"DÜNYA ÇİÇƏK,
İNSAN OĞLU ARIDI"
Təqribən bir ay bundan öncə mənim üçün çox dəyərli ziyalılardan olan Musa Nəbioğluyla qarşılaşdıq, hal-əhval tutduq. Və sözarası ona bildirdim ki, ustadın yeni kitabının sorağını almışam. Atalar deyib ki, arifə bir işarə kifayət edər. Elə mənim bir kəlməm də cəmi bir gün sonra öz bəhrəsini verdi. Musa Nəbioğlu mənə böyük şairimiz Zəlimxan Yaqubun "Dünya çiçək, insan oğlu arıdı" adlı nəfis tərtib olunmuş "Şərq-Qərb" nəşriyyat evində işıq üzü görmüş kitabını çatdırdı. Tam səmimiyyətimlə etiraf edim ki, hər bir şeirini, hər bir kitabını səbirsizliklə gözlədiyim və təkrar-təkrar oxuduğum Zəlimxan müəllimin bu kitabı özü ilə birlikdə mənə bir dünya sevinc gətirdi. Xüsusilə kitabın üz qabığı onu əlinə götürüb oxumaq istəyəndə bir qom bənövşə kimi içimdə gözəl bir əhvao-ruhiyyə yaradırdı. Elə bilirsən ki, təbiətin ən gözəl guşələrinin birində hamıdan, hər kəsdən uzaqda bir özünsən, bir Allahındı, bir də bu misralar.
Səni qorumaq üçün
Tanrıya yalvarmışam,
Neçə yol Yaradanın
dərgahına varmışam.
Öpüb ziyarətləri
üz sürtmüşəm üzlərə,
Düşün, dərinlik gətir,
Danış, şirinlik gətir,
Oxşa,
sərinlik gətir,
Bal qarışsın damaqda
Kəlmələrə, sözlərə.
Açıl çiçəklər kimi,
Qayna ürəklər kimi,
Hökm
et fələklər kimi
Allah günah verməsin
Sənə baxan gözlərə
Zənnimcə, gözələ baxmaq
savabdır, deyənlər
mütləq bu şeiri oxuyub günahdan xilas olacaqlarına əmin ola bilərlər.
Çünki şairliyi,
istedadı Haqdan gələn, sevgisi Xalqdan gələn, ruzisi Sözdən, yaşamı Sevgidən qaynaqlanan ustad Zəlimxan Yaqubun hər bir misrasının
mayası, əks-sədası
sevgidi, məhəbbətdi,
insanlıqdı, ülfətdi,
oddu-alovdu, bir dünya ruzi-bərəkət,
bir dünya sədaqətdi. Çünki
Bulaqların dilində kövrək,
həzin nəğmədi,
Yarpaqların dilində pıçıltıdı
şairlik.
Yaralı
gövdələrdə ağrıdı,
göynərtidi,
Xəzəllərin dilində sızıltıdı şairlik,
Çəmənlərin dilində çiçəklərin rəngidi,
Çiçəklərin içində təravətdi
şairlik.
Yerlərin yaraşığı, göylərin ahəngidi,
Babalardan bizlərə əmanətdi
şairlik.
Çayların axarında nərədi,
hönkürtüdü,
Sellərin dodağında şırıltıdı
şairlik.
Göyləri silkələyən hirsi,
qəzəbi tutsan,
Şimşəklərin dilində gurultudu şairlik.
Cəmiyyət ağlayanda ondan
qabaq ağlayar,
İztirab, hıçqırtıdı, göz
yaşıdı şairlik.
Böyüklərin qisməti edam, ya dar
ağacı,
Ölümsüz bir ölümlə yanaşıdı şairlik.
Gözünə duz basırlar, heç azalmır ağrısı,
Heç
zaman sağalmayan bir yaradı şairlik
İnsanların dərdini o çatdırır
Allaha,
Allah bəndə arası
bir aradı şairlik.
Zənnimcə, bu şeir az-çox sözü anlayan, sözə qiymət verən, sözlə nəfəs alan, sözdən
barlanıb sözlə
varlanan hər kəs üçün bir tərifdi, bir təqdimatdı, bir etibarnamədi. Və deməli, bu həm də bir məsuliyyətdi.
Çünki həqiqi söz,
həqiqi söz adamı şairliyin, şeirin nə olduğunu bu təqdim etdiyim misraları oxuyanda yəqin ki, özü üçün
yenidən bir daha anlaya bilər.
Və görər ki, Allahdan gələn və Allaha Allah bəndələrinin sözünü,
arzusunu aparıb çatdıran şairlik
həm də bir müqəddəslikdir.
Ona etiqad etmək yox, onun sevgisinə,
onun sözünə vurulmaq gərəkdir, qoşulmaq gərəkdir.
Özü də canla,
qanla, rühla. Bax, onda sən
də, mən də bir az da durularıq,
bir az da
paklaşarıq, bir az da Allaha
yaxınlaşmış olarıq.
Mən Zəlimxan
müəllimin 65 yaşın
işığında kitab
halında bizə təqdim etdiyi bu kitabı şairin oxucuya ürəyinin ən tər pıçıltıları
kimi qəbul edirəm. Çünki buradakı hər
bir misranın ovqatı da, əhvalı da mənə o qədər doğmadır ki, sanki bu misralar
mənim içimdən,
mənim dilimdən gəlir. Görünür, ustad da bunu əvvəldən fəhm edib, nəzərə alıb.
Necə deyərlər, oxucunun ürəyini görüb,
oxucunun ürəyini öz ürəyi ilə qovuşduraraq yazıb.
Sənin
dilin ilə danışıram mən,
Ağzım da sənindi, dilim də sənin.
Sənin
əllərinlə yaradıram
mən,
Ovcum da sənindi, əlim də sənin.
Əsiləm, nəsiləm, ocağam,
soyam,
Allah yaradandı: nəyəmsə
buyam.
Torpağın doyunca içdiyi
suyam,
Dəryam da sənindi, gölüm də sənin.
Hələ ki güclüyəm,
vuran qolum var,
Önüm var, arxam var,
sağım, solum var.
Beşikdən məzara gedən
yolum var,
Dirim də sənindi, ölüm də sənin.
Bəli, bu kitabda ustadın
6 poeması da işıq üzü görüb. Doğrudur, o poemaları mən
dövrü mətbuatda
oxumuşdum. Necə deyərlər,
onlardan xəbərdar
idim. Amma toplum halında
bu poemaları "Dünya çiçək,
insan oğlu arıdı" kitabında
yenidən oxudum.
Burdakı ağrıları, acıları, sevgini, düşmənə nifrəti,
qisasa çağrışı
bir daha özüm üçün
əqidəyə, məsləyə
çevirdim. Və
bütün bunlara görə təbii ki, ustadın qarşısında baş
əyirəm, ona uzun ömür, can sağdığı diləyirəm.
Bilirəm ki, Allah sevgisi ilə nəfəs alan,
o sevgidən barlanıb
bizə təzə-tər
şeirlər bəxş
edən, bizim könlümüzü gülüstan
edən Zəlimxan Yaqub Allahın sevdiyi bəndələrdəndi.
Və bu torpaq üçün,
bu millət üçün, Türk dünyası üçün
və bir də onun misralarını
sevənlər üçün
Allah onu hər zaman qoruyacaqdır. Və özünün də dediyi kimi, o böyük inamla bizlər üçün
yazıb yaradacaqdır.
Dünyanın ən sağlam
toxumu mənəm.
Daş üstə olsam da,
cücərəsiyəm.
Torpağın dilində
danışıb, dinib
Yenə öz bağımı becərəsiyəm.
Uğur olsun, ustad. Biz sizin əkib-becərdiyiniz
çiçəklərin xoş ətrinə, xoş rayihəsinə həmişə möhtacıq.
ƏBÜLFƏT
MƏDƏTOĞLU
Ədalət.-2015.-23 iyun.-S.6.