QAX : UCALAN VƏ ŞÖHRƏTLƏNƏN QƏDİM OĞUZ ELİ

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"... Qaxın çox gözəl təbiəti, gözəl iqlimi vardır. Əlbəttə ki, bunlar turizmin inkişafı üçün böyük potensialdır. Bütün bu şimal-qərb zonasının turizm imkanları çox genişdir. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Nəzərə almalıyıq ki, Qaxın əsas infrastruktur layihələri öz həllini tapmaqdadır".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Sevinirsən,

fəxr edirsən ...

 

Ölkəmizin şimal - qərb bölgəsi özünün sosial - iqtisadi mədəni inkişafı ilə diqqəti cəlb etməkdədir. Bu inkişaf müasirləşmə o qədər sürətlə formalaşıb ki, fəxr etməyə bilmirsən . Sevinirsən ,qürur hissi keçirirsən ki, bir zamanların ucqar adlandırılan dağ rayonları ,indi təkcə təbiətin bəxş etdikləri ilə deyil , həm urbanik inkişafla sanki bütün məsafələri qısaldaraq bir yaxınlıq , bir mərkəz təsiri bağışlayır . Belə rayonlarımızdan biri Qaxdır, Qafqaz dağalarının qoynunda ucalan şöhrətlənən qədim Oğuz eli ...

Ölkə rəhbərliyinin , cənab Prezidentin qayğı diqqəti sayəsində bu bölgə bütün istiqamətlər üzrə sanki bir - birinin davamı olaraq bütünləşir, müntəzəmliklə paralelləşən inkişafın nümunəsinə çevrilir . Zaqatala Şəki kimi ənənəvi inkişafa malik olan rayonlarla eyni uğurlara nail olub da yeni yüksəliş dövrünü yaşayan Qax da Balakən bütövlükdə Vətənimizin yüksəlişi, qələbəsidir.

Üstəlik bu gün Qax rayonunun müasir turizim istirahət mərkəzinə cevriməsi faktı bir sıra infrastruktur proqram - layihələrin gerçəkləşməsinin təsdiqidir . Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev haqlı olaraq bildirir ki, istər daxili , istərsə xarici turizmin diqqətini geniş mənada cəlb etmək üçün mövcud şəbəkələrin inkişafı daim dünya standartlarına yaxılaşmalıdır. Neçə illərdir ki, Qax rayonunun sosial - iqtisadi inkişafının bütün mərhələlərində öz perspektiv nəzərə alınır ölkə rəhbərliyi səviyyəsində təqdir olunmaqla yanaşı , həm bu məqsədlə əlavə vəsaitlər ayrılır.

Dünya standartları səviyyəsinə doğru

 

Beləcə , indi təkcə Azərbaycanda deyil dünyanın bir sıra xarici ölkələrində tanınan, adı turizim xəritəsinə düşən gözəl Qax rayonu öz inkişaf tərəqqi yolunda daim irəli addımlayır. Bütün bunlar son illərin bir sıra nümunəvi göstəricilərində ,həyata keçirilən uğurlu layhihələrdə öz əksini tapmaqdadır. 2015 - ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasdakı məruzə cıxışların da nikbinliyi məhz yeni uğurlardan xəbər verir .

2015-ci ilin I rübündə rayonda müvafiq sahələrdə bir sıra işlər görülmüş məqsədyönlü tədbirlər həyata keçrilmişdir. Belə ki, rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən 2015-ci ilin I rübündə rayon üzrə məhsulun ümumi buraxılışı 16 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 238 min manat çoxdur.

Məhsulun ümumi buraxılışının tərkibində sənaye məhsulu istehsalı 1 milyon 192 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 min manat çox, kənd təsərrüfatı məhsulu istehsalı 3 milyon 530 min manat ya 330 min manat çox, tikintidə 1 milyon 621 min manat ya 158 min manat çox, nəqliyyatda 507 min manat ya 19 min manat çox, rabitədə 213 min manat ya 15 min manat çox, ticarətdə 8 milyon 945 min manat ya 699 min manat çox olmuşdur.

Əhalinin gəlirləri 17 milyon 536 min manat, ötən illə müqayisədə 705 min manat artıq olmuşdur.

2015-ci ilin birinci rübündə rayonda sahibkarlığın inkişafı əhalinin işgüzar fəliyyətinin artırılması yeni yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3 lahiyə üzrə 45 min manat güzəştli şərtlərlə kreditlərin verilməsi təmin olunmuşdur. Hesabat dövründə rayonda 107 yeni yeri açılmış, orta aylıq əmək haqqı 175 manat olmuşdur.

2015-ci ilin birinci rübündə rayonun gəlirləri 748,9 min manat proqnoza qarşı büdcəyə 805,4 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 107,5 faizini təşkil edir 56,5 min manat artıqdır.

Eyni zamanda yerli büdcənin gəlirləri üzrə 737,6 min manat proqnoza qarşı 801,3 min manat vəsait daxil olmuşdur ki, bu da yerli büdcə üzrə proqnozun 108,6 faizini təşkil edir 63,7 min manat artıqdır.

 

Prezident:

2015 - ci il "Kənd təsərrüfatı ili" dir...

 

Ölkədə kənd təsərrüfatının inkişafına yeni təkan vermək onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə ölkə Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə bu il "Kənd təsərrüfatı ili" elan edilmişdir. Bu da ölkə Prezidentinin bu sahəyə göstərdiyi diqqətin təzahürüdür. Sənaye, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən sahələrdir. Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, torpaqların elektron uçotu, qeydiyyatı istiqamətində islahatlar aparılır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-2 may.-S.4.