HACIQABULDA HƏYAT ÜZƏ GÜLÜR

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"...Görülən işlər ictimaiyyəti daha da ruhlandırır, böyük işlərə sövq edir ki, biz ölkəmizi daha da gücləndirək, daha da zənginləşdirək, insanlar rifah, sülh, təhlükəsizlik içərisində daha da yaxşı yaşasınlar və bundan sonra da dinamik inkişaf təmin edilsin".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(Əvvəli ötən sayımızda)

 

Regionların İnkişafına dair dövlət Proqramına uyğun olaraq Azərbaycanın bütün bölgələrində, şəhər və kəndlərində, hətta ən ucqar yaşayış məntəqələrində belə diqqəti çəkən tikinti-abadlıq işlərini müşahidə etmək mümkündür.

Təbii ki, bütün bunların əsas istiqamətləndiricisi, yəni bu inkişafın rəhbəri və təşəbbüsçüsü ölkə prezidenti cənab İlham Əliyevdi. Məhz onun irəli sürüb həyata keçməsinə də rəhbərlik etdiyi bu inkişaf proqramı Azərbaycanın 90-cı illərin əvvəllərindəki nöqtədən tərpətməyə yeni inkişaf yoluna istiqamət götürməyə vadar etdi. Artıq həmin o illər və həmin o Azərbaycan tarixini bir parçasıdı. Amma bu günün Azərbaycanı öz inkişaf səviyyəsinə görə dünyanın istənilən ölkəsi ilə müqayisəyə hazırdı. Yəni istər yaxın qonşularımız, istər dənizlərin, okeanların o biri üzündəki məmləkətlər müstəqil Azərbaycanın inkişafına, onun sosial durumuna sözün yaxşı mənasında həsəd apara bilər. Bax, bu aspektdən çıxış edəndə ölkənin digər regionları kimi Hacıqabul rayonunda da kənd təsərrüatı ilə yanaşı, sosial sahədə də, yəni iqtisadiyyatın sənaye və digər qollarının da inkişaf etdiyini müşahildə etmək mümkündü. Ötən ilin yekunlarına dair keçirilən hesabat yığıncağında Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun da vurğuladığı kimi, 2014-cü ildə rayon üzrə 3 milyon 969,3 min manatlıq sənaye məhsulu istehsal olunmuşdu. Bunu sahələr üzrə bölsək, onda məlum olar ki, Hacıqabulda ötən il insanlara həm xidmət, həm sənaye qurumlarının inkişafı istiqamətində xeyli irəliləyişlər əldə olunmuşdu. Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, 2014-cü ildə rayon əhalisinə 526,3 min manatlıq rabitə xidməti göstərilmişdi ki, bu da 2013-cü illə müqayisədə 24,3 faiz artım deməkdi.

Hacıqabulda təkcə poçt, rabitə sahəsində deyil, eləcə də nəqliyyat sahəsində, həmçinin tikinti-quruculuqda köklü uğurlara imza atılıbdı. İcra hakimiyyətinin başçısının hesabatında həmin uğurlardan bəhs edən rayon rəhbərinin də xatırlatdığı kimi, ötən il rayonda 40 milyon 129,2 min manatlıq əsas fondlar istifadəyə verilmişdi. Üstəlik də iqtisadiyyatımız və sosial sahələrin bütün istiqamətlərinə 53 milyon 358,2 min manat investisiya qoyulmuşdu ki, bu da son nəticədə həm yeni yerləri, həm məhsuldarlıq, həm də bütövlükdə rayonun ümumi mənzərəsinin yenilənməsi deməkdi. Bütün bunlarla yanaşı, onu da xatırlatmaq yerinə düşər ki, ölkənin digər bölgələri kimi Hacıqabulda da tikinti, quruculuq işləri sürətlə aparılır. Rayona qonaq gələn hər kəs burada gerçəkləşdirilən abadlığın şahidi ola bilər. Yəni rəqəmlərin dili ilə ifadə etsək, artıq Hacıqabulda 38,5 min kvadrat metrlik yaşayış sahəsi istifadəyə verilmişdir. Bu yaşayış sahələri üçün də 3 milyon manata yaxın dəyəri olan işlər görülmüşdü. Üstəlik də rayonda Heydər Əliyev Fondunun ayırdığı vəsait hesabına 440 şagird yerlik məktəb şəhər mərkəzində, 220 şagird yerlik Nəvai qəsəbəsində məktəblər istifadəyə verilib. Bununla yanaşı, 220 şagird yerlik 2 saylı şəhər, 80 şagird yerlik Ağacanlı kənd tam orta məktəbləri tikilib istifadəyə verilmişdi. Heydər Əliyev Fonda Hacıqabul rayonunda təkcə məktəb tikintisinə deyil, eləcə də uşaq bağçasının tikintisi üçün də kifayət qədər vəsait ayırmış və hazırda 100 yerlik uşaq bağçasının tikintisi yekunlaşmaq üzrədi. Təbii ki, həm özəl sektorların, həm də yerli imkanların hesabına görülən işlərin də həcmi diqqəti çəkir. Belə ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə 800 kv.metr sahəsi olan əl oyunları meydançası və digər oyunları ilə məşğul olmaq üçün idman zalı tikilib istifadəyə verilməsi artıq reallaşmışdı. Və şəhər sakinləri bu meydandanidman zalından istifadə etmək haqqına sahib olmuşdular.

Bu gün Hacıqabul rayounda idmanın inkişafı üçün gərəkli olan digər addımlar da atılır. Yəni daxili imkanlar hesabına 450 yerlik müasir stadionun tikintisi də demək olar ki, son mərhələyə qədəm qoymuşdu. İdman sahəsi ilə yanaşı, rayonda mənzil tikintisinə də diqqət ayrılıb. Yəni istər fərdi evlərin, istərsə də sosial obyektlərin tkintisi həm keyfiyyətli, həm də sürətli bir şəkildə həyata keçirilir. Üstəlik də rayonda qaz, su, elektrik enerjisi təminatı sahəsində də kifayət qədər irəliləyişlərə imza atılıb.

2014-cü ilin statistikası göstərir ki, rayonun 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ölkə prezidentinin Hacıqabul rayon icra hakimiyyətinin hesabına yönəltdiyi 3 milyon manat hesabına sürətlə davam etdirilir. Bununla bərabər rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması demək olar ki, ötən il başa çatdırılmışdı. Və quraşdırılmış sayğacları hesabına həmin istifadə edilən qazın maya dəyərinin ödənilməsi də demək olar ki, qənaətbəxşdi. Faktiki olaraq bu gün Hacıqabulda təhsil, səhiyyə, mədəniyyət sahələrinə də böyük diqqət göstərilir. Tikilən, yenidən qurulan xəstəxanalar, tibb məntəqələri, onların müasir avadanlıqlarla təmin olunması istiqamətində nəzərə çarpan irəliləyişlər rayon sakinlərinin rəğbətinə səbəb olmuş və demək olar ki, son nəticədə başqa bölgələrə və şəhərlərə müalicə üçün üz tutan sakinlərin sayının azalmasına səbəb olmuşeyni zamanda bu göstərici də yerli tibb işçilərinə inamın artmasına bir sübut kimi də dəyərləndirilə bilər.

Son illərdə Hacıqabul təhsilində və buradakı pedaqoji kollektivlərinin yetirmələrinin uğurlarında da irəliləyişlər aydınca diqqəti çəkir. Ali məktəblərə qəbullarda keçirilən olimpiadalarda, bilik yarışlarında qazanılan uğurlarda Hacıqabul məktəblilərinin nailiyyətlərini görməmək mümkün deyil.

Bax, bütün bunlar ondan xəbər verir ki, bu gün Hacıqabul rayonu öz inkişafının ən maraqlı günlərini, aylarını yaşayır. Bütün bunların başlıca səbəbi də respublikamızda yaradılmış

Güzar şərait, sabitliksabaha inamdı. Birmənalı şəkildə də həmin sabitliyin də, inkişafın da, inamın da əsas qarantı ölkə prezidenti cənab İlham Əliyevdi. Bunu Hacıqabulda hamı çox gözəl bilir.

 

Ceyhun RÜSTƏMOV

Ədalət.-2015.-31 mart.-S.7.