NÖVRAĞI DƏYİŞƏN YEVLAX
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
"... Həm iqtisadi sahədəki işlər, regionların
inkişafı, iş
yerlərinin açılması,
abadlıq-quruculuq tədbirləri,
həm də idman obyektlərinin, kənd yollarının açılışı, tikintisi
ölkəmizin dinamik
inkişafını göstərir.
Gələcək illərdə bu
inkişaf daha da sürətli olmalıdır. Əvvəlki
illərdə görülən
işlər deməyə
əsas verir ki, artıq biz böyük uğurlara
nail ola bilmişik".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(Əvvəli ötən sayımızda)
Bugünkü Azərbaycan reallığının
yaxşı nümunələrindən
olan Yevlax şəhəri və bu bölgənin kəndləri demək olar ki, zamanın
nəbzinə uyğun
bir şəkildə tikilir, abadlaşır və özünün yeniləşən həm
iqtisadi, həm mədəni həyatı
ilə insanların zövqünü oxşayır. Üstəlik
bu bölgədə həyata keçirilən
hər bir iş özü-özlüyündə
adamların sosial vəziyyətinin yaxşılaşmasına,
ailə büdcəsinin
möhkəmlənməsinə, eyni zamanda hər
bir fərdin bazar zənbilinin təmin olunmasına xidmət edir. Demək olar ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə rayonda
adambaşına hər
nəfərə görə
ümumdaxili məhsul
istehsalı 8 faiz artmışdı. Bu da öz-özlüyündə
baş vermir. Bunun arxasında həm dövlətin gücü,
onun iqtisadi proqramı, həm də Azərbaycan insanının əməyi
dayanır.
Yuxarıda qeyd etdiyimiz 8 faiz artım göstəricisi özündə
başqa məqamı
da əks etdirir. Yəni həmin 8 faizin
nəticəsində Yevlaxda
çalışan əmək
adamının orta aylıq əməkhaqqı
ötən ilin müvafiq dövrü ilə müqayisədə
artaraq təqribən
245 manata çatmışdı.
Bunun özü də insanların güzəranının
yaxşılaşdığını göstərən bir sübutdu. Yeri gəlmişkən onu da xatırlatmaq lazımdır ki, bu ilin birinci
rübündə ötən
ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
pul gəlirləri 2,4 faiz, yəni
1,4 milyon manat artaraq 58,4 milyon manat təşkil etmişdi. Onu, yəni göstərdiyimiz
bu rəqəmi rayonun sakinləri üzərində bölüşdürsək,
onda hər nəfərə təqribən
467 manat gəlir deməkdir.
Təqdim
etdiyimiz, daha doğrusu, araşdırmağa
maraq göstərdiyimiz
bu rəqəmlərin
arxasında Yevlax şəhər icra hakimiyyətinin başçısı
Qoca Səmədovun komandası və yeril sahibkarlar, iş adamları, eləcə də bu uğurları qazanmaq üçün hazırlanmış proqramlar
dayanır. Birmənalı
şəkildə ifadə
etmək olar ki, son illərdə Yevlaxda bütün sahələr, o cümlədən
də aqrar sahə, ticarət və xidmət sahələri, tikinti-quraşdırma,
büdcə maliyyə,
bank, sosial müdafiə
və məşğulluq
sahələri də planlı şəkildə,
həm də paralel olaraq inkişaf etdirilir.
Əgər həmin proqoramları
nəzərdən keçirsək,
onda məlum olar ki, cari
ilin birinci rübündə Yevlax şəhəri üzrə
pərakəndə əmtəə
dövriyyəsi, eləcə
də bu şəhərdə pulu xidmətlərin ümumi həcmi təqribən 71 milyon manat təşkil
etmişdi. Bu isə bir il öncəki dövrlə
müqayisədə təqribən
8 milyon manat artım deməkdi. Təbii ki, ticarət və xidmət sahələrində əldə
edilən uğur özü-özlüyündə bu sahələrin yeni obyektlərinin, müəssisələrinin işə
salınmasından, istifadəyə
verilməsindən qaynaqlanır.
Yəni açılan
yeni obyektlər həm iş yerləri baxımından,
həm də ticarət və xidmət baxımından insanları sevindirmiş, uğurların artımına
təkan vermişdi. Konkret ifadə etsək, onda bəlli olar ki, ilin
birinci rübündə
məhz ticarət obyekti olaraq xidmətin səviyyəsinin
yüksəldilməsinə istiqamətləndirilən 9 yeni
obyektin tikintisinə icazə verilmiş və onlarn qısa müddətdə
qapılarının vətəndaşların
üzünə açmasına
şərait yaradılmışdı.
Bir məqamı da unutmaq lazım
deyil ki, ölkəmizin digər ərazilərində olduğu
kimi, Yevlax şəhərində də
yeni tikilən xidmət obyektlərinin, ticarət müəssisələrinin,
ümumiyyətlə, sosial
sahəni irəli aparan hər bir tikintinin müasir tələblərə
cavab verən dizaynla işlənilməsi
şəhərin ümumi
ponoram mənzərəsinin
daha da gözəlləşdirilməsi
rayon rəhbərliyinin diqqət
mərkəzində saxlanılıb.
Yəni görülən işlər
ümumi mənzərəyə
xələl gətirməməli,
əksinə, onu daha da gözəlləşdirməlidir.
Məhz bu prinsiplərlə gerçəkləşdirilən hər bir tikinti
rayon rəhbərliyinin birbaşa
nəzarətində saxlanılır,
icra hakimiyyətinin bu sahəyə məsul olan işçilərindən bu
işə görə
əlavə məsuliyyət
tələb edilir.
"Birmənalı şəkildə görülən
işlər Yevlaxı
daha da gözəlləşdirməlidir!"
devizi günün prinsipi kimi hər
kəsin yaddaşına
yazılıb.
Yevlax şəhərində
aparılan tikinti-abadlıq
işləri öz həcminə görə də həm diqqəti çəkir, həm də könül oxşayır. Əgər konkret
faktlara üz tutsaq, onda məlum
olar ki, bu ilin birinci
rübündə şəhər
ərazisində aparılan
tikinti-quraşdırma-abadlıq işlərinə 10 milyon
manatdan artıq pul qoyulmuşdu. Bu da təbii
ki, ötən ilin müvafiq dövründəkindən 5 faiz
çoxdur. Məhz
həmin kapital qoyuluşu hesabına Yevlax şəhərində
Azərbaycan Beynəlxalq
bankının Yevlax filialının inzibati binası tikilib istifadəyə verilmiş,
eləcə də Kür çayı sahilində 5 ulduzlu otel, rayonun polis şöbəsi üçün
yeni binanın tikintisi, Aran regional inkişaf mərkəzinin,
Kənd Təsərrüfatı
Nazirliyinin Yevlax rayon idarəsinin, təhsil şöbəsinin, həmçinin
11 saylı Ərazi Vergilər Departamentinin inzibati binalarının tikintiləri sürətlə
aparılır. Həmin inzibati
banlarla yanaşı, Yevlax şəhərində
100 yerlik ikimərtəbəli
uşaq bağçasının
da tikintisi coşqu ilə davam etdirilir. İlk baxışdan sadəcə
faktlar kimi görünən bu tikintilər əslində
xeyli adamın işlə təmin olunması deməkdir.
Təbii ki, Yevlax şəhərində
təkcə inzibati binalar deyil, həmçinin yaşayış
evləri, parklar, meydanlar da tikilib. Əgər bu
şəhərə yolunuz
düşsə, onda bir reallığın da şahidi olacaqsınız. Görəcəksiniz ki, Bakı-Ələt-Qazax
avtomobil yolunun kənarı boyunca tikilən qala divarları, onların bürcləri, həmçinin
o divarların üzlük
daşları ilə bəzədilməsi prosesi
başa çatmışdı.
Həmçinin rayonun
aran qəsəbəsindən
Mingəçevir şəhərinə
gedən avtomobil yolunun kənarında 1350 metrlik dekorativ metal borularla təhlükəsizlik
hasarı çəkilmişdi.
Həmin yol boyunca təqribən 1 km məsafəyə yeni səkilər salınmış,
ağ laylar,
metlaxlar döşənmişdi.
O ki, qaldı şəhərin mərkəzində
aparılan tikintilərə,
qeyd etmək lazımdır ki, Yevlaxın 31-ci məhəlləsində
5 ədəd beşmərtəbəli
yaşayış binalarının
fasad hissələri yenidən üzlük daşlarla örtülmüş
və bütövlükdə
binanın görkəmi
xeyli dəyişdirilmişdi.
yevlaxlıların ən çox sevdikləri Kür boyu istirahət kompleksində də demək olar ki, hər gün
yenidənqurma işləri
aparılır.
(Ardı var)
Ceyhun RÜSTƏMOV
Ədalət.-2015.-15 may.-S.7.