“Kitabi-Dədə Qorqud”un izi ilə
Zaqatalaya
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun
"İlboyu bilik" proqramı üzrə ""Kitabi-Dədə
Qorqud"un Zaqataladakı izləri", "Qafqaz
Albaniyası və onun hazırki varisləri",
"Qardaşlaşmış məktəblər" və
"Ev kitabxanası" layihələri çərçivəsində
19-21 iyun tarixlərində Zaqatala şəhərində silsilə
tədbirlər keçirilib.
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri xidmətinin, Bilik Fondunun, AMEA-nın, Bakı
Slavyan Universitetinin, Bakı Dövlət Universitetinin və
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, yerli icra
strukturu əməkdaşlarının, Azərbaycanda
yaşayan müxtəlif xalqların nümayəndələrinin
təhsil aldıqları 6 məktəbin şagirdlərinin
iştirakı ilə keçirilən tədbirlərin istinad
mənbəyi "Kitabi-Dədə Qorqud”un alman dilində ilk
tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci
il tarixli Sərəncamı olub. Ölkə Prezidentinin bu Sərəncamda
göstərdiyi aydın hədəflərə doğru
istiqamətlənən tədbirlər həm də cənab
İlham Əliyevin təşəbbüsü ilə həyata
keçirilən "Ölkəmizi tanıyaq” layihəsinin
davamıdır. Dövlət müşaviri akademik Kamal
Abdullayevin birbaşa təşəbbüsü ilə
reallaşdırılan bu layihələr Ölkə
Prezidentinin həyata keçirdiyi Azərbaycançılıq
ideologiyasının hər bir Azərbaycan vətəndaşının
qəlbində və düşüncəsində kök
salmasına, gənclərimizin milli-mənəvi dəyərlər
ruhunda tərbiyə olunmasına yönəlib.
Посмотреть увеличенное изображение
Zaqatala
rayon İcra Hakimiyyəti başçısı Mübariz
Əhmədzadənin rəhbərliyi ilə icra hakimiyətinin
dəstək verdiyi tədbirlərə rayonun Əliabad kəndindən
start verilib. Əvvəlcə Ulu Öndərin
abidəsini ziyarət edən nümayəndə heyəti
Əliabad qəsəbəsindəki XVII əsrə aid qədim
məsciddə olub.
2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ
zamanı zərər görmüş məscid binasında
hazırda bərpa işləri aparılır. Bakının
Şüvəlan qəsəbəsində yerləşən
Mir Möhsüm Ağa ziyarətgahının maliyyə dəstəyi
ilə həyata keçirilən bərpa işlərinə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və
xeyriyyəçilər də kömək göstərirlər.
Tanışlıqdan sonra məscidin həyətində
toplantı keçirilib. Toplantını icra
başçısı Mübariz Əhmədzadə
açaraq, layihələrin Zaqatalada baş tutacağından
böyük fərəh hissi keçirdiyini deyib.
Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi
Ceyhun Məmmədov Zaqatalanın Azərbaycanın multikultural
dəyərlərə sadiqliyinin nümunəsi olduğunu
bildirib.
Zaqatala sakinlərinə Dövlət müşaviri Kamal
Abdullayevin salamını çatdıran C.Məmmədov deyib
ki, Zaqatalada müxtəlif xalqların nümayəndələri
əsrlər boyudur qardaş kimi yaşayırlar: "Azərbaycanı
fərqləndirən cəhətlərdən biri
bütün insanların dövlətçilik ətrafında
birləşməsidir. Biz bu
qardaşlığın əbədi olmasına
çalışmalıyıq. Bilirsiniz
ki, Azərbaycanı gözü götürməyən
qüvvələr var. O qüvvələrə bizi bir-birimizə
qarşı qoymağa imkan verməməliyik. Din dövlətdən
ayrıdır. Buna baxmayaraq, dövlət islam
dininin inkişafı üçün əlindən gələn
köməyi əsirgəmir. Ölkəmizdə məscidlər
tikilir, təmir olunur, islam qaydalarına
uyğun yaşamaq üçün bütün şərait
yaradılır. O cümlədən başqa dinlərin
nümayəndələri də dini inanclarının
qorunmasında mütamadi olaraq dövlətdən dəstək
alırlar. Ona görə də hər bir azərbaycanlı
dövlətinin yanındadır və xarici təhdidlərə
cavab verməyə hazırdır".
Посмотреть увеличенное изображение
Əliabad
icra nümayəndəsi Həsən Həsənov, Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin yerli nümayəndəsi Mehman İsmayılov,
çıxışlarında yaşadıqları
rayondakı inkişafdan söz açıblar, din
azadlığının yüksək səviyyədə
olduğunu deyiblər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik
etdiyi qurumun layihələrindən danışıb. Onun sözlərinə
görə, bu layihələr bir-birinin davamıdır və əhalinin
maariflənməsinə xidmət edir.
İmam Darçın Əfəndi dinə göstərilən
qayğıdan söz açaraq bildirib ki, məscidin təmirində
əməyi olan hər kəs böyük savab qazanıb və
bütün əliabadlılar onlara dualar edirlər.
Qardaşlaşma sazişini imzalamaq üçün bir
araya gələn məktəblilərin təşəbbüsü
ilə hazırda təmir işləri aparılan məscidin həyətində
iməçilik keçirilib. Məktəblilər məscidin həyətində
olan tikinti materiallarının daşınmasında, həyətdə
səliqə-səhman yaradılmasında, ağacların və
gül kollarının əkilməsində və
suvarılmasında iştirak edib.Bilik Fondu tərəfindən
məscidə dini, elmi-populyar və bədii ədəbiyyat
nümunələrindən ibarət 100 adda kitab hədiyyə
olunub.
Посмотреть увеличенное изображение
Nümayəndə heyəti rayonun Xalça evində də
olub. Onlara xalçalar barədə geniş məlumat
verilib.
Günün ikinci yarısında Əliabad mədəniyyət
evində "Qafqaz Albaniyası və onun hazırki varisləri”
mövzusunda konfrans başlayıb. Tədbirə
moderatorluq edən Dövlət müşaviri xidmətinin məsləhətçisi
Sərraf Hüseynov bildirb ki, zaqatalalıların konfransda həvəslə
iştirakı, yaradılan şərait layihənin bu ərazidə
uğurlu keçəcəyini indidən məlum edir. Tədbirə qatılan məktəbliləri
salamlayan S.Hüseynov müxtəlif xalqların çələng
kimi Azərbaycana yaraşıq verdiyini diqqətə
çatdırıb.
AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi
işçisi Mübariz Xəlilov"Qafqaz Albaniyası və
onun irsi" mövzusunda çıxış edərək,
Azərbaycanda yaşayan xalqların tarixi köklərindən
danışıb və qeyd edib ki, udilər, ingiloylar Alban mədəniyyətinin
varisləri olaraq, bugünkü Azərbaycanın eynihüquqlu
vətəndaşlarıdır.
Bakı Slavyan Universitetinin kafedra müdiri Şirinbəy
Əliyev əsasən Əliabadda yaşayan ingiloyların
tarixinə diqqət çəkib. Alim qeyd edib ki, tədqiqatlar
sırf siyasi məqsədlə aparılıb. İngiloylar Qafqaz Albaniyasınının ərazisində
yaşayan Gel tayfalarının davamçısıdır və
onlar Azərbaycan mədəniyyətinin formalaşmasında
yaxından iştirak ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı
Rəşad İlyasov azərbaycanlıların tarixən
multikultural əhval-ruhiyyədəolduqlarını bildirib, bunun
həmişə belə davam edəcəyinə
inamını ifadə edib.
Посмотреть увеличенное изображение
Ceyhun Məmmədov Azərbaycan ərazilərindəki
bütün abidələrə, mədəniyyət nümunələrinə
sahib çıxmağın vacibliyini vurğulayıb.
Sərraf
Hüseynov Dövlət müşaviri, akademik Kamal Abdullayevin
fikrini xatırladıb: "Kamal müəllimin bir fikri var,
"biz hər birimiz ayrı-ayrılıqda özümüz
üçün maraqlıyıq, güclüyük, əzəmətliyik.
Ancaq Azərbaycan xalqı, AZƏRBAYCANLI adlananda
başqaları üçün maraqlı, güclü, əzəmətli
oluruq".
Tədbirə Əliabad qəsəbə mədəniyyət
evinin yerli özfəaliyyət dərnəyi konsert proqramı
ilə yekun vurub.
Müxtəlif
xalqların nümayəndələrinin təhsil
aldığı 6 məktəb qardaşlaşdı
Həmin
gün Əliabad qəsəbə A.Hacıyev adına 1
nömrəli məktəbdə Bakı şəhəri Xəzər
rayonu 156 nömrəli tam orta məktəb, Qəbələ
rayonu Nic kənd 2 nömrəli tam orta məktəb,
İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbi,
Balakən rayonu humanitar-texniki təmayüllü lisey, Qax
rayonu Əmbərçay kənd tam orta məktəbi, Zaqatala
rayonu Əliabad kənd 1 nömrəli tam orta məktəbləri
arasında "Qardaşlaşma sazişi" imazlanıb.
Udilər, saxurlar, gürcülər, ruslar, avarlar, ləzgilər,
ingiloylar – bir sözlə AZƏRBAYCANLI məktəblilər
Qardaşlaşma Sazişi imzaladıqdan sonra "Kitabi-Dədə
Qorqud" dastanındakı hadisələrin əks
olunduğu səhnəciklər göstərib, şeirlər
söyləyib, rəqslər nümayiş etdiriblər.
Bütün tədbirlər icra başçısı
Mübariz Əhmədzadənin və yerli icra strukturu rəhbərlərinin
iştirakı ilə keçirilib. Qardaşlaşan məktəblər
və yerli nümayəndələr bir-birinə xatirə hədiyyələri
veriblər.
Əslində bu qardaşlaşma prosesindən əvvəl
müxtəlif milli azlıqların nümayəndələri
olan bu məktəblilərin AZƏRBAYCANLI adı altında
lap çoxdan qardaş olduğuna hər kəs şahid oldu.
Tədbir iştirakçıları axşam Mir
Möhsüm Ağa ziyarətgahının Əliabad məscidində
açdığı iftar süfrəsinin qonağı
olublar. İftardan sonra Şüvəlan, İvanovka, Nic məktəbliləri
Əliabadlı şagirdlərin evlərində gecələyiblər.
Bilik Fondunun "Ev kitabxanası"na daxil
olan kitablar 15 evə hədiyyə olunub.
Посмотреть увеличенное изображение
Səfərin ikinci günü Heydər Əliyev Mərkəzində
""Kitabi-Dədə Qorqud"un Zaqataladakı izləri"
adlı konfrans keçirilib. İcra
başçısının və rayon ictimaiyyətinin
iştirakı ilə keçirilən konfrans maraqlı
çıxışlarla yadda qalıb.
Konfransı
giriş sözü ilə açan Sərraf Hüseynov
Zaqatalada bu səviyyədə qarşılandıqlarına
görə hər kəsə minnətdarlığını
bildirib və bu günə qədər "Kitabi-Dədə
Qorqud"un izi ilə həyata keçirilən
tədbirlər barəsində məlumat verib.
BSU-nun
professoru Rüstəm Kamal ""Kitabi-DədəQorqud""da
islam həqiqəti", Bakı Dövlət Universitetinin
kafedra müdiriRamiz Əsgər
""Kitabi-Dədə
Qorqud" biblioqrafiyası", 3 saylı məktəbin
direktoru Elmira Hacıyeva"Zaqatala– tarixin özü",
AMEA-nın Folklor İnstitutunun şöbə
müdiriAğaverdi Xəlilov ""Kitabi-Dədə
Qorqud" milli-mənəvi dəyərlərimizin mənbəyi
kimi”, Zaqatalada fəaliyyət göstərən "Yeni
Fikir" İctimai Birliyinin sədri Elmira Mehdiyeva
"Dastanın raellıqla uyğunluğu", AMEA-nın Fəlsəfə
və Hüquq İnstitutunun əməkdaşı
AllahverdiTeymurov ""Kitabi-Dədə Qorqud"da ailə
hüququ məsələləri", AMEA-nın Folklor
İnstitutunun əməkdaşı LəmanSüleymanova
""Kitabi-Dədə Qorqud" dastanındakı xalq
deyimlərinin Zaqatala bölgəsində işlənən
deyimlərlə səsləşməsi", rayonun Yengian bələdiyyəsinin
sədri Xuraman Şabanovanın"Qədim oğuz
tayfalarının yerli nümunələri"
mövzusundakı çıxışları "Kitabi-Dədə
Qorqud" dastanının möhtəşəm bir əsər
olduğunu, Azərbaycan xalqının mənəviyyat abidəsi
səviyyəsinə ucalığını və bu abidənin
qorunmasının ömürlük missiya olduğunu bir daha təsdiqləyib.
Elə bu üzdən Ceyhun Məmmədov
çıxışında azərbaycanlıları milli-mənəvi
dəyərlərinə sahib çıxmağa
çağırıb və bildirib ki, başımıza gələn
bəlalar dəyərlərimizə
tapınmamağımızla bağlıdır.
Tədbirin sonunda Oktay Səmədov 3 günlük səfər
çərçivəsində dəstək olan hər kəsə
adbaad təşəkkürünü bildirb. Şagirdlərin
Əliabadda qonaq qaldığını xatırladan
icraçı direktor növbəti səfərlərdə
bütün nümayəndə heyətinin evlərdə qonaq
olacağını bildirib. Onun bu
açıqlaması zalda alqışalarla
qarşılanıb.
Konfransın sona çatdığını elan edən
Sərraf Hüseynov tədbirlərdən böyük nəticələr
əldə olunacağına əminliyini vurğulayıb. O, mərkəzədə
yanan Birinci Avropa Oyunlarının məşəlinə
işarə edərək, fikirlərini Dədə Qorqudun
deyimi ilə yekunlaşdırıb: "Haqq yandıran
çırağımız sönməz olsun".
Nümayəndə heyəti Bakıya Zaqatalanın Dədə
Qorqud meydanından yola salınıb. Onların şərəfinə
maraqlı konsert proqramı hazırlanıb. Bilik Fondu maarifləndirmə missiyasına sadiqlik
nümayiş etdirərək, meydandakı kitabxanası olan
"Ailəvi” kafesinə kitablar hədiyyə edib.
Посмотреть увеличенное изображение
Tədbir iştirakçıları geri - Bakıya
qayıdarkən yolustü Qax rayonu ərazisində yerləşən
qədim Alban abidəsi - Kürmük məbədində
olublar. Şüvəlan və İvanovkadan olan məktəblilərə
tarixi abidə barədə geniş məlumat verilib.
Azərbaycan
Respublikasının Prezidenti yanında
Bilik Fondunun mətbuat katibi Ceyhun
Musaoğlu
ədalət.-2015.-24 iyun.-S.4.