33 sual
"ƏN"
müsahibə rubrikasının bu həftəki
qonağı tanınmış yazıçı Şərif
Ağayardır...
- Özünüzü ən şəkildə təqdim edin...
- Gəl, tutaşmamaq üçüb belə bir şərt kəsək: ƏN anlayışını
çox şərtidir.
Məncə, heç dünyada
ƏN deyilən şey
yoxdur. Məsələn,
ən yaxşı adam, ən
gözəl qadın,
ən yaxşı əsər, ən maraqlı əhvalat... Bunları necə dəqiq ola
bilər? Amma çalışacam suallarına, həqiqətə
ƏN yaxın cavablar
verim. Məni isə belə təqdim edək: ƏN sözünü dünyanın
ƏN şərti ifadəsi
hesab edən adam...
- Ən çox
sevdiyiniz ədəbi cərəyan?
- Sintez
- Çağdaş ədəbiyyatımızda
ən çox oxunan yazarlar kimdir?
- Heç kim. Hamı
ən az
oxunur.
- Gənc yazarlardan ən çox kimləri oxuyursunuz?
- Şəhriyar del Gerani, Ayxan Ayvaz, Qan
Turalı, Mirmehdi Ağaoğlu, Kəramət
Böyükçöl, Qismət,
Mövlud Mövlud, Sevinc Çılğın,
Sevinc Elsevər, Aliyə, Sevda Sultanova, Nərmin Kamal, Günel Mövlud, Aygün Aslanova, Ramil Əhməd, Fəridə,
Könül Həsənqulu,
Fərid Hüsyn, Əsəd Qaraqaplan - yazılarını mümkün
qədər qaçırmadığım
müəlliflərdir... Ötən
il özüm
üçün kəşf
elədiyim bir imza da var:
Ramil Qafarov. Maraqlı mühakimələr yürüdür.
Öz nəslimizi saymıram... Biz gənc
deyilik artıq.
- Ədəbiyyatımızda ən aparıcı qüvvə fikrinizcə kimlər olmalıdır?
- Təbii ki, gənclər...
- Ən çox
bəyəndiyiniz əsəriniz
(şeir, hekayə, məqalə və s.)
- Təzə yazdığım
roman.
- Ən az
bəyəndiyiniz əsəriniz
(hansı əsərininzi
yenidən işləmək
istərdiniz)?
- Geriyə dönməyi sevməm...
- Ən çox xoşladığınız peşə
- Klassik sovet qarovulçusu.
Sakit, küləksiz, amma temperaturu aşağı olan bir qəsəbədə dar və isti
bir otağın ola, oturub
kitab oxuyasan və yazasan... Acanda kartof qaynadıb
kələm turşusuyla
vurasan bədənə...
İcazə versələr bir
bardaq turş çaxır da gedər. Ama vacib deyil.
Arada yaxınlıqdan
qatar keçə
fit verərək... Hərdən
də sırıqlını
əyninə geyib çıxasan təmiz havaya... Ağzından buğ qalxa... Ürəkdən "huuu"
eləyib böyük
sevgiylə ağaclara,
adamlara və göy üzünə baxsan...
- Ən çox
bəyəndiyiniz insani
özəllik.
- Sadəlik.
- Ən çox
sevdiyiniz yazıçı
və ya şair.
- Nazim Hikmət.
- Ən çox hansı sosial şəbəkədən istifadə
edirsiniz
- Facebook.
- Ən çox
sevdiyiniz geyim brendi.
- İdman stili. Brendin fərqi
yoxdur. Azad, rahat və hökmən
sadə olsun.
- Ən çox
sevdiyiniz telefon markası.
- Nokia işlətmişəm əsasən.
Mənə rahatdır
ona görə...
- Ən çox
sevdiyiniz maşın markası.
- "Mersedes". İdealdır. 20 il əvvəl
buraxılanı belə...
Bu maşını sürəndə
özümü gözəl
və zəkalı bir xanımla ünsiyyətdəki kimi
hiss edirəm.
- Ən yaxşı
dostunuz kimdir?
- İstedadlı saydığım
istənilən adamla
on dəqiqəyə curlaşa
bilirəm. Kitabdan və filmdən
anlayan dostlar. Ümumilikdə, mən dostlarımı iki qismə bölürəm:
doğmalar və maraqlılar... Doğmalar, adətən əyalətdə
doğulan, şəhərdə
mənimlə oxşar
tale yaşayanlardır. Maraqlılar isə şəhərdə
doğulan və böyüyən, mən bilmədiklərimi bilən,
mənə nəsə
öyrədən dostlarımdır.
Arada biri-birini qısqansalar da, mən onlara
fərq qoymuram.
- Ən sevimli idman növünüz.
- Şotakana ketmişəm bir neçə il. Böyük fəlsəfi
olan idmandır.
- Ən çox
hansı vacibdir? İş,
sevgi və ya istirahət
- Sevgi insanlığın nüvəsidir. İşi də sevə-sevə
görməli, istirahəti
də sevə-sevə
etməlisən.
- Ən çox
sevdiyiniz rəqəm və nə üçün?
- Rəqəmlərin simvolikası da var, mistikası da, semiotikası da... Hansını deyim? (gülür). Hər halda 5-i seçək. Uşaqlıqda bu rəqəmi iki xüsusiyyətinə görə çox sevirdim. Bir ən yüksək qiymət kimi bizi və yaxınlarımızı sevindirirdi, bir də 5-in vurması ən asanı idi. Ümumiyyətlə, riyazi əməliyatlarda şagirdə ən çox yardım edən bu rəqəmdir. Riyazi əməliyyatları asandır, cavablar yuvarlaqdır. 5-in dərin mənalarına isə getməyək. Elə bilərlər özümüzü göstəririk.
- Ən çox sevdiyiniz rəssam?
- Şübhəsiz Səttar Bəhlulzadə.
- Ən çox sevdiyiniz kinofilim?
- Bizdən "Şərikli çörək",
türklərdən "Yol", dünyadan "Qaranlıqda tans".
Biri Şamil
Mahmudbəyovun, biri Yılmaz Güneyin, o biri danimarkalı müasirimiz Lars fon
Trierindir.
- Ən çox
sevdiyiniz telekanal?
- ANS. Kasıbın olanından...
- Ən çox
sevdiyiniz mahnı?
- "Evlərinin önü
yonca".
- Ən çox
sevdiyiniz ədəbi janr?
- Roman.
- Ən çox
sevdiyiniz azərbaycanlı
aktyor?
- Yusif Vəliyev.
- Ən çox
sevdiyiniz teatr tamaşası?
- Pantomim Tetrının
"Manqurt"u.
- Ən xoşlamadığınız
keyfiyyət (müasir
qızlar və oğlanlar nəzərdə
tutulur).
- Elə ciddi iradım yoxdu. Kitab oxusunlar.
- Ən çox
xoşladığınız şeir parçası?
- Mənə neylər bu daşqın sel, ki, dəryatək
kənarım var...
- Ən çox
xoşladığınız atalar sözü?
- Dil karıxar, düzünü deyər...
Təhdəlşüurla bağlı burdakı
kod məni heyrətə salıb.
Ziqmund Freyd bu həqiqətin
nəzəri əsasını
hazırlamaq üçün
xeyli əziyyət çəkib.
- Ən çox
həyatda nə ilə qarşılaşmısınız
- məhəbbətlə, yoxsa
nifrətlə?
- Məncə mənə nifrət edən yoxdur. Çünki tipim elə
deyil. Əsəbləşərlər mənə, nifrət
etməzlər. Nifrətə
layiq iş görməmişəm. Təmiz adamam.
Əminəm buna. Amma nadincəm.
Aşırı dərəcədə. Xüsusən yazmayanda, istədiyim
alınmayanda adamları
acılayıram. Amma heç
vaxt kiməsə pislik eləmirəm.
Ömrüm boyu heç
kimə pislik eləməmişəm. Bu, səhvən ola
bilər. Bilə-bilə olmayıb. İçkili vaxtlarımı da saymıram. İçəndə aqressiv oluram,
adamları incidrəm,
sonra da it kimi peşiman oluram. İçib xətrinə dəydiyim
adamlar məni bağışlayanda xoşbəxt
oluram. Təəssüf ki, hamı bağışlaya bilmir.
Qınamıram da. Amma səmimi
deyirəm, heç kimə nifrət edə bilmirəm. İstəsəm belə...
- "ƏN" olmaq üçün nə etmək lazımdır.
- Özünü ən yüksək səviyyədə
ifadə etmək.
- "ƏN" olmaq arzudur, yoxsa xəyal?
- Bütün arzular əvvəl xəyal olur. Həyat gözəldir bütün
hallarda. Arzulara çatmasan belə...
- Ən çox
hansı sualın sizə verilməsini istərdiniz?
- Şərif əfəndi, bayaqdan bu "anket"i niyə doldurursan? Adam Herman Hessenin "Sidharta" romanını yarımçıq qoyub, belə mənasız işlərlə məşğul olar? Öküz gəldin, öküz də gedəcəksən... (gülür)
ədalət.-2015.-3 mart.-S.6.