ÜZÜ BAHARA DOĞRU BOYLANAN
GÖYÇAY
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
"...Rayonun inkişafı sürətlə gedir. Gördüklərim məni çox
sevindirir. Şəhərin abadlaşması, küçələrin
salınması, binaların
bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda
gedən ümumi siyasətimizin təzahürüdür.
Çünki mən istəyirəm
ki, hər bir şəhərdə, hər bir rayonda
işlər yaxşı
getsin".
Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev
(əvvəli ötən sayımızda)
Aparılan uğurlu aqrar islahatlar nəticəsində
torpaq və əmlak üzərində
yeni mülkiyyət münasibətlərinin formalaşması
kənd təsərrüfati
məhsullarının üstün
artımına, əhalinin
məşğulluğunun yüksəldilməsinə
və sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına
səbəb olmuşdur.
2014-cü
ildə rayonun kənd təsərrüfatında
ümumi məhsul istehsalının həcmi
2,0 faiz artaraq
97,3 milyon manata çatmışdır.
Hesabat dövründə rayon əhalisinin
həyat səviyyəsi
xeyli yaxşılaşmış,
pərakəndə əmtəə
dövriyyəsinin həcmi
8,5 faiz, əhaliyə göstərilən
pullu xidmətlərin
həcmi 2,4 faiz, orta aylıq nominal əməkhaqqı 4,0 faiz
artmışdır.
2014-cü
ildə əhaliyə
751,9 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir ki,
bu da 2013-cü ilə nisbətən 12,4 faiz çoxdur. Rayon əhalisinə göstərilən rabitə
xidmətinin səviyyəsi
xeyli yüksəlmiş,
daha müasir rabitə texnologiyalarının
tətbiqi ilə əlaqədar internet istifadəçilərinin
sayı əsaslı şəkildə artmışdır.
Rayon əhalisinin elektrik
enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması,
istifadə edilmiş elektrik enerjisinin və təbii qazın dəyərinin ödənilməsi sahəsində
bir sıra işlər görülmüş,
elektrik yarımstansiyalarında
daha müasir avadanlıqlar quraşdırılmışdır.
Qaz istismar sahəsi tərəfindən 2014-cü ildə
3,4 p/km. müxtəlif
diametrli istismara yararsız qaz xətləri, 11 ədəd
qaz tənzimləyici şkaflar yenisi ilə əvəz edilmiş, Yekəxana və Şıxbəy kəndlərinin qaz təchizatının bərpası
işlərinə başlanılmışdır...
Şəhərin abadlaşdırılması və
yaşıllaşdırılması, küçə və meydanların yenidən qurulması istiqamətində
xeyli işlər görülmüşdür.
"İDEA" ictimai birliyinin təşəbbüsü
ilə 2014-cü ilin sentyabr-noyabr aylarında ümumrespublika yaşıllaşdırma"
marafonu çərçivəsində
həyata keçirilmiş
ağacəkmə kompaniyası
zamanı şəhərdə
və kənd yaşayış məntəqələrində
30 minə yaxın ağac və gül kolları əkilmişdir.
Şahmat
məktəbinin tikintisi
başa çatdırılmış,
Gənclər evinin tikintisində işlər
davam etdirilmiş,
rayon mədəniyyət evinin
fasadı, Heydər Əliyev prospektində çoxmənzilli binaların
üz hissələri
müasir memarlıq baxımından yenidən
qurulmuş, dam örtükləri
təzələnmişdir. Şəhərin Nizami küçəsində yağış
sularını ötürmək
üçün yeni su ötürücülər
çəkilmiş, Nizami
və M.Hüseynzadə
küçələrində abadlıq işləri aparılmış, həmin
ərazidəki fərdi
yaşayış evləri
və divarlar müasir memarlıq tələbləri baxımından
üzlənib, evlərin
və xidmət obyektlərinin dam örtükləri
təzələnib. Heydər Əliyev
prospektinə, Nizami, R.Rza və M.Ə.Rəsulzadə
küçələrinə yeni asfalt örtüyü
salınıb.
Bütün bunlarla yanaşı şəhər təsərrüfatının
işində bir çox problemlər vardır.
Suvarma arxlarının
mühafizə zolağı
ayrı-ayrı vətəndaşlar
tərəfindən zəbt
edildiyindən, bir sıra yerlərdə mühafizə zonasında
ticarət və xidmət obyektləri inşa edildiyindən arxların texnika ilə qazılmasında ciddi çətinliklər
mövcuddur. Məişət tullantılarının və ayrı-ayrı həyətlərdən çirkab
sularının suvarma
arxlarına tökülməsi
hallarına qarşı
lazımi mübarizə
aparılmır və
bu sahəyə nəzarət etmək üçün şəhər
bələdiyyəsinin və
icra nümayəndəliyinin,
bu sahəyə məsul olan təşkilatların məsul
işçilərindən yaradılmış komissiyanın
fəaliyyəti lazımi
səmərə vermir.
Şəhər ərazisində pərakəndə
küçə ticarətinin
qadağan olunmasına
baxmayaraq hələ də bir çox
yerlərdə, xüsusən
bazar ətrafı ərazilərdə küçə
ticarəti baş alıb gedir.
Rayonun içməli suya tələbatı
tam ödəniləcək
Hesabat dövründə
şəhər əhalisinin
içməli su ilə təminatının
yaxşılaşdırılması istiqamətində müəyyən
tədbirlər həyata
keçirilmişdir.
Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsinin
ikinci mərhələsində
işlər davam etdirilmiş, şəhərin
Heydər Əliyev prospektindən cənubda yerləşən əhaliyə,
müəssisə və
təşkilatlara yeni
su mənbəyindən
içməli su verilməsinə başlanılmışdır. Rayonun içməli
su mənbəyi olmayan 16 yaşayış
məntəqəsində modul
tipli su təmizləyici qurğuların
quraşdırılması üçün torpaq sahələri seçilmiş
və sənədlər
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə təqdim
edilmişdir. Ötən
il nazirlik
tərəfindən rayonun
Bığır, Mırtı,
Alıkənd, Türkmən
kəndlərində modul
tipli su təmizləyici qurğuların
tikintisi və quraşdırılması işlərinə
başlanılmışdır.
Prezident:
"Üçüncü proqramın icrası ilə bağlı heç bir problem olmamalıdır"
2014-cü
ilin yanvar ayının 27-də Heydər
Əliyev Mərkəzində
"Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev konfransda iştirak etmişdir. Cənab Prezident öz çıxışında bildirmişdir
ki, "Üçüncü
proqramın icrası ilə bağlı heç bir problem olmamalıdır. Proqramı icra
etmək üçün
bütün cəmiyyət
səfərbər olmalıdır
və əminəm ki, biz buna nail olacağıq".
"Azərbaycan Respublikası
Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nda Göyçay
rayonu üzrə nəzərdə tutulmuş
tədbirlərin yerinə
yetirilməsi sahəsində
müəyyən işlər
görülmüşdür. Hesabat dövründə ölkəmizdə
alternativ enerji mənbələrindən, xüsusən
hidroresurslardan geniş
istifadə edilməsi
çərçivəsində Yuxarı Şirvan kanalının Göyçay
rayonunun Bığır
kəndi ərazisindən
keçən əlverişli
və münasib hissəsində inşa edilən 3 Mva gücü olan "Göyçay -1" su elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, kəndlərarası
avtomobil yollarının
yenidən qurulması
istiqamətində əməli
tədbirlər görülmüş,
Muğanlı-Yevlax avtomagistralının
Göyçay rayonu ərazisindən keçən
hissəsinin tikintisi davam etdirilmiş, Göyçay-Ucar avtomobil
yolunun əsaslı təmiri başa çatdırılmışdır.
"Göyçay rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 17 iyul
2013-cü il tarixli sərəncamına
əsasən inşa edilən 7 min əhalisi olan 6 yaşayış məntəqəsini birləşdirən
Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolu istifadəyə verilmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-4 mart.-S.6.