SƏN PARLAYAN BİR ULDUZSAN,
GÖZƏL MASALLI...
layihənin istiqaməti:
Regionların sosial-iqtisadi
inkişafının təşviq
edilməsi
"...Kənd təsərrüfatının,
turizmin inkişafı
üçün Masallının
potensialı böyükdür.
Burada sənaye müəssisələri, iş yerləri
yaradılır. Bu işlərə gələcəkdə
daha da böyük
təkan veriləcəkdir.
Çünki hələ görüləsi
işlər çoxdur".
Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev
(əvvəli ötən sayımızda)
Quruculuq
işlərində
yeni istiqamətlər
R.Hüseynov ölkə miqyaslı
qazanılan mühüm
uğurlar barədə
məlumat verdikdən
sonra demişdir:
-
2014-cü il respublikanın hər yerində olduğu kimi rayonumuzda da bütün istiqamətlərdə uğurlu
il kimi yadda
qalmışdır. Rayonun inkişaf
proqramında nəzərdə
tutulmuş bir sıra sosial-mədəni
obyektlərin tikintisi davam etdirilir. Belə ki, ümumi uzunluğu 2 kilometr olan Masallı-Ərkivan yolunda yeni səkilərin,
müasir işıqlandırma
sistemlərinin qurulması
başa çatdırılmış
və yaşıllıq
zolağı salınmışdır.
Bundan əlavə şəhərin
Səməd Vurğun,
Füzuli, Səfəralı
Məmmədov və Dadva küçələrində
geniş abadlıq və quruculuq işləri aparılmışdır.
Ümumilikdə son üç ildə 11 yeni məktəb binası tikilmiş, 3 məktəb isə əsaslı təmir olunmuşdur. Həmçinin 5 bağça binası
əsaslı təmir
olunmuş, bir bağçanın tikintisi
başa çatdırılmış,
bir bağça binasının tikintisi davam etdirilir. Ötən ildə isə 4 yeni məktəb binası istifadəyə verilmişdir. Bunlardan
1200 şagird yerlik şəhər 1 saylı,
640 şagird yerlik Böyük Kolatan, 840 şagird yerlik Bədəlan kənd tam orta məktəbləri əsaslı təmir olunmuş, 220 şagird yerlik Mahmudavar kənd ümumi orta məktəbi isə yenidən tikilmişdir. Hazırda 4 yeni məktəbin - 180 şagird yerlik Şatıroba, 140 şagird
yerlik Dəlləkoba,
140 şagird yerlik Çayqıraq və 120 şagird yerlik Köhnə Zuvand kənd məktəblərinin
tikintisi davam etdirilir. Heydər Əliyev Fondunun
təşəbbüsü ilə tikilən 100 yerlik Masallı şəhər 5 saylı
və Kolatan kənd uşaq bağçaları istifadəyə
hazır vəziyyətə
gətirilmişdir. Bu iki yeni uşaq
bağçasının açılması
ilə bağlı razılıq əldə olunmuş və yaxın günlərdə
fəaliyyətə başlaması
nəzərdə tutulur.
Bununla da Masallı rayon ərazisində fəaliyyət
göstərən bağçaların
sayı 16-dan 18-ə çatdırılacaq.
Binası qəzalı vəziyyətdə
olan 60 yerlik Masallı şəhər
2 saylı uşaq bağçası üçün
yeni binanın tikintisi davam etdirilir. Eyni zamanda 100 yerlik
Bədəlan kənd
uşaq bağçası
əsaslı təmir
olunaraq istifadəyə
verilmişdir.
Hesabat ilində
bir çox sosial obyektlərin tikintisinə başlanmışdır. Belə
ki, son üç il ərzində
ümumilikdə 9 həkim
məntəqəsi tikilmiş,
3 xəstəxananın əsaslı
təmirinə başlanmışdır.
O cümlədən ötən
il Kalinovka
kənd və Boradigah qəsəbə sahə xəstəxanalarının
əsaslı təmiri,
müxtəlif ərazilərdə
5 həkim məntəqəsinin
tikintisi başa çatdırılmışdır. Hazırda
rayon mərkəzi xəstəxanasının
əsaslı təmiri
və Qarğalıq kənd həkim məntəqəsinin tikintisi
davam etdirilir. Yaxın günlərdə Yolağac,
Hacıtəpə, Əhmədli,
Gəyəçöl, Məmmədoba
və Ərəb kəndlərində həkim
məntəqələrinin tikintisinə başlanılacaq.
Son illər Masallı
mədəniyyət obyektlərində
əsaslı yenidənqurma
və tikinti işləri aparılmışdır. Masallı şəhər
Mədəniyyət evi
əsaslı təmir
olunmuş, Heydər Əliyev Mərkəzi isə yenidən tikilmişdir. Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
ilə ayrılmış
vəsait hesabına Masallı Tarix-Diyarşünaslıq
Muzeyinin və uşaq incəsənət
məktəbinin tikintisinə
başlanılmış və
yaxın vaxtlarda istifadəyə verilməsi
nəzərdə tutulur.
2014-cü ildə Masallı
şəhərində böyük
bir layihə - Viləş park-bulvar kompleksinin tikintisinə
start verilmiş və
çay yatağının
beton məcraya salınması işlərinə
başlanılmışdır. İlkin uzunluğu
750 p/m olması nəzərdə
tutulan bu layihənin başa çatdırılması Masallı
şəhərinə xüsusi
gözəllik verəcək.
Burada müxtəlif istirahət
mərkəzləri, idman
meydançalarının tikintisi
planlaşdırılır.
Hesabat ilində
rayonda ümumi sahəsi 11.000 kvadratmetr olan bayraq meydanının
tikintisinə başlanılmışdır. Meydanın
ətrafına ümumi
uzunluğu 280 p/m və
hündürlüyü 0,7
metr olan hasar çəkilmiş və 64 metr hündürlükdə bayraq
dirəyi quraşdırılmışdır.
Hazırda bayraq meydanında
tikinti işləri davam etdirilir.
Bununla bərabər
"ASAN xidmət" Mərkəzinin,
Kənd Təsərrüfatı
Nazirliyi Masallı
rayon inzibati-laboratoriyası üçün binanın,
Masallı rayonlararası
Mühafizə bölməsi
üçün inzibati
binanın tikintisinə
başlanılmış və
2015-ci ildə istifadəyə
verilməsi nəzərdə
tutulmuşdur. Eyni zamanda 2015-ci ildə
Masallı rayon Məhkəməsi
üçün yeni binanın tikintisi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin müvafiq sərəncamları ilə
son üç ildə
Masallı rayonunda ümumilikdə uzunluğu
47,5 kilometr olan asfalt yolların, o cümlədən 24 kilometrlik
Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan,
Musakücə-Lürən və Qodman-Qəriblər
yolunun əsaslı təmiri başa çatdırılmışdır. Habelə 6 yaşayış
məntəqəsini birləşdirən
ümumi uzunluğu 14
kilometr olan Kolatan-Sığdaş və
6 yaşayış məntəqəsini
birləşdirən ümumi
uzunluğu 4 kilometr olan Bambaşı-Yeyənkənd
yolunun çəkilişi
tamamlanmışdır.
İstifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz
təsirini göstərmişdir.
2014-cü ildə rayon məşğulluq
mərkəzində qeydiyyata
alınan 185 nəfərdən
118 nəfəri idarə
və müəssisələrdə
münasib işlə
təmin edilmişdir ki, onlardan 56 nəfəri qadındır.
Regionlarda inkişafa hesablanan proqramların nəticəsi
göstərir ki, son illər ölkənin makroiqtisadi göstəricilərində
paytaxdan kənarda yerləşən şəhərlərin,
rayonların xüsusi
çəkisi əhəmiyyətli
dərəcədə yüksəlməyə
başlayıb. Bunun əsas səbəblərindən
biri də həyata keçirilən
tədbirlərin istənilən
səviyyədə səmərə
verməsi üçün
əvvəlcədən daha
effektiv mexanizmlərin
müəyyən edilməsidir...
Rəqəmlərdə əks olunan nailiyyətlər
Ötən il rayon üzrə
məhsul istehsalı və göstərilən
xidmətlərin həcmi
2013-cü illə müqayisədə
2,8 % artaraq 456,4 milyon manata çatmışdır.
Hesabat dövründə
adambaşına düşən
pul gəliri 2122 manat, bir işçiyə
hesablanmış orta aylıq əməkhaqqı
271,3 manat olmuşdur. Bu dövrdə
sənaye məhsulunun
həcmi 1,3 %, kənd təsərrüfatı
məhsullarının həcmi
0,4 %, əhaliyə göstərilən
xidmətlərin həcmi
2,2 %, orta aylıq əməkhaqqı 3,8 % artmışdır.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
ədalət.-2015.-17 mart.-S.7.