Ağsu dolaylarında düz
xətt
(Şair Raqif Nazimoğlu
haqqında)
Ağsu rayonu mənim
üçün həmişə xəyallarımın çatmadığı
yer olub. Uzaq yaşıl bir ada kimi əlim
çatmayan, ünüm
yetməyən yerlər
həmişə dostlarımın
köməyi ilə mənə çox doğma və əziz bir ünvan
olub. Necə ki, Gədəbəy Sahib Camalla,
Borçalı Səməd
Qaraçöplə, Şamağı
Zahid Sarıtorpaqla, Bərdə Xasay Mehdizadə və İsa Sevərlə, Gəncə Qərib Mehdi və Bahadur
Fərmanla mənə
əzizdir, uzaq xəyal hesab elədiyim Ağsu rayonu da Raqif
Nazimoğlu ilə mənə doğmalaşdı.
Azərbaycan hər qarışı
mənə doğmadır,
əzizdir. Bu öz yerində. Amma ana vətən həm də insanları ilə əzizdir.
Raqif Nazimoğlunu
uzun illərdir tanıyıram. Maraqlı bir şair kimi,
gözəl bir dost kimi həmişə ədəbi əlaqələrimiz,
şirin, duzlu söhbətlərimiz olurdu.
Ilk dəfə onu xalq şairi
Məmməd Arazın
təqdimatında görəndə
çox sevindim.
Məmməd nAraz onun haqqında "Uğurlu yol" yazmışdı.
Daha böyük uğurlara imza atan Raqif
Nazimoğlu get-gedə
Ağsunu da daha ucalara qaldırdı.
Rasim Balayevi, Səməndər
Rzayevi, Mikayıl Mirzəni yetirən bu ulu torpaq
şair kimi də Raqif Nazimoğlunu
arya-ərsəyə gətirdi.
Dünyada ən böyük həqiqətlər ruhla bağlıdır. Demək, Ağsu rayonunun
daşında, torpağında,
insanların ruhunda rasimlər, səməndərlər,
mikayıllar, raqiflər
varmış ki, onlar bu torpaqdan
boy atdılar, bütün
Azərbaycanın sevimli
övladlarına çevirildilər.
Raqif Nazimoğlu 1 may 1957-ci ildə
Ağsu rayonunun Xasıdərə kəndində
anadan olub. 1974-cü ildə Bakı şəhəri Nizami rayonunun 109 saylı orta məktəbində təhsil
alıb. 1975-1977-ci illərdə Arxangeliski vilayətində hərbi xidmətdə olub. 1978-1984-cü illərdə Voronej Dövlət Universitetinin filologiya fakültəsində oxuyub.
1984-1986-cı illərdə
Jurnalist Sənətkarlığı
institutunda, 2003-cü ildə
Təfəkkür Universitetinin
Hüquq fakültəsinin
bakalavır, 2005-ci ildə
makestr dərəcəsini
fərqlənmə diplomu
ilə bitirib. Azərbaycan Yazıçılar və
Jurnalistlər birliyinin
üzvüdür. Hüquq
elmləri üzrə
fəlsəfə doktoru,
"İti Qələm"
respublika ədəbi Birliyinin sədri, 42 şeir kitabının və bir dərs
vəsaitinin müəllifi,
"Qızıl Qələm",
"Məmməd Araz",
"Həsənbəy Zərdabı"
diplomlarının mükafatçısıdır.
Əlbəttə, bu, şair dostumun
fiziki tərcümüyi-halıdır. Onun əsl
tərcümüyi halı
şeirləri, dostları,
milli- mənəvi əxlaqi dəyərlərə
bağlılığıdır. Poeziyaya vurğunluq onun həyat kompasıdır.
Bir müsahibəsində
özü dediyi kimi:
"Rəhmətlik Şahnabat
nənəm mənə
oxşamalar, bayatılar
və laylalar deyəndə poeziyanı dərk edərdim. Mənim o bayatılara,
laylalara qarşı uşaqlıqdan istəyim,
məhəbbətim artırdı.
Çünki nənəmin yanıqlı
və həlim avazında ilahi bir qüvvə var idi. O qüvvə məni həmişə özünə
çəkərək başqa
bir aləmə aparırdı. Yaradıcılığımda dünya mövzusu
daha çox üstünlük təşkil
edir. Çünki dünyanı dərk
edən hər bir şəxs onu özünə ikinci ana sayır.
Biz hamımız dünyanın ağuşundayıqsa,
deməli, dünya bizim ikinci anamızdır.
Bu gördüyümüz nə varsa, dünyanın içindədir.
Canlı-cansız, eləcə də
biz özümüz və
nə varsa, dünyanın içindədir.
Amma hər bir kəsin
də öz dünyası var, sözü-söhbəti və
əməlləri ilə.
Biz ona "gəlimli-gedimli",
"acılı-şirinli" dünya deyirik. Bəzən də çarəsiz qalıb bu dünyadan asi düşürük.
Bədbəxtlik onda olur ki, insan
öz dünyasından
asi düşür.
İnsan
öz dünyasını
yaşayış tərzinə,
ona olan münasibətlərə görə,
cəmiyyətdə özünə
layiq olan yeri tutmamasına görə dünyanı lənətləyir. Əslində, dünyanın heç bir günahı yoxdur, dünya hər bir şəxsin
içindədir. Dünyanın sirri, sehri də
elə bundadır.
Nə qədər çalışsaq
da, oxusaq da, elmi axtarışlar
aparsaq da, dünyanın sirlərini
açmaq qeyri-mümkündür.
Elə bu səbəbdən də dünya mövzusu yaradıcılığımda geniş yer alıb"
Indi Mayın 1-də, yağışlı
bir gündə Ağsuya gedirik, Raqif Nazimoğlunun ad gününə. Xayallarımın
həmişə quş
kimi qonduğu bir elə-obaya gedirik-Ağsuya... Maışnda Musa Yaqub Elxan Elatlı
və bir də mən. Musa Yaqub mənim
üçün İsmayıllıdır,
Elxan Elatlı isə Şamaxı.
Mən də İmişli, Muğan çölü.. Raqif Ağsudur. Gedirik bir maşında. Musanı təbiət yaxşı tanıyır. Yağış
qırmancları az qala şüşəni
deşib içəri
girsin. Musa Yaqub
yol kənarındakı
qoca ağacları adı ilə çağırır Diksinirəm
insanla təbiətin bu qədər eyniliyinə. Ağsu dolaylarında
günəş şüası
kimi bir düz xətt açılır gözlərim
önündə. Bu işıq seli gənclik illərində Raqifin Bakıya gəldiyi yoldur. O yolu ilə qayıdırıq.
Raqifi, Rasimi, Səməndəri, Mikayılı
sevən insanların yanına.
Raqif Nazimoğlu
Ağsunu çox sevir. Ondan güc, enerji
alır. Onun şeirləri
Ağsudan qanadlanıb.
Ağsunun gözəlliklərini, təbiətini bütün
dünyaya danışıb.
Hələ də danışacaqdı.
Raqif Ağsunu hələ də qanadlandıracaq, onun gözəlluyinə, insanların zəhmət sevərliyinə, alicənablığına
nə qədər şeirlər qoşacaqdır.
Ağsu dolaylarında bir xətt var, Raqif Nazimoğlu yolu. Ağsunu daim ucalara qaldıracaq bir düz yol,
haqqın yolu. Ağsu
yolu, işıq yolu, nur yolu...
Ədalət.-2015.-18 iyun.-S.7.