"BARI NAXÇIVAN"

Bu məşhur mahnının bəstəkarı kimdir?

 

Hər dəfə bu mahnı səslənəndə düşünürəm ki, görəsən bu gözəl və məlahətli musiqinin müəllifi hansı bəstəkardır? Bəlkə çoxları bilmir ki, dillər əzbəri olan "Barı Naxçıvan" mahnısını hansı bəstəkar bəstələyib? Elə bu fikirlərə bir aydınlıq gətirmək üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, mahnının müəllifi tanınmış bəstəkar Məmməd Cavadovdur. O Məmməd Cavadov ki, böyük Üzeyir bəy Hacıbəylidən dərs alıb gözəl mahnıları ilə Azərbaycan musiqi tarixində öz izini qoyub.

Məmməd Kərim oğlu Cavadov 1912-ci ildə Qarabağın Qarabulaq (indiki Füzuli) şəhərində anadan olub. O, musiqi ilhamını ilk dəfə Azərbaycanın qədim gözəl şəhəri olan Şuşada alıb. Təbii ki, bundan sonra onun musiqi aləmində üzünə pəncərələr açılır. 1930-cu ildə Bakı Musiqi Texnikumunun nəfəsli alətlər şöbəsinə daxil olur. Məhz burda da ona xeyir-duanı böyük Üzeyir Hacıbəyli verir. Üzeyir bəydən musiqi nəzəriyyəsinin sirlərinə yiyələn gənc tələbə solfecio, hormoniya fənlərini dərindən mənimsəyir. O, musiqi texnikumunu əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Konservatoriyasına imtahansız qəbul olur. Bu təhsil ocağında Məmməd Cavadov, Hacı Xanməmmədov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Hökumə Nəcəfova başqaları ilə oxuyur. O, eyni zamanda Üzeyir Hacıbəylinin təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində Səid Rüstəmov, Hacı Xanməmmədov başqaları ilə işləməyə başlayır. Bülbül, Yavər Kələntərli, Həqiqət Rzayeva digər sənətkarlarla möhtəşəm konsertlər verirlər. Hətta 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti Ongünlüyündə Məmməd müəllim yaxından iştirak edir. Ümumiyyətlə, onun musiqi aləmində bəstəkarlıq dünyasında əvəzedilməz xidmətləri olub. Biz onları sadalasaq, gərək böyük bir siyahı alınsın. Onun fortepiano üçün "Pyesləri", "Sonatina", "Etüd" marşları çox böyük əks-səda doğurub. Əlbəttə, onun ən gözəl mahnılarından biri isə 1945-ci ildə Naxçıvanda çalışdığı zaman Hüseyn Əzimlinin sözlərinə "Naxçıvan" (sonradan bu mahnı "Barı Naxçıvan" adı ilə məşhurlaşıb) mahnısıdır.

Məmməd Cavadov onlarla tanınmış şairin şeirlərinə ölməz mahnılar yazıb. həmişə bu mahnılar zamanından məkanından asılı olmayaraq efirlərdə televiziya ekranlarında səslənib. Çox maraqlıdır ki, Məmməd Cavadov həm Naxçıvanda, həm Bakıda, həm digər yerlərdə müxtəlif vəzifələrdə çalışdığı zaman özünə əbədi bir iz qoyub. Çünki həmin məkanlarda o bir-birindən gözəl yaddaqalan mahnılara yeni həyat verib. Məmməd müəllim bir neçə musiqi məktəbinin yaradıcısı da olub. O, həm Füzulidə, həm Ağdamda musiqi məktəblərinin yaradılmasında fəaliyyətində əvəzsiz əziyyətlər çəkib. Təbii ki, onun bu əziyyətləri zəhməti həmişə qiymətləndirilib dəyərləndirilib.

Məcburi köçkünlük həyatı ona ağır anlar yaşadıb. Bir müddət Lənkəranda, sonra isə Bakı şəhərində məskunlaşıb. 2002-ci ilin dekabrın 10-da isə qarlı-çovğunlu bir qış günündə Məmməd Cavadov Allahın dərgahına qovuşur. Zarafat deyil, böyük bir ömür yaşadı bu ömürdə Məmməd Cavadov özünü əsl ziyalı, əsl bəstəkar əsl vətənpərvər bir insan kimi təsdiq etdi.

Bir neçə il bundan əvvəl Azərbaycan Bəstəkarlar İttifaqında məşhur bəstəkar Məmməd Cavadovun 100 illiyi qeyd edildi. Həmin tədbirdə ölkənin tanınmışları ziyalı insanlar hamısı Məmməd Cavadov haqqında xoş sözlər səsləndirdilər. Dedilər ki, Məmməd Cavadov o bəstəkarlardandır ki, ona Üzeyir bəy Hacıbəyli kimi, Niyazi kimi dahi sənətkarlar yüksək qiymət veriblər. Çünki Məmməd Cavadov özü böyük Üzeyir Hacıbəylinin əlindən su içmişdi onun tələbəsi olmuşdu. Təbii ki, onun tələbəsi belə möhtəşəm mahnılar sənət əsərləri yaratmalı idi.

Məmməd Cavadov çox gözəl ailə başçısı olub. Və onun ömrü bu gün balalarının, nəvələrinin ömründə yaşayır. Oğlu Azər Cavadov özümusiqiçidi və Məmməd Cavadovun ocağında onun çırağını yandırır. O çıraq ki, həmişə əbədi olacaq və həmişə ətrafa nur, işıq saçacaq.

 

Ədalət.-2015.-5  mart.-S.6.