"MİLLİ İRS MÜKAFATINA" LAYİQ GÖRÜLMÜŞ QAX RAYONU "MİLLİ MƏTBƏX PAYTAXTI" ELAN OLUNMUŞDUR

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

(əvvəli ötən sayımızda)

 

Son dövrlər yalnız şəhərin girişində deyil, ayrı-ayrı məhələlərin girişlərində inşa olunan simvolik qala qapıları, yaşayış evlərində, istinad divarlarında yerli inşaat materialları ilə milli sənətkarlıq ənənələrinə uyğun aparılan təmir-bərpa işləri, yenidən işlənən qapı darvazalar, eyvanların sürahiləri, ətrafdakı min-bir rəngə çalan, ətri hər tərəfə yayılan gül-çiçək kolları, yaşıllıqlar, ulu tanrının bu yerlərə bəxş etdiyi təbii gözəllikləri tamamlamaqla şəhəri daha da eczakar edir, hər tərəf göz oxşayır.

Şəhərin mərkəzində yerli inşaat materialları ilə milli üslubda, insanların daxildən gələn bir istəklə, alın təri ilə, yüksək peşəkarlıqla inşa etdikləri hörmətli Prezidentimizin xeyir-duası ilə istifadəyə verilən Heydər Əliyev mərkəzinin gözəl, yaraşıqlı, möhtəşəm binası, bərpa edilən çoxsaylı qədim yaşayış evləri milli-memarlıq abidəsi kimi bu yerləri seyr edən hər bir kəsin diqqətini cəlb etməklə bərabər şəhərin bu hissəsini xüsusilə gözəlləşdirir. Ulu Öndərimizin siyasi irsinin, mənalı həyatının öyrənilməsinə xidmət edən eksponatlarla zəngin bu möhtəşəm bina artıq ziyarətgaha, inanc yerinə çevrilmişdir. Yeni evlənən gənclər nikah mərasimlərini burada keçirir, toy öncəsi bu möhtəşəm mədəniyyət ocağını ziyarət etməklə qürur duyurlar.

Hazırda şəhərin bir sıra küçələrində milli-memarlıq üslubunda, yerli inşaat materialları ilə təmir-bərpa işləri davam edir. Artıq 28 may küçəsində səki arxlar yenidən işlənmiş, divarlarda, evlərin fasadlarında, dam örtüklərində işlər başa çatmışdır. Küçəyə asflat döşənir.

Şəhərdə inşa olunan 2 ədəd 160 yerlik uşaq bağçasından birində artıq tamamlama işləri gedir. Səfərbərlik Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin Kənd Təsərrüfatı Nazirliyinin Qax rayonu üzrə yeni yaradılacaq idarəsinin inzibati binalarının, bir sıra turizm obyektlərinin, yaşayış binalarının, digər sosial təsərrüfat obyektlərinin tikintisi davam edir. Cəlayir kəndində tibb məntəqəsinin tikintisi başa çatmış istifayə verilmişdir. Qarabaldır kənd yolu asfaltlaşdırılmışdır.

Göründüyü kimi hazırda möhtərəm Prezidentimizin rəhbərliyi ilə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq bütün bölgələrdə genişmiqyaslı quruculuq işləri gedir, infrastruktur layihələri icra edilir. Qaxı səciyyələndirən amil isə ondan ibarətdir ki, burada həyata keçirilən tikinti-quruculuq işləri müasir şəhərsalma prinsipləri ilə yanaşı, milli-memarlıq ənənələrinə uyğun həyata keçirilməklə hər yerddə, küçə meydanlarda, məhəllələrdə, parklarda nümunəvi səliqə-sahman yaradılır. Şəhərdə ətraf ərzilərdə əkilən gül-çiçək kolları, ağaclar, salınan yaşıllıqlar, yaradılan səliqə-sahman, aparılan quruculuq işləri bu yerləri daha gözəgəlimli edir, ətraf aləmin gözəlliyi ilə harmoniya təşkil etməklə bölgəni füsunkar edir. Rayonda diqqəti daha çox cəlb edən böyük sosial-iqtisadi əhəmiyyət daşıyan tədbirlərdən biri ekoloji durumun yaxşılaşdırılması, ətraf mühitin mühafizəsinin təmin olunmasına xidmət edən tədbirlərdir. Təkcə bu il yol kənarlarına, çayların sahillərindəki yararsız torpaqlara, şəhər kəndlərin ərazilərinə minlərlə ağac əkilmiş, meşə zolaqları salınmışdır. Onları yayın istisindən, quraqlığın fəsadlarından qorumaq üçün ekoloqlarla bərabər sakinlər səylə çalışırlar.

Həyata keçirilən layihələr nəticəsində bölgədə çoxsaylı müasir memarlıq abidələri yaradılmaqla yanaşı mövcud tarixi, mədəniyyət, memarlıq abidələrinin yerləşdiyi ərazilər abadlaşdırılaraq mühafizə edilir, çoxsaylı turistlərə təqdim olunur.

Qaxda milli-mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edən tədbirlərdən biri milli mətbəximizin təbliği ilə bağlıdır. Bölgənin özünəməxsus, zəngin mətbəxi artıq respublikamızın əksər yerlərində tanınır. Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinin mədəniyyət turizm şöbəsi ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bölgəyə gələn çoxsaylı turist qonaqlar tərəfindən yerli əhalinin qoruyub saxladığı milli mətbəximizə meyl xeyli artmışdır. Bu günlərdə bölgənin qədim yaşayış məskəni olan İlisu kəndində RİH-in təşəbbüsü dəstəyi ilə keçirilən tədbirdə bölgənin abidələrinin, tarixi yaşayış yerlərinin, özünəməxsus zəngin, unudulmaqda olan mətbəxt nümunələrinin gələcək nəsillərə, turistlərə çatdırılması ilə bağlı mədəni-kütləvi tədbir keçirilmişdir. İlisu Tarix mədəniyyət qoruğunun ərazisindəki abidələrə səyahətdən sonra iştirakçılar yerli mətbəxtin məhsullarından ibarət sərgi ilə tanış olmuş, onlara müvafiq mətbəxt nümunələri barədə ətraflı məlumat verilmişdir.

Bəli, bu gün Qaxda həyata keçirilən quruculuq işləri adamların rahatlığına xidmət etməklə yanaşı, milli-mənəvi dəyərlərimizin, milli irsin, o cümlədən qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, tarixi keçmişimizin gələcək nəsillərə ötürülməsinə, xalqımıza məxsus zəngin mətbəximizin təbliğinə istiqamətləndirilmişdir.

Təsadüfi deyildir ki, bütün bunlar milli mənəvi dəyərlərimizin, tarixi keçmişimizin yaşadılmasına, Azərbaycançılıq ideologiyasının təntənəsinə, abidələrimizin bərpasına, mühafizəsinə təbliğinə, mətbəximizin bölgənin çoxsaylı qonaqlarına turistlərə layiqincə təqdim olunmasına, gələcək nəsillərə ötürülməsinə xidmət edən digər silsilə tədbirlər, quruculuq işləri nəzərə alınaraq Respublika Mədəniyyət Turizm Nazirliyi tərəfindən Qax Rayon İcra Hakimiyyəti 2015-ci ilin "Milli İrs Mükafatına" layiq görülmüş, Qax rayonu "Milli Mətbəxt paytaxtı" elan edilmişdir.

Bu gün Qaxda milli-mənəvi köklərə söykənən təmir-bərpa, quruculuq işləri davam edir. Həyata keçirilən təmir-bərpa işlərindən sonra tarixi görkəmini almış, al-əlvan, güllü-çiçəkli, ecazkar gözəlliyə malik küçə məhəllələrdən keçəndə hər bir kəsin qarşılaşdığı füsunkar mənzərələr, dükan evlərdən ətrafa məlhəm kimi yayılan milli mətbəximizin məhsullarının bihuşedici ətri adamı xəyalən nağıllar aləminə aparır. İstər-istəməz adamda bu layihələrin ideyasını verən həyata keçirən, ürəyi qurub-yaratmaq eşqi, vətən sevgisi ilə döyünən rayon rəhbərliyindən tutmuş sıravi sənətkaradək bütün insanlara qarşı minnətdarlıq hissi yaranır. Fəxr edirsən, qürur duyursan ki, mən bu yerlərin övladıyam, azərbaycanlıyam.

Söz yox ki, həyata keçirilən bütün bu quruculuq işlərinin arxasında ilk növbədə möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə bərqərar olmuş sosialyönümlü siyasət, dövlətimizin günbəgün artan iqtisadi qüdrəti dayanır. Bu gün qaxlılar verilən yüksək qiymətdən ruhlanaraq möhtərəm Przidentimizin ətrafında sıx birləşməklə Ulu Öndərimizin azərbaycançılıq ideyalarının təntənəsi üçün daha böyük coşqu ilə çalışırlar.

 

Novruz ŞABANOV

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

ədalət.-2015.-25 iyun.-S.7.