ÜZÜ BAHARA DOĞRU BOYLANAN GÖYÇAY

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"...Sizin rayonunuzun sürətli inkişafı onu göstərir ki, vaxtilə qəbul edilmiş və uğurla icra olunan regional inkişaf proqramları çox böyük əhəmiyyətə malik olan təşəbbüs idi. Çünki əgər biz o proqramları 2004-cü ildə qəbul etməsəydik 2009-cu ildə ikinci proqram qəbul edilməsəydi, bütün bu işlərin görülməsi mümkün olmazdı. Məhz proqramların mövcudluğu orada nəzərdə tutulan məsələlərin həlli bugünkü reallığı təmin edir".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Bu rayonun böyük adı:

sadəcə Göyçay...

 

Qarşı dağlara boylanan bu çinarlı, telli qovaqlı şəhərin düz biçimli, səliqəli küçələri, park meydanları, yaraşıqlı binaları hələ keçmişlərdə insanları, buraya gələn qonaqları özünə cəlb edirdi. Göyçay respublikanın yeganə kənd rayonudur ki, onun şəhər əhalisi kəndlərindəki əhalisindən çoxdur. Bəlkə elə bu səbəbdən Göyçay hələ keçən əsrin 70-ci illərindən urbanik inkişafın ilkin mərhələsini yaşayıbdır.

Ərazi baxımından Azərbaycanın kiçik rayonlarından biri olmasına baxmayaraq Göyçayın adı nədən həmişə böyük səslənib? Əsl şəhər səliqəsinə görəmi, sənaye müəssisələrinin çoxluğuna, ya bəlkə dünyaca məşhur güleyşə narına görəmi? Ancaq başqa səbəblər var axı. Göyçayın kəndləri təsərrüfat sahəsi minimallığına baxmayaraq, az-çox öz inkişaf mərhələsini keçə bilibdir. Eyni zamanda kənd təsərrüfatında qazanılan kiçik gəlirləri, şəhərdəki inkişaf, zavod fabriklərin, tikinti təşkilatlarının, ticarətin gəlirləri, belə demək mümkünsə, çox vaxt sanki qanunauyğun bir şəkildə kompensasiya edərək ümumi vəziyyəti stabilləşdirmişdir. Həm nəzərə alsaq ki, Bərdə, Ağcabədi kimi böyük rayonların tək bircə kolxozunun pambıq planı Göyçayın bütövlükdə planını üstələyən dövrlər olubdur...

İnsanlar, onların xarakteri, zəhmətsevərliyi, vətənpərvərliyi, qonaqpərvərliyi, yaxşı mənada mənəmliyi, eqosu da vacib şərtlərdir. Göyçaylıların bəzən gizlində, bəzən açıqda görünən bu xüsusiyyətləri həmişə başqa amillər kimi bu rayona ayrı bir yanaşma tələb edib etməkdədir. Üstəlik Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, Anar... kimi böyük ədiblərin şöhrət çələngi.

 

Yüksək etimadı doğrultmağın əsas nüvəsi

 

Kənardan transfer olunan yersiz söz-söhbətlər boş şeydir. Rayon həmişə inkişafdadır. İndi daha vüsətlə özünə, adına layiq inkişaf mərhələsindədir. "Şöhrət" ordenli dövlət məmuru Mübariz Ağayevin yenidən Göyçay rayonuna icra başçısı təyin edilməsi gözlənilməz olduğu kimi, həm gözlənilən idi. Rayonun yetirməsi olan, camaatın içindən çıxıb tapşırılan bütün postlarda yüksək nailiyyətlər qazanan bu işgüzar insanın güc potensialını ölkəyə rəhbərlik edən cənab Prezident hamıdan yaxşı bilir. Az bir müddətdə Göyçay, Mingəçevir Quba kimi böyük şəhər rayonlara başçılıq etmiş Mübariz Ağayevin yenidən Göyçaya rəhbər təyin edilməsi ehtimalların üzərindən keçən məntiqin aliliyidir. Prezident təyinatlarındakı ilk belə faktın gerçəkləşməsi, məhz ölkə rəhbərinin, möhtərəm Prezidentimiz İlham Əliyevin respublikanın bütün bölgələrinə necə dəqiq həssaslıqla yanaşmasının sadə bir göstəricisidir. Çünki cənab Prezident üçün ölkənin sosial-iqtisadi inkafı yüksəlişi məqamında istər Şamaxı, Göyçay, Ucar, Zaqatala, Qax, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki, Masallı, Quba, Sabirabad, Şəmkir, Ağcabədi olsun, istərsə digər şəhər rayonlarımız olsun, eyni münasibət məna daşıyır.

Bu mənada indi bəs Mübariz Ağayev edir? O, həmişəki kimi sadəcə öz xarakterinə uyğun olaraq dayanmadan, yorulmadan çalışır, ölkə rəhbərliyinin yüksək etimadını elə həmişəki kimi yükək fəallıq nümunəsi ilə doğrultmaq istəyir. bu gün kəndli-şəhərli bütün Göyçay belə bir işgüzarlığa köklənərək rayonun şöhrətini qaldırmaq amacındadır.

 

Gələcəyə nikbinlik

 

2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağındakı hesabat məruzəsində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Prezidentin göstərişlərinə Dövlət Proqramlarının istiqamətlərinə uyğun olaraq görülən işlər perspektivlər haqqında çıxış etdi. M.Ağayev bu yöndə bir sıra sahələrin inkişafının vacibliyini vurğulayaraq dedi:

- 2014-cü il Respublikamızın digər regionlarında olduğu kimi rayonumuzda da Ümummilli lider Heydər Əliyevin möhkəm elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyasının nəticələri xalq təsərrüfatının bütün sahələrində özünü göstərmiş, infrastruktur layihələrinin həyata keçirilməsi, yeni istehsal, ticarət xidmət obyektlərinin inşa edilməsi, daimi yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat ilində rayonda ümumi məhsul buraxılışının həcmi 2013-cü ilə nisbətən 12,4 faiz artaraq 254 milyon manat olmuşdur.

2014-cü ildə iqtisadi sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 dəfədən çox ya 47,0 milyon manat investisiya yönəldilmiş, tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi sərmayənin 93,2 faizini təşkil edərək 43,8 milyon manat olmuşdur. Rayonun tikinti təşkilatları tərəfindən 17,9 milyon manatlıq ya ötən ilə nisbətən 2,7 dəfədən çox inşaat işləri yerinə yetirilmişdir.

Rayonun sənaye müəssisələrində keçən il 32 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş xidmətlər göstərilmişdir ki, bu da 2013-cü ildə müqayisədə 36,4 faiz çoxdur.

Hesabat dövründə rayonda aqrar bölmənin dinamik inkişafı təmin edilmişdir.

2014-cü ildə rayonda 27,4 min ton taxıl, 815 ton dən üçün qarğıdalı, 1690 ton kartof, 28,5 min ton tərəvəz, 72,9 min ton meyvə istehsal edilmişdir. Ötən illə müqayisədə dən üçün qarğıdalı istehsalı 2,9 dəfədən çox, kartof istehsalı 2,5 faiz, tərəvəz istehsalı 1,9 faiz, meyvə istehsalı 5,9 faiz artmış, taxıl istehsalı 20,4 faiz azalmışdır.

Ötən il rayonda 337,7 hektar yeni meyvə bağları salınmışdır.

Heyvandarlıq sahəsinin inkişafına diqqət artırılmış, mal-qaranın, qoyun keçilərin baş sayı keçən ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 0,5 faiz 1,0 faiz artmış, 5400 ton ət, 24854 ton süd, 12 milyon ədəd yumurta, 88 ton yun istehsal olunmuşdur.

Ötən illə müqayisədə ət istehsalı 0,3 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 1,7 faiz, yun istehsalı 1,1 faiz artmışdır. Kənd əməkçiləri 2015-ci ilin məhsulu üçün 14850 hektar sahədə şum çıxarılmış, 13756 hektar sahədə dən üçün taxıl səpilmişdir.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-3 mart.-S.6.