyinə verilən
töhfədir, eyni zamanda,
hər bir insan üçün önəmlidir. Yaxşı bilikli insan həyatda
yaxşı iş də tapa,
yaxşı dolanışıq da qura bilər, həm də öz
ölkəsinə, xalqına daha da böyük xidmət
göstərmiş olar".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
(Əvvəli
ötən sayımızda)
Füzulidə hara addım atırsansa, orada füsunkar gözəlliklərin şahidi olursan. Əlbəttə, rayonda gedən möhtəşəm abadlıq və quruculuq işlərini bir-iki yazı ilə heç də ifadə etmək mümkün deyil. Ən azından ona görə ki, bu gün nəinki Horadiz şəhəri Füzulinin yaşayış məntəqələri, eləcə də yeni salınmış "Qayıdış" və "Zobucuq" qəsəbələri adama gəl-gəl deyir. Və burda insanların hərtərəfli istirahəti, yaşayışı üçün əlverişli şərait yaradılıb. Yeni qəsəbədə məktəblər, xəstəxanalar və sosial obyektlər fəaliyyət göstərir.
Təhsilə böyük önəm verilir
Ölkə prezidenti cənab İlham Əliyev məmləkətimizdə təhsilin inkişafına çox böyük qayğı göstərir. Təbii ki, bu da zaman-zaman öz müsbət tərəflərini göstərməkdədir. Bir faktı qeyd edək ki, heç sovet dövründə respublikamızda indiki kimi müasir məktəblər inşa edilməyib. Şükürlər olsun ki, ən müasir tələblərə cavab verən məktəblər, uşaq bağçaları və eləcə də rayon təhsil şöbələri inşa edilib. Bununla yanaşı, həmin təhsil ocaqları ən müasir texnologiya ilə təchiz edilib.
Füzuli rayonu da bu böyük layihədən kənarda qalmayıb. Bu gün Füzulidə 80 ümumtəhsil məktəbi fəaliyyət göstərir. İşğaldan azad olunan kəndlərdə məktəblər əsaslı surətdə təmir edilib və bir neçə yerdə yeni məktəb binaları inşa olunub. Bir faktı qeyd etmək lazımdır ki, Horadiz şəhərində Heydər Əliyev Fondunun hesabına inşa edilmiş 180 yerlik məktəb nəyə desən dəyər. Bu məktəbdə şagirdlərin elmi biliklərə yiyələnməsi üçün hər cür şərait yaradılıb. Belə ki, məktəb müasir kompüter sistemi ilə təchiz edilib və internet şəbəkəsinə qoşulub.
Almaz Həşimova
böyük uğurlardan danışır
Füzuli təhsilində zamanından və məkanından asılı olmayaraq həmişə yüksək inkişaf olub. Bu da təsadüfi deyil. Çünki Füzulidə təhsil sisteminə kim rəhbərlik edibsə, o, həmişə keçmiş ənənələrə arxalanıb, özlərindən əvvəlki təcrübəli pedaqoqlardan bəhrələnib və yeniliklər tətbiq ediblər. Təbii ki, bu da istər-istəməz ümumtəhsil məktəblərində şagirdlərin daha savadlı yetişməsinə və vətənpərvər gənc kimi böyüməsinə əsaslı təsir göstərib.
Xeyli vaxtdır ki, Füzuli rayon təhsil şöbəsinə Almaz xanım Həşimova rəhbərlik edir. Almaz xanım uzun illərdir ki, pedaqoji sahədə çalışır. Və onun rayon ictimaiyyəti arasında çox böyük nüfuzu və hörməti var. Elə bu nüfuz və hörmətə görə də o, Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatının sədridir. Məhz ziyalılığı, insanlarla ünsiyyət yaratmağı və ən nəhayət, zəngin dünyagörüşə malik olması onu Füzuli rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə gətirib çıxarıb. Almaz xanım öz sadəliyi, səmimiliyi ilə həm pedaqoji kollektivlərin, həm də şagirdlərin böyük hörmətini qazanıb. Ən azından ona görə ki, kimə qarşısa ədalətsizlik, haqsızlıq olanda Almaz Həşimova bu məsələyə qarışıb və haqqı tapdananı müdafiə edib.
Almaz xanım bizimlə söhbətində bildirir ki, bu il Füzuli rayon ümumtəhsil məktəblərini 1500-dən çox məzun bitirir. Onlardan 707-si 11-cilərdir, qalanları isə 9-cu sinfi bitirənlərdir. O qürur hissi ilə bildirir ki, ötən il məzunlarımız bizim üzümüzü ağ edib. Belə ki, rayon məktəblərini bitirən 346 məzun müxtəlif ali məktəblərin tələbəsi adını qazanıb. Builki məzunlarımıza da böyük ümidlər bəsləyirik. İnanırıq ki, onlar çəkdiyimiz zəhməti itirməyəcək və ali məktəblərə qəbul olunmaqla valideynlərini və bizi sevindirəcəklər.
İcra başçısı yaxşı oxuyanları
həmişə qiymətləndirib
Yazımızda qeyd etdik ki, hər il Füzulinin ümumtəhsil məktəblərini bitirən məzunların xeyli hissəsi müxtəlif ali məktəblərə qəbul olunurlar. Aydındır ki, bu da pedaqoji kollektivlərin çəkdiyi zəhmətin hədər getmədiyini göstərir. Elə ki qəbul imtahanları başa çatır, ali məktəblərə daxil olan məzunlarla Füzuli Rayon İcra Hakimiyyətində görüşlər keçirilir. Bu görüşlər zamanı icra hakimiyyətinin başçısı, hörmətli Alı Alıyev ali məktəbə yüksək balla qəbul olanları pul mükafatı ilə mükafatlandırır və onlara mənəvi dayaq durur.
Rayon Təhsil Şöbəsinin müdiri Almaz Həşimova onu da dedi ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev təhsilə böyük qayğı göstərir. O, bizimlə birlikdə nəinki rayonda fəaliyyət göstərən məktəblərə baş çəkir, hətta Bakıda və başqa yerlərdə məcburi köçkünlük şəraitində məskunlaşmış məktəblərimizə də getməyi unutmur. Həmin məktəbə də heç vaxt əli boş baş çəkmirik. Onda da Alı müəllim məktəblərə maddi kömək göstərməyi yadından çıxarmır. Təbii ki, ölkə prezidenti cənab İlham Əliyev, təhsil naziri hörmətli Mikayıl Cabbarov və eləcə də rayon icra başçısı Alı müəllim bu məsələləri diqqətdə saxlayanda istər-istəməz biz təhsil işçiləri də bundan ruhlanır və məktəblərdə tədrisin səviyyəsini yüksəldərək ölkəmiz üçün savadlı və vətənpərvər gənclər yetişməsində var qüvvəmizlə çalışırıq. Mən inanıram ki, bizim gələcəyimiz olan indiki şagirdlər yüksək vətənpərvərlik ruhunda tərbiyə olunurlar və onlar cəmiyyət üçün əsl faydalı insana çevriləcəklər.
Faiq QİSMƏTOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2015.-18 iyun.-S.7