Həkim 60 hekayəsini danışır:

“Hər dəfə anam sağalanda...”

Mayın 2-də Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimi, tibb elmləri doktoru professor, ali dərəcəli cərrah - qastroenteroloq Əliniyaz Məmmədovun 60 yaşı tamam olur. Onlarla xəstənin dərdinə şəfa qılan həkimlə elə işlədiyi məkanda - Elmi Cərrahiyyə Mərkəzində görüşdük. Görüşümüzün də səbəbi bəlli idiprofessorun yubileyidir, 60 yaşı tamam olur. Özünündediyi kimi, 60 il ərzində uğurları da olub, çətinlikləri də...

Əliniyaz müəllim 1955 - ci ildə Masallı rayonunda anadan olub. 1972-ci ildə Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub, cərrah ixtisası üzrə oranı bitirib. 1979-cu ildən 1985-ci ilə kimi Cəlilabad rayon mərkəzi xəstəxanasında cərrah işləyib. 1985-ci ildə Tibb Universitetinin cərrahiyyə üzrə kursuna, daha sonra Tibb Universitetində aspiranturaya qəbul olub. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib Tibb Universitetində işə başlayıb. Sinif yoldaşları arasında elmlə məşğul olan yalnız odur. Elə tanınmışı da...

Professorun sözlərinə görə, 1992-ci ildə İran İslam Respublikasından ona təklifi gəlib o, razılaşıb.

- 1993-cü ildə Bakıya qayıtdım. 6 il Respublika Klinik Xəstəxanasında çalışmalı oldum.Bundan sonra isə Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində işə başladım. 2005-ci ildə Moskvada doktorluq işi müdafiə etdim həmin diplom Azərbaycanda Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olundu. 2005-ci ildən həm Azərbaycanın, həm Rusiyanın tibb elmləri doktoruyam. Hətta Odlar Yurdu Universitetində Tibb fakültəsinin yaradılmasına kömək etmişəm, həmin ali məktəbinCərrahi xəstəliklərkafedrasının müdiri olmuşam. Hazırda Əziz Əliyev adına Həkimləri Təkminləşdirmə İnstitutunda  dərs deyirəm.

Ə. Məmmədov 60 illik həyatından razıdır. Deyir, bu həyata görə, Allaha şükür edir.

- 60 ildə düşünürsən, keçmişi vərəqləyirsən. Bu illər uğurlar da, nailiyyətlər var. Düşünürəm ki, daha çox görmək olardı. Allahdan yenə razıyam. Həmişə nəzəri üzərimdə olub. Çox yaxşı ailəm olub - ziyalı olublar. Rayonda sayılıb-seçilən nəsil olmuşuq.

Daha sonra həkimlə 60 illik yubileyinə hazırlıq işləri ilə bağlı danışırıq. Onun sözlərinə görə, “yubiley keçirməkideyası Elmi Cərrahiyyə Mərkəzinin rəhbəri, akademik Böyükkişi Ağayevə məxsusdur. Professorun 60 illik yubileyi ilə bağlı bir çox tədbirlər keçiriləcək. Həm institut səviyyəsində, həm digər səviyyələrdə. Payızda yubileyimə həsr olunmuş elmi-praktik konfrans olacaq. Bu konfransda başqa ölkələrdən nümayəndələr iştirak edəcək - deyə, yubilyar əlavə edib.

Ə. Məmmədovun həkim olmaq istəyinin maraqlı tarixçəsi var. Həkim deyir ki, orta məktəbdə oxuyanda, anası xroniki xəstəlikdən əziyyət çəkirmiş. Ona görə tez-tez həkimə müraciət edirdik. Anam hər dəfə sağalanda isə evimizdə toy-bayram olurdu. Mənim bu peşəyə rəğbətim o vaxt yarandı . Bu istəyimə valideynlərimin, eyni zamanda, qardaşımın çox böyük təsiri oldu.

Əliniyaz müəllimin dörd övladından ikisi həkimdir. Biri stomatoloq, digəri isə cərrahmamaloqdur. Onların həkim olmağında ataları da rol oynayıb. Mən təklifim etdim, onlar da qəbul etdilər. Sonradan əldə etdikləri nailiyyətləri isə özləri qazanıblar” - deyə, həkim əlavə edir.

İstərdinizmi, nəvələrinizdən kimsə sizin yolunuzla getsin həkim olsunsualını professor belə cavablandırdı: “Həkimlik peşəsi istedad tələb edir. Kiməsə deyə bilmərəm ki, həkim ol. Hər adam bəstəkar, jurnalist olmayan kimi, həkim ola bilməz. Çünki bu, xüsusi qabiliyyət tələb edir. Əgər bu sahəni seçsələr, xeyir-dua verərəm”.

Əliniyaz həkim ailə qurduğu xanımla Cəlilabadda tanış olub. Özünün dediyi kimi, Cəlilabad rayonunda işləyəndə tale üzünə gülüb. Həmin rayonda bir xanımla tanış oldum ailə qurdum. Qismətimdən çox razıyam. Rəna xanım mənim üçün təkcə həyat yoldaşı olmayıb, həm həyatın bütün mərhələlərində yol yoldaşım, məsləhət verənim, sirdaşım olub. 4 övladımız var. 3 qızım, bir oğlum. Qızlarım ailəlidir. Oğlum isə hazırda ali təhsil alır. Onlarsız həyat mənasızdı.  Övladlarımın ağılı dünyagörüşlü bir insan kimi böyümələrinə görə Rəna xanıma minnətdaram”.

Həkimlə söhbət edib, səhiyyənin bugünkü durumundan, xəstəliklərdən danışmamaq mümkün deyil. Söhbətimiz zamanı bəlli oldu ki, son vaxtlar onkoloji, ürək, mədə-bağırsaq, qaraciyər hepatit xəstəliklərinin sayında artım var, daha doğrusu, bu xəstəliklərlə bağlı müraciət edənlər çoxdur. Ə. Məmmədov bunun səbəblərini izah edir: “Bunun əsas səbəbi insanların öz sağlamlıqlarına diqqətsiz yanaşmalarıdır. Təbii qidalara üstünlük vermək lazımdı. Süni, GMO məhsulların mətbəximizə daxil olması kifayət qədər problem yaradır, orqanizminə mənfi təsir göstərir”.

Müsahibimiz bildirdi ki, bu gün səhiyyə sektoru ciddi nəzarət altındadır, uğurlarımız da az deyil: “Bunun nəticəsidir ki, Neftçilər Xəstəxanasında qaraciyər köçürmə mərkəzi açılıb. 100-ə qədər qaraciyər köçürmə əməliyyatları aparılıb”.

- Son olaraq, özünüzlə bağlı arzularınızı həkim olaraq, oxucularımıza tövsiyələrinizi bilmək istərdik...

- Arzularım çoxdur. Övladlarıma həmişə deyirəm ki, ölkəyə xalqımıza həmişə sadiq olsunlar. Nəvələrim də layiqli övlad olsunlar. Hər birinə can sağlığı arzu edirəm. Ölkəmizin uğurlarına görə dövlət başçısına təşəkkür edirəm. Oxuculara isə tövsiyəm odur ki, sağlamlıqlarını qorusunlar. Daha çox kitab oxusunlar. Kitab oxumaq ömrü uzadır. Nə qədər çox kitab oxusan, dünyagörüşünartar.

BizLent.az kollektivi olaraq hörmətli professoru təbrik edir, ona işlərində uğurlar arzu edirik.  

Anar Məcidzadə

Şəhla Şahin

Ədalət.-2015.-1may.-S.5.