SƏN PARLAYAN BİR ULDUZSAN, GÖZƏL MASALLI...

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"...Masallıda son illər ərzində böyük işlər görülmüşdür. Bu gün bu işlər davam etdirilir. Xüsusilə, rayonun infrastrukturu ilə bağlı layihələr uğurla icra edilir. Yol tikintisi sürətlə gedir, kənd yolları tikilir. Masallıda 100-dən çox kənd vardır. Çox vacib layihədir. Çünki kənd yolu kənddə yaşayan insanlar üçün əsas məsələdir.

Rayonlar bir-birindən fərqlənir. Elə rayon var ki, orada əhalinin əksəriyyəti rayon mərkəzində, şəhərdə yaşayır. Masallıda isə əksəriyyət kəndlərdə yaşayır. Belə olan halda biz şəhəri su ilə təmin edəcəyik".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

şirin sözdür - müstəqillik!

 

Müstəqilliyini əldə edib öz inkişaf yolunu quran doğma respublikamız ikiqat sevinc yaşamışdı o dövrün başlanğıcında. Bilməyənlər unudanlar üçün indi adi görünə biləsi həmin sevincin bir səbəbi , cənub bölgəsindən kənarda yaşayan vətəndaşlarımızın üzərindən sərhədyanı rayonlara sərbəst gedib-gəlmək icazəsinin əbədi olaraq götürülməsi idi.

Özündə SSRİ-nin pasportunu gəzdirən Azərbaycan eyni zamanda SSRİ vətəndaşı olan bakılı, qubalı, göyçaylı, ağdamlı, gəncəli, balakənli, salyanlı, tovuzlu... müvafiq orqanların rəsmi icazəsi olmadan Bəhramtəpədən bircə addım o tərəfə keçə bilməzdi. Türkmənçay müqaviləsindən başlayan bu təhqiramiz rəftar sovet dövründə özünün pik nöqtəsinə çatmışdı.

Guya biz SSRİ adlı böyük bir ölkənin bərabərhüquqlu vətəndaşları idik. Azərbaycan vətəndaşı bu nəhəng ölkənin hər yerinə, xarici ölkələrin sərhədlərinə kimi gedə bilərdi. Ancaq öz torpağında Masallıya, Lənkərana, Astaraya, Lerikə, Yardımlıya... "ayaq basmaq" üçün DİN-dən yazılı, möhürlü səbəbli (?) icazə almalı idi...

Bu uzun bir söhbətdir, bilirsiniz. Sadəcə Vətənimin bu dilbər guşəsindən söz düşəndə bir millət olaraq çar Rusiyası ilə İran şahlığının uzun müddət əsarətində olduğumuz aşağılayıcı dövrü xatırlamadan keçə bilmirəm. "Gülüstan" poemasının da əbədi yanğısı bir tərəfdən...

olsun ki, indi nəinki Lənkərana, Astaraya, hətta Təbrizə rahat gedib-gələ bilirik. Ancaq...

 

Möhtərəm sevimli Prezidentə sonsuz

minnətdarlıq

 

...Cənub bölgəmiz müstəqil Azərbaycanımızın incisidir, gözəllik əzəmət tacıdır. Burada respublikanın ən böyük rayonlarından biri olan Masallının da özünəməxsus sambalı, necə deyərlər, yüksək "karat"lı qiyməti var. Bu dəyər, bu qiymət Masallının zəhmətkeş vətənsevər insanları, bərəkətli torpaqları, bənzərsiz təbiət gözəllikləridir. Bütün bunları birlikdə düşünəndə Vətən torpağı gerçəkdən bir inci kimi görünür. Necə ki, bu gün Masallıya qədəm basıb onun inkişafını, yüksəlişini, gözəlliyini görüb heyran qalmaya bilmirsən, necə ki, bu gün Vətənin bu dilbər guşəsi özünün ən şirin dövranını qurur. Masallı son illər həqiqətən boy atan gözəl şəhəri, abad qəsəbə kəndləri ilə hamımıza sevinc bəxş edir. Vətənə, dövlətə sədaqətli olan hər bir Masallı sakini bütün bunlar üçün, bu misilsiz yüksəliş tərəqqi üçün möhtərəm Prezidentə daim minnətdarlıq edirlər. Təbii rəğbətin, sevginin dəyəri ölçüyəgəlməz olur. Masallı sakinləri ölkə rəhbərliyinin qayğı diqqətini beləcə qürurla dilə gətirir, vətənin gələcəyi üçün daha böyük fədəkarlıq nümunəsi göstərirlər.

Daim camaatı ilə bir yerdə olan, həyata keçirilən bütün tədbirlərin başlanğıcında ağsaqqallarla, ziyalılarla görüşüb məsləhətləşən icra başçısı Rafil Hüseynovun da fədakar fəaliyyəti nüfuzu təbiidir. O, ölkə rəhbərinin tələb etdiyi kimi yüksək idaəetmə qabiliyyətinə malik olan ziyalı bir dövlət məmurudur. İndiyədək bir çox mühüm vəzifələrdə çalışan Rafil Hüseynovun ən azı üç ali təhsilinin olması da bu baxımdan müəyyən məna daşıyır. Masallı kimi yaxşı mənada muhafizkar bir bölgədə əksəriyyətin rəğbətini qazana bilmək isə göstərilən yüksək eimadı doğrultmaq dövlətçiliyə sədaqət nümunəsidir. Məsul vəzifələrdə çalışan belə şəxslər, təbii olaraq, xalqın rəhbərliyin etimadını doğrulda bilirlər.

 

Masallıda

yalnız inkişafdan söhbət gedir

 

Bu gün Masallıda yalnız inkişafdan söhbət gedir. Bəzi nöqsan çatışmazlıqların da aradan qaldırılması cəhdləri elə bu inkişafın dinamik göstəriciləridir. Rayon rəhbərliyi quruculuq idaəetmə məsələlərin tam aşkarlıq prinsiplərinə üstünlük verir. Şəhərdə, qəsəbə kəndlərdə keçirilən görüşlər, qəbullar əhali ilə təmasların ən şəffaf bir məktəbinə çevrilir, işgüzar mühiti daha dolğun formalaşdırır. Rayonda keçirilən hesabat yığıncağında da bu vacib məsələlərə geniş yer verilmiş, əhəmiyyəti vurğulanmışdır.

Hesabat yığıncağını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları 2015-ci ildə qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir.

Natiq məruzədə qeyd etmişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat fəaliyyəti doğma xalqa torpağa məhəbbət sədaqət meyarı olmuşdur. Ümummilli lider Heydər Əliyev "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır" fikirləri ilə xalqına, Vətəninə necə bağlı olduğunu bəyan etmişdir.

Ümummilli liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli varisi - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Ölkə rəhbərinin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişə səbəb olub. Uğurlu siyasət, bütün sahələrdə qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq imicini daha da gücləndirib. Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlət kimi tanınır onun iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsi mümkün deyildir.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-14 mart.-S.4.