HACI MAHMUD ƏFƏNDİ
Son illər
dünyada gedən qlobal proseslər o qədər ziddiyyətli və dəhşətli görkəm alıb ki, dünya sonunun yaxşılaşdığını
düşünməmək olmur. Allah, İblis, xeyir-şər, qara-ağ qarşıdurmaları,
bəşərin yaranışı ilə birgə dünyaya gəlmiş və bu proses son həddinə
yaxınlaşmaqdadır. İnsan oğlu
yaranışından özünə
inanc və güvənc yeri axtarıb, oda, daşa, günəşə,
hətta müəyyən
canlılara belə sitayiş etməklə öz mənəvi dünyasını bütövləşdirməyə
- Allahı, özünü
dərkə yol gəlmişdir.
Bəzi ateist düşüncəli,
materialist təfəkkürlü insanlar İslam dinini, mədəniyyətini
Bəşərilikdən kənarlaşdırır,
bəsitləşdirir, "Ərəb dini" adlandıraraq, dinimizə,
imanımıza iftiralar
yağdırırlar. Amma gəlin
etiraf edək ki, İslam dininə söykənən
Şərq mədəniyyəti,
əxlaqı, təfəkkürü,
bütövlükdə Qərb
və Xristan mədəniyyətini min illərdi
heyrətdə saxlamaqdadır.
Həllac Mnsurdan üzü o yana
və bu yana, dünya mədəniyyətinə meydan
oxumuş Təsəvvüf
mütəfəkkirləri məhz İslam dininə və mədəniyyətinə söykənmişlər.
Bu da bir
həqiqətdir ki, Avropanın ən nəhəng yazıçılarından
biri olan Viktor Hüqo "Səfillər"
əsərindəki Episkop
obrazının, Şərqin
dahisi Mövlanə Cəlaləddin Ruminin prototipi olduğunu etiraf etmişdir. Bu baxımdan gəlin
özümüz-özümüzə dəyər verməyi bacaraq, özümüzə
qənim kəsilməyək.
Bu yazımızla İslam
və Təsəvvüf
mədəniyyətindən geniş söhbət açmaq niyyətində
deyilik. Məqsədimiz bu yaxınlarda
işıq üzü
görmüş bir kitabla bağlı fikirlərimizi söyləməkdən
ibarət olacaqdı.
Və bu yerdəcə təəssüf hissi ilə qeyd edim
ki, haqqında söhbət açacağımız
kitab da İnancımıza, əxlaqımıza,
mədəniyyətimizə qənim kəsilmişlərdəndi.
Hər yeni işıq üzü görən kitab, həm də özü bir işıq olmalı, kitab missiyasına xidmət etməlidi. Son zamanlar
bayağı müəlliflərin
çoxcildlikləri baş
alıb getsə də ədəbiyyat aləmimizə heç bir mənfi təsir gücünə malik ola
bilmirlər. Əlahəzrət
ədəbiyyat öz
ələyini zaman-zaman
ələməkdə, unu
un, kəpəyi kəpək yerinə qoymaqdadır. Amma ziyanlı, insan
mənəviyyatına, milli
dəyərlərimizə, əxlaqımıza taun xəstəliyi kimi səpilən kitablar da mövcud olur ki, bunlara
qarşı sükut mövqeyində durmaq özü daha ziyanlıdı.
Bu günlərdə, İsmayıl
Umudlunun ön sözü ilə çapa hazırlanmış,
çox nəfis tərtibatla sürgündən
azadlığa qaçmış
bir kitabla tanış oldum. Bu ifadəm
çoxlarına qəribə
görünsə də
kitabı azacıq vərəqləsəydilər nə demək istədiyimi anlayardılar.
Ön söz müəllifi yazır ki, Teymur Miralayev, dayısı Camal ağa Dilbazinin illərcə qoruduğu, yüz ildən çox sandıqlarda gizlədilib saxlanmış
"Divani- Fəsihət"
kitabının əlyazmasını
ona tapşırmış,
çap etməyini vəsiyyət etmişdir.
İsmayıl müəllim gözəl
təfsilatla "Giryan"
təxəllüslü şairi
oxucularla tanış edir, məşhur Dilbazilər soyunun parlaq nümayəndəsi
olan Camal ağa Dilbazini Nəqşibəndi təriqətinin
daşıyıcısı, dərin bilikli alim, sufi şairi
və ictimai xadim kimi təqdim
edir.
Haqqında söhbət açacağımız
kitabla tanış
olduqca, illərlə sürgün həyatı
yaşamış şairin
taleyini aydınca görürük, acıyırıq.
Amma təsəvvüf
yolçusu adlanan bu "müdrik insanın" iç dünyası ilə bərabər, nifrət və kini, ədavət
və məkri, qərəzli xisləti ilə də tanış oluruq və təəssüf hissi keçirməyə bilmirik.
Kitabı diqqətlə oxuduqca, arif oxucu dərhal
hiss edir ki, kitab məhz qərəzli xislətinə
görə Allah tərəfindən
uzun illər həbs cəzana məhkum edilibmiş. Görünür
bu səbəbə görə Teymur Miralayev uzun illər dayısının
kitabını çap
etdirməkdən çəkinmiş,
bu işi qismən cəsarətli saydığı İsmayıl
Umudluya vəsiyyət
etmişdir...
Keçək əsas məsələyə. Kitabın
müəllif, Nəqşibəndi
təriqətinin daşıyıcısı,
sufi şairi
kimi təqdim olunduğundan, ilk olaraq eşq və ürfan əhli haqda düşünməli
oluruq. Eşq və ürfan əhlinin hansı mərhələlərdən keçib
Həqiqətə, yəni
Tanrıya qovuşma mərhələsinə can atdığını
bilirik.
Şəriyyət, Təriqət, Mərifət
mərhələlərindən keçə bilməyən
müridlər Həqiqət
mərhələsinə necə
can ata bilərlər?
Həqiqətə varan sufinin könlündə kin, nifrət,
riya, şər əlamətlərindən əsər
belə qalmır.
Mərifət mərhələsindən keçən sufilər, mərifətsiz sözü
dilinə gətirməz,
pis olanı gözləri görməz,
qulaqları belə eşitməz.
Nəqşibəndi, Sufi kimi təqdim olunan divan şairinin ön səhifələrində
yazdığı "kəlamlara"
diqqət yetirək. Müəllif
divanını ənənəvi
olaraq minacatla açır, Mövlanə
Cəlaləddin Rumi və Şəms Təbrizi haqda təfsillərdən sonra
Azərbaycanda Nəqşibəndiliyin
Piri adlanan Mir Həmzə Seyid Nigari Həzrətlərinin
həyat yolundan danışır və sonda qeyd edir:
"...Onun öz hali-həyatında dörd
xəlifəsi olub və iki əl-
kağız ilə Qafqaza göndərilmiş
naibləri var idi. Və Türkiyədə
sabit olanlar: əvvəlinci xəlifəsi
Qanqallı Qazi əfəndidir. İkinci xəlifəsi Daşovalı
Mustafa əfəndidir. Və üçüncü xəlifəsi
Trabzonlu Postlu Məhəmməd əfəndidir.
Dördüncü xəlifəsi İstanbullu
Yəsari Hüseyn Xuluslu əfəndidir.
Qafqazda isə Qazax Qəzasında İncəli
kəndində sakin olan Hacı Mahmud Əfəndidir. Qarabağ
vilayətində Hacı
Maqsud Çələbi
əfəndidir..."
Müəllif tərəfindən həqarətlərlə
təhqir olunduğundan,
elə bu yerdəcə İncəli
Hacı Mahmud Əfəndi
haqda internetin rəsmi saytından götürülmüş qısaca
məlumatla tanış
olaq:
"Hacı Mahmud Əfəndi
Astanbəyli şair, təsəvvüf alimi.
Hacı Mahmud Əfəndi, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən
olub. Sufi təriqətinin,
Nəqşibəndi silsiləsində,
altun silsilədə
33-cü şeyxdir. Hacı
Mahmud Əfəndi ilk təhsilini
atası Veysəl Qaranidən almış, ərəb və fars dillərini
mükəmməl öyrənmişdi.
O, müəyyən müddət
Şəkidə təhsil
almışdır. Hacı Mahmud Əfəndi təhsilini tamamladıqdan sonra yenidən Astanbəyliyə
qayıdır. Burada elmi
bilikləri tədris etmək üçün hücrə tikdirir. Onun ətrafına yaxın və uzaq yerlərdən
çoxlu sayda tələbələr toplaşır.
1863-cü ilin rəsmi rus hərbi sənədində
incəli Mahmud Əfəndinin
adı Tiflis quberniyasının
müridləri içərisində
qeyd olunur. Amasya-Azərbaycan mədəniyyəti öncülləri arasında
Hacı Mahmud Əfəndidən
də qabaq "İncə Dərəsi"ndən
Amasyaya getmiş elm insanları da olmuşdur. Amasyada Azərbaycan türklərinə
məxsus "Şirvanlılar
Camisi" Hacı
Mahmud Əfəndinin Azərbaycandan,
xüsusən qazaxlı
ağa və bəylərdən topladığı
paralarla Mir Hasan Əfəndinin (Həmzə
Nigarinin oğlu) nəzarətində inşa
edilmişdir. Türbənin qarşısına Hacı
Mahmud Əfəndinin adı
yazılı lövhə
vurulmuşdur.
Hacı Mahmud Əfəndinin Şeyx Şamillə də çox yaxın münasibətləri olub. Belə ki,
hər ikisi də Mövlana İsmayıl Səracəddin
Əfəndinin (1782-1853) müridi
olaraq Nəqşibəndi
təriqətinin "Xalidi"
qolunun yayıcısı
olmuşlar. Hacı Mahmud Əfəndi Amasyada və Azərbaycanda çox sayılıb seçilən, dini dərindən bilən övliyya kimi qəbul edilib. Amasyada yaşayan həmyerlilərinin
demək olar ki, bütün problemlərini həll etməyə qadir insan olub. Mahmud Əfəndi uşaqlarını Amasyada
təhsil üçün
saxlamış və özü Aslanbəyli kəndinə dönmüş
və bir müddət sonra Həcc ziyarətinə getmişdir. Hacı Mahmud Əfəndi 1891-ci ildə
vəfat etmişdir.
Vəfatından az əvvəl rus məmurları tərəfindən ona yenidən Osmanlı dövlətinə köçmək
tövsiyə olunmuşdur.
Hacı
Mahmud Əfəndi Aslanbəyli
kəndində dəfn
olunmuş, müridlərinin
vəsaiti və köməkliyi hesabına
qəbri üzərində
türbə ucaldılmışdır.
Türbənin içərisində iki qəbir vardır. İkinci qəbir Seyid
Yasin adlı sufiyə məxsusdur.
O, bu kəndə gəlmə olmuş, Hacı Mahmud Əfəndi
tərəfindən hörmət
görmüşdür. Hacı Mahmud Əfəndinin məzar daşında "Ya Allah,
Ya Seyyid Nigari, Ya Hz. Mövlanə" və şeyxin öz adı yazılmışdır.
Hacı Mahmud Əfəndinin soyu Azərbaycanda Seyidovlar kimi tanınır".
Əlavə olaraq deyək ki, Dövründə kəramətləriylə, yüksək
əxlaqi-mənəvi dəyərləriylə
xalqın dərin rəğbətini qazanmış
bu övliya, elə sağlığından
insanların inanc və ümid çırağı olmuşdur. Mir Həmzə Seyid Nigari Həzrətlərindən
mükəmməl bilgilər
almış bu insan ilahiləşərək
qərb bölgəmizin,
Qazğın, Borçalının,
Qaraçöpun, İlməzlinin
inanc və and yerinə çevrilmişdir.
Hazırda da ona inanc gətirən
böyük bir bölgənin ziyarət etdiyi müqəddəs ocaq kimi öz
sönməz nuru ilə parlamaqdadır...
(ardı gələn
şənbə sayımızda)
Ədalət.-2015.-20 iyun.-S.10.