"Kitabçıların tacı - kitab"

...Bir az gəlişimizdən...

 

Belə başladı... Nəşriyyat işi fənnimiz, müəllimimiz, dərslərimiz və səbəbkarımız... səbəbkar deyincə oxucunun ağlına hər hansısa şəxs gələcək bəlkə... amma bu səbəbkar bizim - biz kitabşünasların dahi Nizami demiş "tükənməz mənəvi qida"sıdır. Kitabdır... M.Qorkinin sözünə qüvvət "möcüzələr möcüzəsi"... Adil Abdullayev - möcüzəyə getdiyimiz yolun başçısı... Elə gedişimizonun sayəsində. O ki qaldı yolumuza yolumuz Milli Kitabxana...

 

...Bir az toplanışımızdan...

 

Yazıramsa sadəcə oxunsun yox, bütün anlar göz önündə canlansın deyə... sahil bağı... Bağda gəzişən Adil müəllimimiz və bir-birinin ardınca iki-iki, üç-üç gələn, beynində fərqli-fərqli suallar, fikrində gəzəcəyimiz otaqları canlandıran, gələcəyin kitabçıları - bizim tələbələr... toplandıq, getdiyimiz kitabxananın görmədiyimiz tərəflərini hələ görmədən müzakirə etdiksaat 10:00 göstərərkən artıq bir nəfər kimi hazır idi... Və görüş...

 

...Daha çox görüşümüzdən...

 

Milli kitabxananın baş direktoru, professor Kərim müəllim bizi elə "kitabxanın əsl adamları - kitabşünaslar xoş gəlmisiniz" - deyib üzündə gülüş, fikrində bölüşəcəyi məlumatlarla bizi qarşıladı... ilk olaraq söhbətə Adil müəllimə gəlişimizə görə təşəkkürlə başladı Kərim müəllim və həmçinin ardıcıl olaraq onu da qeyd etdi ki, kitab adamları mütləq kitabxanada olmalıdır. Kərim müəllim oxucu kimi gəlmək ayrı bir şeydir, amma kitab mətbəxini, onun necə gəlməyini, hansı prosesləri keçməyini görmək tam ayrıdır deyə qeyd etdi... "Ölkənin ən böyük kitabxanasıdır Milli kitabxana, ən böyük dövlət kitab saxlayıcısıdır və ölkəmizin bütün kitabxanalarına metodik rəhbərlik edir.Bacardıq qədər köməklik göstərir" - bunu da bildirdi... həmçinin görüşümüzdə iştirak edən xanımı da təqdim etdi - kitabxana direktoru. Adilə xanım - metodik təminat şöbəsinin müdiridirkitabxanalara əlaqəni həmin şöbə yaradır. BDU-nun doktorantıdır, bu günlərdə müdafiə edəcək... Kərim müəllimin söhbəti çox aydın və maraq dolu davam edirdi... onu da qeyd edim ki, daxil olduğumuz konfrans zalı kitabların təsirindən çox fərqli auraya malik idi...

Görüşümüzdəki söhbəti belə davam etdirim... kitabxananın çox zəngin fondu vardı, burada ən kiçik kitabdan ən böyük kitaba, nadir nüsxələrə belə rast gəlmək olar. Hər şey kitaba xidmət edir... Kitabxanalar da oxuculara xidmət edir. Həmçinin elektron kitablar da yaradılır. bəzən isə müəllif hüququ olmadığına görə bəzi kitabların elektron versiyası yaradılır, amma sayta qoyula bilmir. Müəyyən saytlar pirat kitablar yaradır. Azərbaycanda elektron kitabxanalar çoxdur. Onlar isə qanunu pozmağı özlərinə rəva bilirlər. Bu gun milli kitabxananın ən böyük problemi kitab arxivinin yaradılmasıdır. Çünki yazılan kitablar kitabxanaya verilmir. 22-ci maddəyə görə çap olunan kitabların ikisi kitabxanaya verilməlidir. Qanun bunu tələb edir, amma riayət olunmur. Dövlət nəşriyyatları dövlətə bağlıdır qanunu pozmur. Kitabxananın iki fondu vardır: arxiv ümumi fond. Arxiv fondu bağlı fonddur. Yəni oxucuya açıqdır, sadəcə kitab fonddan kənara çıxmır. Bunun da səbəbi kitabın qorunması gələcək nəsillər üçün saxlanılmasıdır. Kiatbxanada yenidənqurma işləri davam edir. Tək məqsəd kitabın qorunmasıdır! 2 il bundan öncə milli dövlət standartı yaradılıb. ASBN həmçinin axsıyır. Bu da özəl təşkilatın əlindədir. Bunun dövlətin əlinə keçməsinə çalışırlar. 23% kitablarda ASBN vardır. Qəzetlərin nəşri zamanı isə kağıza qənaət edirlər bunun da acısını oxucular çəkir. Kərim müəllim bunları maraqla danışır tələbələrimiz diqqətlə dinləyirdilər. həmçinin gənclərə həmişə dəstək olduğunu bildirdi. burda çalışanların əksəriyyəti cavan qızlardır. Yol cavanlarındı. Kərim müəllim bugünü deyil, sabahı düşünməyi tapşırdı. artıq söhbəti yekunlaşdırmağa yaxınlaşdı. Sonda isə hər zamankı kimi söz tələbələrə verildi.. hər zaman gəzdiyim kitab mağazalarında satışa qoyulan tərcümə kitabları gözümdə Kərim müəllimin dediyi "nəşr olunan kitabların ikisi milli kitabxanaya bağışlanmalıdır" sözü fikrimdə canlandı. sözün tələbələrdə olmağından istifadə edib baş direktora sual etdim. " milli kitabxanalara gətirilib veriləcək kitablara tərcümə kitabları da daxildir mi?"... Sualıma da izahla cavab aldım. Bu bütün kitablara aiddir. Sadəcə yenə qeyd edim qanun gözlənilmir - bildirdi.

 

...Bir az gəzintimizdən...

 

Kİtabxanada gəzintimizə Adilə xanım rəhbərlik etdi... İlk olaraq kitabxananın yaranmasından söz açdı. 1923-cü ildə açılışı olub və 1939-cu ildə dahi mütəfəkkir, dramaturqumuz Mirzə Fətəli Axundovun adı verilib. Əvvəl bura yaradılanda iki otaqlı mənzildə yerləşdirilibmiş, 5 minə yaxın fondu var imiş. Amma bu gun artıq 5 milyona yaxındır. Kitabxanamız 2004-cü ildə Milli kitabxana statusu alıb. Kitabxanamızda hal-hazırda 26 şöbə, 48 bölmə vardır. Kitabxananın 13oxu zalı vardır. Birincisi, ümumi oxu zalı, xüsusi ixtisaslaşdırılmış zallar, xarici ədəbiyyat zalı,musiqi ədəbiyyatı, dövrü mətbuat zalı, dissertasiya zalı - burada yalnız 1992-ci ildən qəbul olunmuş dissertasiyalar daxildir. Belə dəqiq məlumat aldıq şövbə müdirindən. Həmçinin 2004-cü ildən kitabxananın elektron kataloqu da yaradılmışdır. Fondun güzgüsü kataloqdur. Bəzi kitablar - müəllif icazəsi olan kitablar oxunur, icazə olunmayan kitabların isə lokal vasitə ilə yalnız burda oxumaq mümkündür.

Gəzinti bir-bir bütün zallarda baş tutdu.

Ümumi oxu zalınında son yenidənqurma işlərinin nəticəsini müşahidə etdik...

Elektron resusların yaradılması şöbəsində hazırlanma proseslərinin canlı şahidi olduq. Kitabların fotosu rəqəmsal kamera vasitəsi ilə cəkilir, sonradan təmizlənir pdf halına salınır.

Musiqi ədəbiyyatı zalına da maraqlı baxışlar oldu. Böyük bir otağa yerləşən valların kiçik disklərə köçürülmə prosesləri gedirdi.

Ədəbiyyat bölməsi vardır ki, burda ilk kitablardan tutmuş, Molla Nəsrəddin, Əkinçi jurnallarına qədər hər çür kitablar vardır. Söhbət zamanı direktor Kərim müəllimin dediyi ən kiçikdən tutmuş ən böyüyə qədər kitablar məhz bura üşün qeyd olunmuşdur. Həmçinin burada çox kiçik ölçülü kitablar da vardır.

Beləcə bütün zallar bir-birindən fərqli tam başdan bildirdiyim kimi "möcüzələr möcüzəsi" idi. Bu görüş, söhbət həyatımız unudulmaz dəyərli hissə oldu. Bunun üçün Milli kitabxananın direktoruna əsas bunu yaradan müəllimimiz - Adil Abdullayevə təşəkkürlər... Əsasən də bu gəzintini təşkil edən...

 

Ədalət.-2015.-3 mart.-S.7.