ŞÖHRƏTİ VƏ ƏZƏMƏTİ İLƏ "UCQAR" SÖZÜNÜ UNUTDURANLAR

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"...Qaxın çox gözəl təbiəti, gözəl iqlimi vardır. Əlbəttə ki, bunlar turizmin inkişafı üçün böyük potensialdır. Bütün bu şimal-qərb zonasının turizm imkanları çox genişdir. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Əlbəttə ki, ucalan vətənimizdə...

 

...O yerdə ki, 25-30 kilometr məsafə ayrılığında bir günün içində iki fəslin cazibəsinə düşərsən, o yerdə ki, zəhmətkeş, qonaqpərvər, səmimi insanların təbəssümü sənə addımbaşı müsbət çalarlar bəxş edər, o zaman özünü harada hiss edərsən? Əlbəttə ki, gündən-günə ucalan, gözəlləşən doğma Vətəndə, Ana dediyimiz Vətəndə, sevimli Azərbaycanımızda! Vətən övladı, bütün bu şirin duyğuları bu ölkənin Qax adlanan bölgəsində, rayonunda azmı yaşadın, sevincini azmı paylaşdın?

 

Sənə elə gələr bu bir mirajdır...

 

Almalıda, Qıpçaqda meyvələr dənələnib göyərməyə başlayanda, İlisuda, Sarıbaşda ağacların tumurcuqları hələ təzə-təzə çırtlayıb çiçək gözlərini açmaq istəyir. Yay fəslində həmin o 25-30 kilometr məsafənin 10-12 dərəcə hərarət fərqini yaşaya bilirsən. Üstəlik zirvələri qılınc kimi bərq vuran qarşı dağlar, dəli Kürmük, şəlalələr, bulaqlar, zümrüd meşələr - Qaxın qeyri-adi təbiət gözəllikləri! Gözəl var, gözəl ... Amma o qədər şirin ki, amma o qədər ruhsal ki! Dünyanın heç bir parapisxoloqu, dünyanın heç bir ovsunçusu sənin ruhunu bu gözəllik qədər alıb apara bilməz ! Həm ... həm ki, bir kənd səliqəsi, bir şəhər əzəməti... Bütün bunlar təbiətlə qovuşaraq sanki bir möcüzə təsiri bağışlayır. sən bütün bunların bir gerçək olduğuna inanmaya da bilərsən, sənə elə gələr ki, gördüklərin bir yuxudur, bir mirajdır - xəyal səni şirin bir tora salıb, könüllücə əsir olmusan.

Ancaq bütün bunlar gerçəklikdir, reallıqdır. Bütün bunlar son dövrlər ölkəmizdə davamlı inkişafın, yüksəlişin ayrıca bir Qax nümunəsidir. qəsəbə kəndlərimizin, şəhərlərimizin gözəlliklərinin təbiət gözəlliklərinə doğma bir mənada meydan oxuması, bütünləşməsidir. Bax, belə olduqda hələ kiçik rayonlardan hesab olunan Qax necə böyük əzəmətli görünür.

 

Sevimli Prezident

 

Dövlət qayğısı Qaxın ucqarlığını, uzaqlığını da unutdurub. Ölkəmizin hər yerində olduğu kimi, Qax rayonunda da əhali həmişə sevimli prezidentlərinə minnətdarlıq edir, göstərilən qayğı diqqətə layiq şəkildə çalışmaq, yaşamaq arzularını bildirirlər. Sözdə əməldə yekdil olan qaxlılar ölkə rəhbərini, cənab İlham Əliyevi çox sevir, onunla fəxr edirlər.

Başqa bir nüans. Rayonda başçı onun komandası ilə sakinlər arasında o qədər işgüzar, o qədər səmimi birlik qurulub yaşanır ki, bütün bunlara heyran qalırsan. Qarşılıqlı hörmət rəğbət insani keyfiyyətlərdir. Ancaq bütün bunların kökündə həm bir el, bir rayon təəssübü durursa, bu daha ciddi anlam daşıyır, daha xeyirli işlərə aparır. Başçının, Musa Şəkiliyevin sadəliyi, səmimiliyi həm onun özünəinamından irəli gəlir. İşgüzarlığı ilə yanaşı, yüksək dünyagörüşü ziyalılığı ilə tanınan Musa müəllimdən istənilən rayon sakini hətta qonaq yanında belə salamlayıb nəsə soruşa bilər. Kənddə, şəhərdə, küçədə, hansısa tədbirdə, tikinti meydanında, iməcilikdə... Deyirlər illər boyudur ki, bölgənin ağsaqqalı, tanınmış dövlət xadimi Əhməd Əhmədzadənin xarakterindən qaynaqlanır qaxlılarla bu cür səmimi davranışlar, təvazökar münasibətlər...

 

Bir-birini tamamlayan

xoş məqamlar uğurlara aparır

 

Biz bütün bunların bütövlüyünü nüvəsini 2014-cü ilin yekunları qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağında da bir daha şahidi olduq. Məruzə çıxışlarda, arzu təkliflərdə...

Yığıncaqda geniş məruzə ilə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev dedi:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2015-ci ilin yanvar ayının 10-da keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2014-cü ilin yekunları müzakirə olunmuş, 2015-ci ildə görüləcək işlər müəyyənləşdirilmişdir.

İclasda 2014-cü ilin Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşdüyü qeyd olunmuşdur. Bu uğurların əsasında isə Prezident İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi dayanır.

...2014-cü ildə regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət ticarət müəssisəsi fəaliyyətə başlamış hazırda 530-dan artıq müəssisənin tikintisi davam etdirilir. Sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılmış, il ərzində regionlarda 190-dan çox tədris müəssisəsi, 60-dan çox tibb ocağı, 11 gənclər idman, 43 mədəniyyət digər sosial obyektlər tikilmiş ya əsaslı təmir olunmuşdur.

Aqrar sektorda dövlət dəstəyi tədbirləri davam etdirilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarına əlavə güzəştlər tətbiq edilmişdir. Hazırda kənd təsərrüfatına yararlı torpaqlardan su resurslarından səmərəli istifadə olunması məqsədi ilə dövlətin dəstəyi əsasında 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır.

 

Dinamik inkişaf necə təmin olunur

 

...2014-cü ildə bütövlükdə respublikamızda olduğu kimi rayonumuzun iqtisadiyyyatında da dinamik inkişaf təmin olunmuş, müvafiq sahələrdə bir sıra işlər görülmüş məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2014-cü il tarixli 358 nömrəli Sərəncamı əsasında rayonumuzun sosial iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin davam etdirilməsi yönümündə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat ayrılmışdır. Sərəncamın icrası ilə əlaqədar yolun 9 km hissəsinə asfalt beton örtük salınmış həmin yolun üzərində aşırımının uzunluğu 33 p/m olan körpünün tikintisi başa çatdırılmışdır.

Bundan başqa rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tətbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2013-cü il tarixli 3078 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 2013-cü il Dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat ayrılmışdır. Ayrılmış vəsait hesabına ötən dövr ərzində şəhərin M.P.Vaqif, M.V.Vidadi, M.Ə.Rəsulzadə, N.Gəncəvi, M.Məmmədov, Qaxmuğal küçələrində H.Əliyev prospektində başlanılmış bərpa abadlıq işləri, C.Cabbarlı, M.Məmmədov M.P.Vaqif küçələrində isə asfalt beton örtüyün salınması başa çatdırılmışdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-3 mart.-S.7.