O gecə ölüm mələyi
enmişdi yerə
(Esse)
Camal ZEYNALOĞLU,
yazıçı-publisist
Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı
Xocalı. Elə bir dəhşət
ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Rus ordusunun
366-cı motoatıcı batalyonunun
köməyilə erməni
hərbi birləşmələri
həmin o müdhiş
gecə Xocalı şəhərini qəddarcasına
işğal etdilər.
Evlərə-eşiklərə od vuruldu,
ağ örpəyə
bürünmüş torpaq
al-qana qərq edildi o gecə. Amansız düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına,
uşağa əsla aman vermədi. Uşaqlar valideynlərinin gözləri
qarşısındaca xüsusi
qəddarlıqla qətlə
yetirildilər. Xocalının neçə-neçə qeyrətli
oğulu erməni dığalarının qəbirləri
üstündə qurbanlıq
kəsildilər. Qız-gəlinlər əsir alındılar.
Od tutub
yanan şəhərdən
canlarını qurtarıb
ayağı yalın,
başı açıq
halda meşələrə,
dağlara üz tutanların çoxusu yolda dondu, qalanları
da ermənilərin qabaqcadan qurduqları pusquya düşərək
həlak oldular, bir qismi isə
əsir alındı.
O gecə hara gedəcəyini, kimdən
imdad diləyəcəyini
bilməyən uşaqların
doğmalarının meyidləri
arasında caş-baş
halda vurnuxmalarını,
ətrafda nə baş verdiyindən xəbərsiz körpənin
gözlərini həyata
əbədi yummuş
ananın buz kimi soyuq cəsədi
yanında köməksiz
qalması heyrətləndirici
və tükürpədici
bir səhnəydi.
Sənin qoynunda doğulan bu məsum körpələrin
günahı nəydi,
Xocalım mənim?! Toyda, bayramlarda
hamının birlikdə
şənləndiyi bu
şəhər niyə
xarabalığa çevrildi
bir anda? İgidlərin sənə
ana deyərdi, sənsə onlara oğul, Xocalım mənim! Qarqar sənin qopuzundu,
hər axşam övladlarına layla çalardı. İndi bu
çay sənin igidlərinin, övladlarının
al qırmızı qanına
boyanıb. Əlim
kimsəyə çatmadı,
dərdindən belim büküldü, Xocalım
mənim! Bu düşmən
çox amansız, qəddar, vəhşi xislətli birisiydi. Yaşlı,
uşaq baxmadan yanar oda atdılar,
qəlbimə çalın-çarpaz
dağ çəkdilər.
Qəfil
matəmə büründü
o gecə Xocalım.
Neçə şəhidlər verdik, neçə ana itirdik o gecə.
Od tutdu
o gecə torpağın,
daşın. İndi mən
ərini itirmiş o gənc gəlini, körpəsini itirmiş
o gənc ananı, de,
necə qurudum bu göz yaşları?!
Oxlandı o gecə Xocalım mənim. Qan sızdı
yarasından, can verdi o gün. Cavanların diri-diri çıxartdılar
gözünü. Qocasını, qızını, körpəsini,
gəncini keçirtdilər
süngüdən. Dünyanın gözü kor, qulaqları kar idi o gecə. O gecə Xocalıya qana bulaşmış qarla bərabər ölüm yağırdı.
O gecə azəri türkün namusu hamını heyrətə
saldı. Kafir düşmənin əlinə sağ keçməsin deyə, bir qız qardaşından
onu güllələməyini
xahiş edir. Qızcığaz qardaşının
qarşısında diz
çöküb yalvarır:
"Gözümün nuru,
qeyrətim, namusum, şərəfim qardaşım,
vur sənin əlində ölüm, qıyma güllənə.
Qoyma əsir düşüm kafir düşmənə!"
Qardaş isə:
"Əziz bacım,
mən sənə necə qıyım?! Əlim gəlməz tətiyi çəkməyə. İlahi, bu
nə zülüm, bu nə sitəm,
bu nə müsibətdir bizə göstərirsən?! Ya Rəbbim,
sən bunu bizə necə rəva bilirsən?!"
Həmin o müdhiş gecə "qiyamət günü yetişdi", deyə düşündüm. Həmin gecə
qış çox sərt gəldi. Al qana qərq
oldu bulaqlarda su. Qəfil əcəl haxladı
o gecə Xocalımı.
Kimsəyə çatmadı səsi,
harayı. Nalələr, fəryadlar dirəndi ərşə. Məkrli, hiyləgər,
şər, böhtan yuvası olan çaqqal, tülkü xislətli dığalar güc alıb himayədarı ruslardan qorxutmaq istəyir şiri öz yuvasında.
Eşqim dəli olubdu həsrət yağışından,
Xocalım. Neçə arzu, niyyətlər
həsrət qaldı
vüsala. Vüsala yetməyən
neçə-neçə nakam
eşq, məhəbbət
qaldı, Xocalım.
Sevincim qoy inciməsin məndən. Mən Xocalı
dərdimdən elə
bir böyük tonqal qalayacağam ki, qoy bu
tonqalın işığı
bütün yer kürəsinə işıq
salsın. Bəlkə o zaman bütün dünya Xocalı dərdini anlayar, Xocalı harayına səs verər.
Ey Adəm övladı, unutma bu dəhşəti,
unutma bu vəhşəti! Unutma bu kədəri, unutma o gecəni! Unutma bu zilləti, danış hər yerdə hamı bilsin. Səni dinləməsələr belə,
yenə də Xocalı harayını dünyaya hayqır! Qoyma zaman unutsun bu
ağır faciəni.
Allahım, cəzasız
qoyma bu amansız qırğını!
Gün gələr, dərdimiz sona yetər, Şəhidlərin ruhu sevinər! Anaların haqqı düşməndən
sorular bir gün. İgid oğulların səni düşməndən qurtaracaq
gün uzaqda deyil, dağ boyda dərdli, Xocalım mənim!
Ədalət.-2015.-18
iyun.-S.7.