BİZİ BİZƏ TANIDAN
XEYRƏDDİN QOCA
Xeyrəddin Qocanı bu məmləkətdə tanımayan yoxdu: Yazıçı-publisist, dramaturq, yumorist, bəzən sözü gah açıq, gah da mətnaltı üzümüzə deyən, əzəldən qarayanız, amma dostluğu, yoldaşlığı bəyaz güllər kimi təmiz, bir arada Millət vəkili, bir arada konsulgBu ağdaşlı balasıynan mənim tanışlığım keçən əsrin altmışıncı illərinin sonlarında olub. O dəqiqə bir-birimizə isnişdik və bu ünsiyyət indiyə kimi davam edir. İlk tanışlığığımızda o, çox sevdiyim bir aktyoru-Fazil Salayevi də mənimlə görüşdürdü. Amma sonra mən Fazil Salayevi heç harda görmədim, ancaq televiziya verilişlərində gördüm. Allah rəhmət eləsin!
Xeyrəddin Qoca hal-hazırda ədəbiyyatımızın satira-yumor qolunu yaxşı mənada təmsil edən tək-tük müəlliflərdən biridir və deyim ki, bu sahədə ədəbiyyatımızda böyük bir boşluq var. Xeyrəddin var gücüylə o boşluğu doldurmaq istəyir və onun qəzet və curnal səhifələrində çap elətdirdiyi yazıları da bunu sübut edir. Satira ədəbiyyatımızın indi ən yaralı yeridir və min-min rəhmət olsun Sabirə, Mirzə Jəlilə, Haqverdiyevə, Əli Nəzmiyə, Sabit Rəhmana, Rüfət Əhmədzadəyə, Rüfət Zəbioğluna ki, böyük bir irs qoyub getdilər. Baba Pünhan da gözəl satirik şeirlər yazırdı, heyif, dünyasını tez dəyişdi.Xeyrəddin Qoca isə bu ənənəni davam etdirən duzlu qələm sahiblərindən biridir və hərçənd ki, bu zəmanədə ona layiqli qiymətini verən yoxdu, amma Xeyrəddin yazdığını yazır və əlbəttə, özü də dərk eləyir ki, Sabir ya Mirzə Jəlil olmaq çox çətindir. Amma biz ona nə Sabir kimi, nə də Mirzə Jəlil kimi yanaşırıq, elə Xeyrəddin Qoca kimi yanaşsaq, bəsdir.
Bu gün həyatda, yaşadığımız mühitdə, ümumən jəmiyyətdə tənqid pafosu xeyli güjlənib, hamı bir-birini "tənqid" edir, bəzən bu "tənqidlər" ifrat hala keçir. Əlbəyaxa döyüşə, təhqirə, qarayaxaya, nə bilim, daha nələrə. Saytlarda, hətta lap televiziya kanallarında belə "tənqidlərin" sayı-hesabı olmur. Amma unudulur ki, tənqid təhqir, söyüş demək deyil. Tənqid insanın öz eyiblərini dərk etməsinə yönəlməlidir. Tənqid satira səviyyəsində bədii ədəbiyyatda əsrlərdən bəridir ki, insana yolunu düz getməyi, halal-haram sərhəddini müəyyənləşdirməyi mənimsədir. Bu mənada lirika ədəbiyyatın zərif bir gözələ bənzədilərsə, satira həm döyüşən əsgəri, həm də yol göstərən müdrik -xeyirxah ağsaqqalla müqayisə edilə bilər. Amma təbii ki, heç kim öz ayranına turş demir və nə qədər ki, belədir, satira bu missiyanı yerinə yetirməlidir.
Xeyrəddin Qocanın satirası bu günün həqiqətlərini əks etdirir.Biz onun gülüş doğuran, mənfi, neqativ hallara tuşlanan satiralarında özümüzü, ətrafımızdakıları, tanıdıqlarımızı və tanımadıqlarımızı görürük. Özü də onun satiraları millətin bütün zümrələrini bir araya gətirir, hərə öz payını götürə bilər. O, Mirzə Jəlil-"Molla Nəsrəddin" ənənələrinə sadiqdir, bu, onun yazılarının həm məzmununda, həm də ifadə tərzində hiss olunur.
Dövr, zəmanə dəyişib, amma bəd əməllər, pis niyyətlər, neqativ hallar hələ də davam edir və jəmiyyət nə qədər tərəqqiyə jan atırsa, di gəl, yenə eyni mənzərə dəyişmir. Yenə rüşvətxorluq, yenə bir-birinə badalaq atmaq, yenə haqsızlıq, ədalətsizlik bizi tərk etmir. Fikrət Qocanın həmin o məşhur şeiri yada düşür: "Biri qaçaq olub, mərd olub, biri qoçaq olub, mərd olub, biri kasıb olub, mərd olub,bəs bu namərdlər hardandı, bax, bu, mənə dərd olub".
Xeyrəddin Qoca da məhz elə bu namərdlərə, Mirzə Jəlil qəhrəmanlarının törmələrinə, hətta onlardan da zinakar və ziyankar ünsürlərə üzünü tutur. Amma özü də etiraf edir ki, onun sözlə apardığı mübarizə, satira atəşi birmənalı qarşılanmır. "Qəmiş" məsələsi ortaya çıxır: "Deyirəm ki, bəzi vəzifəlilərə heç dana otarmaq da tapşırmaq olmaz, həmin vəzifəlilərin qohumları qabağımı kəsib deyirlər ki, "sən qəmiş qoyma". Yazıram ki, balaca bir ölkəyə bu qədər partiya lazım deyil, başqanlardan biri mənə zəng vurub salam-kalamsız deyir "sən qəmiş qoyma, özümüz bilərik". Yazıram ki, haqsızlıq, ədalətsizlik baş alıb gedir, deyirlər "sən qəmiş qoyma, qoy işimizi görək. Soruşuram, ata-babalarınız Mirzə Jəlilə, Sabirə, Əbdürrəhim bəyə o zamanlar çox "qəmiş qoydular", indi onları tərifləyirsiniz, niyə? Javab verirlər "ata-babalarımız bilər, biz bilərik, sən qəmiş qoyma".
Satira təbii ki, "qəmiş" deyil, amma bu sözün mətndə konkret məna daşıması onu göstərir ki, X.Qoca Mirzə Jəlil maneralarından çox şey əxz edib. Satirik lekçikonda adi bir söz də məqsədə uyğun hallandırıla bilər. Məsələn, "səbr" sözü. "Ey mənim əzizim, hər nə olsa jəhənnəmə, gora olsun, səbr et. Səni söysələr də, döysələr də, dünya-aləm bərbad olsa da, səbr et. Müsəlman ki var, ajiz bəndədir, səbr etməkdən başqa çarəsi yoxdur. Səbr et. Gözümün nuru, qoy demokratiya pərdəsi altında kim nə edir-etsin, jəhənnəmə, gora etsin, sən səbr et. Kimsə rüşvət alır, qoy alsın, jəhənnəmə alsın, gora alsın".Yaxud, "həqiqət" kəlməsi. X.Qoca bu kəlmənin doğurduğu satirik mənaları, yəni sözün həqiqi mənasını deyil, başqalaşmış, təhrif olunmuş mənalarını açıb-ağardır.
Söylədik ki, X.Qoca satiralarında bu günün həqiqətləri əks olunur. "Biz bizə bənzərik" kitabındakı yazıları oxuduqca gözlərimiz qarşısında tanış mənzərələr janlanır. Rüşvətxorlar, dəstəbazlar, partiyabazlar, yerlibazlar, "mənim millətim" deyib millətinə bir quruş xeyri dəyməyənlər, kasıblara, əlsiz-ayaqsızlara kəm baxanlar, istedadsız curnalistlər, "istedadlı" əjlaflargbax, bu günün "maralları"dır.
Satirik əsərlərdə həmişə publisistik ahəng ön planda olur.Yəni satirada sözə günün həqiqətlərini təcəssüm etdirən birbaşa tənqid, təkfir ritmi daxil olur. Məsələn: "Hamımız bilirik, bu millət birləşməyi bacarmayan millətdir, amma dağılmağı, dəstələrə bölünməyi yaxşı bacarır. Bir neçə il əvvəl də belə idi: Hərənin bir dəstəsi vardı. Bu dəstələrin işi-gücü, məqsədi bir-birini tamamilə aradan götürmək idi. Doğrudur, indi dəstələr yoxdur, amma çoxlu partiya var".
X.Qocanın satirik yazılarının böyük bir qismi miniatür hekayə formasında qələmə alınıb. Ümumiyyətlə, o, qısa danışmağı, mətləbi yığcam şəkildə, uzunçuluğa varmadan söyləməyi çox sevir və mən deyərdim, bu, X. Qoca bu tempdə yazmaqda bədiiyyatın az sözlə mənalı fikir ifadə etmək prinsipinə sadiq qalır. Məsələn, onun "Toy nə üçündür" adlı balaca bir hekayə-felyetonunu götürək. (Mən "hekayə" sözünə "felyeton"u ona görə qoşuram ki, Xeyrəddinin əksər yazılarında bu iki canr bir-birinə qovuşmuş haldadır). Bu yazıda müəllif üzünü "dostu" Qurğanquluya tutur və bu günkü toyların gedişatını, insanı usandıracaq dərəcədə yoruculuğunu və mənasızlığını nəzərə çarpdırır. Sözü demək, qarşısındakı tipi oxucuya çatdırmaq üçün müxtəlif satirik maneralara müraciət etmək olar və X.Qoca bu yöndə də uğur qazana bilir. Budur, onun təsvir etdiyi "Televiziya müsahibəsi".
"-Hörmətli nazirgsiz niyə kasıb deyilsiniz?
-Mən nazirəm!
-Maaşınız nə qədərdir?
-Min beş yüz manatg
-Villanı min beş
yüz manata tikdirmisiniz?
-Villa tikdirən təkcə mən deyiləm ki!
-"Mersedes"i də min beş yüz
manata almısınız?
-Hamı necə, mən də eləg
-Bağınızdakı imarəti
min beş yüz manata tikdirmək olmaz, axı!
-Onun məsələyə
nə dəxli var?
-Yəqin ailənizi də min beş
yüz manata dolandırırsınız, hə?
-Bilirsiniz, nə varmən jinayətkar deyiləm, "dopros" edəsiniz?...Mən hələ tutulmamışam.
-Tutularsınız, darıxmayın!"
Xeyrəddinin yazılarında onun tamam-kamal bələd olduğu bir sahə-mətbuat aləmi,
curnalist həyatı da əks olunur
və təbii ki, onun satirik
qələmi o zaman sanjmalara keçir ki, burada xaos,
hərjmərjlik hökm
sürür. Doğrudan da, indi curnalistika aləmində yaza bilməyən, müstəqil fikir söyləyə bilməyənlərin
sayı yaza bilənlərin sayından
qat-qat çoxdur.
Budur o mənzərə:
"Mətbuata azadlıq
veriləndən bəri
əli qələm tutan ağlına gələni yazır. Biri yazır bu partiya
yaxşıdır. O biri
yazır o partiya yaxşıdır. Hər ikisi
də bir-birindən
"inandırıcı" faktlara söykənir.
gVallah-billah, elə şeylər yazırlar ki, adam xəcalətindən köynək-köynək tər
tökür. O gün
qəzetlərin birində
oxuyuram ki, bəs, filan qadın iki min kişi ilə
görüşüb. Heç dəxli
var? Görüşüb görüşüb də, sənə nə var? Adam adamla görüşər
də" .
X.Qocanın satirik qələmi həyatımızın elə
bir nöqtəsi yoxdur ki, ora
toxuqnmasın. Seçkiqabağı
"kampaniyalar", televiziyadakı
şoular, idarə müdirlərinin rüşvətxorluğu,
süründürməçiliyi, dəyişən dünyamızdakı
dəyişməyən adətlərdən
(o adətlər ki, əsrlər boyu bizim mənəviyyatımıza
çöküb-yerlibazlıq, mərdimazarlıq, yalançı
xisləti, Qərb qarşısında itaətkarlıq,
moda düşgünlüyü,
əşyabazlıq, riyakarlıq
və s.), bir sözlə, nəyə
"qadiriksə" o xasiyyətlər,
o hərəkətlərg
Budur, günün bir həqiqəti: "Əbdürrəhim
bəydən bu yana əli
qələm tutanlar ha
yazırlar, ha pozurlar,
bu "maralların"
kökü kəsilmir,
əksinə, getdikcə
pərpətöyün toxumu
kimi çoxalırlar.
And olsun bizi
yaradana, birdən oturub fikirləşirsən
ki, ayə, görəsən, bütün
millətlərdə bu
qədər "maral"
var, yoxsa birinci yeri biz tuturuq? Yaradan özü bilər
insanları neçə
sifətdə yaradır,
necə yaradır, nə biçimdə yaradır. Biz onun işinə qoşula bilmərik.
Ətövbə! Amma sizə
qurban olum, bu qədər yaltaq, ikiüzlü (lap elə çoxüzlü!),
əyri, oğru, quldur, rüşvətxor olar? Bilmirsən qarşındakı ziyalıdır, yoxsa yaltaq. Diqqətlə sifətindəki yaltaqlıq qırışlarına
baxanda görürsən
ki, bu elə
ziyalı-yaltaqdır".
Belə "marallar" haqqında çox danışılır
onun satiralarında.
Qoy yazsın,
dayanmasın. Satiranı güzgüyə bənzədirlər
(Sabirin sözüdür:
"Bəlkə bu ayinədə əyri görürsən özünü?")
və o güzgüyə
boylanmağımız gərək,
özümüzü görək
və pis əməllərdən çəkinək.
Bu yaxın günlərdə
X.Qocanın "Ədalət"
qəzetində miniatür
yazılarını da
oxudum. Bu yazıların
qəhrəmanı onun
özüdür və
burada heç bir qəribəlik görmürəm. Çoxu da
anekdot səviyyəli
yazılardır. Gülüş doğuranı da var, doğurmayanı da.
Mən Xeyrəddin Qocaya, artıq yaşı altmışı keçən,
yetmişinə doğru
yüyürən bu satirikə nə arzulayıram?
Birincisi; hekayə və felyetonlarında tip yaratmaq,
bu günkü "marallar"ın daha maraqlı obrazlarını
ərsəyə gətirmək
nümunələrini ortaya
qoysun. Bu dövrün
əsl mənfi tiplərini yaratsın.
İkincisi; bir az
fraqmentallıqdan çəkinsin,
sücetli yazılara keçsin. Bu sahədə
Mirzə Cəlildən,
Haqverdiyevdən öyrənməli
şeylər hələ
çoxdur.
Xeyrəddinə uğurlar arzulayaq!
Yolundan dönməsin!
Daha kəskin, daha sərt, amma satira dili
ilə bizləri bizlərə tanıtsın...
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
ədalət.-2015.-25 iyun.-S.7.