Ömrün əlli
aşırımı...
Az qala dünənə kimi "gənc şair" dediyimiz Balayar Sadiq 50 yaşına gəlib çatdı. Bu, 90-cı illərdə ədəbiyyata gələnlərin "ekvator xəttinə" yaxınlaşdığını bildirən birinci addımdır ki, o sərhəddi də ilkin olaraq Balayar Sadiq keçir.
Tərcümeyi-halı çox sadə, lap qısadır. Lerikdə, Küsəkəran kəndində, ziyalı ailəsində anadan olub. Lənkəranda Pedoqoji texnikumu bitirib və neçə il Lerik və Lənkəran kəndlərində müəllimlik edib. Sonra Azərbaycan Milli Ordusunda xidmət edib. BDU-nun jurnalistika fakültəsində qiyabi təhsil alıb. Bədii yaradıcılığa isə 90-cı illərdən başlayıb. Şeirləri, poemaları müntəzəm olaraq "Azərbaycan"da, "Ulduz"da, "Ədəbiyyat qəzeti"ndə və digər dərgilərdə çap olunur. Şeir kitablarının sayı da ürəyincədir. Təbii ki, Yazıçılar Birliyinin də üzvüdür.
Vəssalam! Rəsmi tərcümeyi-hal buradaca bitdi.
Şeir
yazmağa orta məktəb illərindən
başlayan, amma bir şair kimi
keçən əsrin
doxsanıncı illərindən
tanınan, XXI əsrin
bu on beş
ilində isə ədəbi ictimaiyyətin
diqqətini cəlb edən Balayar Sadiq artıq öz yaradıcılığının
yetkin mərhələsinə
qədəm qoyur.
Əlli yaşa gəlib çatan Balayar Sadiq necə şairdir, nədən yazır, necə yazır, öz oxucu auditoriyası varmı? Şeirlərində, poemalarında hansı
problemlərdən söz
açır, bir şair kimi hansı özəllikləri
var? Əlbəttə, bu suallar istənilən şairə
ünvanlana bilər.
Heç kim,
o cümlədən, Balayar
Sadiq də inciməməlidir. Çünki bu gün çox
şairin içində
"mən dahiyəm!"
kəlməsi dolaşır
və bəzən o şairlər bunu heç gizlətmirlər
də. Amma Balayar Sadiq çox təvazökar, şeirini yazıb oxucuların rəyini gözləyən bir şairdir.
Şairi təbii ki, şeirlərindən tanıyarlar. Onun hansı
ədəbi zövqə
malik olduğunu, şeirin hansı vəznində daha çox üstün olduğunu, həyata, insanlara, bu dünyanın
gözəlliklərinə və qeyli-qalına, ətrafında cərəyan
edən hadisələrə
münasibətini şeirləri
deyər. Balayar Sadiqin
də şeir aləmini şeirləri bəlirləyir. Onda
gəlin, onun bir gəraylısına müraciət edək:
Dərd
ağacı çiçəkləyib,
Elə bilmə,
yazdı, canım.
Göz yaşımda üzənlərə
Ümmanlar dayazdı, canım.
Bayquş
qonub gülüm üstə,
Qəm alışır
külüm üstə.
Necə
ölüm, ölüm
üstə
Yaman basabasdı,
canım.
Ah çəkmə, ahsız
dünyada,
Gəl bir yer sər, gözüm
yata.
Sən
Allah, kəs, ağlatma
ta
Ömrümü su basdı, canım.
Gəraylı bir şeir forması
kimi zərif və incədir, böyük "qardaşı"
qoşmadan şəkil
etibarilə fərqlənmir
(qafiyə sistemi, bəndlərin quruluşu,
sonda təxəllüsün
işlənməsi, mövzu
baxımından), amma
ən kövrək, ən incə mətləbləri məncə,
gəraylıda söyləmək
olur. Deyirlər ki, qoşmanı
şair bütün ömrü boyu yazır, təcnisi ən yetkin, əqilli çağlarında,
gəraylını isə
daha çox gəncliyində, bir də gəncliyi ilə vidalaşanda qələmə alır.
Balayar Sadiq "Ömrün gəraylı çağları"
kitabına daxil etdiyi gəraylıları
otuz-qırx yaşları
arasında yazıb.
İndi isə Balayarın başqa bir gəraylısına müraciət
edək.
Fələk açdı qapımızı,
Qaragünlü qış üzünə.
Ömrümüzün-günümüzün,
Düşübdü qırış üzünə.
Ömür axdı, qaldı
köpük,
Qırpılırıq kirpik-kirpik.
Biləmmərik nəyik, kimik,
Həsrətik yaddaş üzünə.
Gözlərimiz kədər gölü,
Sahilində bəxt mürgülü.
İllər əriyib tökülür,
Səbrimizin daş üzünə.
Balayar Sadiqin bu gəraylısında isə ovqat, ruh yenidir. Birinci misrada
"fələk" sözü
olsa da, məzmun etibarilə bu dövrün, bu çağların əhval-ruhiyyəsini ifadə
edir.
Balayar Sadiqin şeirlərində təşbihlər,
metaforalar silsiləsi göz oxşayır. Bu onun bədii təxəyyülünün çevikliyindən,
mütəhərrikliyindən xəbər verir. Özü də bu təşbih
və metaforaların əksəriyyəti təzədir.
Gəlin diqqət edək: "Qəbrimin bir ömür uzaqlığında Ümid
qana batmış bayraq kimidir. Əcəl şahə qalxıb kişnəyən yerdə,
Cəsarət bir paslı yaraq kimidir". Bu dörd misrada iki təşbih var və hər
ikisi fikrin ifadəsi üçün
yararlıdır. Qana batmış
bayraqla pas atmış
yaraq arasında da məntiqi əlaqə diqqəti cəlb edib. Balayarın şeirlərində soyuq yataq nakam qəbirə,
yuxular ac sərçəyə
bənzədilir. Belə təşbihlər
bol-boldur.
Balayar Sadiq həm də modern şeirlər yazır. Qoşmadan, gəraylıdan
modern şeirə "sıçramaq"
o qədər də asan deyil, çox
vaxt bu "keçid" uğursuzluqla
nəticələnir. Amma Balayar artıq bu tipli şeirlərdə
də sınaqdan yaxşı çıxıb.
Azadlıq
gözəl qadındır.
Hamı
onu sevər,
o isə
könül verməz
heç kimə...
Ürəyinin qapısında
duran adamların üzündə
yalan çiçəkləyib.
Bizim kəndin kişiləri
hər gecə
öz azadlığını
qucaqlayıb yatır.
Azadlıq ətri gəlir
kəndimizin gecələrindən.
"Təcavüzün rəsmi" adlanan bu şeirdə gördüyünüz kimi,
azadlıq məfhumuna
tamam fərqli bir yanaşma var. Bu şeir assosiativ şeirdir. Şeirdə bir-birilə əlaqəsi
olmayan iki məfhum-Azadlıq və Qadın məfhumları arasında assosiasiya aparılır. Və nəticədə
sintez yaranır-Azadlıq
da gözəl qadın kimidir. Şeirin bundan sonrakı iki bəndində bənzətmələr
silsiləsi gəlir: dövlətlər işğal
olunmuş gözəllikdir...
Bayraqlar təcavüzə uğramış
gözəlliyin səssiz
harayı. Səmanın
üzündəki cırmaq
izləri himn misralarıdır... Və
nəhayət, son-yekunlaşdırıcı
misralar: Belə deyilsə, bəs Azadlıq sözünə
qonmuş göyərçinləri
kim uçurtdu?!
İlk baxışda şeirin birinci yarısı ilə ikinci yarısı arasında məntiqi əlaqə olmadığı nəzərə
çarpır. Və oxucu
deyə bilər ki, Azadlıq və Qadın məfhumları arasında
assosiativ bağlılıq
elə burada tamamlanır, əlavə
"yeri gəlmişkən"ə
ehtiyac var idimi? Təbii ki, yox idi. Amma modernist şeirin mahiyyətinə az-çox
bələd olanlar bilir ki, bu
tipli şeirlərdə
əvvəldən axıradək
müəyyən bir sistem yoxdur.
Balayarın modern tipli şeirlərində bənzətmə və metaforalar silsiləsi diqqəti xüsusilə cəlb edir. Bu bənzətmə və metaforaların əksəriyyəti təzədir, orijinaldır. Bəziləri şeirdə fikrin poetik ifadə tərzinə xidmət edir, bəzilərisə sanki göydən asılı qalır, missiyasını yerinə yetirə bilmir, ya da yarımçıq yetirir. Fikrimcə, Balayarın bu axtarışları söz oyunbazlığına yox, sözün mətndə poetik ehyasına kömək edir. Ancaq son dərəcə diqqətli olmaq tələb olunur. Mən onun Əli Kərimin unudulmaz xatirəsinə həsr etdiyi poemadan bəzi yerinə düşən, fikrin poetik ifadəsini, sanbalını qüvvətləndirən misallar gətirmək istəyirəm: Sözün infarkt günüydü. Əli Kərimin son anlarını təsvir etmək üçün bundan yaxşı ifadə ola bilərdimi? Gecənin qara gözləri üşüyürdü pəncərədə hıçqıran lampa işığında. Gözəl tapıntıdır!
Uzaqlarda bir nar ağacının
gülöyşə yuxusu
38 yerdən çatladı.
O gün 38 yaşın köynəyi
dar gəldi
Əli Kərimin əyninə.
Ağrıya-ağrıya
son dəfə içindəki ağrıya
dirsəkləndi Əli Kərim.
Göyçayda
nar ağaclarının
alov-alov çiçəkləri,
Əli Kərimin ölümünə
üsyan bayrağı qaldırmışdı.
Sonet formasının poeziyamızda görünməsindən bir əsr keçir. Amma şairlərimiz bu formada müəyyən uğurlar əldə etsələr də, ona nisbətən az müraciət olunur. Çox çətindir sonet yazmaq, amma sonetlər çələngi də yaratmaq ondan çətin. Deyərdim ki, Balayar Sadiq bu çətinliyi aradan qaldıra bilir.
Bu, yazını qətiyyən
yubiley məqaləsi adlandırmayın. Mən
sadəcə olaraq ömrünü
Sözə həsr edən, bu yolda özünü təsdiq
etməyə çalışan bir
şairdən söz açdım...
Ədalət.-2015.-4 mart.-S.6.