ZAQATALA: TƏBİƏTİN FÜSUNKARLIĞI VƏ MODERNLƏŞMƏ

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"...Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahı və sağlamlığı dayanır. Biz insanların sağlamlığı, rifahı, təhlükəsizliyi üçün hər şeyi edirik edəcəyik. Ölkəmiz sürətlə qabağa gedir. Hər bir bölgə qurulur, abadlaşır, bax biz belə böyük işlər görürük".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən saylarımızda)

 

Sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmiş, rayonda ümumi sahəsi 5314 kv.m olan 46 fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir.

2015-ci ilin birinci rübü ərzində rayonun yaşayış məntəqələrində enerji təminatı sahəsində müəyyən işlər görülmüşdür. 10 kv-luq 2.05 km, 0.4 kv-luq 3.64 km uzunluğundakı hava elektrik verilişi xətləri, 10 ədəd 10/0,4-kv-luq transformator məntəqəsi əsaslı cari təmir edilmiş, 323 ədəd yeni elektrik sayğacı quraşdırılmış, 1.5 km uzunluğunda SİP kabel xətti çəkilmişdir. 18 ədəd istismara yararsız dayaq yeni tipli dəmir-beton dayaqla əvəz edilmişdir. Rüb ərzində rayonun şəhər, qəsəbə kənd yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilmişdir. Şəhər ərazisində abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 13 ədəd yeni qaz təmizləyici məntəqə quraşdırılmış, 175 ədəd qaz sayğacı yeni sayğaclarla əvəz olunmuşdur. Əliabad qəsəbəsinə təbii qazın verilməsi təmin edilmiş, hazırda podratçı təşkilatlar tərəfindən rayonun Mosul, Yengiyan, Makov, Aşağı Cardaxlar Car kəndlərinə daşıyıcı qaz xətlərinin çəkilişi davam etdirilir.

 

Rabitə xidməti nümunəvidir

 

Birinci rübdə rayonda əhaliyə poçt rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər aparılmış, internet multimediya xidmətləri genişləndirilmiş, 545,8 min manat dəyərində poçt rabitə xidməti göstərilmişdir. 01 aprel 2015-ci il tarixə rayonda genişzolaqlı internet xidməti istifadəçilərinin sayı 463 nəfər artaraq 7917 nəfərə çatmışdır. Əhali sektorunda stasionar telefon xətlərinin çəkilişi aparılmış, abonentlərin sayı 19 nəfər artaraq 20217 nəfərə yüksəlmişdir.

 

Təhsil, Səhiyyə, Mədəniyyət...

 

Hesabat dövründə rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinə hərtərəfli yardım göstərilmişdir.

Rayonun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi üçün mövcud təcrübənin təkmilləşdirilməsinə yeni mexanizmlərlə işləməsinə diqqət artırılmış, rayonun məktəblərində açıq dərslər keçirilmişdir. Sumaylı kənd, Əliabad qəsəbə 4 saylı, Tala kənd 2 saylı tam orta məktəblərində kurrikulum nəzəriyyəsi öyrənilmiş, Car kənd 1 saylı tam orta, Tala kənd 1 saylı tam orta, Kebeloba kənd ümumi orta məktəblərində riyaziyyat fənninin tədrisi vəziyyəti öyrənilərək rayon Təhsil şöbəsinin Şura iclasında müzakirə edilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planına uyğun olaraq IX-XI sinif şagirləri arasında keçirilmiş inşa müsabiqəsinin rayon mərhələsinin qalibi Respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Rayonun şahmat fənni tədris edilən pilot məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Şahmat Festivalı çərçivəsində şahmat yarışları keçirilmiş, qalib komanda Respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışlarının rayon mərhələsi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində yaz tətili günlərində rayonun 10 istedadlı şagirdi Naxçıvan Muxtar Respublikasına göndərilmiş oradan xoş təəssüratlarla qayıtmışlar.

Rayonda səhiyyənin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, 2015-ci ilin I rübü ərzində RMX-nın həkimləri tərəfindən 16793 nəfərə ambulator, 1905 nəfərə stasionar tibbi xidmət göstərilmiş, 46 nəfər tibb işçisi sertifikasiyaya cəlb olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Rayon İcra Hakimiyyətinin Şura qərarı ilə xəstəxanada qərargah yaradılmış əhalinin kütləvi profilaktik müayinələrə cəlb olunması işi davam etdirilmiş, 01 aprel 2015-ci il tarixə əhalinin 54115 nəfərinin tibbi profilaktik müayinəsi təşkil olunmuşdur ki, onlardan 5462 nəfəri uşaqlardır. Azərbaycan dövlətinin bütün sahələrinin dinamik inkişafı mədəniyyət sahəsinin inkişafını sürətləndirmişdir. 2015-ci ilin I rübündə mədəniyyət müəssisələrində tarixi günlər, əlamətdar hadisələr bayramlarla əlaqədar müxtəlif tədbirlər həyata keçirilmiş, milli-mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik mövzusunda dəyirmi masalar, Böyük Vətən Müharibəsi Qarabağ müharibəsi veterenları ilə görüşlər, kitab sərgiləri, kompazisiyalar, ədəbi-bədii gecələr təşkil edilmişdir.

Fevralın 28-də Qax şəhərində Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Qax, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı Şamaxı rayon Dövlət Rəsm Qalereyalarının direktorları, fond mühafizləri, rəssamları, bərpaçı rəssamları, elmi işçiləri bələdçiləri üçün treniqlər keçirilmişdir.

Mart ayında ABŞ-ın "Break of Reality" musiqi simli kvartet qrupu rayon mədəniyyət evində konsert proqramı ilə çıxış etmişdir.

Cinayətkarlığa qarşı mübarizədə

uğurlu nəticələr

 

İctimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq azadlıqlarının, qanuni mənafelərinin qorunmasının təmin olunması barədə məhkəmə, ədliyyə, prokurorluq polis orqanlarından məlumatlar alınmış, hüquqpozmaların profilaktikası üzrə tədbirlər həyata keçirilmişdir. Rayon Polis şöbəsinin şəxsi heyəti cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirmiş, axtarış işinin yaxşılaşdırılması, qanunsuz silahların yığılması, narkomaniyanın qarşısının alınması, əməkdaşların peşə hazırlığının yüksəldiməsi istiqamətində vacib tədbirlər həyata keçirilmişdir.

2015-ci ilin birinci rübündə rayonda 35 cinayət hadisəsi qeydə alınmış, kompleks şəkildə aparılmış təşkilati-əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərin açılması 94,7 faiz olmuşdur.

 

Məzahir ƏHMƏDOĞLU

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

Ədalət.-2015.-1 may.-S.7.