Əli Kərim
Azərbaycan!
Azərbaycan!
Odlar yurdu! -
Ürəklərin odundan
Yaranmış bir diyar.
Dostuyla hər dərdi-məlalı,
Sevinci bir duyar.
Azərbaycan -
Tarixlər şahidi,
Nizamisi sərhədsiz təfəkkürü,
Nəsimisi həqiqət şəhidi.
Füzulisi -könlün
Hər guşəsindən xəbər
verən,
eşqin bütün
çalarlarını görən
dünya ürəkli
bir sənətkar.
Nəsrəddini, Cəlili
çiynində xalq dərdinin
Kəpəzi,
Şahdağı.
Sinəsində çalın-çarpaz
göz yaşı, ah dağı.
Sabiri - gülüşündə hüzn,
Kədərində hüsn,
Sükutunda tufan,
Tufanı
ərşə dayaq alovdan
Yaranan bir insan
Azərbaycan!
Şöhrəti sərhədlər aşan,
özundən böyük
ölkələrlə yarışan,
dünyaya yaraşan,
yaraşıb ona gözəllik verən,
neft diyarı,
Yanar ən uca zirvələrdə
şöhrət ulduzları.
Suları
üstündə dünyanın
ən nəhəng gəmisi kimi
lövbər atmış
polad küçəli,
min ayaqlı,
dalğaların nəğməsi
zirvəsində
qərar tutmuş
cavan,
ləngərli,
qorxmaz,
igid bir şəhər.
Dalğalar üstünə
mavi nəğmələr
səpələr.
Azərbaycan!
İnsanı -
təbiət kimi təbii,
mehriban,
təbiəti hər dildə
danışa bilən
insan.
Yolları insanla,
mənayla dopdolu
şeir misrası.
Məna
ətriylə
doldurar dünyanı
onun milyon çalarlı
hər yazı.
Çaylarında könül oxşayan
nəğməli bir haray.
Qüzeyi
- qış,
güneyi - yay -
Azərbaycan!
Gecə-gündüz
İlhama gətirən məni.
Azərbaycan!
Könlümün,
ruhumun,
sevincimin,
kədərimin,
fikrimin Vətəni
Azərbaycan!
İnsan
zəkasının
işıqlandırdığı,
könlündə
min çıraq yandırdığı
bir diyar.
Bayramı zəfərlərlə,
bugünkü parlaq,
sabahkı daha parlaq
səhərlərlə dolu;
Yolu-
Bəşər fikrinin
zirvə yolu.
İki sevgi
Gözəl qız, sən saf susan,
İki qəlb
arzususan.
Mən səni sevirəm
Sususzluğun od vurub
köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,
- Kabab üstdən sərin su pis
olmaz
- deyən kimi
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi
O isə səni sevir
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq
sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli
sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı
fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə.
Bakı
küləyi
Demirəm hər zaman gəz bu diyarı.
Sındır budaqları, əy budaqları.
Bəzən də sakit əs, su kimi
durul,
Gəlib dalğa-dalğa tökül
qoynuma.
Gah da mənə çatıb havada burul.
Burula-burula dolan boynuma.
Amma ürəyimdə bir sözüm də var,
Sən ey soyuq xəzri,
isti giləvar!
Gəlsə yuxu kimi bu həyat sənə
Min bir mübarizə
xatırlat mənə.
O güclü dalğalar. o gur dalğalar
Qəfil yerimdən də qoparsın məni.
Gurlasın o ki var, coşsun o ki var,
Yüyürdə-yüyürdə aparsın məni.
Gurla var gücünlə, gurla, ey külək,
Saçımı da dağıt,
sinəmdən də
bas!
Mən də cavab verdim,
mənə qulaq as:
Gəl bir də toqquşub
döş-döşə gələk!
Görsən tufansızam, görsən
rahatam,
Qoyma xumarlanıb
evdə də yatam.
Ey Bakı küləyi, səhərə kimi
Sındır pəncərəmi, döy
pəncərəmi!..
Mənim
ömrüm
Ömür tənhalıqda bada
gedərdi
Əgər olmasaydı gözəl insanlar.
Mənimdir onların sevinci,
dərdi,
Mənə özüm kimi əzizdir onlar.
Bəzən rastlaşıram özümlə
özüm
Düşəndə bir yerə güzarım
mənim.
Yüz gördü, min gördü,
çox gördü gözüm
Bir deyil, on
deyil məzarım mənim.
Torpağın altında çox
darıxıram,
Torpağın üstündə nə qədər şənəm.
Gah sağa göz qoyub sola baxıram
Hər yerdə
mən varam, hər yerdə mənəm.
Deyib:
"Nə tez öldü, nə nakam öldü" -
Bəzən gül qoyuram məzarım üstə,
Deyirəm az güldü, çox azca güldü,
Qoy gülüm,
qalmasın arzusu gözdə.
Baxsan bu dünyanın ha tərəfinə
Bir yerdə
qəbrim var, on yerdə sağam.
Göy uçsa, yer qopsa ölmərəm yenə,
Hələ neçə dəfə doğulacağam.
Atamın
xatirəsi
O sərt idi. Səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını.
Bircə
dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli
məni süzüb gülərdi bəzən
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə
"can" söyləməkdən
Övlad
üçün can verməyi
daha asandı ona.
Əməksevər. ağır, enli, cod əli vardı,
Tale kimi endirərdi çiynimə hərdən
Sərt
üzünə bircə
anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi
- təzə əkini
Hər bəladan
hifz eləyən qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn kimi bir əbədi ayrılıq
dəmi
Gah istəyib
məni görə.
Gah deyib ki, mən
Qoy bilməyim
O utanıb öz ölümündən
Ah, o niyə belə etdi, bu nə
qubardı?
Nə zamansa bu nişanda bir atam vardı.
Kür, sənə bənzəyən
nəğməm olaydı!
Ey Kürüm, sanıram bir xoş nəğməsən,
İndicə qopmusan min-min dodaqdan.
Sənintək mənalı bir
nəğməni mən
"Hardasan", - deyərək
gəzirəm çoxdan.
Doldurub ovcuma sərin suyunu
Sevdiyim nəğmənin bir damlasıtək,
Ey könül, deyirəm, seyr elə bunu,
Mənalı olmağı bundan öyrənək.
Yazdığım nəğmə də
istərəm ki mən
Sədada,
qüdrətdə tamam
sən ola.
Həvəslə. zövq ilə həm dinlənilən.
Həm də ki gözlərə
görünən ola.
Axar ürəyimə yüz ömrün kamı
O əziz yaransa elə su kimi.
Qoy belə olmasa könlün ilhamı,
Dağılsın bir uşaq yuxusu kimi!
Sənintək a Kürüm, mənim
də nəğməm
Axa şəhərlərə,
axa kəndlərə.
Mildə
iş qurtarıb susanda aləm
Xoş səda
salaydı aynabəndlərə.
O da dalğalanıb, yeriyib arx-arx
Bu ana torpağı
qucaqlayaydı.
Sən ellər gəzəndə
işıq saçaraq
Sözüm könüllərə şəfəq
yayaydı.
Sənintək axaydı səsim
də, a çay,
Muğanda "su" deyib
yananda düzlər,
Mənim
də nəğməmi
tarlada hər yay
Sərin suyun kimi içəydi
qızlar.
Hər könül istəyim, könül harayım
Ellərin qeydinə belə qalaydı.
Heç
nə istəmirəm,
mənim Kür çayım,
Bir sənə
bənzəyən nəğməm
olaydı.
Ədalət.-2015.-16 may.-S.14.