SƏN PARLAYAN BİR
ULDUZSAN, GÖZƏL MASALLI...
Layihənin istiqaməti: Regionların
sosial-iqtisadi inkişafının
təşviq edilməsi
"...Əlbəttə
ki, rayonun sosial-iqtisadi inkişafı
ilə bağlı tədbirlər görülür,
vaxtaşırı Prezidentin
ehtiyat fondundan vəsait ayrılır, dövlət investisiya proqramında məsələlər
öz həllini tapır. Növbəti illər üçün
Masallıda bu günə qədər həll edilməyən məsələlər də
öz həllini tapacaqdır".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən saylarımızda)
Qeyri-neft
sektorunun inkişafına
göstərilən diqqət
və qayğının
nəticəsidir ki, Masallı rayonuna qoyulan investisiyaların həcmi son 10 ildə 13,3 % artaraq 35,8 milyon manatı keçmişdir.
2014-cü
ildə rayon büdcəsinin
gəlirləri 285,32 milyon manata qarşı
286,82 milyon manat və ya 100,5 % icra olunmuşdur.
Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Buna uyğun olaraq rayonda sahibkarlığın
inkişafına daim diqqət və qayğı göstərilir.
Sahibkarlığa mane olan lüzumsuz
müdaxilələrin qarşısı
alınır və yeni biznes layihələrinin
həyata keçirilməsində
onlara yaxından kömək göstərilir.
Hesabat ilində Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 230 sahibkara
ümumilikdə 16,9 milyon manat güzəştli
kredit verilmişdir.
"Kənd təsərrüfatı ili"
- mühüm perspektivlər
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamı
ilə 2015-ci il "Kənd təsərrüfatı ili"
elan olunmuşdur. Sərəncamdan irəli gələn
məsələlərin həlli
və rayonda aqrar sahənin inkişafı ilə bağlı tədbirlər
planı hazırlanmış,
icrası nəzarətə
götürülmüşdür. Tədbirlər planının hazırlanmasında
əsas məqsəd bu sahənin inkişafına mane olan problemlərin aradan qaldırılması və
yeni inkişaf istiqamətlərinin müəyyən
edilməsidir.
2014-cü ildə Masallıda
cəmi əkin sahəsinin həcmi
18.266,8 hektar olmuşdur. Kənd
təsərrüfatı məhsulları
istehsalının həcmi
əvvəlki illə
müqayisədə 0,4%,
o cümlədən heyvandarlıq
məhsullarının istehsalı
0,3 %, bitkiçilik məhsullarının
istehsalı 0,5 % artmışdır.
Rayonda əkilmiş 8.166 hektar buğda sahəsindən
19.307 ton, 3.188 hektar apra
sahəsindən 7.566 ton, 2.192 hektar tərəvəz sahəsindən 29.553 ton, 1.450 hektar
kartof sahəsindən
17.066 ton, 457 hektar bostan
əkinindən isə
4.552 ton məhsul istehsal
edilmişdir.
2015-ci ilin əvvəlinə
rayonda qaramal 73.668 başa, davarlar isə 84.805 başa çatdırılıb. Ötən
il süd istehsalı 48.960 tona, ət istehsalı 5.739 tona, yumurta istehsalı
55,9 milyona çatmışdır.
Bakı şəhərində keçirilən
kənd təsərrüfatı
məhsullarının satışı
yarmarkalarında Masallı
sahibkarlarının da
iştirakı təmin
edilmişdir. Yarmarkaya 87,4 ton kartof, 38,7 ton soğan, 17,4
ton xiyar, 26,3 ton badımcan,
7,7 ton kələm, 750 litr
qatıq, 520 litr süd, 1,4 ton bibər, 140
kiloqram kərə yağı, 160 kiloqram pendir, 260 kiloqram şor və 60 min yumurta göndərilmişdir.
Rayonda daha çox əmək tutumu olan və az sahədən daha çox gəlir götürmək
mümkün olan sahələrin, o cümlədən
istixana təsərrüfatlarının
yaradılması problemin
həllində əhəmiyyətli
rol oynayır. Keçən il
Şərəfə kəndi
ərazisində 5 hektarlıq
yeni müasir istixana təsərrüfatı
qurulmuşdur. Əvvəlki illərdə açılan
təsərrüfatlarla birlikdə
Masallıda 11 hektar istixana təsərrüfatı
fəaliyyət göstərir.
Masallıda ənənəvi əkinçiliyin - tərəvəzçiliyin
inkişaf etdirilməsi
yeni əkin texnologiyalarının öyrənilməsindən
və istehsal olunan məhsulların sərfəli qiymətə
tədarükündən birbaşa
asılıdır. Bu məqsədlə Azərsun
Holdinq tərəfindən
Qızılağac kəndində
ilkin olaraq 100 hektar sahədə tərəvəz bitkilərinin
əkilməsi üçün
hazırlıq işlərinə
başlanılmışdır. Fermerlər burada tətbiq olunacaq ən müasir əkinçilik
texnologiyasını mənimsəmək
imkanı qazanacaq.
Bundan əlavə, 100
hektar tərəvəz
sahəsində ən
azı 200 iş yeri yaranacaq ki, bu da
Qızılağac və
ətraf kənd sakinlərinin işlə təmin olunmasında mühüm rol oynayacaq.
Çayçılığın inkişaf etdirilməsi məqsədi ilə 100 hektar sahədə ən yeni texnologiyaya
əsaslanan plantasiya salınması üçün
hazırlıq işlərinə
başlanmışdır. Artıq həmin
əraziyə 14 kilometr
uzunluğunda yolun çəkilişi başa
çatdırılmış və 2 hektara yaxın sahədə çay əkini həyata keçirilmişdir.
Bu da çox
vacib və icrası çətin bir layihədir. Yaxın gələcəkdə bu gəlirli sahənin ən azı 1400 hektara çatdırılmasına
imkan vardır.
Bu qədər yaşıl
çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla
yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.
Faraş
tərəvəz, giləmeyvə
və sitrus əkinlərinin genişləndirilməsi,
rayonda ən azı 5000 ton tərəvəz,
5000 ton sitrus saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya
bazarının, habelə
bu məhsulların ilkin emalı üçün müəssisənin
tikilməsi zərurətini
yaratmışdır. Bu təkliflər ölkə
rəhbərliyi tərəfindən
də bəyənilmiş
və onların həyata keçirilməsi
istiqamətində artıq
konkret nəticələr
əldə olunmuşdur.
Masallı şəhərində tədarük mərkəzinin
- Yaşıl marketin tikintisi ilə bağlı 3 hektar sahə ayrılmış
və yaxın günlərdə bu istiqamətdə tikinti işlərinə başlanılması
nəzərdə tutulur.
Əhalinin sosial müdafiəsi
Dövlət Sosial Müdafiə
Fondunun rayon şöbəsi
tərəfindən 2014-cü ildə proqnoz tapşırıqları büdcədən
maliyyələşən təşkilatlar
üzrə 5.113,3 min manata
qarşı 4.815,1 min manat
və ya 94,2 %, qeyri-büdcə təşkilatları və
fiziki şəxslər
üzrə 1.636,5 min manata
qarşı 1.244,4 min manat
və ya 76,0 % yerinə yetirilmişdir. Şöbədə 27 min 390 nəfər əmək pensiyaçısı
uçotdadır. Hesabat dövründə
ümumilikdə 1295 nəfərə
əmək pensiyası
təyin olunmuşdur.
2014-cü
il ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə
3449 ailə ünvanlı
dövlət sosial yardımı almaq üçün müraciət
etmiş, onlardan 2808 ailəyə ünvanlı
dövlət sosial yardım təyinatı aparılmış, 639 ailənin
tələbindən qanuna
müvafiq olaraq imtina edilmişdir. Həmçinin il ərzində 7514 nəfər
vətəndaşa sosial
müavinət təyinatı
aparılmış və
onlara 6 milyon 908,2 min manat vəsait
ödənilmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2015.-18 mart.-S.7.