Təklik mənim üçün
əzabdı...
Bu
günkü müsahibim "Gəlinlər”, "Toy”,
"Miras” seriallarından tanıdığımız sevilən
aktrisa Xuraman Əlizadədi.
-Xuraman
xanım, çox şən
insansınız. Və bunu
tamaşaçıya, həmsöhbətinizə ötürmək
qabiliyyətiniz güclüdü. Bu pozitivlik bir
görüntüdü, ya
elə xasiyyətiniz belədi?
-Əslində uşaq vaxtı mən çox sakit olmuşam. Hətta baxçada, məktəbdə uşaqlar məni döyürdülər. Lakin sonralar, bu sənətə başlayanda, teatra gələndə gördüm ki, yox artıq dəyişmək lazımdır. Həm də ki, insanlara müsbət enerji ötürməyin vacib olmasını anladım. Çünki istər istəməz insanlar səhnədən, efirdən səni izləyirlər və onlar mənfi enerji arzulamırlar. Gülərüz sima görməyəndə kanalı dəyişirlər.
Amma içimdə hər zaman çılğınlıq, enerji çox olub. Sadəcə olaraq bunu insanlara çatdıra biməmişəm. Bu da komplekslərimlə bağlı olub. İndi də bəzən həmin komplekslərdən əziyyət çəkirəm.
Əvvəllər ruhi vəziyyətim çox bərbad olurdu. Hətta soyuq fəsillərin gəlişi məndə depressiya yaradırdı. Həftələrlə özümə qapanırdım. Elə bilirdim ki, payız, qış mənə ölüm gətirəcək.
-Bəlkə o vaxtlar həyatınızda
müəyyən boşluqlar olub?
-Vallah, elə o zaman olan boşluqlar
indi də var (gülür). İnanın ki, indi mənim yerimdə olmaq istəyən xeyli adam var. Düzdü
villalarda yaşamıram,
bahalı avtomobillər
sürmürəm. Amma vəziyyətim
də allaha şükür ki, pis deyil. Məclislərə gedirəm, ordan
qazandığım pula həmişə
şükür edirəm.
İş həyatım da
qaydasındadı. Hal-hazırda Atv
kanalında yayımlanan
"Miras” serialına
çəkilirəm. Bildiyim qədəri
ilə də reytinqli serialdı. Amma şəxsi həyatımdakı
o dediyiniz boşluqlar hələ var.
-Ümumiyyətlə
sizi bəxti gətirən, naxışlı
altrisa hesab etmək olar?
-Əlbəttə. Mən
bayaq da qeyd etdim. Yerimdə bir
çoxları olmaq istəyərdi. Bəlkə də
elə buna görə çoxları
məni vurmaq, müxtəlif yollarla mənə qanqaraçılıq
gətirmək istəyirlər.
Özü də bu bir vaxtlar mənə
yaxın olan adamların əli ilə olur. Amma mən allaha
həmişə inanan
adam olmuşam.
Məni allah
qoruyur.
Bir məqamı
xüsusi vurğulamaq
istərdim. İllər əvvəl bu
qədər tanınmırdım.
Amma
"SOY” kompaniyasının rəhbərliyi Oqtay Əliyev, Siyavuş Hüseynli məni həmişə reklamlara dəvət edirdilər və qonararımı da artıqlaması ilə ödəyirdilər.
Yəni bu gün çəkildiyim
serialdan heç bir qonarar almasam
belə onların bir zəngi kifayət edrdi ki, gəlib bu seriala heç
bir zəhmət haqq olmadan çəkilim.
Nədənsə onlara heç
vaxt təşəkkür
edə bilməmişəm.
İçimdə etmişəm bunu.
Amma indi qəzetiniz vasitəsi ilə Oqtay Əliyevə, Dilarə Əliyevaya, Siyavuş Hüseynliyə
təşəkkür edirəm.
Mənim
tanınmağımda onların
zəhməti çox
olub.
-Bildiyimə görə on il
Gənc Tamaşaçılar
Teatrında işləmisiniz.
İndi isə teatrdan ayrılmısınız. Teatrdan uzaqlaşmağınıza nə
səbəb oldu?
-İstərdim bir az əvvələ
qayıdım. Mənim valideynlərimin
hər ikisi incəsənət adamı
olublar. Atam da, anam da Aztv kanalında
uzun müddət işləyiblər. Atam rəssam
olub. O, Rusiyada kino sahəsi üzrə təhsil alıb. Bizim evimizdə həmişə
kino lentlər olurdu. Hətta onun dəmir
qablarını anam sonradan təmizləyib içərisində piroq
bişirərdi. Yəni incəsənətlə
təmasda olan ailədə böyümüşəm.
Sonralar anam məndə teatra olan həvəsi
görüb gətirdi
məni Loğman Kərimovun yanına.
Bir il
teatrda ştatdan kənar işlədim və heç bir məvacib almadım. Daha sonra ştata
qəbul olundum.
O vaxtlar teatrın rəhbəri rəhmətlik
Kamal Əzizov idi. Üç dəfə şəxsi
həyatımla bağlı
mən teatra girib, çıxmışam.
Hər dəfəsində də
o, məni anlayışla
qarşılayırdı. 1998-ci ildən 2008-ci ilə qədər mən orda işlədim.
Sonra rəhbərlik dəyişdi.
Mənim
də kanallarda verlişlərim başladı,
işlərim çoxaldı.
Yeni rəhbərlik isə məndən ya teatrı, ya da efiri seçməyimi
istədi. Baxmayaraq ki,
mən hər iki işimi çatdıra bilirdim.
Teatrın məşqlərinə də tamaşalarıma da vaxtlı-vaxtında gəlirdim. Lakin bir gün müdriyyət mənə
kəskin şəkildə
bildirdi ki, efirdə görsənirəmsə,
teatrdan uzaqlaşım.
Mən də öz xahişimlə ərizə
yazıb işdən çıxmalı oldum.
-Rollarınız
çox olurdu?
-Bəli olurdu. O vaxt xeyli tamaşalarda
rol almışam. Bir az fakturama görə təbii ki, seçim olurdu. Amma mən dolubədənli
adam olsam
da istər səhnədə, istər
efirdə çox plastik aktrisayam. O vaxtı "Nənəmin
kələyi” tamaşasına
məni təsdiq edəndə mənim nənəmi ifa edəcək aktrisa Firəngiz Şərifova etiraz edir ki,
mənə həmin rol verilməsin. Səbəb olaraq da mənim
kök olduğumu və rolumun öhdəsindən gələ
bilməyəcəyimi göstərir.
Sonra tamaşaya teatr daxili baxış
olanda Firəngiz xanım tamaşadan sonra məni öpüb dedi: "sən köksən, ancaq şirinsən.” Etiraz etməsini də o, özü mənə danışmışdı.
-İndi
teatr üçün
darıxırsınız?
-Əlbəttə darıxıram. Çünki mən ilk dəfə ordan bu sənətə başlamışam. Teatra gələndə on səkkiz yaşım vardı. Bilirsinizmi, teatrda işlədiyim vaxt bir çox aktyorların işdən çıxmarılmasına qarşı çıxmışam. Aktyorlarımızdan imza toplayıb aparıb müdiriyyətin qarşısına qoymuşam ki, kollektiv bu aktyorun işdən çıxarılmasını istəmir. Dəfələrlə olub belə hal. Ancaq təəssüüf ki, mən işdən çıxan zaman heç kim məni müdafiə etmədi. Demədilər ki, axı bu aktrisa teatrın işlərini vaxtlı-vaxtında çatdırır, niyə ona qarşı belə davranırsınız? Hətta teatrdan çıxandan sonra mən öz cibimdən bilet alıb teatrın tamaşalarına getmişəm. Və həmin bileti də məndən qəbul ediblər. Heç kim deməyib ki, axı sən buranın aktrisası olmusan...
Bu baxımdan sonradan
başqa teatrlara da üz tutmadım. Gənc Tamaşaçılar
teatrı gözümü
qorxutdu.
-Ailə həyatı haqqında nə düşünürsünüz?
-Bizim işimizlə ailə həyatı bir az alınmır. Düzdü, halal zəhmətlə,
min bir əziyyətlə
öz çörəyimizi
qazanırıq. Amma nə
edək ki, aktrisalıq peşəsi ilə ailə həyatı düz gəlmir. Ancaq mən ailəyə
bağlı insanam.
Çox
istərdim ailəm, uşaqlarım olsun.
Əgər ürəyim istəyən,
arzuladığım bir
insanla rastlaşsam, heç bir tərəddüd etmədən
efirdən uzaqlaşıb
ailəyə bağlanardım.
Bəlkə də indi belə deyirəm, sonra çətin olar. Çünki aktrisalıq elə bir sahədi ki, ona başladınsa,
bitirmək qeyri mümkündü, çətindir...
Hər halda ailəni çox sevirəm. Həm də mənə elə gəlir ki, mən sənət
və ailə arasındakı işlərimi
nizamlamağı bacararam.
Nə bilim qismət, tale də bu kimi məsələlərdə
önəmlidi...
-Xuraman xanım, hansı fikir sizi daima
narahat edir?
-Təklikdən çox qorxuram. Tənha qalacağım fikri
məni belə deyək də məhv edir. Heç vaxt tək qala
bilmirəm. Və yəqin
ki, bundan sonra da bacarmaram.
Evdə də ata və
anamla birgə yaşayıram. Bayırda da
daima ətrafımda ən yaxın adamlarım olur. Yəni təklik mənim üçün əməlli
başlı əzabdı.
Hətta bəzən fikirləşirəm ki, qırx beş,
əlli yaşdan sonra ailə həyatım, uşaqlarım
olmasa, ərizə yazıb qocalar evinə gedərəm. Çünki xarici ölkələrdən
fərqli olaraq bizdə yaşlı aktyorlardan istifadə olunmur. Fikirləşirəm
ki, o yaşdan sonra kim
məni dəvət edəcək ki, gəl filan filmə və ya seriala çəkil.
"Miras”
serialına necə oldu çəkilməyiniz?
Bu serialdakı Sayalı roluna məni Dilarə Əliyeva dəvət elədi. Dedi ki, kəndçi qadın obrazı var. Mən də təbii ki, razılaşdım. Bir az ləhcəmlə bağlı tərəddüd etdim ki, ola bilər süni alnsın. Çünki mən bakılıyam, obrazdakı qadın isə rayondan gəlib. Amma sonra heç bir narahtlıq yaranmadı. Aktyor ansamblından da razıyam. Çox qiymətli insanlardılar. Telman Əliyev, Şövqü Hüseynov, Vüsal Murtuzəliyev və təbii ki, Şüküfə xanımla tərəf müqabili olmaq olduqca xoşdur. Çəkilişdən həqiqətən də ləzzət alıram.
Samirə
Əşrəf
Ədalət.-2015.-8 may.-S.8.