UŞAQLARIN
SEVİMLİSİ
AzƏrbaycan Respublikasının
Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına
dövlƏt
dƏstƏyi fondunun maliyyƏ
yardımı ilƏ
(Xanımana
Əlibəylinin anadan olmasının 95 illiyi münasibətilə)
Onu ağlım kəsəndən uşaq yazıçısı kimi tanımışam. Orta məktəbin aşağı siniflərində oxuyanda dərsliklərdə şeirlərini əzbərləmişəm, kənd kitabxanasından "Dovşanın ad günü", "Meşə həkimi", "Novruz və Murtuz", "Yaz konserti", "İşləməyən dişləməz", "Uşaq mahnıları" kitablarını alıb evə gətirmişəm, sevə-sevə oxumuşam. Bu kitablardakı şeir və hekayələr məni valeh etmişdi. Üzünü görmədiyim bu müəllif böyük dünyaya gedən yolda ilk bələdçilərimdən oldu. Elə o zaman hiss elədim ki, Xanımana Əlibəyli Azərbaycanda yaşayan hər bir uşağın qəlbinə belə hakim kəsilə bilər. Sonralar öz uşaqlarıma da Xanımana Əlibəylinin şeirlərini, hekayələrini oxutdurdum, indi isə nəvələrim oxuyur.
İllər keçdi, mən Xanımana Əlibəylinin yaradıcılığını izlədim, yeni kitabları ilə tanış oldum, hər dəfə də dönüb təzədən uşaq oldum. Böyük rus tənqidçisi V.Q. Belinskinin bir fikrini xatırlayıram. O yazırdı ki: "Uşaq yazıçısı olmaq yox, doğulmaq lazımdır". Yəni uşaqlar üçün yazanda onların dünyasına, maraq dairəsinə yaxşı bələd olmaq lazımdır, balacaları daim düşündürən suallara bədii söz dililə cavab vermək lazımdır. Bir sözlə, böyük dünyanın kiçik modelini onların üzünə açasan gərək...g
Azərbaycanda uşaq yazıçısı kimi şöhrətlənən sənətkarlar az olmayıb. Bir neçə nəsil Abbas Səhhətin, Abdulla Şaiqin, Süleyman Sani Axundovun, daha sonralar Mir Mehdi Seyidzadənin, Mikayıl Rzaquluzadənin, Mirvarid Dilbazinin, Teymur Elçinin, Əzizə Əhmədovanın, Hikmət Ziyanın, İlyas Tapdığın, Məstan Günərin şeirləri ilə böyüyüb, boya-başa çatıb. Mən Xanımana Əlibəylini də o ustadların sırasında görürəm.
Bizdə çox zaman uşaq ədəbiyyatına - yaradıcılığın bu fəaliyyət sahəsinə dırnaqarası baxılmışdır. Bəzi yazarlarımız onların adları "uşaq yazıçısı" kimi yad olunsun deyə, nəsə yazırdılar. Halbuki, balacalar üçün yazmaq böyüklər üçün yazmaqdan heç də asan deyil. Mən uşaq ədəbiyyatının yorulmaz fədailərinin adlarını çəkdim. Amma söhbəti Xanımana Əlibəylinin yaradıcılığı üzərinə gətirmək istəyirəm.
"XX əsr Azərbaycan yazıçıları" ensiklopedik məlumat kitabçasına baxdım. Xanımana Əlibəylinin yığcam tərcümeyi-halı və işıq üzü görən kitablarının siyahısı ilə tanış oldum. Bu məlumatların çoxu mənə tanış idi. Xanımana Əlibəyli ilk şeiri çap olunan vaxtdan (1938) ömrünün son günlərinə qədər - nə az, nə çox - düz 70 il ancaq uşaqlar üçün yazıb-yaratmışdır. İyirmidən artıq kitabı çapdan çıxıb. Və bu kitabların elə adlarını çəkmək yetər ki, onların mövzu dairəsi bəlli olsun: "Balaca həkim", "Dovşanların günü", "Meşə həkimi", "Yaz konserti", "Ağ çəmən", "Məni Günəşə at", "Ləpələrin nağılı", "Noğul", "Mərcanqul əfsanəsi", "Ulduzların nəğməsi", "Qaçqın balalar" və s.
Xanımana Əlibəylinin "Dovşanın ad günü", "Aycan" pyesləri Gənc Tamaşaçılar teatrında, "Cinquş", "Gözəllər gözəli" pyesləri isə Kukla teatrında tamaşaya qoyulmuşdur. Deməli, o, bütün bədii yazılarını uşaqlara həsr etmişdir.
Xanımana Əlibəylinin "Yol" adlı bir şeiri var və istəyirəm onun yaradıcılığı barədə söhbətə də elə həmin şeirlə başlayım:
Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur.
Bostan yolu, bağ yolu,
Aran yolu, dağ yolu.
Bir yol var ki,
dünyada
Onu getmirsən
hədər.
Həmişə düşür yada,
-
Qoca olana qədər.
Bax, uşaqla doludur,
O, məktəbin yoludur.
Bu şeiri Xanımana
Əlibəylinin bütün
yaradıcılığı üçün bir bələdçi şeir
hesab etmək olar. Yəni o, uşaqların bir-birindən maraqlı və rəngarəng dünyasından yazıb,
məktəb həyatını
təsvir edib. Ancaq onun yaradıcılığını
bu mövzularla məhdudlaşdırmaq olmaz,
çünki o, müxtəlif
yaşlı uşaqların
hər birinin istək və arzularına, onları düşündürən suallara
cavab verməyə can
atırdı. Uşaq dünyası
isə körpənin
dünyaya gələrkən
ilk çığırtısından başlamış orta məktəb bitirənə
qədər, yəni
ilk gənclik dövrünə
qədəm basana qədər böyük bir dövrü əhatə edir. Bu isə yazıçıdan
istedad tələb edir.
Xanımana Əlibəylinin şeirləri
çox sadə və anlaşıqlı idi, başqa cür mümkün deyil, çünki uşaqlarla elə dildə danışmaq lazımdır ki, o, səni başa düşsün. Hətta o dərəcədə sadə və anlaşıqlı ki, yazılan şeirləri əzbərləmək çətinlik
törətməsin. Onun şeirlərində
bir misra belə tapa bilməzsən ki, uşaqlar onları oxuyanda pəltəkləsin.
Bu şeirlərdə hər bir uşağın
anlaq tərzi və psixologiyası nəzərə alınır.
Əlimdə onun müxtəlif
illərdə çap
olunan iki kitabı var - "Noğul" və "Mərcanqulu əfsanəsi".
Bu kitablarda olan
şeirlər lap çoxdan
yazılıb, ancaq zaman məsafəsi burada əriyib yoxa çıxır və belə bir qənaətə gəlirsən ki, həmin şeirlərin əksər qismi lap elə bu günlərdə
yazılıb. Budur,
"Şəkilli kitab"
- hələ əlifbaya
bələd olmayan, hərfləri tanımayan
bir uşağa həmin şeiri oxu:
Şəkillərlə doludur
Rəngli kitabın içi.
Baxın:
bu kənd yoludur,
Gedir yolla biçinçi.
Bu, əkilən darıdır,
Sünbülü sapsarıdır.
Buğdalar taya-taya,
Günəş yol salır çaya.
Bu körpəyə baxsana,
Quzu kimi mələyir,
Ağac
altında ana,
Onu açıb
bələyir.
Çöldə güllərə bax
sən,
Yaşıl, qırmızı, abı.
Lap çox istəyirəm mən
Belə rəngli kitabı.
Yaxud, "Külək"
şeirini götürək. Elə bil indi yazılıb:
Axşamacan çalırsan
Teleqraf tellərini.
Sən necə səs salırsang
Görmürəm əllərini.
Gah olursan qızılquş,
Gah dönürsən
kəhərə.
Sənin
adın qoyulmuş
Bizim doğma
şəhərə.
Xanımana Əlibəyli balaca uşaqlara təbiəti sevməyi, ata-anaya hörmət etməyi, Vətənə vurulmağı
təbliğ edir. Əgər onun
uşaq şeirlərinin
hamısını bir
vurğuya gətirsək,
yəni bu şeirlərin məna və mahiyyəti nədədir sualını
vermiş olsaq, cavabı belə olar, sevgi və
vətənpərvərlik. Təbiətə, ataya-anaya-müəllimə-məktəbə
sevgi. Vətənə sevgi.
Xanımana Əlibəyli uşaqlar üçün çoxlu
kiçik poemalar da yazıb. "Dovşanın
ad günü", "Meşə
həkimi", "Bikə",
"Novruz və Murtuz", "Balaca rəssam", "Mixək
gülü", "İşləməyən
dişləməz", "Ağ çəmən",
"Mərcanqulu əfsanəsi".
Bu poemaların hər biri müəyyən
süjetlə bağlıdır.
Ya nağıllardan gələn
motivləri süjetə
daxil edir, ya da müasir
həyatda baş verən hadisələr qələmə alınır.
Uşaqlar indinin özündə
də bu poemaları maraqla, gözlərində heyrət,
sonacan dinləyə bilərlər. Xatırlayıram ki, Xanımana Əlibəylinin yaradıcılığı
ilə bağlı bir tədbirdə balaca uşaqlar, azyaşlı məktəblilər
onun bir poemasını necə həvəslə dinləyirdilər.
Sonra uşaqlar
özləri o poemanın
əsasında maraqlı
səhnəcik düzəltmişdilər. Həmin tədbirdə
uşaqların sevimlisi
Xanımana Əlibəyli
özü də uşaqlaşmışdı, onların
dünyasıya qovuşmuşdu.
Onun özündə də bir uşaq saflığı
vardı. O, ixtisasına
görə həkim idi. Tibb İnstitutunu bitirmişdi
(sonralar ADU-nun filologiya
fakültəsində də
təhsil aldı).
Həkimlər isə uşaqlara
qarşı daha həssas olurlar.
Xanımana Əlibəyli haqq dünyasına qovuşub. Amma biz onu
unutmuruq. Özümüz onun şeirləri ilə böyümüşük,
indi nəvələrimizə
o şeirləri oxuyuruq.
Sənətkarın ölümsüzlüyü
də elə bundadır, özü getdi, əsərləri yaşayır!
Ədalət.-2015.-14 may.-S.7.