Mingəçevir - əsl Avropa
şəhərində Avropa Oyunları
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Layihənin istiqaməti: Regionların
sosial-iqtisadi inkişafının
təşviq edilməsi
"...Hər bir şəhərin
inkişafı ölkəmizin
ümumi inkişafına
bir töhfədir. Hər bir şəhərin
inkişafı burada sakinlərin yaşayış
şəraitini yaxşılaşdırır,
yeni imkanlar, yeni iş yerləri,
yeni müəssisələr
açılır. Mingəçevir şəhərinin inkişafı
ilə bağlı müvafiq sərəncamlar
verilmişdir, vəsait
ayrılmışdır".
Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev
(əvvəli
ötən sayımızda)
Azərbaycan xalqı tarixi anlara şahidlik edir. I Avropa Oyunları qitənin idman ictimaiyyətinin diqqətini ölkəmizə
yönəldib. Bakıda keçirilən
bu mötəbər tədbirdə 50 ölkə
6 mindən çox idmançı ilə təmsil olunur.
Mingəçevir şəhəri də adını qitədə
ilk dəfə keçirilən
bu yarışların
tarixinə yazıb. I Avropa Oyunlarının proqramına daxil olan avarçəkmə yarışları Azərbaycanın
bu müasir və gözəl şəhərində keçirilir.
Dünya
Mingəçevirə baxır
Avarçəkmə yarışlarında iştirak
etmək üçün
300-ə yaxın idmançı
Mingəçevirə gəlib. 37 müxtəlif ölkəni
təmsil edən həmin idmançılar
arasında Olimpiya çempionları və mükafatçıları da
var. I Avropa Oyunlarının medalları
uğrunda mübarizə
aparan avarçəkənlər
üçün Mingəçevirdə
yüksək səviyyədə
şərait yaradılıb.
Yarışlar başlamazdan öncə
Mingəçevirə gələn
"Bakı-2015" Avropa Oyunları
Əməliyyat Komitəsinin
əməliyyatlar üzrə
Baş direktoru Saymon Kleq görülən
işləri yüksək
dəyərləndirib: "Yarışlar keçirilən
"Kür" Olimpiya
Tədris İdman Mərkəzində şərait
çox gözəldir.
Belə məsul yarış ərəfəsində bütün
işlər vaxtında
və keyfiyyətlə
görülüb. Mingəçevirdə idmançılar, məşqçi
heyəti, tibbi personal
və yarışları
işıqlandıran jurnalistlər
üçün hər
cür şərait yaradılıb. İdmançılar və tamaşaçılar
üçün ən
müasir texnoloji yeniliklər tətbiq olunur. Burada salınan Atletlər
şəhərciyinin başqa
gözəlliyi var. Gördüklərim
mənə əsas verir deyim ki,
Mingəçevirdə yaradılan
şərait Bakıdan
heç də geri qalmır. İnanıram ki, müxtəlif
ölkələrdən gələn
idmançılar və
xarici turistlər də bu fikirdədir".
I Avropa Oyunlarında
gümüş medalı
boynundan asan millimizin üzvü, tanınmış kanoeçi
Valentin Demyanenko bu yarışları hər zaman xatırlayacaq. Çexiyalı
Marton Foksa, macar Denita Kozak,
latviyalı avarçəkən
Henrikas Justautas da Mingəçevirdə keçirdikləri günləri,
buradakı gözəl
və rahat şəraiti yəqin ki, heç vaxt unutmayacaqlar.
Xatırladaq ki, "Kür" Olimpiya Tədris İdman Mərkəzində
keçirilən kayak və
kanoe yarışları
dünyanın aparıcı
idman kanalları vasitəsi ilə yayımlanıb. I Avropa
Oyunları ilə əlaqədar bu şəhərə gələn
çoxsaylı turistlərlə
yanaşı ekran qarşısında yarışları
izləyən milyonlarla
tamaşaçı da
Mingəçevirin gözəlliyinə
heyran olub.
Kürün sahilindəki
gözəllik
Azərbaycanın turizm perspektivli bölgələrindən biri
də Mingəçevirdir. Bu istiqamətdə silsilə
tədbirlər həyata
keçirilir. Şəhərin turizm sahəsində inkişaf planı və turist xəritəsi hazırlanıb.
I Avropa Oyunları
çərçivəsində avarçəkmə yarışlarının
Mingəçevirdə keçirilməsi
Kür çayının
sahilində yerləşən
bu ecazkar şəhərdə turizmin
inkişafına önəmli
töhfə verəcək.
Mingəçevir Turizm Kolleci həm bölgədə, həm də ümumilikdə ölkəmizdə
bu sahə üzrə kadr hazırlığı ilə
məşğul olan tədris müəssisələrindən
biridir. 2006-cı ildə yaradılan bu orta ixtisas
təhsili müəssisəsində
hazırda 2 mindən çox tələbə təhsil alır. Kollecdə
10-dan çox ixtisas üzrə tədris aparılır.
Kür çayının
sağ və sol sahilində yerləşən
Mingəçevir ilin
bütün fəsillərində
turizm üçün
çox əlverişli
məkanlardan hesab olunur. Mingəçevir Tarix Muzeyi turistlərin diqqətini çəkən məkanlardan
biridir. Muzeyin direktoru Nofər
Məmmədəliyevin sözlərinə
görə, burada 15 minə yaxın eksponat - eneolit dövründən başlayaraq
ayrı-ayrı tarixi mərhələləri özündə
ardıcıl əks etdirən maddi-mədəniyyət
nümunələri nümayiş
etdirilir. Eyni zamanda
muzeydə müasir Mingəçevir, şəhərdəki
bütün müəssisə
və təşkilatlar
haqqında da məlumat almaq olar.
Mingəçevir Su Elektrik Stansiyası şəhərin simvollarından
biri sayılır. Ölkə başçısı
İlham Əliyevin tapşırığı ilə
2010-cu ildə əsaslı
şəkildə yenidən
qurulan bu unikal kompleksin tikintisinə 1945-ci ildə
başlanılsa da, stansiya 1954-cü ildə işə salınıb.
Mingəçevir SES Cənubi Qafqazda
ən iri su elektrik stansiyasıdır.
Stansiyanın inşası ilə
yanaşı burada ölkəmizin yeni sənaye mərkəzinin
- energetiklər şəhəri
Mingəçevirin təməli
qoyulub. 1957-ci ildə Varvara SES işə düşdükdən
sonra bu iki qurğu birlikdə "Mingəçevir
SES silsiləsi" adlanır.
Kür çayının Bozdağdan
keçdiyi yerdə yaradılan Mingəçevir
su anbarının ümumi tutumu 15730 milyon kubmetrdir. Anbarın çay boyu uzunluğu 70 kilometrdir, eni 3 kilometrdən 18 kilometrədək dəyişir.
Maksimal dərinliyi 75 metr, orta dərinliyi 26 metr, sahil xəttinin
uzunluğu 247 kilometrdir.
Mingəçevir su anbarı
həm də iki kanalı - Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarını
su ilə təchiz edir. Bu kanallardan Mil, Muğan,
Şirvan düzlərinin
suvarılmasında, eləcə
də balıqçılıq
və rekreasiya məqsədi üçün
də istifadə olunur.
Mingəçevirə gələn turistlərə
müasir tələblərə
cavab verən hotellər xidmət göstərir. Onlardan biri - 4 ulduzlu
"Riverside" müştərilərin
xoşuna gəlir.
Burada turistlər gəmi gəzintisinə çıxa,
katamaran, su motosikletlərindən istifadə
edə, balıq və quş ovlaya, həmçinin milli və Avropa
mətbəxinə aid gözəl
yeməklərinin dadına
baxa bilərlər.
Şəhərdəki digər turizm obyektlərində də yerli və xarici
qonaqlara yüksək keyfiyyətli xidmət göstərilir. Mingəçevir Şəhər İcra
Hakimiyyətinin rəhbərliyi
xidmət sahələri
ilə məşğul
olan sahibkarlara hər cür şərait yaradır, onların işini daim diqqət mərkəzində saxlayır.
Ərazinin turizm potensialından
səmərəli istifadə
olunması bölgəyə
həm yerli, həm də xarici turistlərin axınını gücləndirib.
Təsadüfi deyil ki, son illər şəhərə
gələn turistlərin
sayında artım müşahidə olunur.
Yolu yaşıllıqlara bürünən
bu şəhərə
düşən hər
bir qonaq yenidən buralara qayıtmaq istəyir.
Müasir, gözəl
və hər addımda səliqə-sahman
duyulan Mingəçevirə
kim bir
də gəlmək istəməz ki...
Ədalət.-2015.-20
iyun.-S.4.