33 sual

Əkbər Qoşalı

 

- Özünüzü "ƏN" şəkildə təqdim edin

- Ən çox sevdiyiniz ədəbi cərəyan?

Belə bir bölgüm, sıralamam yoxdur...

- Çağdaş ədəbiyyatımızda ən çox oxunan yazarlar kimdir ()?

Bu statistikaya vaqif deyiləm, cavabım yalnız ehtimal yükü daşıyardı...

- Gənc yazarlardan ən çox kimləri oxuyursunuz?

Mən oxumağa Addan daha çox Əsərin özü ilə başlayıram...

Olur ki, bir cümlə məni vadar edir oxumağa.

Əlbəttə, özümün mənsub olduğum DGTYB-nin üzvlərinin yaradıcılığına mümkün olduğu qədər daha çox diqqət göstərməyə çalışıram.

- Ən aparıcı qüvvə fikrinizcə kimlər olmalıdır - ədəbiyyatımız nəzərdə tutulur - (gənc, orta, yoxsa yaşlı nəsil)?

Gələcəyi olanlar!

- Ən çox bəyəndiyiniz əsəriniz?

Yazdıqlarımın hamısı mənə əzizdir - bəlkə... cırıb atdıqlarım belə... - İlla da, bir əsər göstərməliyiksə, hələlik, "Türk Dünyasında Ədəbiyyat... Ədəbiyyat(ımız)da Türk Dünyası..." adlı məruzəmi fərqləndirəlim... ANAR müəllimin "model məruzə" dediyi o məruzəni Yazıçıların XII Qurultayı qarşısında, "Türk Dünyasında Ədəbiyyat" adlı hesabat konfransında oxumuşdum...

- Ən az bəyənmədiyiniz əsəriniz (hansı əsərininzi yenidən işləmək istərdiniz)?

Bu barədə düşünməmişəm...

- Ən çox xoşladığınız peşə?

Yenə eyni cavabı təkrarlamalı olacam: Bu barədə düşünməmişəm...

- Ən çox bəyəndiyiniz insani özəllik?

Comərdlik!

- Ən çox bəyənmədiyiniz insani özəllik?

O şey ki, "insani özəllik"dir o necə ən "bəyənmədiyimiz kateqorisi"nə girə bilər?

- Ən çox sevdiyiniz yazıçı ya şair?

İsa Muğanna, Can Yücel.

- Ən çox hansı sosial şəbəkədən istifadə edirsiniz?

"Feysbuk".

- Ən çox sevdiyiniz geyim brendi?

Brend zövqüm sabit sayılmaz...

- Ən çox sevdiyiniz telefon markası?

"Nokia"

- Ən çox sevdininiz maşın markası?

Bugün etibarı ilə "Honda"...

- Ən yaxşı dostunuz kimdir?

Bu necə sualdır, a sağ olmuş?

- Ən sevimli idman növünüz?

Futbol.

- Ən çox hansı vacibdir: İş, sevgi yoxsa istirahət?

Bunlar bir bütövün parçalarıdır...

- Ən çox sevdiyiniz rəqəm üçün?

3. - "Niyə"si açıq qalsın...

- Ən çox sevdiyiniz rəssam?

Ən çox sevdiyim rəsm(lər) ola bilər... ancaq "ən çox sevdiyim" deyə nişan verəcəyim rəssamı bəlirləməmiş durumdayam...

- Ən çox sevdiyiniz kinofilim?

İdeoloji yüklərini önplanda tutmasaq, Sovet dövrü filimlərimizin böyük əksəriyyəti "Ən..." kateqorisinə layiqdir. Dünya kinosuna baxarsaq, gənəl olaraq, Maksimuslu "Qladiator"...

- Ən çox sevdiyiniz telekanal?

"Bu suala uyğun "Ən" cavabəm yoxdur...

Yenə, "National Geografi TV" ola bilər...

- Ən çox sevdiyiniz mahnı?

Mən "Kral orkestri"nə , Vivaldinin bəstələrinə , Pavarottiyə , Barış Mançonun əsrarlı mahnılarına da, Songül Qarlının oxuduğu türkülərə, şərqilərə , öz aşıqlarımızın şahanə ifasına (örnəyi, Aşıq İmranın "Əmimoğlu Ağbulağa gəlmədi"sinə, Mikayıl Azaflının "Gözlərim"inə, Aşıq Əkbər Cəfərovun "Ay Mirzə dayı"sına...) da - hər birinə özgü zövqlə qulaq, göz, ruh verə bilirəm... - Hərəsinin öz yeri var... ancaq sualınızın tələbi gərəyi, rəhmətlik Nəzakət Məmmədovanın ifasında... "Harda olsam gələrəm" deyək...

- Ən çox sevdiyiniz ədəbi janr?

Şeir.

- Ən çox sevdiyiniz Azərbaycanlı aktyor?

Xalq artisti Yusif Vəliyev.

- Ən çox sevdiyiniz teatr tamaşası?

"YUĞ"un, "Pantomim"in bəzi tamaşalarını fərqləndirmək olar. Teatr tamaşaları baxımından hələlik "Ən"im yoxdur...

- Ən xoşlamadığınız keyfiyyət (müasir qızlar oğlanlar nəzərdə tutulur)

Ədəbsizlik. Əlbəttə, bütün müasir gənclərimizə aid deyil.

- Ən çox xoşladığınız şeir parçası?

 

"...Qoca Azaflıyam, dilim var lalam,

Təbrizdə qardaşım, Sibirdə balam...

Elə bir dərd varmı çəkməmiş olam?! -

Bax, onlar ağartdı saçımı mənim..."

 

- Ən çox xoşladığınız atalar sözü?

"Haqq nazilər, üzülməz!"

-Ən çox həyatda ilə qarşılaşmısınız -məhəbbətlə, yoxsa nifrətlə?

Məhəbbət deyəlim...

-"ƏN" olmaq üçün etmək lazımdır.

Ədalətli olmaq, yaxşı düşünmək, comərd davranmaq...

- Sizin üçün "ƏN" rubrikasında ən maraqlı sual hansı oldu?

Birinci sual...

- Ən çox hansı sualın sizə verilməsini istərdiniz?

Kitabla, şəhərlə, futbolçu (ümumən idmançı) ilə, komanda ilə bağlı suallar ola bilərdi... Üstəlik, buradakı bəzi sualları verməmək də olardı, deyə düşünürəm...

 

Ədalət.-2015.-5 mart.-S.5.