BURA QOBUSTANDIR, VƏTƏNDİR BURA...

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

"...Qobustanın çox qədim tarixi vardır. Bizim bütün bu tarixi keçmişimiz milli dəyərlərimiz lazımi səviyyədə qorunur bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır. İnsanların yaşaması işləməsi üçün bütün imkanlar vardır. İş yerləri açılır, məktəblər, xəstəxanalar, idman qurğuları tikilir, yollar, su kəməri çəkilir".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

İndi necə, dönüb baxmadan

keçə bilərsənmi bu yerlərdən?

 

Bəzən keçmiş illəri, günləri xatırlayıb bu günün reallıqları ilə müqayisələr aparanda heyrət etməyə bilmirsən. Elə məsələlər var ki, insanı hətta inanılmazlıq düşüncəsinədək çəkib aparır. Bütövlükdə respublikamızın yüksəlişi, dünya ölkələri sırasında mötəbər yer tutması təbii sevinc doğurur, hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Bütün bunlar dövlətimizin, onun rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasətin nəticələridir. Azərbaycan Respublikasının Prezidenti bu istiqamətdə daha effektiv işlər görülməsinin vacibliyini vurğulayarkən məhz ölkəmizin parlaq gələcəyini nəzərdə tutaraq hər birimizdə böyük ruh yüksəkliyi yaradır.

Bəli, bütün bunlar bir gerçəklikdir, qazanılan uğurların təntənəsidir. bu məqamda bayaq söylədiyimiz fikrə qayıtmaq zərurəti - ötənləri xatırlayıb müqayisələr aparmaq, mövcud nailiyyətlərlə yanaşı, az qala bir zövq məsələsinə çevrilir. Bunlardan tək bir faktı da göstərmək bəs edər həmin düşüncə, xatırlama ekskurslarına.

Budur, qarşımızda keçmişi çox primitiv bəsit görkəmi ilə xoşagəlməz hislərlə xatırlanan gözəl müasir rayon görünür. Bura Qobustandır! Kəndləri, rayon mərkəzi ilə qurulan, ucalan, inkişaf edən qədim Qobustan!

 

Prezident qayğısının sevincini,

qürurunu paylaşmaq

 

Bəlkə respublikanın heç bir bölgəsində rayon mərkəzinə bu dərəcədə müdaxilə olunmayıb. Qobustan şəhəri son illər hamının gözü qarşısında sanki tamam sökülərək yenidən tikilmiş, göz oxşayan bir məkana çevrilmişdir. Bir-birindən gözəl binalar, səliqəli küçə meydanlar, istirahət mərkəzləri, digər yeniliklər bu kiçik dağ rayonunu özünün sosial-iqtisadi inkişafı müasirliyi ilə xüsusi diqqət mərkəzinə yönəltmişdir. Təcrübəli dövlət məmuru olan icra başçısı Adil Məmmədov bütün Qobustan əhalisinin fikrini bildirərək deyir: "Belə bir qayğı diqqətə, mən deyərdim xüsusi diqqətə görə biz möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq. Məhz dövlətimizin qayğısı, cənab Prezidentimizin xüsusi sərəncam göstərişlərinin nəticəsi olaraq Qobustan rayonu indiki müasir görkəmini qazanmış, eyni zamanda sürətli inkişafa nail olmuşdur..."

Burada mən yazar olmaqla yanaşı, bir ölkə vətəndaşı kimi Prezidentimizin bir çox məqamlarda vətəndaşlarına xüsusi alicənablıqla yanaşmasını xatırlayıb qürur hissi keçirirəm. Ölkənin şimal-qərb bölgəsində baş verən məlum zəlzələnin acılarını tez bir zamanda unutdurmağı bacaran daim xalqı ilə bir olan güclü rəhbərdir bizim Prezidentimiz. bu mənada onun Qobustan kimi bir zamanlar sanki unudulmuş bir rayonu müasir görkəmli məkana çevirməsi məntiqi nəticədir. Cənab Prezidentin bu rayona etdiyi çoxlu səfərlərini xatırlayaq...

Qobustan rayonunun bütün sakinləri bu məsələləri həmişə fəxrlə, qürurla xatırlayırlar.

Uğurlu illərin davamlı olsun

 

2014-cü ilin yekunları qarşıda duran vəzifələrə həsr olunmuş iclasda rayonun sosial-iqtisadi inkişafını təmin edən bir çox məsələlər təhlil edildi. Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov məruzə ilə çıxışında bütün bunların dövlət qayğısı tapşırılan işlərə məsuliyyətlə yanaşmanın nəticəsi olduğunu vurğulayaraq dedi:

- Hesabat dövründə 2013-cü illə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 4,1 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,7 faiz, orta aylıq əmək haqqı isə 4,9 faiz artmışdır. Əhalinin pul gəlirləri 2013-cü illə müqayisədə 0,5 faiz artaraq 68 milyon 729 min 500 manat təşkil etmişdir. 2003-cü ildən 2015-ci ilədək 3316-sı daimi olmaqla, 15 min 851 yeni yeri açılmışdır. 2014-cü ildə rayonda 2246 yeni yeri yaradılmışdır ki, bunlardan 246-sı daimi yerləridir. Rayonumuzda tikinti, quruculuq abadlıq işləri müvəffəqiyyətlə davam etdirilir. Hesabat dövründə Qobustan şəhərində Telekommunikasiya Qovşağı Poçtampt binaları, Cəmcəmli kəndində yeni Elektron Avtomat Telefon Stansiyası, Yekəxana kəndində isə poçt binası tikilib istifadəyə verilmişdir. Ərəbşalbaş kəndində yerli sahibkar tərəfindən şadlıq evinin tikintisi davam etdirilir. Daxili imkanlar hesabına Şıxzahırlı kəndində ərazi nümayəndəliyi üçün inzibati bina tikilib istifadəyə verilmiş, Ərəbşalbaş kəndində isə nümayəndəliyin binasında son tamamlama işləri aparılır. Qobustan şəhərinin girişində şəhər göstəricisi tamamlanmışdır. Qobustan şəhərində penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin Kənd Təsərrüfatı Nazirliyinin ərazi idarəsi üçün inzibati binaların tikintisi davam etdirilir. Heydər Əliyev Prospektində, Bakı-Şamaxı yolunun şəhər ərazisindən keçən hissəsində abadlıq işləri aparılmışdır. Sahibkarlar tərəfindən Qobustan şəhərində 2 kafe 2 ticarət mərkəzi istifadəyə verilmişdir.

2014-cü ildə rayon üzrə yerli büdcə gəlirləri 2 milyon 500 min manat planlaşdırılmış, 2 milyon 511 min 858 manat yığım olmaqla 100,47 faiz icra edilmişdir. Yerli gəlir xərcləri tənzimləmək üçün nəzərdə tutulan vəsaitin ayrılması 2014-cü ildə 100 faiz təmin edilmişdir.

Rayonumuzda sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir. 2003-2014-cü illərdə rayon üzrə Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə ümumilikdə 261 sahibkara 4,3 milyon manat kredit verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 11,2 milyon manat subsidiya verilmişdir.

2014-cü ildə 106 sahibkara 1,1 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir. Bu kreditlər hesabına 500-dən çox, o cümlədən 2014-cü ildə 126 yeni yerinin yaradılması imkanı yaranmışdır.

Kəndlərdə keçirilən səyyar görüşlərdə, ayrı-ayrı qəbullarda vətəndaşlarımızı narahat edən əsas məsələlərdən biri toxumla təminatın olmaması idi. Yuxarı təşkilatlarla apardığımız çoxsaylı danışıqlar nəticəsində çox düzgün qərar qəbul edilmişdir. Rayonumuza "Azər Toxum" MMC tərəfindən yüksək keyfiyyətli kifayət qədər toxum ayrılmışdır. Bu toxumun dəyərinin dövlət tərəfindən ödənilməsi isə rayon əhalisini daha da sevindirmiş, onların çoxsaylı müraciətlərində möhtərəm Prezidentimizə dərin minnətdarlıq ifadə edilmişdir. Elə bu köməklik nəticəsində 2015-ci ilin məhsulu üçün 22 min 529 ha sahədə şum çıxardılmış, bundan 21 min 958 ha sahədə payızlıq taxıl əkilmişdir.

Kənd təsərrüfatının digər sahələrində müəyyən nailiyyətlər əldə edilmişdir: 5509 ton diri çəkidə ət, 17 min 601 ton süd istehsal edilmişdir ki, bu da müvafiq dövrdən 2,2 faiz 1,8 faiz çoxdur. Eyni zamanda yumurta istehsalı 3,0 faiz, yun istehsalı isə 1,0 faiz artmışdır. İribuynuzlu mal-qaranın sayı da 0,2 faiz artaraq 29 min 430 başa, qoyun keçilərin baş sayı 0,4 faiz artaraq 187 min 543 başa çatmışdır. 2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq motor yağlarına görə 4314 nəfər istehsalçıya 1 milyon 168 min 72 manat vəsait verilmiş 2887 nəfər buğda istehsalçısına 606 min 650 manat vəsait verilməsi nəzərdə tutulmuş, I II reproduksiyalı toxum satdığına görə 10 nəfər toxumçuya 61581 manat vəsait verilmişdir.

 

Əhalinin sosial müdafiəsi

diqqət mərkəzindədir

 

2014-cü ildə orta aylıq pensiya 155,44 qəpik təşkil etmişdir ki, bu da 2013-cü illə müqayisədə 0,9 faiz çoxdur. Bütün pensiya müavinətlər 2014-cü ilin dekabr ayının 23-dək tam şəkildə ödənilmiş, gecikmə hallarına yol verilməmişdir.

2014-cü ildə 520 nəfər ailəyə (2462 nəfər ailə üzvü olmaqla) Ünvanlı Dövlət Sosial Yardımı verilmişdir ki, bu da 2013-cü illə müqayisədə 86 ailə çoxdur.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-12 mart.-S.7.