MƏMMƏD İLQAR

 

Bu il gözəl şairimiz Məmməd İlqarın 65 yaşı tamam oldu. Yubley yaşı sükutla ötüşən, həmişə abrına söykənərək çox görünməkdən həya edən Arkadaçımızın yubley yaşını tıbrik edib, haqqında yazdığım silsilə yazını oxucularımıza təqdim edirəm.

 

 

TANIŞLIQ

 

Gəncliyimin ən maraqlı, ən çılğın zamanının 8 ilini Özbəkistanda- Namanqan vilayətinin Xakulabad şəhərində yaşamışam. Bu maraqlı Türk diyarı mənim ömrümə o qədər silinməz naxışlar bəzəyib, ölməz xatirələr həkk edib ki... Təbii bu maraqlı xatirələr toplumu haqda da düşünürəm.

Məmməd İlqarla bağlı fikirlərimi isə elə Özbəkistanda yaşadığım son günlərdən başlamaq fikrindəyəm.

1990-ci il idi. Yeni ili vətəndə qarşılamaq üçün Bakıya gəlmişdim. O dövrdə Azərbaycanda və digər respublikalarda gedən proseslər haqda yazmaga lüzum yoxdur. Buna baxmayaraq müəyyən detalları xırdaca ştrixlərlə qeyd edib, mətləbə keçmək fikrindəyəm.

Yeni ilimizi qeyd edib, yanvarın 3-nə bilet aldıq və yenidən Özbəkistana uçdıq. Hava limanında gördüklərimi də xatırlamaq istəməzdim...

Qara yanvarı- o şənbə faciəsini isə Azadlıq radiosunda, Mirzə xəzərin dilindən eşitdik. O zamanıydı ki, artıq Azərbaycanda Sumqayıt, Ğürcüstanda Tiflis, Özbəkistanda Fərqanə faciələri baş vermişdi. Özbəklərlə Qırğızlar arasında qığılcımları alışmaqda idi.

Beləliklə Özbəkistanda qalma məsələmiz günü-gündən qəlizləşirdi. Və biz( Rişi Arif , əslən Şamaxılı olan bu rəssam dostumla birgə gəlmişdik Özbəkistana) Bakıya dönmək qərarını verdik.

Biz Bakıya qayıdanda artıq Azərbaycanda baş verən Azadlıq hərəkatı günü-gündən güclənir, siyasi böhranlar, Qarabağda gedən qanlı döyüşlər və s. məni də öz axarına almışdı...

Ağamalı Sadiqlə eyni kənddə doğulub boya- başa çatmağımıza baxmayaraq, aradan uzun illər keçmidi. Mən Bakıya dönəndə şair Ağamalı ilə yox, artıq Azadlıq hərəkatının öncüllərindən biri ilə görüşürdüm.

Elə ilk görüşümüzçox maraqlı, sazlı-sözlü bir məclislə başladı. Beləliklə biz bir-birimizə tez bir zamanda isnişdikson zamanlar bir-iki gün məni görməsə darıxar, zəng edib məzəmmət də edərdi ki, bir ildi hardasan? niyə yoxa çıxmisan?

Günlərin birində yenə bizim evə yığışıb, sazlı, sözlü bir məclis qurmuşduq. Ağamalı bəy isə məclisimizin həm ağsaqqalı, həm də ozanı idi. Qəribə, özünə məxsus saz çalıb, oxumağı varıydı. Zahirən çox zəhimli, ciddi görünən Ağamalı Sadiq Əfəndi, sazı sinəsinə basanda bir ayrı cür olurdu. Üz cizgiləri dəyişir, qaşları çatılır, alnı qırış-qırış olub, Şahsənəm deyib göy atın tərkində "Mövlam qanad verdi, uçdum da gəldim"-deyən Qəribə, gah şaxtaya, sazağa düşüb, Ərzurumun gədiyində Lələsini itirən Kərəmə, gah da sinəsi körüklənən, "Mənmi qocalmışam, ya zəmanəmi" deyən qos qoca Koroğluya dönürdü.

Adəti üzrə cibindən yaylığını çıxarıb alnının, üzünün tərini silə-silə dedi:

- Bəylər, könlünüz daha hansı havaları istəyir?

Yaşca məndən kiçik olan qardaşım Tahir:

- O, bizim eloğlu Məmməd İlqarın " Gələmmirəm İncə dərəm, incimə" sözünü bilirsənmi, əfəndim?- dedi.

Bığ altı gülümsünüb:

- Əvət, əfəndim, yerinə düşdü. Ustad Avdı babamızın yadigarı "İncəgülü" havasıyla başlayaq, qoy Məmmədin də qulağı cingildəsin- deyib, indiürfan ustadımız Avdı baba sayağı oxumağa başladı:

 

Gecikmişəm görüşünə nə vaxtdı,

Gələmmirəm İncə Dərəm, incimə.

Kədərinə, gülüşünə nə vaxtdı,

Bələnmirəm İncə Dərəm, incimə.

 

Açığı deyim ki, dillər əzbəri olan bu sözləri birinci dəfəydi eşidirdim. Günahkar mən yox, uzun illərin qəribliyi, qürbətliyiydi. Ağamalı bəy isə öz aləmindəydi:

 

Qayaların əli qalıb qaşında,

Yola baxır hər xırdaca daşında.

Günahkaram, öləsiyəm qarşında,

Öləmmirəm, İncə Dərəm, incimə.

 

Söz tamama yetir, yenə badələr dolub, boşalır. Birdən nə fikr edirsə Ağamalı ayağa qalxaraq:

- Hazarat, durun bu sözüm müəllifi, Məmməd İlqar gilə gedib, davamını özünə oxudaq- deyib əmr verdi. Təbii ki, onun bir sözünü iki etmək müşkül məsələ idi. Mən narahat olaraq onu fikrindən daşındırmağa çalışdım:

- Ay qardaş, gecənin bu vaxtı qonaqmı olar, gəl bu daşı ətəyindən tök.

- Əmməd, adaşınla tanışlığın varmı?- dedi.

-Yox, amma adını çox eşitmişəm.

-Ayə, Məmməd elə- belə şair, elə-belə kişi deyil. Durun görüm- deyib sazı köynəyinə saldı. Yenə təkidlə:

-Durun, durun gedək. Vallah özümdə çox darıxmışam ondan ötəri- dedi.

Hər nə isə, 5 nəfər olaraq oturduq maşına. Səfərimiz Sumqayıt şəhərinəydi. Gecə yarıdan ötmüşdü, saat12- 1 arası olardı.

- Əmməd, Əmməd- dedi- gör bir açıq mağaza olsa saxla, bir iki araq alaq, bilmək olmaz, bivaxt gedirik- dedi. O zamanı hamı xatirlayır. Özəl mağazalar, filan nə gəzirdi. Binəqədi kəndindən keçəndə( yolumuzu Novxanı tərəfdən salmışdıq)- ayə bir saxla görüm dedi. Gozü yenicə sökülməyə başlayan toy mağarını almışdı.

-Canınçün bu düşmə oldu. Şəhərli camaatı çox mərd olurlar, onların ləhcəsində də əla danışıram. Bu saat onlardan araq alacam- deyib maşından düşdü. Doğrudan da belə oldu. Bir az keçməmiş araqla, hələ üstəlik bir az da yeməklə geri döndü.

- , daha rahat oldum, əli boş getmirik-dedi. Novxanıdan ötüb, Qurd dərəsindən keçirdik, yenə:

-Məmməd, saxla, burda bir yaxşı kəhriz var. Bir az suyundan içək- deyib,maşını yenə saxlatdı. Çox qəribə idi. Ağamalı üçün zaman anlayışı yoxuydu sanki. Biz düşdük, vedrəni suya sallayıb su çıxardı.

-Ayə başınhəqqi bu kəhrizin üstündə yüz-yüz vurmasaq kəhriz bizdən inciyər- deyib toy evindən götürdüyü yeməyi maşının kapotu üstünə qoydu.

- Oğlan, o arağı bəri elə, Məmməd tədərüklü adamdı, gəlin bu sağlığı da bu kəhrizin, bu kəhrizi tikənlərin sağlığına içək- deyib maşında saxladığım yeganə stəkanla növbəylə kəhrizin saglığına içib, yola düzəldik. Beləliklə Məmməd gilə çatanda gecə saat 2 olardı.

Gözlərini ovuşdura- ovuşdura qapını açan Məmməd camaatı, başda da Ağamalını görəndə qəh- qəhə çəkdi. Sən demə örgəncəmliymiş Məmməd.

Ağamalıda eyni gülüşlə:

- Canın haqqı, gör oğlanlar gətirmişəm. Hələ içində özbəyi var- deyib, zarafata kecdi. Dostunun xasiyyətinə bələd olan Məmməd bizi içəri dəvət etdi. Həyat yoldaşı Fatma xanım da öyrəcəkliymiş yəqin. Heç bir an keçməmiş süfrə düzəldi. Məmməd mətbəxə keçib, 3 litirlik balonla geri döndü.

- Həə, a qardaş, bu spirtdi. Bir 3 litirdə su qatsaq, olacaq 6 litir- deyib balonu stolun üstünə qoydu. Ağamalı gözaltı mənə baxdı. Bu " gördünmü?" işarəsi idi.

Məclis yenidən, başqa bir axarla davam etməyə başladı. Ağamalı yeni bir şövq ilə çalıb oxuyur, maraqlı zarafatlar danışır, hərdən gah dolmaya, gah da spirtə qafiyə atıb, Məmmədlə deyişirdilər. Məclisin maraqlı məqamında Məmməd:

- Ağamalı, sən canın o Kşem İrvamla olan əhvalatı danış- deyib sazı ondan aldı.

- Ayə onumu deyirsən?- deyib, əhvalatı danışmağa başladı.

- Bir gün kənrimizə toya getmişdim. Gec gəldiyimçün məclisin lap seyrək vaxtına düşmüşdüm. Mənimlə yanaşı oturan İrvam kişi yaxşıca vurubmuş. Noolajax, yanaq qızarıb kefi kök, kepqası əyri, oynayanlara tamaşa edirdi. Birdən mənə tərəf döndü. Əyin- başımdan, qalstuqumdan hiss etdi ki, şəhərdən gəlmişəm. Əslində kefli olmasa tanıyardıda. Təfərinclə birdə baxıb:

- Aqrn alem, o dırmızı daldan barındımı?-dedi

Bir şey anlamayıb soruşdum:

-Ay İrvam dayı, qırmızı dal nədi, nə istəyirsən?

- Ayə, babrız deyirəm dana, babrız.

Mətləbini anladım. Qirmızı filtirli siqaret istəyirmiş. Çıxarıb birini verdim. Yanqılı-yanqılı siqareti qğsına aldı. Amma siqareti tərsinə- filtir tərəfi ağzına almışdı. Bir görəydiz, kefli adam, kibriti çaxır, sorur, sorur siqaret yanmır. Təzədən birdə, birdə. Axır dedim:

- Ayə, ay İrvam dayı, ayə siqareti dal- qabaq qoyubsan.

Kişi gözünün altıyla baxdı ki, doğrudan da tərsinədi. Qətiyyən özünü sındırmadan:

- Aqrin alem, biz hərrəyiririk dalını, qabağıni- deyib eyni cəhdlə yenə kibriti çaxmağa başladı...

Bu xoş xatirələr çox uzaqda qalıb. Məmməd ilqar haqda yazımağı qərarlaşdıranda nədənsə bu xatirələr gəlib durdu ":::gözümün önündə.

(Ardı var)

Ədalət.-2015.-2 may.-S.10.