SƏNGƏRDƏ
BƏRKİYƏN KİŞİ
Onun həyat yolu öyrənilməli bir tarixdi
Zaman öz işindədi,
illər bir-birini əvəz edir,
yaş
üstünə yaş gəlir. Təbii ki, canlı tarix olan insanların
sırası ilbəil
azalır. Amma buna baxmayaraq,
tarix o azalan insanları, o döyüş
yolu keçmiş qəhrəmanları unutmur.
Çünki onların göstərdiyi
rəşadət insanlığı
xilas edib, bəşəriyyəti faşizmin
cəngindən qoparıb.
Düz
70 il bundan
öncə dünyamızın
başı üzərini
almış qara buludlar bu gün
bir acı xatirə kimi vərəqlənir. Həmin o vərəqlənən
səhifələrin özündə
yaşatdığı adların
sırasında Abbas müəllimin də adı var. O da həmin tarixin canlı şahidi olmuş və böyük döyüş
yolu keçmişdi.
Təbii ki, keçmiş SSRİ məkanında
bu müharibəni olduğu kimi xatırlayan, olduğu kimi yaşayan və olduğu kimi də qiymətləndirən
kifayət qədər
insanlar var və bu insanların
hər biri yaxşı bilir ki, onda Sovetlər
İttifaqında birləşən
15 respublikanın hamısı
birgə silaha sarılmışdı, birlikdə
səngərə sinə
gərib düşmənlə
üz-üzə dayanmışdı.
Onların hamısı da
SSRİ adlanan o böyük
vətən uğrunda
döyüşürdülər. Digər respublikalar kimi həmin müharibəyə
Azərbaycanın 600 mindən
çox oğul və qızı öz canı və qanı ilə, göstərdiyi qəhrəmanlıqları ilə
adlarını yazaraq
o tarixin, yəni müharibə tarixinin əfsanələrinə çevrilə
bildilər.
İndi
sizə barəsində
söz açdığım
Abbas İbrahim oğlu Məmmədov
1923-cü il may ayının 9-da Laçın
rayonunun Böyük Seyidlər kəndində dünyaya gəlib. Bəlkə də bu bir
xoş təsadüfdü,
bəlkə də alın yazısıdı.
Amma hər nədisə hər iki halda
bu doğum tarixi Abbas müəllim
üçün ikiqat
önəmli, ikiqat dəyərlidi. Ona görə
ki, həyatının
yazışındanmı, yoxsa
tale yazısındanmı məhz
mayın 9-u təkcə
onun doğum günü yox, həm də onun bayram etdiyi
Qələbənin doğum
tarixidi.
Artıq arxada qalan həmin
o uzaq illəri xatırlayan Abbas müəllim deyir ki, onun doğulduğu
kənddə bütün
həmyaşıdları kimi
o da həmin illərin qayğılarını
yaşamış, ağırlıqlarını,
yükünü çiynində
daşımışdı. Sovet hökumətinin
o ağır illərində
Abbas müəllimin və eləcə də yaşıdlarının
bəxtinə sovet-alman
müharibəsinin bütün
gərginliklərini, əzablarını
yaşamaq da düşdü. O, orta
məktəbi bitirəndə
müharibə başladığından
kəndin bütün
ziyalıları, xüsusilə
də müəllimləri
orduya səfərbər
olmuşdular. Savadını, diribaşlığını görüb
məktəbi bitirən
kimi onu elə orta təhsillə
də məktəbdə
müəllim kimi işə qəbul etdilər. Bu zəruri addım uşaqların savadlanması,
təhsildən geri qalmaması üçün
atılmışdı. Ancaq bir il müəllim işləsə də, onun fikri, xəyalı
orduya səfərbər
olunmuş qəhrəman
oğullarımızın yanında
idi. Müəllimə böyük ehtiyacı
olmasına baxmayaraq, Abbas müəllim israrla hərbi komissarlıqdan onu müharibəyə göndərməyi
xahiş etdi. Nəhayət, Abbas müəllimin
könüllü müraciətləri
nəzərə alındı
və o, döyüşə
səfərbər olundu.
Müharibədə hər bir kəsin,
hər bir döyüşçünün öz silahı olduğu kimi, öz sinə gərdiyi səngər də olur. Bu mənada Abbas İbrahim oğul Məmmədovun döyüş
yolu məşhur
402-ci Azərbaycan Atıcı
Diviziyasından başladı.
Diviziyanın ağır döyüşlərdə
göstərdiyi rəşadət
barədə təkcə
Azərbaycanda deyil, eləcə də keçmiş SSRİ məkanında
qəhrəmanlıq əfsanələri
dolaşırdı. Həmin qəhrəmanların
sırasında təbii
ki, qısa müddətdən sonra onun da adı
öz yerini tutdu. Abbas müəllim diviziyanın
839-cu alayının 38-ci briqadasının
88-ci, sonra isə
134-cü, bir qədər
sonra isə 90-cı əlahiddə atıcı
alaylarında xidmətini
şərəflə davam
etdirdi.
Nəvə-nəticələrinə, eləcə də keçdiyi döyüş
yolu ilə maraqlanan hər kəsə bu gün də həmin xatirələrini,
yəni döyüş
yolunun hər dəqiqəsini necə deyərlər, anbaan söyləyən Abbas müəllim bildirir ki, addımbaşı ölümlə üz-üzə
dayanırdıq. Amma heç birimiz bir an da
olsun geri çəkilmirdik. Ona görə
ki, biz təkcə sovet əsgəri yox, həm də
Azərbaycan oğlu idik. Döyüşlərdə təkcə əsgər
kimi yox, həm də cəsur bir döyüşçü kimi
fərqlənən Abbas
müəllim qısa
bir müddətdən
sonra əvvəl bölük, sonra isə tağım komandiri təyin olunur. Hər döyüşdən öncə
əsgərləri ilə
üzbəüz söhbət
edən və hər kəsi mərdliyə, Azərbaycanın
adına layiq olmağa çalışan Abbas müəllim təkcə
özünü düşünmürdü.
O, atılan hər güllədən sonra əsgərlərinə göz
yetirir, həlak olan hər bir
döyüş yoldaşı,
dostu üçün
ürəkdən narahat
olurdu, təəssüflənirdi,
kövrəlirdi, lakin
bunu büruzə vermirdi. Çünki o, komandir kimi
hamının gözləri
qarşısında idi,
hamıya nümunə
idi.
Həmin döyüşlərdə həlak
olan gənc əsgərlərin, xüsusilə
onun özünün dediyi kimi, həyata
yeni atılan yeniyetmə oğlanların
taleyi onun qəlbinə ağır izlər həkk edirdi. Bununla belə dövrün
böyük inamı,
yəni bu döyüşlərin vətən
üçün, Azərbaycan
naminə aparıldığını
hər kəs özü üçün
amala çevirmişdi.
Ona görə də əsl qəhrəmanlıq
nümunələri göstərirdilər.
Abbas müəllimin dediyinə
görə, bu müharibə onları çox sınağa çəkdi, çox bərkdə, boşda yoxladı və onlar faşizmi durdura, dayandıra bildilər. Onlar dünyaya göstərdilər
ki, faşizmi məhv etməyə qadirdilər.
Döyüşə bir ədəd zirehli texnika ilə başlayan Abbas müəllimin tağımı Qafqazın
müdafiəsi uğrunda
gedən döyüşlərdə
xüsusilə fərqləndi,
düşmənin Bakını
ələ keçirməsinə
imkan vermədi. Həmin qəhrəmanlıqlara
görə, tağımın
döyüşçüləri yüksək mükafatlara
layiq görüldülər
və onların döyüş yolu Vladiqafqaz, Mazdok, Nalçik və digər şəhərlər
uğrunda gedən döyüşlərdən keçdi.
Müharibəni qələbə ilə
başa vurub vətənə dönən
Abbas Məmmədov özünün və döyüş yoldaşlarının
qəhrəmanlıqları barəsində ürəklə
danışır, xatirələrini
çözələyir və
bildirir ki, səngərdə qazandığımız
qələbənin davamı
olaraq ilk dövrümüzdə
də xalqa, vətənə xidmət
də fərqlənməyə
çalışdım, təhsilimi
davam etdirdim. 1951-ci ildə Azərbaycan
Dövlət Universitetinin
hüquq fakültəsini
fərqlənmə diplomu
ilə bitirərək
əmək fəaliyyətimə
başladım. Hələ tələbəlik
illərində ictimai
işlərə maraq
göstərən Abbas
müəllim 1952-ci ildən
1986-cı ilədək respublika
prokurorluğu orqanlarında
sıravi müstəntiqdən
rayon prokuroru vəzifəsinə
qədər şərəfli
bir yol keçdi,
qanunçuluğun keşiyində
dayandı.
Bu gün böyük
bir nəslin ağsaqqalı olan 90 yaşlı Abbas müəllim 4 övladın
atası, 9 nəvənin
babasıdı. Onun döyüş yolunu
Qarabağ savaşında
iki oğlu - Adil və Nadir atalarına layiq bir şücaətlə keçiblər. İndi onlar
da müharibə veteranlarıdır. Böyük nəvəsi
Arzu isə babasının sənət
yolunu davam etdirir. O da Respublika Prokurorluğunda çalışır. İndi fəxri
təqaüdçü olan,
ömrünün gözəl
günlərini yaşayan
Abbas müəllimin bircə arzusu var. O da torpaqlarımızın
düşməndən azad
olunması, ərazi bütövlüyümüzün bərpa edilməsidir.
Abbas müəllim inanır ki, biz Qarabağda da qələbə çalacağıq, biz torpaqlarımızı
azad edəcəyik.
Çünki bizim buna hər cür imkanımız və gücümüz var. Ali Baş
Komandanın rəhbərliyi
altında biz bayrağımızı
Şuşada dalğalandıracağıq.
Son olaraq Abbas müəllimi
həm doğum günüğ münasibəti
ilə, həm də 70 ilini qeyd etdiyimiz 9 May Qələbə günü
münasibəti ilə
ürəkdən təbrik
edirik! Arzu edirik ki, hamımız
kimi Abbas müəllim də Qarabağdakı qələbəmizin
canlı şahidi kimi o zəfəri Laçında qeyd etsin!
ədalət.-2015.-1 may.-S.6.