QAX: UCALAN VƏ
ŞÖHRƏTLƏNƏN QƏDİM OĞUZ ELİ
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
"Azərbaycan
dövləti daim öz
vətəndaşının maraqlarının keşiyindədir.
Bunu həyat göstərir. Eyni zamanda, üzləşdiyimiz
təbii fəlakətlər də göstərir ki, fəlakətlər baş
verdikdə Azərbaycan dövləti öz
vətəndaşını darda qoymur, onun problemlərini həll
edir. Deyə bilərəm, Azərbaycan dünyada nadir ölkələrdəndir
ki, vətəndaşlar üçün
dövlət hesabına evlər tikir".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən saylarımızda)
Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən X-XI sinif şagirdləri arasında keçirilən "Sabahın alimləri" IV Respublika müsabiqəsində "Mühəndislik" nominasiyası üzrə rayonun şəhər 5№li məktəbin şagirdləri Harunova Aydan Namiq qızı (X sinif), Muradova Aytac Bəhram qızı (XI sinif) layihə təqdim etmiş, II yer tutaraq diplom və gümüş medalla təltif olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin zəngin irsinin, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində rayonun tam orta məktəblərinin XI siniflərini əhatə edən 512 nəfər şagirdə "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə rayon Təhsil Şöbəsi tərəfindən hazırlanmış xüsusi qrafik əsasında tarix dərsləri tədris olunmuşdur.
Mədəniyyət və turizm
Rayonun mədəniyyət və turizm sahələrində də 2015-ci ilin birinci rübündə bir sıra işlər görülmüş, tarixi gün və bayramlar silsilə tədbirlərlə qeyd edilmişdir. Belə ki, 20 Yanvar, Xocalı faciəsi, 31 mart Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar sərgilər, guşələr təşkil edilmiş, dəyirmi masalar, anma mərasimləri, xatirə gecələri keçirilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 23 yanvar 2015-ci il tarixli 31 nömrəli əmrinə əsasən Qax şəhəri "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilmişdir. Bununla bağlı rayon Mədəniyyət və Turizm şöbəsində loqo və tədbirlər planı tərtib edilmişdir. İl ərzində rayonda müxtəlif zona, respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi planlaşdırılmışdır.
Sağlamlıq ən vacib
məsələlərdən biri kimi
Rayon Mərkəzi Xəstəxanasının 119 nəfər həkimi və 413 nəfər orta tibb işçisi əhaliyə nümunəvi xidmət göstərir .
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonda əhalinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət başçısının bu tapşırığının yerlərdə mütəşəkkil və müvəffəqiyyətlə keçirilməsini təmin etmək üçün rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmışdır. Profilaktik tibbi müayinələri vaxtında başa çatdırmaq üçün şəhər poliklinikası, kənd sahə xəstəxanaları və 9 kənd həkim məntəqəsində xüsusi şərait yaradılmışdır.
İndiyədək tibbi müayinədən keçmiş 33663 nəfərdən 2093 nəfəri ambulator, 100 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 16 nəfəri isə Bakı şəhərinə müalicə və müayinə üçün göndərilmişdir. 2015-ci ilin I rübündə stasionara 568 xəstə müraciət etmiş və müalicə almışdır. Ötən dövrdə 147 körpə dünyaya gəlmişdir.
Cərrahiyyə şöbəsində rüb ərzində 178 cərrahi əməliyyat aparılmış, onlardan 16-sı təcili və təxirəsalınmaz əməliyyat olmuşdur.
Ötən dövr ərzində 28,6 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüş, güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 19,8 min manatlıq dərman preparatları alınmışdır.
Əhalinin sosial müdafiəsi
diqqət mərkəzində
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2015-ci ilin birinci rübündə 223 ailəyə ünvanlı sosial yardımı, "Sosial müavinətlər haqqında" Qanuna uyğun olaraq II qrup əlilliyə görə 15 nəfərə və III qrup əlilliyə görə isə 5 nəfərə sosial müavinət təyin olunmuşdur. Bundan başqa 2 nəfər Qarabağ müharibəsi əlilinə "Prezident təqaüdü" təyin olunmuşdur. Mərkəzdə rüb ərzində sağlamlıq imkanları məhdud olan 18 yaşadək 7 əlil şəxsə və 7 nəfər ailə başçısını itirdiyinə görə müavinət təyin olunmuş, 5 nəfər cəzaçəkmə müəssisəsindən azad olunmasına görə və dəfn xərci üçün 4 nəfərə birdəfəlik müavinət verilmişdir.
DSMF-nin rayon şöbəsində 2015-ci ilin birinci rübündə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz ümumilikdə 87% yerinə yetirilmişdir. Proqnoz büdcə sektoru üzrə 92,5%, qeyri büdcə sektoru üzrə isə 70,1% yerinə yetirilmişdir. Hesabat dövrü ərzində şöbə üzrə 3 hüquqi, 107 fiziki şəxs, 220 torpaq pay mülkiyyətçisi uçota götürülmüş və 01 aprel 2015-ci il tarixə şöbədə 442 hüquqi, 3303 fiziki və 4272 torpaq pay mülkiyyətçisi olmaqla cəmi 8017 sığortaedən uçotda olmuşdur. Bu günədək Fond tərəfindən 18844 sığortaolunana sosial sığorta şəhadətnaməsi hazırlanmış və onlara şəxsi hesab açılmışdır.
2015-ci ilin birinci rübündə şöbədə 85 nəfərə əmək pensiyası təyin olunmuş, uçotda olan pensiyaçıların sayı 8492 nəfər olmuşdur. Rayon üzrə 1 nəfərə düşən orta aylıq pensiya məbləği 162,8 manat təşkil edir.
Məzahir
ƏHMƏDOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
ədalət.-2015.-6 may.-S.7.