SƏS. SÖZ. OBRAZ
VƏ AĞALAR BAYRAMOV
Onu bütün Azərbaycan tanıyır.
O,
aktyordur, amma heç bir teatrda işləmir və mən bilən
indiyə kimi heç bir aparıcı ya epizodik bir rolda da
görünməyib.
Kinada da yoxdur.
O, bədii
qiraət ustasıdır.Mədəniyyət və İncəsənət
Universitetində elə bu sənətdən dərs deyir.
Bəli, bədii qiraətin özü də bir sənətdir.
Bütün aktyorlar şeir deyə bilərlər, amma hər
şeir deyən aktyora bədii qiraət ustası demirlər. Ömrünü,
yaradıcılıq enercisini bu sənətə həsr edənlərə
eşq olsun! Ruhları şad olsun Kazım Ziyanın, Soltan Nəcəfovun,
Müxlis Jənizadənin, Həsən Əblucun, Mikayıl
MirzəningÖmrü uzun olsun Əminə Yusif
qızının. Onların hər birinin sənətdə
öz yolu olub: Kazım Ziya və Soltan Nəcəfov Füzuli
dünyasının bələdçiləridir. Əruzu, qəzəli necə sevmək olar? Bax, o missiyanın öyrədiciləri olub bu iki
şəxs. Mən böyük aktyorumuz Həsən
Turabovun ifasında Məhəmməd Hadinin şeirlərini
dinləmişəm və o səsin qarşısında
sarsılmışam. İllər
keçib, mən də Füzuli qəzəllərinin, Nəsimi
şeiriyyətinin əsirinə çevrildim. Bu yolda mənə mərhum füzulişünas
Sabir Əliyevin böyük köməyi dəydi. Həsən Əblucun Rəsul Rza poeziyasına,
Əminə Yusif qızının Bəxtiyar Vahabzadə
poeziyasına vurğunluğu onların səsindəki gözəlliklərdə
əks olunmurdumu? Bu gün Xalq artisti
İlham Əsgərovun da bir bədii qiraətçi kimi
ustalığı göz qabağındadır.
Azərbaycanın əməkdar artisti Ağalar Bayramov məhz
birincilər sırasında gedən, artıq sənətdə
öz yolunu, səmtini müəyyənləşdirən bir
qiraət ustasıdır. O, aktyordur, amma onun aktyorluğu
teatrla, rollarla yox, poeziya ilə, şeirlərlə, bu
şeirlərdə canlıdan canlı görünən şairlərin
dünyası ilə bağlıdır.
Həyatımda bir neçə dəfə
Ağaların iştirak etdiyi, şeir dediyi məclislərdə
olmuşam. Və neçə dəfə də bir sıra
televiziya verilişlərində yan-yanaşı oturmuşuq, mən
danışmışam, o, şeir deyib. Bu
görüşlər xatirimdən heç bir vaxt silinməyib.
İlk dəfə, 1995-ci ilin bir payız günündə,
Ağdaşda, gözəl şairimiz Fiurət Qocanın
doğulduğu torpaqda-sənətkarın 60 illiyində
rastlaşdıq. Mən F.Qoca
yaradıcılığınə təhlildən keçirib
"Ürəyimi sərdim günəşə" adlı
bir monoqrafiya yazmışdım, amma onu çap etdirə
bilmirdim. Açığını deyim, ümid gözləyirdim
ki, şairin yerliləri olan iş adamları köməyini əsirgəməz.
Amma arzum ürəyimdə qaldı. O
yubiley tədbirində mən Ağaları kəşf etdim. Bəlkə də o tədbirdə Ağalar
iştirak etməsəydi, Fikrət Qoca poeziyasının
qüdrəti hiss olunmayacaqdı. Ağalar
Bayramovun ifasında səslənən şeirlər, şairin
poemalarından parçalar Fikrət Qocanın obrazını
bütün çalarlarıyla gözlərimiz
qarşısında canlandırdı. Zərif məhəbbət
şeirləri, təbiətin gözəlliklərini əks
etdirən baharlı, payızlı misralar, insana, onun şərəf
və ləyaqətinə oxunan poetik nəğmələr,
ictimai-siyasi hadisələrin şair qəlbində
doğurduğu əks-sədalargbütün bunlar
Ağaların səsində haray səkən, oda-alova dönən,
həm də sevgiyə, məhəbbətə çevrilən
Fikrət Qocanı içimizdəki duyğulara çəkirdi.
Mən onda bir daha əmin oldum ki, SƏS nəyə
qadirmiş. SƏS poeziyaya çevrilmək
üçün SÖZdən keçməliymiş, SÖZdən
keçib OBRAZ yaratmalıymış. Bax,
Ağalar Bayramovun sənəti bu üçlüyün
üzərində qurulub.
İllər
keçəcək, on üç il sonra, Fikrət Qoca
Ağalar Ğayramovun sənəti haqqında "Dost sənət
və dostum Ağalar Bayramov haqqında" adlı bir məqalə
dərc etdirəcək ("Ədəbiyyat qəzeti", 18
iyul). O məqalədə də Səslə Sözün
Ağalar sənətində sehrli vəhdətindən söz
açacaq: "O, ürəyəyatımlı səsindən
ustalıqla istifadə edə bilir. Ən
kiçik bir şeiri ifa etdiyi anda da səsinin zənginliyini
nümayiş etdirə bilir. Bəzən
bağıra-bağıra şeiri oxuyanlar elə bilir, səslə
qulağın pərdəsini deşib ürəyə zorla
yeritmək gərəkdir. Xeyr,beləliklə
qulağı duyğudan məhrum etmək, dinləyicini
şeirdən bezdirmək olar. Şeirdə hər
sözün öz səsi, öz tembri, öz deyilmə tərzi
var. Şeirdə hər söz, hər misra arasındakı məsafə-pauza
ayrıca təqdim edilməlidir. Ağalar
səhnəni yaxşı bilir. Dinləyicisini,
tamaşaçısını tez tanıyır, ona münasib
şeir seçir. Hətta bəzən ilk
çıxışları üçün ifa tərzini də
tamaşaçıya uyğun qurur. Dinləyicini
ələ alır, özünə tabe edir. Sonra sənətin lazım bildiyi mərhələsini
nümayiş etdirir, dinləyicini arxasınca aparır. Yəni aşağı səviyyədə
dayanmış potensial dinləyicinin ayağına gedir.
Onun əlindən tutub arxasınca aparır, onu görmək
istədiyi səviyyəyə qaldırır"
Fikrət müəllimin bu "təyinatından"
sonra bir daha əmin oldum ki, Ağaların bədii qiraət
ustalığında bizim bir çoxumuzun müşahidə
etdiyi özünəməxsusluqlar var. 1995-ci ildə mən
Ağaların dilindən Fikrət Qocanın "Uəsarət"
adlı şeirini eşitmişəm. Bu şeir F.Qocanın
İnsan və Azadlıq, İnsan və İctimai Həyat,
İnsan və onun öz fərdi aləmi
gqarşılıqlarını əhatə edən mükəmməl
bir poeziya hadisəsidir. Xüsusilə Uəsarət
obrazını özündə əks etdirən İnsanı
təqaüdə çıxarmaq istəyirlər. O anda
Fikrət Qoca-Ağalar Bayramov vəhdəti haray çəkir:
Dayanın!!!
Saxlayın sakit iclasları yarıda.
Sakit
toyları,
rəsmi
yasları da saxlayın.
Toyda
oynayın,
Yasda ağlayın.
Cəsarətsiz
iclasları
açılmamışdan bağlayın.
Cəsarət
təqaüdə çıxmaz,
sən
onu öz övladının gözlərində
görəcəksən.
Yuxularına
girəcək
qarşısında diz çöküb hönkürəcəksən.
Cəsarəti öldürə bilmərik sən, mən.
Cəsarətimiz
təqaüdə çıxsaydı
Əhalimiz
xalq olmazdı
Torpağımız-Vətən.
Ağalarla ikinci görüşüm 2003-cü ildə,
oktyabr ayında, "Speys" televiziya kanalında oldu. Xalq şairi Məmməd
Arazın 70 yaşı tamam olan gün idi. Mən Məmməd Araz
yaradıcılığının tədqiqatçısı-
Ağalar Bayramov isə onun poeziyasının vurğunu,
yaşadanı. O verilişdə də bir daha əmin
oldum ki, Ağalar Bayramov sadəcə bədii qiraət
ustası deyil, həm də sevdiyi şairlərin səslə,
sözlə obrazlarını yaradan bir sənətçidir.
Sonralar, Məmməd Arazın 80 illiyilə bağlı
keçən il keçirilən yubiley tədbirlərində
Ağalarla bir neçə dəfə
qarşılaşdıq. Və hər dəfə
iştirakçıların cərgəsinə boylananda ilk
növbədə Ağalar Bayramovu axtarırdım. Çünki Məmməd Araz şeirini Məmməd
Araz "səsiylə" qəlbimizə, beynimizə,
duyğularımızı həkk edən bir-iki aktyor varsa,
biri Ağalardır. Məmməd Arazın
səsi tutulmuşdu, danışa bilmirdi, ancaq Abalar Bayramov o səsi
xalqa çatdıra bildi.
Deyə
bilmərəm, Mikayıl Mirzə ilə Ağalar Bayramovun
müəllim-tələbə münasibəti olubmu, amma onu
bilirəm ki, Ağalar bu dünyadan nakam gedən Mikayıl
Mirzənin də səsini ölməyə qoymur. Ağalar
Bayramov haqqında yazılan məqalələrdə dönə-dönə
qeyd edirlər ki,o, "ənənə
adamıdır. Onun sənəti Azərbaycan mədəniyyətinin
bu "şoulu günləri"ndə kütlə istəklərindən
nə qədər kənarda dursa da, böyük bir ənənənin
davamıdır. Kazım Ziyadan başlanan,
Ənvər Əbluc, Səməndər Rzayevlə davam eləyən
bədii qiraətçilik bu gün Ağaların sənətində
yeni nəfəs alır (Rüstəm Behrudi). "Bu
gün öz yetkinliyi ilə o, ifaçılıq sənətimizin
tarixində əbədiyyət qazanmış Kazım Ziya,
Mehdi Məmmədov, Hökümə Qurbanova, Müxlis Uənizadə
kimi ölməzlərlə bir cərgədə dayanmaq
haqqını qazanmışdır (professor Tofiq Hacıyev).
Gözəl şairimiz Musa Yaqubun da bir fikrinə
müraciət etmək istəyirəm. O yazır ki: "Öz
repertuarı, şeiri, sözü seçim qaydası olan
Ağalar birinci növbədə ifa etmək istədiyi bədii
parçada, şeirdə özünü axtvarır, orada
özünü tapsa, sözünü də tapacaq,G deyiliş tərzini də". Bu fikri şərh eləməyə ehtiyac duyuram.
Hər bir AKTYOR ilk növbədə, özünü
yaradır. Bu o deməkdir ki, o, oynadığı rola
özünün dünyasından çalarlar bəxş
edir. O, şeir dediyi zaman öncə öz
obrazını yaratmağa, tamşaçıya, dinləyiciyə
Səsinin müxtəlif çalarlarını təqdim etməyə
can atır. Onun səsində kədər
notları da var, qəzəbli, üsyan dolu
çağırışlar, fəryadla süslənən
ağrılar, zərif məhəbbət etirafları da
eşidilir. Beləliklə, bir aktyorun
timsalında SƏSin onlarla şəxələrini,
qollarını, budaqlarını seyr edirik. Uabir Novruzun "Səni unutmaqdan ötrü"
şeiri mənim də çox sevdiyim sevgi şeirlərindəndir.
Ağalar bu şeiri yaşaya-yaşaya, duya-duya
söyləyir. O, şeirin qəhrəmanına
çevrilir. Səməd Mənsurun "Rəngidir"
şeirində isə Ağalar dünyanın əzablarından
təngə gələn, gözünü açıb
dünyanı yalan və riya içərisində görən
pessimist bir filosofa dönür. Əcdər
Olun "İstiqlal" şeirində isə illər boyu
azadlıq həsrətində olan bir insanın qələbə
sevincinin şahidi oluruq. Beləliklə, ifa zamanı
Ağalar əvvəlcə ÖZÜ olur, sonra Füzuliyə,
Nəsimiyə, Bixuda, Seyid Əzimə, Səməd Mənsura,
Şəhriyara, Məmməd Araza, Fikrət Qocaya, Xəlil
Rzaya, Məmməd Aslana, Musa Yaquba, Zəlimxana, Əcdər
Ola çevrilir, şairlə aktyor, SƏSLƏ SÖZ birləşir.
Onldarın vəhdətindən OBRAZ yaranır: Sevgi, Vətən,
Xalq, Azadlıq, İstiqlal obrazlarıg
Axırıncı dəfə Ağalar Bayramovla 20 Yanvar
şəhidlərinə həsr olunmuş bir verilişdə
olduq. Bir gün əvvəl öyrənmişdim ki,
Ağalar da bu verilişdə iştirak edəcək. "Ovqat" proqramı bütünlüklə
şəhidlik ruhu üstə köklənmişdi. Ağalar sözün həqiqi mənasında bu
verilişdə aparıcı Şəfəq
Əlixanlını da, məni də heyrətləndirdi.
Söhbət ondan getmir ki, Ağalar o verilişdə məşhur
türk şairi Məhəmməd Akif Ərsoyun
"Çanaqqala şəhidlərinə" şedevr
şeirindən tutmuş Məmməd Arazın, Xəlil
Rzanın, Zəlimxan Yaqubun, Əcdər Olun şeirlərinə
qədər bir poeziya yolu qət etdi. Söhbət
ondan gedir ki, o, şəhidliyin ağrı-acılarını
yaşadı. Bax, onda hiss elədim ki,
Sözün qüdrəti çox böyükmüş.
Söz ağladır, söz insanı üsyana
çağırır, söz qəzəb nəhrinə
çevrilir. Onun səsində müşahidə etdiklərim
bu çalarlar idigVə bu sətirləri yazarkən
ünlü şairimiz Məmməd Aslanın sözlərini
özümünkünə qatıram: "Ağalar dərdlərimizin
ifadəsini zirvədən dilə gətirməyi bacarır. Səsindəki xəlqilik, söyləyişindəki
ləngər, mənəviyyatımızdan süzülüb
gələn şəhd-şirə onun nəfəsinə
doğmalıq gətirir. Onun dili bir el
müdrikinin dilidir. Oxuduğu sözlərin,
bədii parçaların da hamısı
özününküdü; öz ürəyinin
atışı, öz ilhamının
duyğulanmalarıdır. Qəlbin qəlbiyanmışlarla
bir yanıb, bir burxulmazsa, başqasının halına belə
köklənə bilməzsən!"
Ağalar klassik poeziyanı da, müasir poeziyanı da
eyni dərəcədə sevir və təbii ki, burada
üstün yeri müasirlərimiz tutur. Klassik poeziyanı
mənimsətmək üçün ilk növbədə, əruzu
bilmək və onu ifadə etmək başlıca şərtdir.
Ağalar əruz şeirlərini səsləndirməyi
bilir. Belələrinə deyirlər ki,
onda əruz damarı var. Mən onun ifasında Nəsiminin
"Etməgil" şeirini dönə-dönə dinləmişəm.
Bu şeiri səsləndirməyi yox, onu
insanın duyğularına hopdurmağı bacarıb
Ağalar.
Bu yazını başlayanda Fikrət Qocanın 60
yaşının tamam olduğu 1995-ci ildən soraq verdim. İndi səksənə
yaxınlaşan şairimizin bu misraları ilə də
sözümü bitirirəm. O misraları mən
Ağalar Bayramovun da ifasında eşitmişəm,
SƏS-SÖZ-OBRAZ paralellərini izləmişəm. Buyurun:
Nə
vaxtsa eşitmişəm mən,
Hər şey Allahdan aşağıdı.
Hardasa
oxumuşam mən,
Hər şey Allahsızlıqdan yuxarıdı.
Bunu da mən demişəm, mən.
Üç
şey hər şeydən yuxarıdı-
Vətən,
Vətən,
Vətən.
Vaqif YUSİFLİ,
filologiya elmləri
doktoru
Ədalət.-2015.-23 iyun.-S.7.